1. LL d m Abş üçün nəticələri. XX ə 40-illəri sosial-iqtisadi,daxili siyasi vəziyyət


R.Reyqan kabinetinin daxili və xarici siyasəti



Yüklə 133,41 Kb.
səhifə35/50
tarix16.10.2023
ölçüsü133,41 Kb.
#156241
1   ...   31   32   33   34   35   36   37   38   ...   50
müasir t

40.R.Reyqan kabinetinin daxili və xarici siyasəti
1980 4 noyabr ABŞ-da preziden seçkilərində respublikaçılar partiyasının namizədi 69 yaşlı Reyqan qalib gəldi.1981-89-cu illərdə hakimiyyətdə olmuşdur.1980-82-ci illərdə ABŞ iqtisadi böhran keçirir.Ölkədə işsizlərin sayı 12 mln nəfər idi.Reyqanın ölkəni böhrandan çıxarmaq üçün hazırladığı plan konqresdə təsdiq olundu.Avqustda ABŞ konqresi vergi islahatının keçirilməsi haqqında qanun qəbul etdi.3 il ərzində vergilər 23% azaldılmalı idi.
Daxili siyasətdə reyqan enerji məsələlərinə xüsusi diqqət yetirirdi.1981 fevralı daxili bazarda neft üzərində dövlət nəzarəti ləğv edildi.Neftin qiyməti və xaricdən neft idxalı artdı.Hökümət inflyasiyanın azalmasına çalışırdı.1986 ildə dünya sənaye məhsulu istehsalının 34%i ABŞ-ın payına düşürdü.Ölkədə iqtisadi və vəziyyət yaxşılaşdı,daxili və xarici ticarətin həcmi artdı.
Əhalinin mənzillə təmin olunması üçün bir sıra tədbirlər həyata keçirildi.1986 ildə qəbul edilmiş qanunla ev almaq üçün vətəndaşlara verilmiş kredit 30 il müddətində qaytarılmalı idi.Əmək münasibətlərinin tənzimlənməsi işsizlərin sayının azalmasına səbəb oldu.1985 ildə qəbul edilmiş qəbul edilmiş Qremm-Radmen-xollinqs qanununa görə 1991 ilədək büdcə kəsri ləğv olunmalı idi.
Reyqanın xarici siyasəti yeni mühafizəkarlığa əsaslanırdı.Yeni mühafizəkarlığın əsasını neoqlobalizm təşkil edirdi.
SSRİ-yə münasibət ABŞ xarici siyasətinin əsas məsələlərindən biri idi.Reyqanın dövründə ABŞ-SSRİ münasibətləri 3 inkişaf mərhələsindən keçmişdir.I dövr 1981-84 illəri əhatə edir.Bu dövrdə SSRİ ilə ABŞ arasında kəskin qarşılıqlı etimadsızlıq yarandı.1985-86 illəri əhatə edən II dövrdə ABŞ-la SSRİ arasında dialoq bərpa edildi.
1985 noyabr SSRİ rəhbəri Qorbaçovla görüş keçirildi.Qəbul olunmuş bəyanatda deyilirdi ki,SSRİ ilə ABŞ arasında nüvə müharibəsi yolverilməzdi.1986 dekabr SSRİ ilə hava nəqliyyatı bərpa edildi.
1986 oktyabr Reykavikdə yüksək səviyyəli ABŞ-SSRİ görüşü zamanı strateji hücum silahlarının ixtisarı ilə bağlı danışıqlarv aparıldı.
SSRİ-ABŞ münasibətlərinin inkişafında III dövr 1987 ilin martında başladı.Sentyabrda nüvə təhlükəsinin azalması ilə məşğul olan mərkəz yaratmaq üçün saziş imzaladı.1987 7-9 dekabr Vaşinqtonda görüş keçirildi.İki dövlət arasında yaxın və orta mənzillim raketlərin ləğvi haqqında müqavilə imzaladı.Müqavilə 1988 ilin yayı təsdiq edildi.

Yüklə 133,41 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin