Təbiətdə tapılması. Xrom Yer qabığının 0,03%-ni təşkil edir. Ən çox xromit və ya xromlu dəmir daşı, krokoit və xrom (III) oksid Cr2O3 birləşmələrində rast gəlinir. Müəyyən olunmuşdur ki, xrom Günəşdə, ulduzlarda və meteoritlərdə var.
FeCr2O4 (və ya FeO·Cr2O3) - dəmir daşı
PbCrO4 - krokoit
Cr2O3 - xrom (III) oksid
Alınması. 1797 – ci ildə Vokelen tərəfindən kəşf edilmişdir. Xrom təmiz halda alüminotermiya üsulu ilə alınır.
4FeCr2O4 + 8Na2CO3 + 7O2 → 8Na2CrO4 + 2Fe2O3 + 8CO2
2Na2CrO4 + H2SO4 → Na2Cr2O7 + Na2SO4 + H2O
Na2Cr2O7 + 2C → Cr2O3 + Na2CO3 + CO; Na2Cr2O7 + S → Cr2O3 + Na2SO4
Cr2O3 + 2Al → 2Cr + Al2O3
2Cr2O3 + 3Si → 4Cr + 3SiO2
Sərbəst halda FeCr2O4 koksla reduksiya etməklə alınır.
FeCr2O4 + 4C → Fe + 2Cr + 4CO
Fiziki xassələri. Xrom bozumtul-ağ rəngli metaldır, xarici görünüşünə görə polada oxşayır. O, ağır (p=7,2q/sm3) və çətinəriyən (tərimə=1890oC) ən bərk metaldır. Onunla şüşə kəsmək olar. Havada xromun səthində oksid təbəqəsi əmələ gəlir ki, o da metalı korrozoyadan qoruyur.
Kimyəvi xassələri:Xrom adi şəraitdə passiv metaldır. Xromun səthi davamlı oksid təbəqəsi ilə örtüldüyündən, o, hətta turşularla çətinliklə reaksiyaya daxil olur. Xrom qızdırıldıqda bəsit və mürəkkəb maddələrlə reaksiyaya daxil olur.
4Cr + 3O2 → 2Cr2O3 2Cr + 3F2 → 2CrF3
2Cr + 3Cl2 → 2CrCl3 2Cr + N2 → 2CrN
2Cr + 3S → Cr2S3 2Cr + Si → Cr2Si
Xromun mürəkkəb maddələrlə qarşılıqlı təsiri.
2Cr + 3H2O → Cr2O3 + 3H2
Cr + 2HCl → CrCl2 + H2; Cr + 2HF → CrF2 + H2
Cr + H2SO4(duru) → CrSO4 + H2
2Cr + 6H2SO4 (qatı) → Cr2(SO4)3 + 3SO2 + 6H2O
Cr + 6HNO3 (qatı) → Cr(NO3)3 + 3NO2 + 3H2O
Xromun oksidlərindən CrO - əsasi oksid, Cr2O3-amfoter, CrO3- turşu oksididir.
Xrom 2-oksid, xromun civə ilə ərintisinin (CrHg3 və CrHg) oksigenlə oksidləşməsindən alınır. Qara bərk maddə olub, 100oC-dən yüksək temperaturda xrom 3-oksidə çevrilir və suda həll olmur.
2CrHg3 + O2 → 2CrO + 6Hg
4CrO +O2 → 2Cr2O3
CrCl2 + 2NaOH → Cr(OH)2 + 2NaCl
Xrom 2-hidroksid əsasi xassəlidir, turşularla müvafiq duzlar əmələ gətirir.
Cr(OH)2 + 2HNO3 → Cr(NO3)2 + H2O
Xromat və bixromat turşuları yalnız məhlulda məlumdur. Lakin duzları davamlı birləşmələr olub, xromat və bixromatlar adlanırlar. Mühitin pH-dan asılı olaraq xromatlar və bixromatlar bir-birinə çevrilirlər.Turş mühitdə xromatlar bixromatlara çevrildiyindən məhlulun sarı rəngi narıncı rəngə çevrilir.
2K2CrO4 + 2HCl → K2Cr2O7 + 2KCl + H2O
sarı narıncı
Əsasi mühitdə isə bixromatlar xromatlara çevrildiyindən məhlulun narıncı rəngi sarı rəngə çevrilir.
K2Cr2O7 + 2KOH → 2K2CrO4 + 2H2O
narıncı sarı
Xromun üçvalentli birləşmələri reduksiyaedicidir. Onlar qələvi mühitdə müxtəlif oksidləşdiricilərin təsiri ilə xromatlara çevrilir:
2CrCl3 + 16NaOH + 3Cl2 → 2Na2CrO4 + 12NaCl + 8H2O
Cr2O3 + 3KNO3 + 4KOH → 2K2CrO4 + 3KNO2 + 2H2O
Bixromatlar turş mühitdə oksidləşdirici xassə daşıyır:
K2Cr2O7 + 4HCl → 2CrCl3 + 2KCl + 3Cl2 + 7H2O
K2Cr2O7 + 3NaNO2 + 4H2SO4 → Cr2(SO4)3 + K2SO4 + 3NaNO3 + 4H2O
Tətbiqi. Xromdan metalkəsən alətlərin hazırlanmasında istifadə olunan yüksək keyfiyyətli bərk poladların,12%-ə qədər xromu olan paslanmayan paladın istehsalında, korroziyadan qorumaq məqsədilə müxtəlif polad məmulatların xromlaşdırılması üçün istifadə edilir. Xromun nixrom adlı ərintisinin (20% Cr və 80% Ni) elektrik müqaviməti yüksək olduğu üçün ondan qızdırıcı cihazların spirallarının hazırlanmasında istifadə edilir.
3.MƏHLULLARIN QATILIĞININ İFADƏ ÜSULLARI
Məhlulun miqdarca tərkibi qatılıqla müəyyən edilir.Qatılıq,həll olan maddə ilə həlledicinin miqdar nisbətini əks etdirir.Məhlulun vahid həcmində həll olmuş maddə miqdarına qatılıq deyilir.Məhlulun qatılığını müxtəlif üsullarla ifadə edirlər.Ən çox aşağıdakı üsullardan istifadə edilir.
Faizlə qatılıq.Məhlulun faizlə qatılığl onun 100q-da həll olan maddənin qramlarla miqdarı ilə ifadə olunur.
C% = (m / m1)·100
C% - məhlulun faizlə qatılığı; m – həll olan maddənin kütləsi; m1 – məhlulun kütləsidir. m1 = dV olduğundan C% = (m / dV)·100
d- məhlulun sıxlığı, V – məhlulun həcmidir.
Molyar qatılıq (CM). Həll olmuş maddə miqdarının məhlulun həcminə olan nisbətinə onun molyar qatılığı deyilir. Məhlulun molyar qatılığı onun 1 litrində həll olmuş maddə mollarının sayı ilə ifadə olunur.
CM= n / V
Burada; n – həll olmuş maddənin mollarının sayı; V – məhlulun həcmidir.
n = m / M olduğundan CM = m / M · V olar.
M – həll edilmiş maddənin molekul kütləsi; m- isə həll edilmiş maddənin kütləsidir. Məhlulun həcmi millilitrlə verildikdə, CM = m · 1000 / M·V
Molyal qatılıq. Məhlulun molyal qatılığı 1000q həlledicidə həll olmuş maddənin mollarının sayını göstərir.
Cm= ( m / M · m1 )·1000
m- həll olan maddənin küt., m1- həlledicinin küt. M- isə həll olan maddənin molekul kütləsidir.
Normal qatılıq. Məhlulun normal qatılığı onun 1 litrində həll olmuş maddə ekvivalentlərinin sayını göstərir.
CH = m / E ·V
Məhlulun həcmi millilitrlə olduqda, CH = ( m / EV) 1000
Titrli qatılıq.Məhlulun bir millilitrində həll olan maddənin qramlarla miqdarına məhlulun titri deyilir.
T= CH · E /1000
CH E – hasili həll olan maddənin kütləsini (m) ifadə edir.
4. BERİLİUMUN OKSİD VƏ HİDROKSİDLƏRİ,
ALINMASI,XASSƏLƏRİ VƏ AMFOTERLİYİ
Birləşmələri. BeO – ağ rəngli, bərk, yüksək temperaturda (25300 C) əriyən maddədir. Aşağıdakı üsullarla alınır.
BeCO3 → BeO + CO2
Be(OH)2 → BeO + H2O
2Be(NO3)2 → 2BeO + 4NO2 + O2
BeO amfoter xassəlidir.Turşu və əsasi oksidlərlə birlikdə əritdikdə müvafiq duz alınır:
əsasi oksidi BeO + SiO2 → BeSiO3
turşu oksidi BeO + K2O → K2BeO2
BeO suda həll olmur, ona müvafiq Be(OH)2 dolayı üsulla alınır.
BeSO4 + 2NaOH → Be(OH)2 + Na2SO4
Berillium-hidroksid də amfoter xassəli birləşmədir; turşu və qələvilərin məhlulunda həll olur; qələvilərin qatı məhlulu ilə hidroksoberillatlar əmələ gətirir:
Be(OH)2 + 2NaOH → Na2[Be(OH)4]
məhlul natrium tetra-hidrokso berillat
Be(OH)2 + 2NaOH → Na2BeO2 + 2H2O
ərinti natrium berillat
Berillium Be2C və BeC2 tərkibli karbidlər əmələ gətirir.
2BeO + 3C → Be2C + 2CO
Be + C2H2 → BeC2 + H2
Berillium karbidləri asanlıqla hidrolizə uğrayır:
Be2C + 4H2O → CH4 + 2Be(OH)2
BeC2 + 2H2O → C2H2 + Be(OH)2
Be-un nitrid və fosfidləri də H2O ilə parçalanaraq ammonyak və fosfin əmələ gətirir.
Be3N2 + 6H2O → 3Be(OH)2 + 2NH3
Be3P2 + 6H2O → 3Be(OH)2 + 2PH3
5.KİMYƏVİ RABİTƏLƏR VƏ ONLARIN YARANMA MEXANİZMİ
Kovalent rabitələr. Valent rabitə nəzəriyyəsinə görə əks-spinli tək elektron orbitallarının qapanması hesabına atom nüvələri arasında elektron sıxlığının artması nəticəsində yaranan rabitə kovalent rabitə adlanır. Bu rabitə universal xarakter daşıyan lokallaşmış ikielektronlu, ikimərkəzli rabitədir. Kovalent rabitə əsasən iki müxtəlif mexanizm üzrə əmələ gəlir.
Əks-spinli tək elektronların qoşalaşması ilə.
Donor-akseptor mexanizmi ilə.
Birinci halda kovalent rabitə atomların əks-spinli tək elektronlarının şərikləşdirilməsi yolu ilə yaranır və həmin proses elektron buludlarının qapanması kimi təsəvvür olunur. Bu halda əmələ gələn rabitələrin sayı şərikli elektron cütlərinin və yaxud hər bir atoma məxsus tək elektronların sayına bərabərdir. Həm eyni (s-s, p-p, d-d), həm müxtəlif (s-p, s-d, p-d) elektron orbitallarının qapanması nəticəsində kovalent rabitənin əmələ gəlməsi aşağıdakı şəkildə göstərilir. Həmin orbitalların qapanmasından müxtəlif enerjili kovalent rabitə yaranır. Kimyəvi rabitə yaradan hər elektron cütü bir valent xətlə (-) işarə olunur.
Rabitənin əmələgəlmə mümkünlüyünü göstərmək üçün atomdakı tək elektronların sayının və valentliyin müəyyən edilməsi vacibdir. Belə elektronlar bəzən atomun normal, bəzən də həyəcanlanmış vəziyyətində yaranır. Tək elektronların sayı Hund qaydasına və eyni kvant səviyyəsində vakant orbitalların olmasına əsasən müəyyən edilir.
7N 1s2 2s2 2p1x py1 pz1
8O 1s2 2s2 2p2x py1 p1z
9F 1s2 2s2 2p2x py2 pz1
Bu element atomlarının boş orbitalı olmadığından tək elektronların sayı dəyişmir. Bir sira element atomlarında tək elektronların sayının çoxalması onun həyəcanlanması zamanı qoşa elektronlardan birinin təklənərək qonşu yarımsəviyyəyə keçməsi nəticəsində baş verir və bununla əlaqədar olaraq elementin spin valenti də artır. Məsələn, Be, C və digər bu kimi element atomları normal haldan həyəcanlanmış hala keçdikdə tək elektronların sayı çoxalır.
Normal hal həyəcanlanmış hal
6C 1s2 2s2 px1 py1 pz0 1s2 2s1 2px1 py1 pz1
Kovalent rabitə həm eyni (H2, O2, F2, Cl2 molekullarında, almaz kristalında), həm də müxtəlif atomlar (H2O, HCl, NH3)
720A dan Məmmədhəsənli Qafarin işi 🤞❤️
Dostları ilə paylaş: |