“Ağ lövhə” kimi döğulur.Bu lövhəyə nə yazılarsa, insan da elə inkişaf
edəcəkdir.O, belə hesab edirdi ki, uşaq dünyaya nə şair, nə həkim, nə də
ağa kimi gəlir, irsən uşağa heç nə verilmir.Con Lokk insan xarakterini axar
çaya, tərbiyəni isə bəndlərə bənzədirdi. Axar çayın qarşısına bəndlər
vurub onun istiqamətini dəyişmək mümkün olduğu kimi, tərbiyənin gücü
ilə insan xarakterini istənilən səmtə yönəltmək olar.Con Lokk iddia edirdi
ki, təsadüf etdiyimiz adamların onda doqquzu mövcud olduqları
vəziyyətdə -rəhimdil və ya zalım, faydalı və ya faydasız olmalarında
tərbiyəyə minnətdardırlar.İnsanlar arasındakı fərqləri məhz tərbiyə
yaradır.Tərbiyə insanın inkişafına təsir göstərsə də, müəyyən mənada
inkişafdan asılıdır və insanın inkişaf səviyyəsinə əsaslanır.İnkişaf ilə
tərbiyə arasında qarşılıqlı münasibətlərin dialektikası da özünü məhz
bunda göstərir. Şəxsiyyət ikinci dəfə yeniyetməlik yaşı dövründə döğulur.
Bu dövrdə şagirdin bir şəxsiyyət kimi formalaşması prosesində mənlik
şüuru əxlaqi şüurla qarşılıqlı əlaqədə inkişaf edir.İctimai mühitin uşağa
təsiri ilə tərbiyənin təsiri arasındakı fərq, hər şeydən əvvəl, tərbiyənin
mütəşəkkil, məqsədyönlü və planlı olmasıdır.Halbuki mühitin təsiri ilə
həyata keçən inkişaf prosesi məqsədyönlü olmaya da bilər.Ümumiyyətlə
isə, şəxsiyyətin formalaşmasında mühit və tərbiyə amilləri həmişə
dinamik, hərəkətdə və inkişafda olan amillərdir.
Dostları ilə paylaş: