171. Sümük toxumasında inkorporasiya olunmuş radioaktiv izotopların orqanizmdən çox ləng sürətlə xaric olunma səbəbi nədir? A) fosfor elementi ilə davamlı birləşmə əmələ gətirdikləri üçün
B) kompleks mineral elementləri ilə davamlı birləşmə əmələ gətirdikləri üçün
C) kalsium elementi ilə davamlı birləşmə əmələ gətirdikləri üçün
D) maqnezium elementi ilə davamlı birləşmə əmələ gətirdikləri üçün
E) mübadilə prosesi digər toxumalara nisbətən zəif getdiyi üçün
172. Eritrositlərin sayının dəyişməməsi, trombositlərin normanın aşağı həddində olması, leykositlərin 3-4x10 5 /l-ə qədər azalması-mieloid hüceyrələrinin yetişməsinin ləngiməsi və qansızma əlamətlərinin olmaması şüa xəstəliyinin neçənci ağırlıq dərəcəsinə uyğundur? A) şüa reaksiyası
B) xroniki şüa xəstəliyinin orta ağır forması
C) şüa xəstəliyinin serebral forması
D) xroniki şüa xəstəliyinin ağır forması
E) xroniki şüa xəstəliyinin yüngül forması