Zn + H2O → ZnO + H2
Zn + H2S → ZnS + H2
Zn + 2HCl → ZnCl2 + H2
Zn + 2NaOH → Na2ZnO2 + H2 ərinti
Zn + 2NaOH + 2H2O → Na2[Zn(OH)4] + H2 məhlul
Qatı sulfat turşusu ilə sink turşunun qatılığından və temperaturundan asılı olaraq SO2, S və ya H2S əmələ gətirir.
Zn + 2H2SO4(qatı) → ZnSO4 + SO2 + 2H2O
3Zn + 4H2SO4(qatı) → 3ZnSO4 + S + 4H2O
4Zn + 5H2SO4(qatı) → 4ZnSO4 + H2S + 4H2O
Sink nitrat turşusu ilə qatılıqdan və şəraitdən asılı olaraq aşağıdakı kimi reaksiyaya daxil olur:
3Zn + 8HNO3(qatı) → 3Zn(NO3)2 + 2NO + 4H2O
4Zn + 10HNO3 (duru)→ 4Zn(NO3)2 + N2O + 5H2O
5Zn + 12HNO3 (duru) → 5Zn(NO3)2 + N2 + 6H2O
4Zn + 10HNO3 (duru) → 4Zn(NO3)2 + NH4NO3 + 3H2O
BİLET-28
1.EKVİVALENTLƏR QANUNU.MÜRƏKKƏB MADDƏLƏRİN(OKSİD,ƏSAS,TURŞU,DUZ)EKVİVALENTLƏRİNİN HESABLANMASI
1 mol-atom (1 q/mol) hidrogen və ya 0,5 mol-atom (8 q) oksigenlə birləşə bilən, yaxud kimyəvi reaksiyada bu miqdarı əvəz edən istənilən element miqdarına həmin elementin ekvivalenti deyilir.
İki elementin əmələ gətirdiyi müxtəlif birləşmələrdə elementlərdən birinin ekvivalenti dəyişkən olur. Məs. CO2 və CO birləşmələrində karbonun ekvivalenti uyğun olaraq 3 və 6 –ya bərabərdir.
Ekvivalentin kütlə vahidi ilə ifadəsinə ekvivalent kütləsi deyilir. Xlorun, kükürdün, karbonun ekvivalent kütlələri onların molyar kütlələr
inin müəyyən hissəsini təşkil edir və uyğun olaraq 35,5/1=35,5q/mol, 32/2=16q/mol, 12/4=3q/mol alınır. Ekvivalent vahidi mol, ekvivalent kütlə vahidi q/mol-dur.
Qanun alman kimyaçısı Rixter tərəfindən 1803-cü ildə kəşf edilib. Maddələrin bir-birilə ekvivalentlərinə mütənasib miqdarda reaksiyaya daxil olmaları ekvivalentlər qanunu ilə ifadə olunur:
Reaksiyaya daxil olan maddələrin kütlələrinin nisbəti onların ekvivalentlərinin nisbəti kimidir.
Dostları ilə paylaş: |