Mx = MH2 · DH2 ; Mx = 2·DH2
Mx - qazın molekul kütləsi, DH2 - onun hidrogenə görə sıxlıgıdır.
Qazların molekul kütləsi onların havaya görə sıxlığına əsasən də hesablanır.
Mx = 29 · Dhava 29 - havanın orta molekul kütləsidir.
2. ELEKTROLİZ PROSESİ.ELEKTROLİZİN I,II QANUNLARI
Elektroliz prosesində elektrik enerjisi kimyəvi enerjiyə çevrilir. Elektrolitdən (məhlulda və ya əridilmiş halda) sabit elektrik cərəyanı keçdikdə, elektrodlarda baş verən oksidləşmə və reduksiya nəticəsində maddələrin ayrılması ilə gedən proseslərə elektroliz deyilir.
Elektroliz prosesi elektrolizer adlanan qurğuda (elektroliz vannası ) aparılır. Elektrolit olaraq CuCl2 məhlulu doldurulmuş vannaya elektrodlar salınır və onlar sabit cərəyan mənbəyi ilə birləşdirilir.
Elektrolitdən cərəyan keçməmiş ionlar xaotik hərəkətdə olur, cərəyan buraxıldıqda isə onların nizamlanmış hərəkəti başlanır. Müsbət ionlar (kationlar) katoda, mənfi ionlar (anionlar) isə anoda tərəf hərəkət edir və elektrodlar üzərində yüksüzləşirlər. Elektroliz zamanı katod elektronları kationa verdiyi üçün reduksiyaedici, anod isə anionlardan elektron qəbul etdiyi üçün oksidləşdirici olur. Deməli, katod səthində reduksiya, anod səthində oksidləşmə prosesi baş verir. Qalvanik elementlərdən fərqli olaraq elektroliz prosesində mənfi elektrod katod, müsbət elektrod isə anod olur.
Dostları ilə paylaş: |