təkmilləşdirilməsi ilə bağlıdır.
Pedaqoji (prosesin) sistemin təkmilləşdirilməsi
yolları bunlardır.:
1. İntensiv yol (fransız sözü “intensiv” sözündən götürülmüşdür, mənası
“gücləndirmək”, “məhsuldarlığı artırmaq” deməkdir)
. İntensiv yol pedaqoji
sistemin inkişafını daxili ehtiyatlar hesabına həyata keçirməyi nəzərdə tutur.
2. Ekstensiv yol(latın sözü”extensivus” sözündən götürülmüşdür, mənası
“genişləndirmək” uzatmaq deməkdir)
Ekstensiv yol pedaqoji prosesə əlavə
qüvvə, vaxt və vəsait cəlb olunmasını nəzərddə tutur, yəni pedaqoji
avadanlıqların, texnologiyaların, kapital qoyuluşların və s. cəlb edilməsinə
əsaslanır.
Pedaqoji sistemin optimallaşdırılması
Təhsil, təlim, tərbiyə prosesinin optimallaşdırılması bütünlükdə pedaqoji
sistemə aid edilən innovasiyadır.
Optimallaşdırma( optimum - ən yaxşı)
mümkün olan variantlardan
ən yaxşısını seçib götürmək prosesidir.
Pedaqoji sistem kimi mürəkkəb, dinamik, çoxplanlı sistemdə təlim, təhsil,
tərbiyə prosesinin qurulmasının və təşkilinin, orada məqsədlərə nail
olmağın minlərlə mümkün variantları mövcuddur.Konkret şəraitdə onlardan
ancaq biri ən yaxşı ola bilər.Onu axtarıb tapmaq optimallaşdırmanın başlıca
vəzifəsidir.Bu vəzifə mümkün variantları müqayisə etmək və alternativləri
qiymətləndirmək yolu ilə həll edilir.Optimallaşdırma pedaqoj sistemin
qarşıya qoyulmuş məqsədinə uyğun olmalıdır.Çünki həmin sistem o
məqsədə nail olmaq üçün yaradılıb.Bu şəraitdə əldə edilən optimallıq digər
şərait üçün yararlı olmaya da bilər, ona görə ki, optimallaşdırma anlayışı
həmişə konkretdir.Optimallaşdırmanın nəzəri və praktik istiqamətləri vardır.
Pedaqoji ədəbiyyatda təlim –tərbiyə prosesinin optimallaşdırılmasının əsas
meyarı kimi bir-biri ilə üzvi əlaqəsi olan iki göstərici əsas götürülür:
Dostları ilə paylaş: