1. İdarəetməyə kibernetik yanaşma


Təşkilati idarəetmə sistemi və onun funksiyaları;-4



Yüklə 355,95 Kb.
səhifə14/60
tarix13.01.2022
ölçüsü355,95 Kb.
#51234
1   ...   10   11   12   13   14   15   16   17   ...   60
esas

14. Təşkilati idarəetmə sistemi və onun funksiyaları;-4

Idarəetmə funksiyası dedikdə əməyin bölünəsi və ixtisaslaşdırılması prosesində idarəetmə fəaliyyətinin növü başa düşülür.

Müəssisədə təşkilati idarəetmə funksiyalarına aiddir: texniki hazırlıq, planlaşdırma, uçot, hesabat, tənzimləmə (analiz və qərar qəbuletmə) və nəzarət.

İstehsalatın texniki hazırlığı iki istiqamətdə aparılır: konstruktor hazırlığı və texnoloji hazırlıq.İstehsalatın konstruktor hazırlığı məmulatın konstruk-siyasının hazırlanması ilə bağlı olan idarəetmə funksiyasıdır. Həmin funksiya baş konstruktor şöbəsi tərəfindən reallaşdırılır. Bu funksiyanın əsas məqsədi yeni məhsulun istehsalına hazırlıq müddətini azaltmaqdan və buraxılan məhsulu modernləşdirməkdən ibarətdir. İstehsalatın texnoloji hazırlığı funksiyası məmulatın hazırlanması üçün texnoloji prosesi yaratmaqdan ibarət olub, baş texnoloq, baş mexanik və baş energetik şöbələri tərəfindən yerinə yetirilir. Bu funksiyanın məqsədi buraxılan məhsullarının verilmiş xassələrini təmin etməkdən, material və vaxt resurslarını minimumlaşdırılmaqdan ibarətdir.

Planlaşdırma funksiyası texniki-iqtisadi və operativ istehsalat planlaşdırmasını reallaşdırır.

Texniki-iqtisadi planlaşdırmada müəssisənin, sexlərin, texnoloji xətlərin və qurğuların səmərəli fəaliyyətinin texniki-iqtisadi göstəricilərinin plan qiymətləri təyin edilir. Texniki-iqtisadi planlaşdırma funksiyası plan-iqtisadiyyat, əmək və əməkhaqqı, maliyyə, material-texniki təchizat, satış, marketinq və reklam şöbələrində, əsas və köməkçi istehsalatın sexlərində və sahələrində reallaşdırılır. Bu funksiyanın məqsədi məhsulun maya dəyərinin azaldılması, resurslardan səmərəli istifadə edilməsi hesabına gəlirin və məhsulun reallaşdırılmasından əldə edilən mədaxilin artırılmasından ibarətdir.

Operativ-istehsalat planlaşdırma müəssisə, sexlər və sahələr səviyyəsində istehsalatın bilavasitə idarə edilməsini təmin edir, istehsalat tapşırıqlarını və texniki-iqtisadi göstəriciləri maksimum detallaşdırmaqla konkret icraçıya çatdırır, tapşırıqları müəssisənin bütün hissələri arasında nomenklaturaya, miqdara və vaxta görə uzlaşdırır. Bu zaman istehsal olunan məhsulun texniki xarakteris-tikalarının müxtəlifliyi, məhsulun dayanıqlığı, unifikasiya dərəcəsi və s. kimi faktorlar nəzərə alınır. Funksiya müəssisənin istehsalat-dispetçer şöbəsində, əsas və köməkçi istehsalatın sexlərində və sahələrində yerinə yetirilir. Funksiyanın əsas məqsədi bütün növ resurslardan səmərəli istifadənin təmin edilməsindən ibarətdir.

Mühasibat uçotu və hesabatı-uçotun müxtəlif növlərini (ilkin, analitik və sintetik) vahid şəkildə birləşdirən funksiyadır və uçotun əsas sahələri üzrə (əmək və əmək haqqının,əsas vəsaitlərin, material resurslarının, hazır məhsulun, maliyyənin, istehsalat xərclərinin uçotu, yekun uçotu) yerinə yetirilir. Mühasibat hesabatında (balansında) aktivlər (dövriyyə və qeyri-dövriyyə aktivləri) və passivlər (kapital və ehtiyatlar, qısamüddətli və uzunmüddətli passivlər) bölmələrinə görə müəssisənin fəaliyyəti əks olunur. Funksiyanın reallaşdırılması prosesində mühasibat uçotunun əsas metodlarından və üsullarından (sənədləşdirmə, inventarlaşdırma, analitik və sintetik hesablar sistemləri, ikiqat yazı metodu) istifadə edilir. Funksiya mühasibat şöbəsində vəsexlərin uçot qruplarında yerinə yetirilir. Funksiyanın məqsədi idarə olunan obyektin və onun elementlərinin faktiki vəziyyətini pul vahidi ilə təyin etməkdir.

Statistik uçot və hesabat- xüsusi statistik metodlardan istifadə etməklə müəssisənin iqtisadi və maliyyə vəziyyətini təyin edən funksiyadır. Funksiya mühasibat, maliyyə, əmək və əmək haqqı şöbələrində reallaşdırılır. Onun məqsədi müəssisənin istehsalat fəaliyyətinin reallaşdırılması prosesində iqtisadi və maliyyə hadisələrinin baş verməsi meyllərini aşkara çıxarmaq üçün informasiyanın hazırlanmasından və emalından ibarətdir.

Operativ uçot və hesabat-istehsalat prosesinin gedişini müşayiət etməklə əlaqədar olan uçot funksiyalarının bir növüdür və dispetçer xidmətində reallaşdırılır. Funksiyanın məqsədi istehsalat prosesinin gedişini operativ analiz edib, lazımi qərarlar qəbul etmək üçün lazımi informasiyanın toplanmasından ibarətdir.

Analiz funksiyalarının bütün növləri (texniki-iqtisadi analiz və operativ-istehsalat analizi) istehsalat prosesinin gedişinin planlaşdırılmış vəziyyətdən kənara çıxmasının səbəblərini və günahkarları təyin etmək üçün nəzərdə tutulur.

Funksiyalar planlaşdırma və dispetçerləşmə bölmələri tərə-findən müəssisə, sexlər və sahələr səviyyəsində yerinə yetirilir. Funksiyaların məqsədi-sapmaların baş verməsi səbəblərini aradan qaldırmaq məqsədilə konkret idarəetmə qərarlarının çıxarılması üçün informasiya hazırlamaqdan ibarətdir.

Ümumi və operativ qərar qəbuletmə funksiyaları sapmaların səbəblərini aradan qaldırmağa istiqamətlənirlər. Funksiyalar yuxarı, orta və aşağı səviyyənin menecerləri tərəfindən reallaşdırılır. Funksiyaların məqsədi istehsalat prosesinin reallaşdırılması üçün idarəetmə təsirlərinin hasil edilməsindən ibarətdir.Nəzarət funksiyaları təsərrüfat əməliyyatlarının icrasının qanunlara, qaydalara, standartlara, təlimatlara, yuxarı səviyyə təşkilatlarının və həmçinin müəssisənin fəaliyyətinə məsul olan vəzifəli şəxslərin normativ-hüquq aktlarına uyğunluğunun qiymət-ləndirilməsi ilə bilavasitə bağlıdır.


Yüklə 355,95 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin