1. kurikulumun əsaslari


Təhsilverənlərin hüquq və vəzifələri



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə86/104
tarix16.12.2022
ölçüsü1,87 Mb.
#75474
1   ...   82   83   84   85   86   87   88   89   ...   104
Kurikulumun əsasları (Mühazirələr)

Təhsilverənlərin hüquq və vəzifələri: 
Təhsilverənlərin Hüquqları bunlardır: 
- Normal əmək, elmi pedaqoji iş və təhsil şəraiti, müasir standartlara cavab 
verən texnologiyalarla təmin olunmaq; 
- Təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq təhsil prosesinin 
təşkilində və idarə olunmasında fəal iştirak etmək; 
- Şərəf və ləyaqətinə hörmətlə yanaşmasını tələb etmək; 
- Ixtisasını artırmaq, yeni ixtisas almaq, staj keçmək, ixtisas və elmi dərəcəsini 
yüksəltmək və s; 
Təhsilverənlərin Vəzifələri aşağıdakılardır: 
- Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək; 
- Təhsil proqramlarının mənimsənilməsini təmin etmək; 
- Təhsilalanlarda fəal vətəndaş mövqüyi formalaşdırmaq, onları 
vətənpərvərlik ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək 
fəaliyyətinə hazırlamaq; 
- Şəxsi nümunəsi ilə təhsilalanlarda Azərbaycan Respublikasının 
müstəqilliyinə, Konstitutsiyasına və qanunlarına dövlət rəmzlərinə, 


Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, 
milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı
hissləri aşılamaq; 
- Pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək 
tutmaq, ziyalılıq nümunəsi göstərmək; 
- Təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək; 
- Uşaq və gənclərin fiziki və psixi zorakırlığın bütün formalarından qorumaq, 
onları zərərli vərdişlərdən çəkindirmək; 
- Ixtisas və elmi- pedaqoji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, 
əlavə məşğələlər, sinifdənkənar və məktəbdənkənar tədbirlər keçirmək; 
- Qaninvericilikdə müəyyən olunmuş qaydada attestasiyadan keçmək; 
- Qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin