istifadə edə bilməsi mümkün olur. Dos və Windows 9x, mətin tipli məlumatı 8 bit ASCII kimi qəbul edirsə (məsələn, A hərfini 01000001 kimi), NT bazalı əməliyyat sistemləri üçün istifadə olunan 16 bit Unicode (A hərfini 0000000001000001 kimi) qəbul edir. Ancaq istifadəçi təbii ki, sadəcə A hərfi ilə maraqlanır. Təqdim etmə layı bu kimi fərqlilikləri aradan götürür. Son vaxtlarda Təqdim etmə layı şəbəkə ilə bağlı deyil, proqramlarla bağlı hala gəlmişdir. Məsələn, əgər siz iki tərəfdə də “.gif” formatını aça bilən bir şəkil göstərici proqram istifadə edirsinizsə, bir kompüterin digər bir kompüter üzərindəki şəkil faylını açması əsnasında təqdim etmə layına bir iş düşmür. Təqdim etmə lay istifadə etdiyi kompüterdə həmin formatı oxuya bilən proqramlardan birini istifadə edərək şəkili açacaqdır. Lay 7: Tətbiq etmə Layı (İngiliscə: Application Layer) Tətbiq etmə layı proqramların şəbəkəni istifadə edə bilməsi üçün ləvazimatlar təqdim edir. Microsoft API-ləri tətbiq etmə layında çalışır. Proqram yazan zaman proqramçı API-ləri istifadə edərək, məsələn bir şəbəkə sürücüsünə çatmaq lazım olduğunda API içindəki hazır texnologiyanı götürüb öz proqramında istifadə edir. Alt laylarda gerçəkləşən onlarca fərqli əməliyyatın heç birisi ilə məşğul olmaq məcburiyyətində qalmır. Tətbiq etmə layı üçün yaxşı misal HTTP-dir. HTTP protokoldur, proqram deyildir. Yəni qaydalar toplusudur. Bu topluya görə çalışan IE (İnternet Explorer) Browser eyni protokolu istifadə edən Web təqdim edicisinə çatır və onu istifadəsi ilə birbaşa məşğul olur. Bu lay alt laylardan nisbətən daha az istifadə olunur. Burada birbaşa əlaqəyə yardım edən TCP\İP protokolları vardır. Yeri
gəlmiş ikən deyim, məsləhətdir FireFox browser işlədəsiniz.