arasında hər cür sərhəddi silmək.Bu cür yanaşma tərzlərinin hər ikisi eyni
dərəcədə zərərlidir.
5. Perseptiv qabiliyyətlər isə şagirdin
daxili aləminə nüfuz edə bilmək, şagird
şəxsiyyətini və onun müvəqqəti psixi vəziyyətinin incəliklərinə qədər başa
düşməklə bağlı olan qabiliyyətlərdir.Bu cür qabiliyyətə malik olan müəllim
hazırki anda şagirdin psixologiyasını, onun psixi vəziyyətini qavrayır və
eləcədə anlayır.
6. Suqqestiv qabiliyyət; (latınca”təlqin”deməkdir).Müəllimin
şagirdlərə iradi-
emosional təsir göstərmək qabiliyyətidir.Belə qabiliyyət nəticəsində
müəllim şagirdə verdiyi hər hansı bir tələbin yerinə yetirilməsinə nail olur.
Suqqestiv qabiliyyətlər müəllimdə iradənin inkişafından, özünə qarşı dərin
inamından asılıdır.Burada söhbət müəllimin, sakit, şagirdləri kobudcasına
sıxışdırmadan, məcbur etmədən və hədələmədən öz tələb və tapşırığını
irəli sürməsi və ona nail olmasından gedir.
7. Pedaqoji təxəyyül qabiliyyətində olan müəllim şagirdlərlə daim ünsiyyət və
münasibətdə olarkən öz təlim və tərbiyə
işinin nəticəsini əvvəlcədən
görməyi, təsəvvür etməyi bacarır.Burada pedaqoji təxəyyül mühüm rol
oynayır.Pedaqoji təxəyyülə malik olan müəllim öz əməllərinin nəticəsini
qabaqcadan görə bilir, şagirdin gələcəyini düzgün görüb, onu
istiqamətləndirməyi bacarır, onda, hansı keyfiyyətləri inkişaf etdirməyin
mümkün olduğunu görür.
Dostları ilə paylaş: