1. Klassik vergitutma nəzəriyyəsini elmə kimlər daxil etmişdir?



Yüklə 43.65 Kb.
tarix04.06.2017
ölçüsü43.65 Kb.
1. Klassik vergitutma nəzəriyyəsini elmə kimlər daxil etmişdir?

A) U. Petti, A. Smit, D. Rikardo

B) F. Kene, T. Qobbs, C. Look

C) C. M. Keyns, A. Laffer, A. Vaqner

D) J. S. Sismonni, O. Mirobo,C. Mill

E) M. Fridman, M. Bens, Q. Stayn



2. Azərbaycanda əhalinin vergi yükünü azaldan və ayrı-ayrı şəhər və ərazilərə vergi güzəştlərini müəyyən edən vergi islahatı kim tərəfindən həyata keçirilmişdir?

A) Şah Abbas

B) Təhmasib

C) Keyxatu xan

D) Xəlifə Hüşam

E) Uzun Həsən



3. Qədim dövrlərdə aşağıdakı verilgilərdən hansı tətbiq olunmayıb?

A) Tütun

B) Üşr

C) Zəkat

D) Xüms

E) Misahə



4. Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxs cari rübdə Xırdalan şəhərində ümumi sahəsi 8000 kvadrat metr olan yaşayış binasının təməl işlərinə başlayıb. Bu şəxsin həmin rüb üçün dövlət büdcəsinə ödəməli olduğu sadələşdirilmiş verginin məbləğini təyin edin.

A) 18000 manat

B) 36000 manat

C) 9000 manat

D) 27000 manat

E) 54000 manat



5. X – XIX əsrlərdə Azərbaycanda müsəlman olamyan əhalidən hansı vergi alınırdı?

A) Cizyə

B) İxracat

C) Uşr


D) Tacar

E) Məlcahət



6. Azərbaycan Xalq Cumhuriyyətinin Hökumət büdcəsinin formalaşmasında hansı vergi iştirak etməyib?

A) Qul vergisi

B) Mədən vergisi

C) Dövlət gəlir venrgisi

D) Sənaye vergisi

E) Torpaq vergisi



7. A. Smitin «Tədiyyəsinin hüquq bəyannaməsi» adlanan beş prinsipindən hansı doğru deyil?

A) Qeyri – müəyyənlik prinsipi

B) Ədalətlilik prinsipi

C) Təsərrüfat müstəqilliyi və sərbəstlik prinsipi

D) Əlverişlilik prinsipi

E) Qənaətlilik prinsipi



8. Bərdə şəhərində qeydiyyatda olan taksi ilə Bakı şəhərində sərnişin daşınmasını həyata keçirən şəxsin ödəməli olduğu sadələşdirilmiş verginin aylıq məbləğini təyin edin.

A) 15 manat

B) 36 manat

C) 9 manat

D) 27 manat

E) 45 manat



9. Aşağıdakılardan hansı vergitutmanın hüquqi prinsiplərinə aid deyil?

A) Vergilərin sayının müəyyənliyi prisipi

B) Vergilərin qanunla müəyyən edilməsi pirsipi

C) Vergi qanunlarının qeyri – vergi qanunlarından üstün tutulması prisipi

D) Dövlətin və vergi ödəyicilərinin maraqlarının uyğunluğu prinsipi

E) Bərabər vergi yükü prinsipi



10. Aşağıdakılardan hansı vergitutmanın təşkilati prinsiplərinə aid deyil?

A) Vergilərdən yayınmanın mümkünlüyü prisipi

B) Vergi sitsteminin tamlığı prinsipi

C) Vergi sisteminin stabilliyi prisipi

D) Vergitutmanın elastikliyi prinsipi

E) Vergilərin çoxsaylı olması prinsipi



11. Vergilər aşağıdakı funksiyalardan hansını yerinə yetirmir?

A) Stabillik funksiyası

B) Bölüşdürücü funksiya

C) Tənzimləyici funksiya

D) Nəzarət funsiyası

E) Fiskal funksiya



12. Yükgötürmə qabiliyyəti 5 ton olan yük avtomobili ilə Şəki şəhərində yük daşınması ilə məşğul olan şəxsin ödənilməli olan aylıq sadələşdirilmiş verginin məbləğini təyin edin.

A) 5 manat

B) 10 manat

C) 20 manat

D) 30 manat

E) 15 manat



13. Tutulma obyektinə görə dolayı vergilər necə qruplaşdırılır?

A) Universal və fərdi

B) Universal və şəxsi

C) Fərdi və qarışıq

D) Real və şəxsi

E) Universal və real



14. Tutulma obyektinə görə birbaşa vergilər necə qruplaşdırılır?

A) Real və şəxsi

B) Qarışıq və universal

C) Fərdi və universal

D) Şəxsi və məqsədli

E) Fərdi və real



15. Aşağıdakılardan hansı vergi ödyicilərinin vəzifələrinə aid deyil?

A) İmkan daxilində vergidən yayınmaq

B) Vergi orqanlarından VÖEN almaq

C) Qanunla müəyyən edilmiş vergiləri ödəmək

D) Öz gəlirlərinin və vergitutma obyektlərinin uçotunu aparmaq

E) Vergi orqanlarına zəruri məlumatları və sənədləri təqdim etmək



16. Yükgötürmə qabiliyyəti 10 ton olan yük avtomobili ilə Gəncə şəhərində yük daşınması ilə məşğul olan şəxsin ödənilməli olan aylıq sadələşdirilmiş verginin məbləğini təyin edin.

A) 15 manat

B) 30 manat

C) 20 manat

D) 10 manat

E) 25 manat



17. Aşağıdakılardan hansı vergi ödəyicilərinin hüquqlarına aid deyil?

A) Qanunvericilikdə müəyyən edilmiş qaydada kommersiya (vergi) sirrinin qorunmasına görə vergi orqanı işçilərini cəzalandırmaq

B) Vergi qanunları ilə müəyyən edilmiş hallarda və qaydada vergi güzəştlərindən istifadə etmək

C) Artıq ödənimiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını tələb etmək

D) Vergi yoxlaması ilə bağlı tərtib edilən aktların və vergi orqanlarının qərarlarının surətini almaq

E) Vergi orqanlarıdan vergi qanuvericiliyinin tətbiq edilməsi məsələlərinə dair yazılı izahatlar almaq



18. Aşağıdakılardan hansı vergi orqanlarının hüquqlarına aid deyil?

A) Qanunvericiliyi pozmadan vergidən yayınmanın qanuni yollarını vergi ödəyicisinə izah etmək

B) Qanunvericiliyə uyğun olaraq komeral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirtmək

C) Vergi ödəyicilərində olan bütün sənədləri yoxlamaq

D) Vergi ödəyicilərindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılmasını tələb etmək

E) AR Cinayət – Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada təhqiqat aparmaq



19. Hansı vergi nəzəriyyəsində vergilər ilk dəfə iqtisadiyyatın dövlət tənzimlənməsinin əsas alətlərindən biri kimi baxılmışdır?

A) Keyns nəzəriyyəsi

B) Klassik nəzəriyyə

C) Mübadilə nəzəriyyəsi

D) Monetarizm nəzəriyyəsi

E) Təklif iqtisadiyyatı nəzəriyyəsi



20. Yükgötürmə qabiliyyəti 5 ton olan yük avtomobili ilə Bakı şəhərində yük daşınması ilə məşğul olan şəxsin ödənilməli olan aylıq sadələşdirilmiş verginin məbləğini təyin edin.

A) 10 manat

B) 20 manat

C) 5 manat

D) 30 manat

E) 15 manat



21. Vergi münasibətlərinin prinsipləri sisteminə hansı prinsiplər daxildir?

A) İqtisadi prinsiplər, hüquqi prinsiplər, təşkilati prinsiplər

B) Hüquqi prinsiplər, kompleks prinsiplər, inzibati prinsiplər

C) İnzibati prinsiplər, iqtisadi prinsiplər, elastik prinsiplər

D) Təşkilati prinsiplər, inzibati prinsiplər, çevik prinsiplər

E) Kompleks prinsiplər, funksional prinsiplər, iqtisadi prinsiplər



22. Vergitutmanın iqtisadi prinsiplərinə hansı prinsiplər daxildir?

A) Təsərrüfat müstəqilliyi prinsipi, ədalətlilik prinsipi, tarazlıq prinsipi, səmərəlilik prinsipi

B) Neytrallıq prinsipi, tarazlıq prinsipi, səmərəlilik prinsipi, vergi sisteminin tamlığı prinsipi

C) Ədalətlilik prinsipi, tarazlıq prinsipi, neytrallıq prinsipi, müəyyənlik prinsipi

D) Səmərəlilik prinsipi, vergi sisteminin tamlığı prinsipi, təsərrüfat müstəqilliyi prinsipi, elastiklik prinsipi

E) Neytrallıq prinsipi, müəyyənlik prinsipi, müdafiə prinsipi



23. Dövlət büdcəsinin gəlirlərinin təmin edilməsi vergilərin hansı funksiyasının xarakterik xüsusiyyətidir?

A) Fiskal funksiya

B) Bölüşdürmə funksiyası

C) Tənzimləmə funksiyası

D) Stimullaşdırma funksiyası

E) Məhdudlaşdırma funksiyası



24. Şəki şəhərində taksi ilə sərnişin daşıyan şəxsin ödəməli olduğu aylıq sadələşdirilmiş verginin məbləğinin təyin edin.

A) 9 manat

B) 18 manat

C) 4,5 manat

D) 27 manat

E) 54 manat



25. Azərbaycanda idarəetmə səviyyəsinə görə vergilər necə təsnifləşdirilir?

A) Dövlət vergiləri və yerli vergilər

B) Ərazi vergiləri və yerli vergilər

C) Yerli vergilər və federasiya vergiləri

D) Dövlət vergiləri və ərazi vergiləri

E) Konfederasiya vergiləri və ərazi vergiləri



26. Tutulma üsuluna görə vergilər necə təsnifləşdirilir?

A) Birbaşa və dolayı vergilər

B) Real və şəxsi vergilər

C) Mücərrəd və məqsədli vergilər

D) Universal və fərdi vergilər

E) Gəlir və sərvətdən vergilər



27. Birbaşa vergilər hansılardır?

A) Fiziki şəxslərdən gəlir vergisi, hüquqi şəxslərdən mənfəət vergisi, yol vergisi, sadələşdirilmiş vergi, əmlak vergisi, torpaq vergisi

B) Hüquqi şəxslərdən mənfəət vergisi, yol vergisi, əlavə dəyər vergisi

C) Əlavə dəyər vergisi, hüquqi şəxslərdən mənfəət vergisi, aksiz vergisi

D) Mədən vergisi, fiziki şəxslərdən gəlir vergisi, hüquqi şəxslərdən mənfəət vergisi

E) Fiziki şəxslərdən gəlir vergisi, hüquqi şəxslərdən mənfəət vergisi, aksiz vergisi



28. Gəncə şəhərində taksi ilə sərnişin daşıyan şəxsin ödəməli olduğu aylıq sadələşdirilmiş verginin məbləğini təyin edin.

A) 13,5 manat

B) 27 manat

C) 54 manat

D) 81 manat

E) 40,5 manat



29. Dolayı vergilər hansılardır?

A) Əlavə dəyər vergisi, aksiz vergisi, mədən vergisi

B) Fiziki şəxslərdən gəlir vergisi, hüquqi şəxslərdən mənfəət vergisi, mədən vergisi

C) Sadələşdirilmiş vergi, əmlak vergisi, aksiz vergisi, torpaq vergisi

D) Əlavə dəyər vergisi, aksiz vergisi, sadələşdirilmiş vergi, əmlak vergisi

E) Aksiz vergisi, mədən vergisi, fiziki şəxslərdən gəlir vergisi, hüquqi şəxslərdən mənfəət vergisi



30. Maddi sərvətlərin toplanması prosesində bilavasitə vergi ödəyicilərinin gəlir və əmlakından tutulan vergilər hansılardır?

A) Birbaşa vergilər

B) Real vergilər

C) Dolayı vergilər

D) Universal vergilər

E) Fərdi vergilər



31. Əmtəə və xidmətlərin qiymətindən tutulan və qiymətlərin üzərinə dövlət tərəfindən qoyulan əlavə kimi tətbiq edilən vergilər hansılardır?

A) Dolayı vergilər

B) Şəxsi vergilər

C) Birbaşa vergilər

D) Məqsədli vergilər

E) Fərdi vergilər



32. Bakı şəhərində taksi ilə sərnişin daşıyan şəxsin ödəməli olduğu aylıq sadələşdirilmiş verginin məbləğinin təyin edin.

A) 18 manat

B) 9 manat

C) 36 manat

D) 27 manat

E) 54 manat



33. Qanunvericiliyə əsasən vergi ödəməli olan fiziki və huquqi şəxslər hansı vergi elementinə aid edilir?

A) Vergitutma subyekti

B) Vergitutma obyekti

C) Vergitutma bazası

D) Vergi agenti

E) Vergitutma vahidi



34. Vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsi nədir?

A) Vergitutma bazası

B) Vergitutma subyekti

C) Vergitutma dövrü

D) Vergi agenti

E) Vergitutma obyekti



35. Vergi sisteminin infomasiya təminatı hansı xüsusiyyətlərə əsasən qənaətbəxş hesab olunur?

A) Operativlik, dürüstlük, qənaətbəxşlik

B) Dürüstlük, sərbəstlik, fərdilik

C) Operativlik, cəldlik, dəqiqlik

D) Qənaətbəxşlik, çeviklik, fərdilik

E) Dürüstlük, sərbəstlik, çeviklik



36. Şəki-Qəbələ marşrutu ilə işləyən avtobusun oturacaq yerlərinin sayı 20-dir. Bu zaman ödənilməli olan aylıq sadələşdirilmiş verginin məbləğini təyin edin.

A) 36 manat

B) 72 manat

C) 18 manat

D) 80 manat

E) 45 manat



37. Daha yüksək vergi dərəcələrinin tətbiqi, vergi güzəştlərinin ixtisara salınması,vətəndaşlardan mümkün qədər daha çox vəsaitin toplanılması vergi siyasətinin hansı növünün xarakterik xüsusiyyətidir?

A) Maksimal vergi siyasəti

B) Optimal vergi siyasəti

C) Sosial vergi siyasəti

D) Daxili vergi siyasəti

E) Xarici vergi siyasəti



38. Sahibkarlıq fəaliyyətinin subyektləri üçün vergi yükünün yüngülləşdirilməsi, onların inkişafı üçün əlverişli mühitin yaradılması vergi siyasətinin hansı növünün xarakterik xüsusiyyətidir?

A) Optimal vergi siyasəti

B) Xarici vergi siyasəti

C) Sosial vergi siyasəti

D) Daxili vergi siyasəti

E) Maksimal vergi siyasəti



39. Vergi mexanizmi nədir?

A) Vergitutmanın idarə edilməsinin təşkilati-hüquqi forma və üsullarının məcmusu

B) Vergitutmanın idarə edilməsinin iqtisadi formalarının məcmusu

C) Vergitutmanın idarə edilməsinin təşkilatı üsullarının məcmusu

D) Vergilərin tutulmasının forma və üsullarının məcmusu

E) Vergilərin ödənilməsinin forma və üsullarının məcmusu



40. Gəncə-Yevlax marşrutu ilə işləyən avtobusun oturacaq yerlərinin sayı 20-dir. Bu zaman ödənilməli olan aylıq sadələşdirilmiş verginin məbləğini təyin edin.

A) 54 manat

B) 27 manat

C) 108 manat

D) 81 manat

E) 162 manat



41. Aşağıdakılardan hansı vergi mexanizmi prosesi zamanı yaranan münasibətləri əks etdirmir?

A) İnhisarçılıq

B) Vergi planlaşdırması və proqnozlaşdırılması

C) Vergitutmanın idarə edilməsi

D) Vergi nəzarəti

E) Hüquqi tənzimləmə və reqlamentləşdirmə



42. Vergi güzəşti nədir?

A) Vergi qanunvericiliynə əsasən vergi ödəyicisinə daha çox vəsait toplamaq imkanı verən müstəsna imkan

B) Vergi qanunvericiliyinə əsasən vergi ödəyicilərinə sərbəst fəaliyyət göstərmək hüququ verən müstəsna imkan

C) Vergi qanunvericiliyinə əsasən vergi ödəyicilərinə verginin ödəməkdən tam və ya qismən azad olmaq hüququnu verən müstəsna imkan

D) Vergi qanunvericiliyinə əsasən vergi ödəyicisinə vergidən yayınma hüququnu verən müstəsna imkan

E) Vergi qanunvericiliyinə əsasən vergi ödəyicisinə vergidən azad olmaq hüququnu verməyən, lakin kompensasiya xarakterli güzəşt



43. Aşağıdakılardan hansı vergi güzəştinin təsnifatına aid deyil?

A) Dövlət rüsumu üzrə güzəştlər

B) Obyektə verilən güzəştlər

C) Vergi dərəcələri üzrə güzəştlər

D) Müddət üzrə güzəştlər

E) Ayrı-ayrı obyektlərə verilən güzəştlər



44. Bakı-Şamaxı marşrutu ilə işləyən avtobusun oturacaq yerlərinin sayı 20-dir. Bu zaman ödənilməli olan aylıq sadələşdirilmiş verginin məbləğini təyin edin.

A) 72 manat

B) 144 manat

C) 36 manat

D) 180 manat

E) 90 manat



45. Aşağıdakılardan hansı vergidən yayınmanın forması deyil?

A) Vergi borcunun yaradılması

B) Vergidən yan keçmə

C) Qanunvericiliyi pozmadan vergidən yayınma

D) Vergidən bilavasitə yayınma

E) Bilərəkdən vergidən yayınma



46. Vergi ödəyicisinin vergilərin büdcəyə ödənilməsi üçün həyata keçirdiyi fəaliyyətlərinin məcmusu nədən ibarətdir?

A) Vergilərin ödənilməsi

B) Vergilərin qaytarılması

C) Vergilərin hesaba köçürülməsi

D) Vergilərin başqasınn üzərinə qoyulması.

E) Vergilərin çıxılması



47. Vergilərin hesablanması prosesində ilkin mərhələ hansıdır?

A) Vergitutma obyektinin təyin edilməsi

B) Vergitutma bazasının təyin edilməsi

C) Vergi dərəcəsinin seçilməsi

D) Vergi məbləğinin hesablanması

E) Vergitutma subyektinin təyin edilməsi



48. Bakı şəhərində 750-ci marşrutla işləyən avtobusun oturacaq yerlərinin sayı 24-dür. Bu zaman ödənilməli olan aylıq sadələşdirilmiş verginin məbləğini təyin edin.

A) 86,4 manat

B) 17,2 manat

C) 43,2 manat

D) 216 manat

E) 108 manat



49. Aşağıdakılardan hansı vergi uçot-sənədlərinə aid deyil?

A) Göndərişlər

B) Müşayətedici sənədlər

C) Uçot sənədləri

D) Uçot-hesabat sənədləri

E) Bildirişlər



50. Müstəqillik dövründə Azərbaycan Respublikasında Vergitutmanın inkişafına təkan verən ən mühüm tədbir nə olmuşdur?

A) Vergi Məcəlləsinin qəbul edilməsi və tətbiqi

B) «Dövlət vergi xidməti haqqında Əsasnamə»nin qəbul edilməsi

C) Dolayı vergilərə birbaşa vergilərə nisbətən üstünlüyün verilməsi

D) Əlavə dəyər vergisinin tətbiq edilməsi

E) Sadələşdirilmiş verginin tətbiq edilməsi



51. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergitutmanın formaları hansılardır?

1) Bilavasitə mənbədən. 2) Bəyannamə üzrə. 3) Göndəriş üzrə. 4) Çağırış üzrə 5) Bildiriş üzrə. 6) Hesablaşma hesabı üzrə.

A) 1;2;5

B) 1;3;5

C) 2;3;6

D) 3;4;5

E) 1;2;3



52. Gəncə şəhərində qeydiyyatda olub Bakı şəhərində fəaliyyət göstərən sadələşdirilmiş verginin ödəyicisi olan hüquqi şəxsin hesabat dövrü ərzində ümumi dövriyyənin məbləği 3000 manat təşkil etmişdir. Onun ödəməli olduğu sadələşdirilmiş verginin məbləğini təyin edin.

A) 120 manat

B) 60 manat

C) 240 manat

D) 180 manat

E) 90 manat



53. Aşağıdakılardan hansı vergi mənbəyinə aid deyil?

A) Kapital

B) Əmlak

C) Torpaq sahəsi

D) Məcmu gəlir

E) Əlavə dəyər



54. Aşağıdakı nəzəriyyələrdən hansıları xüsusi nəzəriyyələr hesab olunur?

A) Birbaşa və dolayı vergilərin nisbəti, vahid vergi, mütənasib vergitutma

B) Proqressiv vergitutma, təklif iqtisadiyyatı, vahid vergi

C) Vergilərin başqasının üzərinə qoyulması, Keyns nəzəriyyəsi, vahid vergi

D) Proqressiv vergitutma, birbaşa və dolayı vergilərin nisbəti

E) Vahid vergi, klassik nəzəriyyə



55. İlk vergitutma nəzəriyyəsi hansıdır?

A) Mübadilə nəzəriyyəsi

B) Atomistik nəzəriyyə

C) Təklif iqtisadiyyatı nəzəriyyəsi

D) Ləzzət nəzəriyyəsi

E) Klassik nəzəriyyəsi



56. Gəncə şəhərində qeydiyyatda olub orada fəaliyyət göstərən sadələşdirilmiş verginin ödəyicisi olan hüquqi şəxsin hesabat dövrü ərzində ümumi dövriyyənin məbləği 2000 manat təşkil etmişdir. Onun ödəməli olduğu sadələşdirilmiş verginin məbləğini təyin edin.

A) 40 manat

B) 80 manat

C) 20 manat

D) 100 manat

E) 50 manat



57. Vergi yoxlamaları neçə cür olur?

A) 2


B) 3

C) 4


D) 5

E) 1


58. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərifindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından neçə gün əvvəl yazılı bildiriş göndərilir?

A) 15 gün

B) 30 gün

C) 20 gün

D) 10 gün

E) 5 gün



59. Səyyar vergi yoxlaması vergi ödəyicisinin fəaliyyətinin son neçə ilini əhatə edə bilər?

A) 3


B) 4

C) 5


D) 2

E) 1


60. Bakı şəhərində fəaliyyət göstərən sadələşdirilmiş verginin ödəyicisi olan hüquqi şəxsin hesabat dövrü ərzində ümumi dövriyyənin məbləği 3000 manat təşkil etmişdir. Onun ödəməli olduğu sadələşdirilmiş verginin məbləğini təyin edin.

A) 120 manat

B) 240 manat

C) 60 manat

D) 180 manat

E) 90 manat



61. Kameral vergi yoxlaması harada və nəyə əsasən həyata keçirilir?

A) Kameral vergi yoxlaması yerlərə getmədən vergi orqanında olan vergi ödəyicisinin hesabatlarına və sənədlərinə əsasən həyata keçirilir

B) Kameral vergi yoxlaması vergi ödəyicisinin yerləşdiyi ünvanda hesabat və sənədlərə əsasən həyata keçirilir

C) Kameral vergi yoxlaması vergi orqanında internet materiallarına əsasən həyata keçirilir

D) Kameral vergi yoxlaması vergi orqanlarında telefonoqrammalara əsasən həyata keçirilir

E) Kameral vergi yoxlaması bankda bank sənədlərinə əsasən həyata keçirilir



62. Kameral vergi yoxlaması zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması aşkar edildikdə vergi ödəyicisinə vergi orqanı tərəfindən nə göndərilir?

A) Bildiriş

B) Göndəriş

C) Çağırış

D) Bəyannamə

E) Məktub



63. Bütün vergi obyektləri haqqında vahid məlumatlar bazasının yaradılmasını təmin edən vergi nəzarətinin forması hansıdır?

A) Vergi ödəyicilərinin uçotu

B) Vergi yoxlamaları

C) Vergi daxilolmalarının operativ-mühasibat uçotu

D) Fiziki şəxslərin xərclərinin onların gəlirlərinə uyğunluğuna nəzarət

E) Operativ vergi nəzarəti



64. Fiziki şəxsin mülkiyyətində olan avtobusun mühərrikinin həcmi 3200 kub santimetrdir. Onun ödəməli olduğu yol vergisinin məbləğini təyin edin.

A) 6400 manat

B) 12. 800 manat

C) 3200 manat

D) 1280 manat

E) 640 manat



65. Səyyar vergi yoxlaması necə ola bilər?

A) Növbəti və növbədənkənar

B) Növbəti və yarımillik

C) İllik və yarımillik

D) Birinci və ikinci

E) Növbədənkənar və davamlı



66. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərinin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında, nəqliyyat vasitələrində həyata keçirilən vergi nəzarəti forması hansıdır?

A) Operativ vergi nəzarəti

B) Ekspertiza

C) Kameral vergi yoxlaması

D) Səyyar vergi yoxlaması

E) Baxış



67. Aşağıdakılardan hansı fiziki şəxslərdən gəlir vergisinin ödəyiciləri hesab olunur?

A) Rezident və qeyri-rezident fiziki şəxslər

B) Qeyri-rezident fiziki şəxslər

C) Rezident fiziki şəxslər

D) Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər

E) Azərbaycan Respublikasından kənarda gəlir əldə edən fiziki şəxslər



68. Fiziki şəxsin mülkiyyətində olan minik avtomobilinin mühərrikinin həcmi 1600 kub santimetrdir. Onun ödəməli olduğu yol vergisinin məbləğini təyin edin.

A) 16 manat

B) 8 manat

C) 32 manat

D) 64 manat

E) 24 manat



69. Fiziki şəxslərin hansı gəliri gəlir vergisindən azad edilmir?

A) Dividendlər

B) Alimentlər

C) Dövlət təqaüdləri

D) Təqvim ili ərzində alınan yardım

E) Pensiyalar



70. Fiziki şəxslərdən gəlir vergisinin dərəcələri hansı bənddə düzgün verilmişdir?

A) Aylıq gəlirin məbləği 2500 manatadək olduqda 14%, 2500 manatdan çox olduqda 350 manat + 2500 manatdan çox olan məbləğin 25%-i

B) Aylıq gəlirin məbləği 1000 manatadək olduqda 14%, 1000 manatdan çox olduqda, 140 manat + 1000 manatdan çox olan məbləğin 30%-i

C) Aylıq gəlirin məbləği 2000 manatadək olduqda 12%, 2000 manatdan çox olduqda 240 manat + 2000 manatdan çox olan məbləğin 30%-i

D) Aylıq gəlirin məbləği 1000 manatadək olduqda 10%, 2000 manatdan çox olduqda 100 manat 2000 manatdan çox olan məbləğin 30%-i

E) Aylıq gəlirin məbləği 2000 manatadək olduqda vergi tutulmur, 2000 manatdan çox olan məbləğin 14%-i



71. I və II qrup əlillərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri neçə manat məbləğində azaldılır?

A) 100 manat

B) 200 manat

C) 300 manat

D) 400 manat

E) 500 manat



72. Rusiyaya məxsus oturacaq yerlərinin sayı 24 olan avtobus Azərbaycan ərazisində 15 gün qalmışdır. Həmin avtobusdan tutulmalı olan yol vergisinin məbləği nə qədərdir.

A) 140 ABŞ doları

B) 1400 ABŞ doları

C) 20 ABŞ doları

D) 400 ABŞ doları

E) 40 ABŞ doları



73. Aşağıdakılardan hansılar hüquqi şəxslərdən mənfəət vergisinin ödəyiciləridir?

A) Azərbaycan Respublikasında fəaliyyət göstərən rezident və qeyri-rezident müəssisələr

B) Azərbaycan Respublikasında fəaliyyət göstərən rezident müəssisələr

C) Azərbaycan Respublikasında fəaliyyət göstərən qeyri-rezident müəssisələr

D) Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlar

E) Azərbaycan Respublikasında fəaliyyət göstərən özəl müəssisələr



74. Əlillərin ictimai təşkilatlarına məxsus olan, işçilərinin ümumi sayını azı 50%-i əlillərdən ibarət olan istehsal müəssisələrinə mənfəət vergisi üzrə hansı güzəştlər verilir?

A) Mənfəət vergisinin dərəcələri 50% azaldılır

B) Vergidən azaddırlar

C) Mənfəət vergisinin dərəcəsi 40% azaldılır

D) Mənfəət vergisinin dərəcəsi 30% azaldılır

E) Mənfəət vergisinin dərəcəsi 20% azaldılır



75. Rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində neçə faiz məbləğində vergi tutulur?

A) 10%


B) 6%

C) 14%


D) 18%

E) 22%


76. Müəssisə ay ərzində 1000 kub metr mineral su çıxarmışdır. Bu müəssisənin ödəməli olduğu mədən vergisinin məbləğini təyin edin.

A) 6000 manat

B) 3000 manat

C) 12000 manat

D) 9000 manat

E) 1200 manat



77. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxal hansı vergi növü üzrə vergitutma obyekti hesab olunur?

A) Əlavə dəyər vergisi

B) Fiziki şəxslərin gəlir vergisi

C) Aksiz vergisi

D) Sadələşdirilmiş vergi

E) Əmlak vergisi



78. Aşağıdakılardan hansının ƏDV-dən azad olma hüququ yoxdur?

A) Aksizli malların istehsalçıları

B) Milli və ya xarici valyutanın, həmçinin qiymətli kağızların göndərilməsi və ya idxal edilməsi

C) Dəfn və qəbrstanlığın mərasim xidmətləri

D) Metropolitendə sərnişindaşıma xidmətləri

E) Maliyyə xidmətinin göstərilməsi



79. Azərbaycan Respublikasında ƏDV neçə faizlə tətbiq olunur?

A) 18%- 0%

B) 18%

C) 0%


D) 14%

E) 22%


80. Müəssisə mart ayı ərzində 5000 kub metr yodlu bromlu su çıxarmışdır. Bu müəssisənin ödəməli olduğu mədən vergisinin məbləğini təyin edin.

A) 100 manat

B) 20 manat

C) 200 manat

D) 25 manat

E) 50 manat



81. Aşağıdakı məlumatlardan hansı ƏDV üzrə vergi hesab fakturalarında əks etdirilmir?

A) Vergi ödəyicisinin ev ünvanı

B) Yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin adı

C) Vergi tutulan əməliyyatın haqqının məbləği

D) Aksizli mallardan aksizin məbləği

E) Vergi ödəyicisinin və alıcının adı



82. Əlavə dəyər vergisinin tutulması zamanı hansı mexanizimlərdən istifadə olunur?

A) Əvəzləşdirmə mexanizmi

B) Bölüşdürmə mexanizmi

C) Kreditləşmə mexanizmi

D) Köçürülmə mexanizmi

E) Bütün mexanizmlərdən



83. ƏDV üzrə hansı vaxt hesabat dövrü hesab olunur?

A) Təqvim ayı

B) Təqvim ili

C) Rüb


D) Yarım il

E) Həftə



84. Hüquqi şəxs may ayı ərzində 20 ton təbii qaz çıxarmışdır. Qazın bir tonunun qiyməti 500 manat olarsa, onda həmin hüquqi şəxsin ödəməli olduğu mədən vergisinin məbləğini təyin edin.

A) 2000 manat

B) 2500 manat

C) 500 manat

D) 250 manat

E) 1000 manat



85. Aşağıdakılardan hansı ƏDV-nin ödəyicisi deyil?

A) maliyyə xidmətlərini göstərən şəxslər

B) Azərbaycan Respublikasına ƏDV tutulan malları idxal edən şəxslər

C) aksizli malların istehlakçıları

D) hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti göstərən şəxslər

E) ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs



86. Xaricdən alınan əvəzsiz maliyyə yardımları (qrantlar) hesabına malların idxalı, qrant üzrə resipiyentlərə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ƏDV-yə neçə faizlə cəlb edilir?

A) 0%


B) 18%

C) 18% və 0%

D) cəlb edilmir

E) 14%


87. Aşağıdakılardan hansı gəlir vergisindən azadolmalara aid deyil?

A) Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər

B) Alimentlər

C) Təqvim ili ərzində alınan hədiyyə, maddi yardım birdəfəlik müavinət və miraslar

D) Dəymiş zərərlərin ödənilməsi ilə bağlı alınan kompensasiya ödənişləri

E) Kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlir



88. Müəssisə ay ərzində 500 kub metr daş duz çıxarmışdır. Bu müəssisənin ödəməli olduğu mədən vergisinin məbləğini təyin edin.

A) 2000 manat

B) 4000 manat

C) 200 manat

D) 1000 manat

E) 500 manat



89. Azərbaycan Respublikasının Milli qəhrəmanlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri neçə manat məbləğində azaldılır?

A) 400 manat

B) 500 manat

C) 300 manat

D) 200 manat

E) 100 manat



90. Müəssisənin mənfəətindən neçə faizlə vergi tutulur?

A) 20%


B) 24%

C) 35%


D) 27%

E) 25%


91. Aşağıdakılardan hansı gəlirlər mənfəət vergisi üzrə azadolma hüququna malik deyil?

A) Neft şirkətinin gəliri. (sahibkarlıq fəaliyyətində əldə etdikləri gəlirlərdən başqa)

B) Qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr

C) Beynəlxalq, dövlətlərarası və hökumətlərarası təşkilatların gəlirləri – (sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirlərdən başqa)

D) Alınmış sığorta ödənişləri (həmin sığorta hadisəsi ilə əlaqədar zərərə aid edilən məbləğlərdən başqa)

E) Xeyriyyə təşkilatlarının gəliri (sahibkarlın fəaliyyətindən əldə etdikləri gəlirdən başqa)



92. Mineral su istehsalı ilə məşğul olan müəssisə ay ərzində 1000 kub metr mineral su çıxarmışdır. Bu müəssisənin ödəməli olduğu mədən vergisinin məbləğini təyin edin.

A) 6000 manat

B) 12. 000 manat

C) 3000 manat

D) 1200 manat

E) 300 manat



93. Azərbaycan Respublikasının ərazisində istehsal edilən aksizli malların istehsal binasının hüdudlarından kənara buraxılması nə hesab olunur?

A) Vergitutma obyekti

B) Vergitutma dövrü

C) Vergitutma vaxtı

D) Vergitutma bazası

E) Vergitutma subyekti



94. Azərbaycan Respublikasının ərazisindən tranzitlə daşınan mallar aksiz vergisi üzrə hansı güzəştə malikdir?

A) Aksiz vergisindən azaddır

B) Aksiz vergisinə 50% güzəştlə cəlb edilir

C) Aksiz vergisinə 30% güzəştlə cəlb edilir

D) İdxal olunan minik avtomobillərinə cəlb edilən dərəcələrlə tətbiq edilir

E) Gömrük baxışı həyata keçirilmir



95. Aşağıdakılardan hansılar aksizli mallar hesab olunmur?

A) Velosipedlər

B) Tütün məmulatları

C) Neft məhsulları

D) Minik avtomobilləri

E) İçməli spirt, pivə və spirtli içkilər



96. Mineral su istehsalı ilə məşğul olan müəssisə ay ərzində 500 kub metr mineral su çıxarmışdır. Bu müəssisənin ödəməli olduğu mədən vergisinin məbləğini təyin edin.

A) 3000 manat

B) 500 manat

C) 1000 manat

D) 6000 manat

E) 9000 manat



97. Aşağıdakı içkilərdən hansıların hər litirinə aksiz məbləği 0,5 manat müəyyən olunur?

A) Araq, tündləşdirilmiş içkilər, likyor

B) İçməli spirt və etil spirti

C) Konyak və konyan məmulatlar

D) Şampan şərabı və likor

E) Pivə (spirtsiz pivə)



98. Aşağıdakı içkilərdən hansıların hər litirinə aksiz məbləği 0,8 manat müəyyən olunur?

A) İçməli spirt

B) Konyak

C) Araq

D) Şampan şərabı

E) Pivə



99. Hansı aksizli mal aksiz vergisinə 12,5%-lə tətbiq olunur?

A) Tütün məmulatları

B) Spirtli içkilər

C) Neft məhsulları

D) Minik avtomobilləri

E) Yaxtalar



100. Hüquqi şəxs sentyabr ayı ərzində yerin təkindən 10 ton xam neft çıxarmışdır. Xam neftin bir tonunun topdansatış qiyməti 2000 manat olarsa, onda həmin hüquqi şəxsin ödəməli olduğu mədən vergisinin məbləğini təyin edin.

A) 5200 manat

B) 10. 400 manat

C) 2. 600 manat

D) 4200 manat

E) 1040 manat



101. Mühərrikinin həcmi 2000 sm3 -dək olan idxal olunmuş minik avtomobillərinə hansı dərəcələrlə aksiz vergisi tətbiq olunur?

A) Mühərrikin həcminin hər kubsantimetrinə görə 0,15 manat

B) Mühərrikin həcminin hər kubsantimetrinə görə 0,2 manat

C) Mühərrikin həcminin hər kubsantimetrinə görə 0,1 manat

D) Mühərrikin həcminin hər kubsantimetrinə görə 0,3 manat

E) Mühərrikin həcminin hər kubsantimetrinə görə 0,5 manat



102. Mühərrikinin həcmi 4000 sm3 -dək olan idxal olunmuş minik avtomobillərinə hansı dərəcələrlə aksiz vergisi tətbiq olunur?

A) 1300 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 2 manat

B) 1300 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 2,5 manat

C) 1300 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 1,5 manat

D) 1300 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 3 manat

E) 1300 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 1 manat



103. Aksizli mallar pərakəndə qaydada göndərildiyi hallarda vergi hesab - faktkrası əvəzinə hansı sənəd verilə bilər?

A) Qəbz və ya çek

B) Bəyannamə

C) Ödəniş tapşırığı

D) Qaimə

E) Bildiriş



104. Azərbaycan Respublikasının Milli Qəhrəmanına məxsus olan Abşeron rayonu ərazisində yerləşən bağın sahəsi 3. 000 kvadrat metrdir. Onun ödəməli olduğu torpaq vergisinin məbləğini təyin edin.

A) 5 manat

B) 25 manat

C) 20 manat

D) 10 manat

E) 15 manat



105. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyəri hansı məbləğədək olduqda əmlak vergisi tutulmur?

A) 5000 manatadək olduqda

B) 15000 manatadək olduqda

C) 10000 manatadək olduqda

D) 3000 manatadək olduqda

E) 2000 manatadək olduqda



106. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyəri 5000 manatdan çox olduqda neçə faiz əmlak vergisi tətbiq olunur?

A) 0,1%

B) 0,2%

C) 0,3%

D) 0,5%

E) 0,01%



107. Aşağıdakı təşkilatlardan hansı əmlak vergisini ödəməlidir?

A) Qeyri-hökümət təşkilatları

B) Büdcə təşkilatları

C) Yerli özünüidarəetmə orqanları

D) Azərbaycan Respublikasının Milli Bankı

E) Dövlət hakimiyyəti orqanları



108. Fiziki şəxsin Gəncə şəhərində həyətyanı torpaq sahəsi 800 kvadrat metrdir. Onun ödəməli olduğu torpaq vergisinin məbləğini təyin edin.

A) 4 manat

B) 16 manat

C) 8 manat

D) 6 manat

E) 2 manat



109. Fiziki şəxslərin xüsusi mülkiyətində olan binalara görə əmlak vergisini hansı təşkilat hesablayır?

A) Yerli bələdiyyələr

B) İcra hakimiyyəti orqanları

C) Azərbaycan Bələdiyyələr Assossiyası

D) Rayon mənzil-istismar idarələri

E) Yerli maliyyə şöbələri



110. Azərbaycan Respublikasının ərazisində torpaq vergisinin ödəyiciləri kimlər hesab olunur?

A) Mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr

B) Yalnız mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər

C) Yalnız mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan müəssisələr

D) Mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan özəl müəssisələr

E) Fərdi sahibkarlar



111. Torpaq vergisinin dərəcələri kənd təsərrüfatı torpaqlarına üzrə bir şərti bal üçün neçə manat müəyyən edilir?

A) 0,06 manat

B) 0,05 manat

C) 0,03 manat

D) 0,1 manat

E) 0,2 manat



112. Fiziki şəxsin Abşeron rayonunda yerləşən bağ sahəsi 1200 kvadrat metrdir. Onun ödəməli olduğu torpaq vergisinin məbləğini təyin edin.

A) 6 manat

B) 18 manat

C) 12 manat

D) 9 manat

E) 3 manat



113. Sənayye, tikinti, nəqliyyat, rabitə, təcarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar üzrə Bakı şəhərində hansı dərəcələrlə torpaq vergisi tətbiq edilir?

A) hər 100 m2 -nə 10 manat

B) hər 100 m2-nə 5 manat

C) hər 100 m2 -nə 8 manat

D) hər 100 m2 -nə 15 manat

E) hər 100 m2 -nə 20 manat



114. Aşağıdakı torpaqlardan hansı torpaq vergisinə cəlb olunur?

A) Kənd təsərrüfatı torpaqları

B) Azərbaycan Respublikasının Milli bankının mülkiyyətində və istifadəsində olan torpaqlar

C) Dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaqlar

D) Yaşayış məntəqəsinin ümumi istifadəsində olan torpaqlar

E) AR-nın Dövlət Neft Fondunun mülkiyyətində və istifadəsində olan torpaqlar



115. AR-nın ərazisində mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan fiziki şəxslər illik yol vergisini nə zaman ödəyirlər?

A) Avtomobillər texniki baxışdan keçən zaman

B) Hesabat ilinin sonunda

C) Hesabat ilinin əvvəlində

D) Hesabat ilindən sonraki ildə

E) İstənilən vaxt



116. Şəki şəhərində yaşayış fonduna aid olan 3. 000 kvadrat metr torpaq sahəsi üçün ödəməli olan torpaq vergisinin məbləğini təyin edin.

A) 9 manat

B) 18 manat

C) 4,5 manat

D) 30 manat

E) 15 manat



117. Mühərrikinin həcmi 2000 sm3 -dək olan minik avtomobillərindən nə qədər yol vergisi tutulur?

A) Mühərrikin həcminin hər sm3 –nə görə 0,01 manat

B) Mühərrikin həcminin hər sm3 –nə görə 0,5 manat

C) Mühərrikin həcminin hər sm3 –nə görə 0,2 manat

D) Mühərrikin həcminin hər sm3 –nə görə 0,02 manat

E) Mühərrikin həcminin hər sm3 –nə görə 0,3 manat



118. Azərbaycan Respublikasında faydalı qazıntıların çıxarılmasına görə hansı vergi tutulur?

A) Mədən vergisi

B) Torpaq vergisi

C) Əmlak vergisi

D) Yerli vergilər

E) ƏDV


119. Yerin təkindən çıxarılan xam neftin topdansatış qiymətinə mədən vergisi hansı dərəcələrlə tətbiq edilir?

A) 26%


B) 20%

C) 22%


D) 18%

E) 3%


120. Müəssisənin Bakı şəhərində 1000 kvadrat metr sənaye təyinatlı torpaq sahəsi vardır. Bu müəssisənin ödəməli olduğu torpaq vergisinin məbləğini təyin edin.

A) 100 manat

B) 25 manat

C) 250 manat

D) 50 manat

E) 200 manat



121. Yerin təkindən çıxarılan təbii qazın topdansatış qiymətinə mədən vergisi hansı dərəcələrlə tətbiq edilir?

A) 20%


B) 22%

C) 25%


D) 14%

E) 26%


122. Mədən vergisi üzrə hesabat dövrü nə vaxt hesab olunur?

A) Təqvim ayı

B) Rüb

C) Təqvim ili

D) Yarım il

E) Hər gün



123. Sadələşdirilmiş vergini ödəyən hüquqi şəxslər hansı vergilərin ödəyiciləri deyillər?

A) ƏDV, mənfəət vergisi, əmlak vergisi

B) ƏDV, gəlir vergisi, torpaq vergisi

C) Aksizlər, ƏDV, mənfəət vergisi

D) Mənfəət vergisi, torpaq vergisi, ƏDV

E) Əmlak vergisi, mənfəət vergisi, aksiz vergisi



124. Balakən rayonunun düzən torpaqlarında 5 hektar otlaq sahəsi üçün torpaq vergisinin məbləğini təyin edin.

A) 5,40 manat

B) 25 manat

C) 15 manat

D) 2,70 manat

E) 10,80 manat



125. Bakı şəhərində sadələşdirilmiş vergi hansı dərəcələrlə tətbiq edilir?

A) 4%


B) 14%

C) 2%


D) 1%

E) 2-4%



126. Sadələşdirilmiş vergi ödəyən hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslər bu fəaliyyət üzrə hansı vergilərin ödəyiciləri deyillər?

A) Gəlir vergisi, ƏDV

B) Gəlir vergisi, əmlak vergisi

C) ƏDV, torpaq vergisi

D) ƏDV, əmlak vergisi

E) Aksiz vergisi, ƏDV



127. Azərbaycan Respublikasının şəhər və rayonlarında (Bakı şəhəri istisna olmaqla) sadələşdirilmiş vergi hansı dərəcə ilə tətbiq edilir?

A) 2%


B) 1%

C) 3%


D) 4%

E) 0,5%



128. Dəvəçi rayonu ərazisində I keyfiyyət qrupuna daxil olan 8 hektar əkin sahəsi üçün torpaq vergisinin məbləğini təyin edin.

A) 58,08 manat

B) 48,08 manat

C) 29,04 manat

D) 116,16 manat

E) 38 manat



129. Taksi ilə sərnişin daşıyan fiziki şəxs sadələşdirilmiş vergini illik hansı məbləğdə ödəyir?

A) 108 manat

B) 9 manat

C) 80 manat

D) 18 manat

E) 100 manat



130. Aşağıdakı vergilərdən hansı dövlət vergiləri qrupuna aid deyil?

A) Fiziki şəxslərdən torpaq vergisi

B) Gəlir vergisi

C) Aksiz vergisi

D) Yol vergisi

E) ƏDV


131. Aşağıdakı vergilərdən hansı yerli vergilər qrupuna aid deyil?

A) Aksiz vergisi

B) Fiziki şəxslərin əmlak vergisi

C) Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi

D) Fiziki şəxslərin torpaq vergisi

E) Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi



132. Hüquqi şəxsin Abşeron rayonu ərazisində II keyfiyyət qrupuna daxil olan 10 hektar əkin sahəsi vardır. Bu şəxsin ödəməli olduğu torpaq vergisinin məbləğini təyin edin.

A) 42 manat

B) 22 manat

C) 63 manat

D) 21 manat

E) 84 manat



133. Beynəlxalq ikiqat vergitutmanın tənzimlənməsində ən səmərəli üsul hansıdır?

A) Beynəlxalq vergi sazişlərinin bağlanması

B) Vergitutmanın rezidentlik prinsipinə əməl edilməsi

C) Vergidən yayınmaya qarşı mübarizənin aparılması

D) Vergi əvəzləşdirilmələri sistemi barədə daxili qanunvericilik aktlarının qəbul edilməsi

E) Beynəlxalq konvensiyalara əməl edilməsi



134. Aşağıda göstərilənlərdən hansı vergi ödəyicilərinin vəzifələrinə aid edilmir?

A) Vergilərə dair normativ aktları almaq

B) Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin və vergitutma obyektlərinin uçotunu aparmaq

C) Vergi orqanlarina və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri təqdim etmək

D) Nəgd pul hesablaşmalarını nəzarət-kassa aparatları vasitəsi ilə həyata keçirmək

E) Qanunla müəyyən edilmiş vergiləri ödəmək



135. Səyyar vergi yoxlaması hansı vergi orqanının qərarı əsasında keçirilir?

A) Vergi orqanının

B) Maliyyə orqanlarının

C) Vergi və maliyyə orqanlarının

D) Dövlət xəzinədarlıq və statistika orqanlarının

E) Bu barədə qərar qəbul edilmir



136. Müəssisə 2008 - ci ildə 640 manat məbləğində əmlak vergisi hesablamışdır. Həmin müəssisə 2009 –cu ilin birinci rübündə dövlət büdcəsinə neçə manat ödəməlidir?

A) 128 manat

B) 640 manat

C) 64 manat

D) 320 manat

E) 160 manat



137. Növbədənkənar səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı neçə gün əvvəl yazılı bildiriş göndərilir?

A) 5 gün

B) 10 gün

C) Bildiriş göndərilmir

D) 15 gün

E) 20 gün



138. Azərbaycan Respublikasında qeyri-rezident şəxsin və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəliyi istənilən 12 ay ərzində Azərbaycan Respublikasındakı fəaliyyəti üst-üstə neçə gündən az olmadıqda daimi nümayəndəlik vasitəsi ilə həyata keçirilən fəaliyyət sayılır?

A) 90 gündən

B) 183 gündən

C) 60 gündən

D) 30 gündən

E) 182 gündən



139. Növbəti səyyar vergi yoxlaması ildə neçə dəfədən çox olmayaraq keçirilir?

A) 1 dəfədən

B) 2 dəfədən

C) 3 dəfədən

D) 2ildən bir

E) məhdudlaşdırılmır



140. 16. 000 manat dəyərində olan müəssisənin əmlaka ğörə ödəyəcəyi verginin məbləğini təyin edin.

A) 160 manat

B) 240 manat

C) 320 manat

D) 80 manat

E) 16 manat



141. Vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotunun alınması haqqında ərizə və Vergi Məcəlləsində göstərilən digər sənədlər daxil olduğu gündən sonrakı neçə gün müddətində həyata keçirməli və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnamə verməlidir?

A) 2 gün

B) 10 gün

C) 4 gün

D) 20 gün

E) 5 gün



142. Aşagdakilardan hansı Vergi Məcəlləsində istifadə edilən “xeyriyyəçilik fəaliyyəti” anlayışına aid deyil?

A) Xeyriyyəçilik fəaliyyəti zamanı alınan vəsaitdən və ya əmlakdan məqsədli təyinatla istifadə olunmasına dair öhdəlikdən başqa, mülkiyyət və ya qeyri-mülkiyyət xarakterli öhdəlikdə qəbul edilir

B) Xeyriyyəçilik fəaliyyəti fiziki şəxs və ya xeyriyyə təşkilatı tərəfindən həyata keçirilir

C) Maddi və ya köməyə ehtiyı olan fiziki şəxslərə və ya bilavasitə bu cür komək gəstərən təşkilatlara, o cümlədən xeyriyyə təşkilatlarına, birbaşa bu cür təmənnasız kömək göstərilir

D) Əvəzsiz pul köçurtməkdən ibarət olan fəaliyyət, yaxud Vergi Məcəlləsində digər hallar nəzərdə tutulmamışdırsa, ictimai mənafelər naminə həyata keçirilən elmi, təhsil və ya başqa fəaliyyətlər göstərilir

E) İctimai mənafelər naminə həyata keçirilən elmi, təhsil vəya başqa fəaliyyətlər göstərilir



143. Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr hansı meyarlar əsasında verilir?

A) Vəzifəsinə, ixtisasına və stajına görə

B) İüzarlığına, ixtisasına və iş stajına görə

C) Yalnız ixtisasına və iş stajına görə

D) Yalnız vəzifəsinə və iş stajına görə

E) Tutduğu vəzifəyə görə



144. Müəssisənin əmlakının hesabat ilinin əvvəlinə dəyəri 20000 manat olmuşdur. Həmin müəssisə sentyabr ayında ləğv edilmiş və bu tarixə onun əmlakının qalıq dəyəri 28000 manat təşkil etmişdir. Bu halda müəssisənin əmlakının orta illik qalıq dəyərini təyin edin.

A) 16000 manat

B) 1600 manat

C) 32000 manat

D) 8000 manat

E) 800 manat



145. Vergi orqanlarının qərarlarından, habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən şikayət qanunla müəyyən edilmiş qaydada kimə verilir?

A) Yuxarı vergi orqanına və ya məhkəməyə

B) Vergi ödəyicisinin tabe olduğu yuxarı təşkilata

C) Şikayət verilməsi qadağandır

D) Hüquq mühafizə orqanlarına

E) Ədliyyə orqanına



146. Azərbaycan Respublikasının Vergi Məcəlləsindəki 9 növ verginin neçə növündə güzəşt və azadolmalar var ?

A) 6 növündə

B) 4 növündə

C) 5 növündə

D) 7 növündə

E) 8 növündə



147. Vergi planlaşdırılması hansı prinsiplərə əsaslanır?

---1. Vergi ödəyicisinin xalis gəlirinin vergiyə cəlb edilməsi

---2. Reallaşdırılmış gəlir qaydası

---3. Vergi ödəyicisinin məlumatlandırılması

---4. Mübahisəli məsələlərin vergi orqanının xeyrinə həll edilməsi

---5. Mübahisəli məsələlərin vergi ödəyicisinin xeyrinə həll edilməsi

---6. Təqsirsizlik prezumpsiyası

A) 1,2,3,5,6

B) 1,2,3,4,5

C) 1,2,3,4,6

D) 2,3,4,5,6

E) 1,2,4,5,6



148. 14. 000 manat dəyərində olan müəssisənin əmlakı üzrə verginin məbləğini təyin edin.

A) 140 manat

B) 350 manat

C) 700 manat

D) 280 manat

E) 70 manat



149. Vergi planlaşdırılmasının əsas metodları aşağıdakılardan hansılardır?

---1. Vergitutma obyektinin dəyişdirilməsi

---2. Vergitutma obyektinin parçalanması

---3. Vergitutmadan yayınma üsulunun müəyyənləşdirilmədi

---4. Vergitutma subyektinin dəyişdirilməsi

---5. Vergi yuridiksiyasinin dəyişdirilməsi

A) 1,2,4,5

B) 1,2,3,4

C) 1,3,4,5

D) 1,2,3,5

E) 2,3,4,5



150. Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirlərindən mənfəət vergisi tutulurmu?

A) Vergi tutulmur

B) 25 faiz dərəcəsi ilə vergi tutulur

C) Fondun əməliyyat xərcləri çıxıldıqdan sonra vergi tutulur



D) Xərclər çıxılmadan vergi tutulur

E) 22 faiz dərəcəsi ilə vergi tutulur
Каталог: external -> ckfinder -> userfiles -> files -> tifuser -> files
files -> AZƏrbaycan memarliq və İNŞaat universiteti İNŞaat materiallari kafedrasi iNŞaat materiallari və MƏmulatlari fəNNİNDƏN
files -> Avtomatikanın müasir texniki vasitələri
files -> 1. Mətn prosessoru imkan verir
files -> 2. Web-səhifələri hansı dilin köməyi ilə yaratmaq olar?
files -> ZƏRBƏ dalğASl İLƏ ZƏDƏLƏNMƏ
files -> Azərbaycan Memarlıq və İnşaat Universiteti «Ictimai fənlər» kafedrası «Azərbaycan tarixi» fənni üzrə imtahan testləri
files -> 644a Peşə etikası
files -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan memarliq və İNŞaat universiteti
files -> Kafedra: Fənn: “İnsan resurslarının idarə edilməsi” Müəllim: Qruplar
files -> 35- sosiologiya qiyabi 2017 2202a, 2252a, 2323a, 2483a, 2473a, 2453a, 2745a, 2922a


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə