41. Çoxmaşınlı və çoxprosessorlu komplekslərin arxitekturası
Çoxprosessorlu arxitektura. Kompyuterdə bir neçə prosessorun
olması o deməkdir ki, paralel olaraq çoxlu verilənlər axını və çoxlu əmrlər axını
təşkil edilə bilər. Beləliklə, paralel olaraq bir məsələnin bir neçə fraqmenti yerinə
yetirilə bilər. .
Çoxmaşınlı hesablama sistemi. Burada hesablama sisteminə daxil
olan bir neçə prosessor ümumi əməli yaddaşa malik olmayıb hər birirnin öz
(lokal) əməli yaddaşı var. Çoxmaşınlı sistemdə hər kompyuter klassik
arxitekturaya malikdir və belə sistem kifayət qədər geniş tətbiq edilir. Lakin belə
hesablama sisteminin tətbiqindən alınan effekt yalnız olduqca xüsusi struktura
malik məsələləri həll etdikdə əldə oluna bilər. Sistemdə nə qədər kompyuter
varsa, məsələ o qədər sayda zəif əlaqəli altməsələlərə bölünməlidir.
Çoxprosessorlu və çoxmaşınlı hesablama sistemlərinin birprosessorlu sistemlər
qarşısında sürətə görə üstünlüyü aşkardır.