1. İdarəetməyə kibernetik yanaşma


Biznes-modelin dinamik təsviri mərhələsini modellərinin qurulması üçün proseslərin ayrılması və təsnifatı-11,12



Yüklə 355,95 Kb.
səhifə44/60
tarix13.01.2022
ölçüsü355,95 Kb.
#51234
1   ...   40   41   42   43   44   45   46   47   ...   60
esas

43. Biznes-modelin dinamik təsviri mərhələsini modellərinin qurulması üçün proseslərin ayrılması və təsnifatı-11,12

Proseslərin ayrılması və təsnifatı

Prosesin təsvirində ən azı iki məsələ həll olunmalıdır:

1.Müəssisədə funksional sahələrin, proseslərin və onların qarşılıqlı əlaqələrinin identifikasiyası.

2.Əsas inteqrallaşdırılmış proseslərin ayrılması və axın səviyyəsində onların təsviri.

Müəssisənin hər bir fəaliyyəti proses kimi reallaşır. Prosesin xarici istehlakçısı olur. Xarici istehlakçı istehsal edilən məhsulun və ya xidmətin müştərisidir. Daxili istehlakçı rolunda müəssisədə digər prosesləri reallaşdıran əməkdaş və ya bölmə çıxış edir. Proseslərin sistemli təsviri mərhələsində hər bir prosesin əhəmiyyəti müəyyənləşir və nəticədə əhəmiyyətsiz fəaliyyət üzə çıxır. Bu mərhələdə korporativ informasiya sisteminin yaradılmasına lazım olan axın təsviri üçün əsas proseslər seçilir.

Əsas proseslərə,adətən, aşağıdakıları aid edirlər:

1.Əlavə edilmiş dəyərləri ən çox yaradan proseslər.

2.Müştərilər üçün ən çox dəyər yaradan proseslər.

3.Daha intensiv bölmələrarası qarşılıqlı əlaqələrlə xarakte-rizə olunan proseslər.

4. Keyfiyyətin idarə edilməsi sisteminin qurulmasında təsvi-ri ISO 9000 standartı tərəfindən məcburi hesab edilən proseslər.

İstənilən müəssisənin strukturlaşdırılması zamanı vacib addımlardan biri biznes-proseslərin ayrılması və təsnifatıdır. Proseslərin aşağıdakı siniflərini ayırmaq məqsədəuyğun sayılır:

-əsas proseslər;

-idarəetmə prosesləri;

-təminat prosesləri;

-müşayiət edən proseslər;

-köməkçi proseslər;

-inkişaf prosesləri.




Yüklə 355,95 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin