1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar



Yüklə 217,73 Kb.
səhifə110/203
tarix02.02.2022
ölçüsü217,73 Kb.
#52011
1   ...   106   107   108   109   110   111   112   113   ...   203
Qafar kimya

Elektrokimyəvi korroziya

Metalların dağılmasının başlıca səbəbi elektrokimyəvi korroziyadır. Kimyəvi korroziyadan fərqli olaraq, elektrokimyəvi korroziya elektrik keçiriciliyi olan mühitdə baş verir. Metallar rütubətli torpaqda və elektrik keçiriciliyi olan başqa mühitlərdə elektrokimyəvi korroziyaya məruz qalırlar. Elektrolit mühitdə metal və ya ərintilərin korroziyasına elektrokimyəvi korroziya deyilir.

Saf metallar demək olar ki, elektrokimyəvi korroziyaya uğramır. Lakin texnikada işlədilən metallarda həmişə başqa metal və ya qeyri-metal qarışıqlar olur ki, bu da onların korroziyasını sürətləndirir.

Standart elektrod potensialları müxtəlif olan iki metal rütubətli havada təmasda olduqda qalvanik element yaranır. Fəal metal (elektrod potensialı kiçik olan), az fəal metala (elektrod potensialı böyük olan) elektronlar keçir. Bu halda birincilər anod, ikincilər isə katod rolunu oynayır. Dəmir özündən az fəal metal olan qalay və ya mislə toxunduqda rütubətli havada korroziyaya uğrayır.Dəmir fəal metal olduğundan elektronlar dəmirdən qalaya keçir və dəmir anod, qalay isə katod rolunu oynayır. Anod (dəmir) elektron itirərək oksidləşir və ion halına keçir. Katod (qalay) səthində su və onda həll olmuş oksigen elektron alaraq reduksiya olunur.




Yüklə 217,73 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   203




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin