1. Kənd təsərrüfatı statistikası da daxil olmaqla, müəssisələr statistikası üzrə seçmə statistik müşahidələrin aparılmasının yeni qaydaları


Seçmə statistik müşahidələrin yeni qaydaları



Yüklə 243,69 Kb.
səhifə3/8
tarix18.05.2020
ölçüsü243,69 Kb.
#31283
1   2   3   4   5   6   7   8
documents-8-file


1.3. Seçmə statistik müşahidələrin yeni qaydaları
Seçmə statistik müşahidələrin təkmilləşdirilməsi, yeni qaydaların tətbiqi seçmə statistik müşahidənin keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilir. Seçmə statistik müşahidənin keyfiyyətinə müşahidənin hazırlıq mərhələsi hesab edilən seçmə mərhələsinin xətası da təsir edir. Seçmə xətası məlumat bazasının tamlığından, məlumatların qruplaşmasından, seçmə üsulundan və s. asılıdır. Seçmə müşahidəsinin hər bir mərhələsində xətalar hesablanır. Qeyd edilməlidir ki, seçmə xətası seçmə statistik müşahidənin ümumi xətasının bir hissəsi hesab edilir. Yəni, müşahidənin ümumi xətasına bütün mərhələlərin (sorğu məlumatların daxil edilməsi, məlumatların işlənməsi və yekunlaşdırılması zamanı yaranan xətalar və s.) xətaları daxil edilir. Əvvəlki fəsildə göstərildiyi kimi seçmə mərhələsində xətanın hüdudu seçmə əlamətinin qiymətinin normal paylanması sərtində (t=1.96) hesablanır. Deməli baş məcmunun statistik tədqiqi ilk mərhələdə yerinə yetirilməli, qeyri-normal məlumatlar aşkar edilməlidir. Məlumatların normal paylanması üçün qruplaşma aparılır. Qruplaşma zamanı obyeklər həmcins qruplara bölünür və bu da seçmə xatasının azalmasına səbəb olur. Qeyd edilməlidir ki, müşahidə obyektlərinin qruplaşması sahə (mezo) məlumatlarına görə deyil, müəssisə (mikro) məlumatlarına əsasən statistik proqram paketinin (SPSS) köməyi ilə mümkündür. Çünki həmin statistik paketdə statistik xarakteristikaların hesablanması, məlumatların tədqiqi, cədvəllərin tərtibi, orta kəmiyyətlərin müqayisəsi, qeyri-parametrik testlər, korrelyasiya, reqressiya, dispersiya, faktor, klaster, yararlılığın təhlili, qrafiklərin tərtibi və s. məsələlərin həlli proqramları mövcuddur. Bu proqramlardan istifadə etməklə baş məcmunu tam xarakterizə edə bilən seçmə məcmunun formalaşması münkündür. Qruplaşma seçmə müşahidələrin hazırlıq və yekun mərhələsində aparılır. Hazırlıq mərhələsində aparılan qruplaşma seçmə şəbəkəsinin formalaşması üçün, sonuncu mərhələdə aparılan qruplaşma müşahidə nəticəsinin yekunlaşdırılması, müşahidənin xətasının qiymətləndirilməsi üçün lazımdır.

Seçmə məlumatlarının paylanma parametrlərinin statistik qiymətləndiril-məsində interval və nöqtəvi yanaşma mövcuddur. Nöqtəvi yanaşmada momentlər, ən kiçik kvadratlar və maksimum oxşarlıq metodlarından istifadə edilir.



Momentlər metodu sadə qiymətləndirmə üsuludur. Bu metodda seçmə əlamətinin statistik xarakteristikaları (orta qiyməti, dispersiya, orta kvadratik meyl, variasiya əmsalı, asimmetriya əmsalı, ekses əmsalı) öyrənilir və təsadüfi kəmiyyətin paylanma qanunauyğunluğu araşdırılır. Əgər paylanma normal deyilsə onda onun normallaşdırılması prosesi davam edir. (Növbəti fəsildə konkret misalda izah edilmişdir). Lakin bu metod kiçik həcmli seçmələrdə az səmərəlidir.

Ən kiçik kvadratlar metodu əsasən reqressiya tənliklərinin əmsallarının qiymətləndirilməsi üçün istifadə edilir. Məsələn, əmək məhsuldarlığına təsir edən amillərin regressiya funksiyası aşağıdakı kimidir.

Y= ao+a1X1 +a2X2, ......,an Xn

Burada,Y - əmək məhsuldarlığı,

ai - parametrlər,

Xi - əmək məhsuldarlığına təsir edən amillərdir.

Reqressiya modelinin parametrlərindən (ai) və amillərin orta qiymətindən (), orta kvadratik meyl (Sy,Sx), korrelyasiya (ryj), determinasiya əmsalından (R2) istifadə etməklə elastiklik əmsalları hesablanır. (j), , elastiklik əmsallarının düsturları aşağıdakı kimidir.

(j) = a(j)* /

=a(j)*Sxj/Sy

= ryj*/R2

Burada, (j) elastiklik əmsalı göstərir ki, başqa amillər sabit qaldığı halda,

hər hansı bir amil göstəricisi 1 faiz dəyişərsə, əmək məhsuldarlığı

(asılı dəyişən) neçə faiz dəyişər.



elastiklik əmsalı göstərir ki, başqa amillər sabit qaldığı halda Xi

amilinin orta kvadratik meyli 1 faiz dəyişsə, Sy nə qədər dəyişər.

əmsalı eyni zamanda bütün amillərin (Xi) asılı dəyişənə (Y)

təsirini xarakterizə edir

Göründüyü kimi elastiklik əmsalları asılı və amil göstəricilərinin orta qiyməti və digər parametrlər əsasında hesablanır.

Maksimum oxşarlıq metodu digər metodlara nisbətən daha çox üstünlüklərə malikdir. Bu metod seçmə əlamətinin paylanmasının qiymətləndirilməsində daha normal və səmərəli metoddur. Bu metod haqqında 8 və 11 saylı ədəbiyyatda ətraflı məlumat verilmişdir.

Seçmə müşahidənin interval metodu ilə qiymətləndirilməsi üçün standart xəta (Se) aşağıdakı kimi təyin olunur:

Se =

Burada, σ2 - seçmə vahidinin dispersiyası;

n - seçilmiş vahidlərin sayıdır

Burada, yi - i-ci seçmə əlaməti,

- əlamətinin orta qiymətidir.

Seçmənin keyfiyyəti standart xətanın hüdudundan (LSE), nisbi standart xətadan (RSE) və variasiya əmsalından asılıdır.

Standart xətanın hüdudu (LSE) aşağıdakı düsturla tapılır:

LSE = t*Se

Standart xətanın hüdudundan istifadə etməklə orta kəmiyyətin etibarlılıq intervalının aşağı (Ya) və yuxarı (Yy) qiymətləri tapılır:

Ya = - LSE ; Yy= + LSE

Burada, Ya - etibarlılıq intervalının aşağı qiyməti;

Yy - etibarlılıq intervalının yuxarı qiymətidir.

Variasiya əmsalı aşağıdakı düsturla müəyyənləşdirilir.

CV= (Se/) * 100

Variasiya əmsalından seçmənin nisbi standart xətasını müəyyənləşdirmək üçün istifadə olunur.

Məlumatların tədqiqində parametrik (normallııq şərtinin yoxlanması) üsullardan başqa, qeyri-parametrik üsullardan da geniş istifadə edilir. Parametrik üsullarda təsadüfi kəmiyyətlərin statistik xarakteristikaları, qeyri-parametrik üsullarda iki seçmə məcmusunun həmcinsliyi xüsusi meyarlar vasitəsi ilə yoxlanılır. Bu meyarlardan daha çox Vilkokson və Manna-Uitni meyarı istifadə olunur. Bu meyar Kolmoqorov-Smirnov meyarı kimi qeyri-parametrik statistikanın məşhur alətidir. Ekonometrik təhlil göstərir ki, iqtisadi məlumatların normallığının yoxlanması həmcinsliyin yoxlanmasından çətin və əmək tutumlu prosesdir. Seçmə məcmusunun həmcinsliyinin yoxlanılması üçün meyarların seçilməsi seçmə müşahidələrinin sərbəst və qeyri-sərbəst olmasından da asılıdır. Məsələn, sərbəst seçmə müşahidədə Smirnov, omeqa kvadratı meyarından istifadə edilir. Qeyd edilməlidir ki, seçmə məcmusunun həmcinsliyinin yoxlanması seçmə müşahidənin nəticəsinin baş məcmuya şamil edilməsi üçün lazımdır.



Müəssisələr statistikasında seçmə statistik müşahidələrin aparılması üçün müəssisələrin iqtisadi göstəricilərə görə (xərclər və gəlirlər) qruplaşdırılmasına ehtiyac vardır. Hal-hazırda müəssisələr ancaq istehsal göstəricilərinə görə (əkin sahəsi, işçilərin sayı və s.) qruplaşdırılır. Bir əlamət üzrə müəssisələrin qruplaşdırılması keyfiyyətli tədqiqatın aparılmasını təmin etmir. Odur ki, müəssisələr əsas iqtisadi göstəricilərə görə (əlavə dəyər, aralıq istehlak, işçi qüvvəsinin saxlanma xərcləri, əsas kapitalın istehlakı, mənfəət və s.) qruplaşdırılmalıdır.
1.4. Seçmə statistik müşahidələrə dair misallar
Tutaq ki, müəssisələr statistikasına dair aşağıdakı məlumatlar mövcuddur (əlavə 1). Verilmiş göstəricilərin korrelyasıya təhlilini aparsaq, aşağıdakı nəticəni alarıq.


 

Y

X1

X2

X3

X4

Y

1













X1

0.86

1










X2

0.82

0.74

1







X3

0.90

0.83

0.91

1




X4

0.77

0.68

0.81

0.89

1

Cədvəldən göründüyü kimi, müəssisədə yeni yaradılmış əlavə dəyərin (Y) aralıq istehlak xərcləri (X1) ilə korrelyasiyası- 0.86, əsas fondların istehlakı (X2) ilə korrelyasiyası-0.82, işçilərin sayı (X3) ilə korrelyasiyası-0.90, enerji istehlakı (X4) ilə korrelyasiyası-0.77-dür. Ən böyük korrelyasiya əmsalı aralıq istehlak xərcləri (X2) ilə işçilərin sayı (X3) arasında mövcuddur (0.91). Korrelyasiya təhlili göstərir ki, müəssisədə yeni yaradılmış əlavə dəyər verilmiş 4 amildən ən çox işçilərin sayından asılıdır (0.90). İndi isə əlavə dəyərə təsir edən hər bir amilin statistik xarakteristikasını təhlil edək.



Statistik xarakteristikalar

Y

X1

X2

X3

X4

Orta qiymət

15.11

2.06

2.84

23.42

986.97

Standart xəta

2.6

0.43

0.61

3.81

102.07

Median qiyməti

5.9

0.76

0.9

11

898

Moda qiyməti

1.3

0.41

1.2

7

250

Standart uzaqlaşma

16.52

2.75

3.83

24.08

645.55

Seçmə variasiya

273.06

7.58

14.70

579.74

416737.7

Asimmetriya

0.18

10.49

7.53

2.91

0.67

Ekses

1.22

2.80

2.39

1.61

0.80

Rang

53.6

14.53

19.16

106

2900

Minimum

1.2

0.14

0.09

3

100

Maksimum

54.8

14.67

19.25

109

3000

Yekun

604.2

82.61

113.84

937

39479

Müəssisələrin sayı

40

40

40

40

40

Etibarlılıq səviyyəsi (95,0%)

5.28

0.88

1.23

7.70

206.46

Statistik xarakteristikaların təhlilinin əsas məqsədi məlumatların paylanması qanunauyğunluğunu müəyyənləşdirməkdən ibarətdir. Əgər paylanma normal deyilsə, onda onu normallaşdırmaq lazımdır.

Məlumatların statistik xarakteristikası göstərir ki, əlavə dəyər üzrə orta qiymət- 15.11, standart xəta- 2.6, median qiyməti- 5.9, standart meyl- 16.52, variasiya əmsalı- 1.09-dir. Aralıq istehlak xərcləri üzrə orta qiymət- 2.06, standart xəta- 0.43, median qiyməti- 0.76, standart meyl- 2.75, variasiya əmsalı- 1.33 olur. Əsas fondların istehlakı üzrə orta qiymət- 2.84, standart xəta- 0.61, median qiyməti-0.9, standart meyl- 3.83, variasiya əmsalı- 1.35 olur. İşçilərin sayı üzrə orta qiymət-23.42, standart xəta- 3.81, median qiyməti- 11, standart meyl- 24.08, variasiya əmsalı- 1.03 olur. Enerji istehlakı üzrə orta qiymət-986.97, standart xəta-102.07, median qiyməti- 898, standart meyl- 645.55, variasiya əmsalı-0.65 olur. Normal paylanma qanununa görə orta, median qiymət bir-birinə yaxın olmalı asimmetriya sıfıra və eksess üçə yaxın olmalıdır. Əgər orta kvadratik meyl orta kəmiyyətin yarısına bərabər və ya yarısından böyük olarsa onda məlumatları həmcins hesab etmək olmaz (2. səh.170). Məlumatları qruplaşdırmaq üçün təcrübədə variasiya əmsalından da istifadə edilir. Əgər variasiya əmsalı- 0.33 (33 %) çox olarsa bu müşahidə obyeklərinin qruplaşdırılması davam etdirilməlidir. Onda seçmə əlamətinin orta qiymət və median qiyməti bir-birinə yaxınlaşır. Əks halda, kəmiyyətlərin paylanması normal deyil və göstəricinin orta qiymətinin standart xətası böyükdür (əlavə dəyər üzrə intervalın aşağı həddi 15.11 - 1.96 x 2.6=10.01, intervalın yuxarı həddi 15.11+1.96 x 2.6= 20.21 olar).

Tutaq ki, orta qiymətə görə rayon üzrə cəmi əlavə dəyəri tapmaq lazımdır. Rayonda həmin sahə üzrə fəaliyyət göstərən 150 müəssisə (N=150) mövcuddur. Seçmə əlamətinin orta qiymətini (15.11) baş məcmuda müəssisələrin sayına vurmaqla rayon üzrə cəmi əlavə dəyəri tapmaq olar (15.11*150=2266.5). Bir işçiyə düşən əlavə dəyər (bir işçinin məhsuldarlığını) 150 müəssisədə işləyən işçilərin sayına vurmaqla da rayon üzrə cəmi əlavə dəyəri tapmaq olar. Tutaq ki, 150 müəssisədə 1505 işçi çalışır. Seçmə müşahidədən məlumdur ki, bir işçiyə 0.64 əlavə dəyər (əmək məhsuldarlığı) düşür. Onda rayon üzrə ümumi əlavə dəyər 963.2 (0.64 x 1505) olar. Göründüyü kimi, hesablamaların nəticəsi müxtəlifdir. Hər iki üsul əlavə dəyərə (son məhsul buraxılışı) təsir edən amilləri nəzərə almır. Əlavə dəyərə təsir edən amilləri nəzərə almaq üçün reqressiya təhlilindən istifadə edilir.



Seçmə müşahidə aparılmış 40 müəssisədə əlavə dəyərin məbləğinə görə qruplaşma aparaq və hər qrup üzrə statistik xarakteristikaları təhlil edək. Nümunə üçün müəssisələri 5 qrupa bölək. Qrupların sayını optimallaşdırmaq üçün iyerarxik klaster təhlilindən istifadə edilir.


Xarakteristikalar

Qruplar

Bütün müəssi-sələr üzrə

1

2

3

4

5

Orta kəmiyyət

49.46

37.9

26.4

19.66

4.14

15.11

Median qiyməti

50.4

37.9

25.8

19.5

4

5.9

Standart xəta

1.7

4.5

1.8

0.87

0.4

2.61

Yekun

247.3

75.8

79.2

98.3

103.6

604.2

Minimum

45.0

33.4

24.9

17.5

1.2

1.2

Maksimum

54.0

42.4

28.5

22.5

7.8

54.8

Rang

9.8

9.0

3.6

5

6.6

53.6

Dispersiya

14.45

40.5

3.51

3.83

4.09

273.06

Asimmetriya

-0.6







-0.26

-1.03

0.18

Eksess

0.34




1.29

0.61

0.19

1.22

Harmonik orta

49.23

37.37

26.31

19.51

3.5

4.59

Geometric orta

49.34

37.63

26.36

19.58

3.61

8.07

Standart meyl

3.8

6.36

1.87

1.96

2.02

16.52

Müəssisənin sayı

5

2

3

5

25

40

Yüklə 243,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin