1 may 2007, 2 oktyabr 2008, 30 iyun 2009, 5 mart 2010, 30 sentyabr 2014, 4 mart 2016 və 30. 09. 2016 tarixli qanunda dəyişikliklərlə



Yüklə 133,53 Kb.
Pdf görüntüsü
tarix06.03.2017
ölçüsü133,53 Kb.
#10419

Poçt haqqında 

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

 

(1 may 2007, 2 oktyabr 2008, 30 iyun 2009, 5 mart 2010, 30 sentyabr 2014, 4 mart 2016 və 30.09.2016 tarixli 

qanunda dəyişikliklərlə) 

 

Bu qanun Azərbaycan Respublikasında poçt sahəsində fəaliyyətin  hüquqi, iqtisadi, 



təşkilati  əsaslarını  müəyyənləşdirir,  poçt  rabitəsi  xidmətləri  göstərənlərlə  istifadəçilər 

arasında münasibətləri tənzimləyir.

 

 

I   F ə s i l  



ÜMUMİ MÜDDƏALAR 

M a d d ə   1 .  Əsas anlayışlar  

1.0. Bu qanunun məqsədləri üçün istifadə edilən əsas anlayışlar aşağıdakılardır:  

1.0.1.  Poçt  rabitəsi  -  poçt  göndərişlərinin  qəbulunu,  çeşidlənməsini,  daşınmasını,  ünvan 

sahibinə  çatdırılmasını  təmin  edən  obyektlərin  və  nəqliyyat  vasitələrinin  vahid  texnoloji 

sistemi;  

1.0.2.  Poçt  rabitəsi  xidmətləri  -  poçt  göndərişlərinin  qəbulu,  çeşidlənməsi,  saxlanılması, 

daşınması, göndərilməsi və ünvan sahibinə çatdırılması fəaliyyəti;  

1.0.3.  Universal  poçt  rabitəsi  xidmətləri  -  Azərbaycan  Respublikasının  ərazisində  əhalinin 

bütün  təbəqələrinin  istifadə  edə  biləcəyi  müyəssər  tariflərlə  göstərilən  və  ümumi  istifadədə 

olan poçt rabitəsi xidmətləri;  

1.0.4.  Sürətli  poçt  rabitəsi  xidməti  -  fiziki  poçt  göndərişlərinin  ən  sürətlə  işlənməsini  və 

çatdırılmasını təmin edən poçt rabitəsi xidməti;  

1.0.5.  Kuryer  xidməti  -  eyni  kuryer  tərəfindən  poçt  göndərişinin  qəbul  edilərək  ünvan 

sahibinə çatdırılması;  

1.0.6. Poçt rabitəsi operatoru - poçt rabitəsi xidmətləri göstərən fiziki və ya hüquqi şəxs;  

1.0.7.  Poçt  rabitəsinin  milli  operatoru  (milli  operator)  -  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən universal poçt rabitəsi və poçt-maliyyə xidmətləri göstərilməsi üçün təyin olunmuş 

poçt operatoru;  

1.0.8. Poçt göndərişi - poçt rabitəsi operatoru tərəfindən müəyyən ünvana çatdırılmaq üçün 

qəbul  edilmiş  poçt  kartları,  məktublar,  teleqramlar,  pul  baratları,  banderollar,  kiçik  paketlər, 

sekoqramlar, xüsusi "M" kisələri, bağlamalar;  

1.0.9. Sadə poçt göndərişi - göndərilmək üçün istifadəçidən qeydiyyat aparılmadan və qəbz 

verilmədən qəbul olunan, çatdırılan zaman isə ünvan sahibindən heç bir imza tələb olunmayan 

poçt göndərişi;  

1.0.10. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz 

verilməsi,  çatdırılarkən  isə  ünvan  sahibinin  müvafiq  sənədi  imzalaması  tələb  olunan  poçt 

göndərişi;  

1.0.11. Sekoqram - içərisində korlar üçün nəzərdə tutulmuş qabarıq şriftli nəşrlər olan poçt 

göndərişi;  

1.0.12.  Nəzarət  keçid  müddətləri  -  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  poçt 

göndərişinin qəbulundan ünvan sahibinə çatdırılmasınadək təyin edilmiş müddətlər;  

1.0.13.  Bəyan  olunmuş  qiymət  -  poçt  göndərişinin  qəbulu  zamanı  göndərici  tərəfindən 

bəyan edilmiş və poçt göndərişinin (məktub, bağlama) itirilməsi, oğurlanması və ya içərisindəki 



əşyaların  zədələnməsi  hallarında  ona  və  ya  onun  təyin  etdiyi  şəxsə  ödəniləcək 

kompensasiyanın məbləği;  

1.0.14. Beynəlxalq poçt mübadiləsi yeri - beynəlxalq poçt göndərişlərinə gömrük nəzarətinin 

və rəsmiləşdirilməsinin həyata keçirildiyi poçt rabitəsi obyekti;  

1.0.15.  Beynəlxalq  poçt  mübadiləsi  məntəqəsi  -  beynəlxalq  poçt  mübadiləsinin  həyata 

keçirildiyi yer;  

1.0.16.  Xidməti  poçt  göndərişi  -  poçt  rabitəsi  operatorları  tərəfindən  xidməti  məqsədlə 

göndərilən poçt göndərişi;  

1.0.17. Poçt çeki - poçt operatoru tərəfindən cari poçt hesabının sahibinə verilən və təqdim 

edənə ödənilən pul sənədi.  

1.0.18. poçt-maliyyə xidmətləri (bundan sonra - maliyyə xidmətləri) - milli operator 

tərəfindən bu qanuna müvafiq olaraq maliyyə sahəsində həyata keçirilən fəaliyyət;  

1.0.19.  poçt  hesabı  -  fiziki  və  hüquqi  şəxslərin  pul  vəsaitləri  ilə  əməliyyatların 

aparılması üçün milli operator tərəfindən açılan hesab; 

1.0.20. poçt əmanəti - müvafiq müqaviləyə uyğun olaraq faizlər hesablanmaqla əmanəti ilk 

tələb  üzrə  qaytarmaq  şərti  ilə  (tələbli)  və  ya  müqavilədə  müəyyənləşdirilmiş  müddət 

qurtardıqdan  sonra  qaytarmaq  şərti  ilə  (müddətli),  yaxud  qanuna  zidd  olmayan  başqa 

qaytarma şərtləri ilə milli operator tərəfindən fiziki və hüquqi şəxslərdən nağd və ya köçürmə 

yolu ilə qəbul edilən və onların poçt hesablarında əks olunan pul vəsaiti;  

1.0.21. maliyyə bazarlarına nəzarət orqanı – maliyyə bazarlarında tənzimləmə və nəzarətin 

həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum. 

M a d d ə   2 .  Poçt rabitəsi haqqında qanunvericilik  

Poçt  rabitəsi  haqqında  qanunvericilik  Azərbaycan  Respublikasının  Konstitusiyasından,  bu 

qanundan,  Azərbaycan  Respublikasının  digər  normativ  hüquqi  aktlarından  və  Azərbaycan 

Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.  

I I   F ə s i l  



POÇT RABİTƏSİNİN İDARƏ EDİLMƏSİ VƏ TƏNZİMLƏNMƏSİ 

M a d d ə   3 .  Poçt rabitəsinin idarə edilməsi  

3.0.  Azərbaycan  Respublikasında  poçt  rabitəsini  idarə  edən  müvafiq  icra  hakimiyyəti 

orqanı:  

3.0.1.  Poçt  rabitəsi  sahəsində  öz fəaliyyətini  bu  Qanuna  və  digər  normativ  hüquqi  aktlara 

uyğun olaraq həyata keçirir;  

3.0.2. Poçt rabitəsi sahəsində dövlət nəzarətini həyata keçirir;  

3.0.2-1.  pul  vəsaitlərinin  köçürülməsi  ilə  məşğul  olan  poçt  xidməti  göstərən  müəssisələr 

tərəfindən  “Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 

leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mübarizə  haqqında” 

Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarət edir; 

3.0.3.  Poçt  rabitəsi  sahəsində  dövlət  proqramlarını  işləyib  hazırlayır  və  qanunvericiliklə 

nəzərdə tutulmuş qaydada həyata keçirir;  

3.0.4. Poçt rabitəsi xidmətlərinin standartlarını müəyyən edir;  

3.0.5. Poçt rabitəsi sahəsində vahid elmi-texniki siyasətin işlənib hazırlanmasında və həyata 

keçirilməsində iştirak edir;  

3.0.6. Beynəlxalq poçt mübadilə məntəqələrini və yerlərini müvafiq icra hakimiyyəti orqanı 

ilə birgə qanunvericiliyə uyğun müəyyən edir;  

3.0.7. Poçt göndərişlərinin növlərini və onların xüsusiyyətlərini müəyyən edir;  


3.0.8. Poçt rabitəsi sahəsi üzrə Azərbaycan Respublikasının beynəlxalq sənədlərə qoşulması 

barədə təklif verir;  

3.0.9. Milli operatoru təyin edir və onun vəzifələrini müəyyənləşdirir.  

M a d d ə   4 .  Poçt rabitəsi sahəsinin tənzimlənməsi  

4.1.  Poçt  rabitəsi  sahəsi  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  aşağıdakı  qaydada 

tənzimlənir:  

4.1.1.  Universal  poçt  rabitəsi  xidmətlərinin  göstərilməsinin  ümumi  qaydalarının  təsdiqi, 

keyfiyyət  normativlərinin  müəyyən  edilməsi  və  bu  xidmətlərin  tariflərinə  dair  təkliflər 

verilməsi;  

4.1.2. Poçt rabitəsinin növlərinin qanunvericiliyə uyğun müəyyənləşdirilməsi;  

4.1.3.  Dövlət  poçt  ödənişi  nişanlarının  hazırlanması,  nominal  dəyərinin  və  tirajının  təsdiq 

edilməsi,  onların  nəşri,  dövriyyəyə  buraxılması  və  dövriyyədən  çıxarılması  qaydasının 

müəyyən edilməsi;  

4.1.4. Poçt indekslərinin və nəzarət keçid müddətlərinə dair normativlərin təsdiq edilməsi;  

4.1.5. Poçt rabitəsi xidmətlərinin keyfiyyətinə qanunvericiliyə uyğun nəzarət edilməsi;  

4.1.6. İstifadəçilərin hüquq və maraqlarının qorunmasının təmin edilməsi;  

4.1.7. Milli operatorun fəaliyyəti üzrə beynəlxalq əlaqələrinin təşkili;  

4.1.8.  Azərbaycan  Respublikasının  müvafiq  qanunvericiliyə  uyğun  olaraq  fövqəladə 

hallarda poçt rabitəsi şəbəkələrinin idarə edilməsi ilə bağlı qaydaların hazırlanması.  

4.2. Poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların siyahısı müvafiq 

icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.  

M a d d ə   5 .  Milli operatorun fəaliyyətinin maliyyələşmə mənbələri  

5.0. Milli operatorun fəaliyyəti aşağıdakı mənbələr hesabına maliyyələşdirilir:  

5.0.1. Poçt rabitəsi və maliyyə xidmətləri göstərilməsindən əldə edilən gəlirlər;  

5.0.2.  Poçtla  reklam  yayımından  və  poçt  göndərişlərinin  üzərində  reklamın 

yerləşdirilməsindən əldə edilən gəlirlər;  

5.0.3. Müqavilə əsasında göstərilən xidmətlərdən əldə edilən gəlirlər;  

5.0.4. Bank kreditləri, qrantlar, daxili və xarici sərmayələr;  

5.0.5. Poçt rabitəsinin təşkili, inkişafı, onun nəqliyyat, informasiya və sosial infrastrukturuna 

kapital qoyuluşları, maliyyə və texniki yardımları.  

M a d d ə   6 .  Milli operatorun müstəsna hüquqları  

6.0. Milli operatorun müstəsna hüquqları aşağıdakılardır:  

6.0.1. Poçt qutularında Azərbaycan Respublikasının dövlət gerbinin əksini həkk etmək;  

6.0.2.  Dövlət  poçt  ödənişi  nişanlarının  hazırlanması,  nominal  dəyəri,  tirajı,  onların  nəşri, 

dövriyyəyə buraxılması və dövriyyədən çıxarılmasına dair təkliflər vermək;  

6.0.3.  Göndəricilərdən  sadə  məktub  və  poçt  kartlarının  yığılması  üçün  poçt  qutularını 

istifadəçilər üçün münasib yerlərdə yerləşdirmək;  

6.0.4. Poçt rabitəsi obyektlərinə indeksləri təyin etmək;  

6.0.5. Poçt göndərişlərinin və pulların daşınması, inkassasiyası zamanı mühafizə məqsədilə 

qanunvericiliklə müəyyən olunmuş qaydada silahla təchiz etmək;  

6.0.6.  qanunvericiliyə  uyğun  olaraq  maliyyə  xidmətlərini,  o  cümlədən  Ümumdünya  Poçt 

İttifaqının tələblərinə müvafiq olaraq poçt ödəniş xidmətlərini həyata keçirmək. 

 

 

 



 

I I I   F ə s i l  

POÇT RABİTƏSİ XİDMƏTLƏRİ 

M a d d ə   7 .  Poçt rabitəsinin növləri  

7.1. Poçt rabitəsi ümumi istifadədə olan və xüsusi təyinatlı poçt rabitəsi növlərinə bölünür.  

7.2.  Ümumi  istifadədə  olan  poçt  rabitəsi  xidmətlərinə  universal,  sürətli,  kuryer  və  s.  poçt 

rabitəsi xidmətləri aiddir.  

7.3. Xüsusi təyinatlı poçt rabitəsinə dövlət-feldyeger, feldyeger-poçt və xüsusi poçt rabitəsi 

xidmətləri aiddir.  

M a d d ə   8 .  Poçt rabitəsi sahəsində fəaliyyətin prinsipləri  

8.0. Poçt rabitəsi sahəsində fəaliyyət aşağıdakı prinsiplər əsasında həyata keçirilir:  

8.0.1. Ümumi istifadədə olan poçt rabitəsi xidmətlərindən azad istifadə;  

8.0.2. İstifadəçilərin hüquqlarının qorunması;  

8.0.3.  Ümumi  istifadədə  olan  poçt  rabitəsi  fəaliyyətində  hüquqi  və  fiziki  şəxslərin 

iştiraketmə hüquqlarının bərabərliyinin təmin olunması;  

8.0.4. Poçt rabitəsi sahəsində məxfiliyin qorunması;  

8.0.5. Haqsız rəqabətə və inhisarçılığa yol verilməməsi.  

M a d d ə   9 .  Poçt rabitəsi xidmətlərinin göstərilməsi  

9.1.  Poçt  rabitəsi  operatoru  poçt  rabitəsi  xidmətlərini  müvafiq  standartlara  uyğun  həyata 

keçirir.  

9.2.  Poçt  rabitəsi  operatoru  poçt  rabitəsi  xidmətlərini  göstərmək  üçün  digər  şəxslərlə 

müqavilə bağlaya bilər.  

9.3.  Pul  baratlarının  ölkə  ərazisindən  kənara  göndərilməsi  Azərbaycan  Respublikasının 

qanunvericiliyinə uyğun həyata keçirilir.  

9.4.  Universal  poçt  rabitəsi  xidmətləri  istisna  olmaqla  digər  poçt  rabitəsi  xidmətlərinin 

tarifləri poçt rabitəsi operatorları tərəfindən sərbəst şəkildə müəyyən edilir.  

M a d d ə   1 0 .  Milli operatorun müqavilə əsasında göstərdiyi xidmətlər  

Milli  operator  müqavilə  əsasında  dövri  mətbuatın  abunə  və  satış  yolu  ilə  yayımı, 

pensiyaların,  müavinətlərin  və  digər  məqsədli  ödənişlərin  ödənilməsi,  telefon  danışıqlarının 

təşkili,  bütün  növ  telefon  və  kommunal  xidmətlərinə  görə  ödənişlərin  qəbulu  ilə  məşğul  ola 

bilər.  

M a d d ə   1 1 .  Universal poçt rabitəsi xidmətləri  

11.1. Universal poçt rabitəsi xidmətlərinin tərkibinə aşağıdakılar aiddir:  

11.1.1. çəkisi 2 kq-a qədər olan daxili və beynəlxalq məktub, banderol və kiçik paketlər (sadə 

və sifarişli);  

11.1.2. çəkisi 10 kq-a qədər olan daxili və beynəlxalq adi poçt bağlamaları;  

11.2.  Universal  poçt  rabitəsi  xidmətlərinin  tarifləri  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən müəyyən edilir.  

11.3. Aşağıdakı xidmətlərin milli operator tərəfindən göstərilməsi pulsuzdur:  

11.3.1. çəkisi 7 kq-a qədər olan daxili və beynəlxalq sekoqramların göndərilməsi;  

11.3.2. poçt rabitəsi obyektləri tərəfindən göndərilən xidməti poçt göndərişləri.  

11.4. Müddətli həqiqi hərbi qulluqçular üçün pulsuz poçt rabitəsi xidmətlərinin göstərilməsi 

Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun həyata keçirilir.  


11.5. Universal poçt rabitəsi xidmətlərinin normativlərini və bu xidmətlərin göstərilməsi ilə 

bağlı  zərərin  kompensasiyası  qaydalarını  və  mənbələrini  müvafiq  icra  hakimiyyəti  orqanı 

müəyyən edir.  

M a d d ə   1 2 .  Dövlət poçt ödənişi nişanları  

12.1. Dövlət poçt ödənişi nişanlarına poçt markaları, zərflərin və poçt kartlarının üzərində 

mətbəə üsulu ilə həkk edilmiş poçt markaları, dövlət poçt ödənişi nişanlarına bərabər tutulan 

markalayıcı maşının həkki daxildir.  

12.2. Dövlət poçt ödənişi nişanlarının saxtalaşdırılması ilə məşğul olan şəxslər Azərbaycan 

Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.  

M a d d ə   1 3 .  Çatdırılması mümkün olmayan və paylanmayan poçt göndərişlərinin 



saxlanması, açılması, satışı və məhv edilməsi  

13.1. Aşağıdakı hallarda poçt göndərişi çatdırılması mümkün olmayan hesab edilir:  

13.1.1.  Poçt  göndərişinin  üzərində  ünvanın  dəqiq  olmadığı,  silindiyi,  pozulduğu, 

oxunmadığı və ya buna oxşar digər hallarda;  

13.1.2. Ünvan sahibi poçt göndərişini almaqdan imtina etdikdə.  

13.2.  Ünvanı  dəqiqləşdirmək  mümkün  olmadıqda  və  ya  ünvan  sahibi  poçt  göndərişini 

almaqdan  imtina  etdikdə,  poçt  göndərişi  çatdırılması  mümkün  olmayan  göndəriş  kimi 

göndəriciyə  qaytarılmalıdır.  Poçt  göndərişinin  üzərindəki  məlumatlara  əsasən  göndəricini 

müəyyənləşdirmək  mümkün  olmadıqda,  yaxud  göndərici  poçt  göndərişini  geri  almaqdan 

imtina  etdikdə,  belə  göndərişlər  paylanmayan  poçt  göndərişlərinə  aid  edilir.  Bu  halda  poçt 

rabitəsi operatoru poçt göndərişini məhkəmənin müvafiq qərarından sonra aça bilər.  

13.3. Poçt rabitəsi operatoru paylanmayan poçt göndərişləri üçün 3 (üç) ayda bir dəfədən az 

olmayaraq,  onların  açılmasına  razılıq  almağa  dair  məhkəməyə  müraciət  etməli,  məhkəmə 

həmin müraciətə 5 (beş) iş günü ərzində baxmalıdır.  

13.4.  Paylanmayan  poçt  göndərişləri  qanunvericiliklə  müəyyən  edilmiş  hallar  istisna 

olmaqla poçt rabitəsi operatoru tərəfindən 6 (altı) ay saxlanmalıdır.  

13.5.  Paylanmayan  poçt  göndərişlərinin  içərisində  tez  xarab  olan  mallar  olduqda  onlar 

qanunvericiliklə müəyyən edilmiş qaydada satılmalı, bu mümkün olmadıqda isə həmin mallar 

məhv  edilməlidir.  Satışdan  əldə  olunan  vəsait  bu  qanunun  13.4-cü  maddəsində  göstərilmiş 

müddət  başa  çatdıqdan  sonra  poçt  operatoru  tərəfindən  çəkilmiş  xərclər  çıxıldıqdan  sonra 

dövlət büdcəsinə köçürülür.  

13.6.  Poçt  göndərişinin  ünvan  sahibinə  və  ya  göndəriciyə  çatdırılması  mümkün  olmadığı 

halda  saxlama  müddəti  başa  çatdıqdan  sonra  poçt  rabitəsi  operatorunun  müraciəti  və  bu 

barədə  məhkəmənin  müvafiq  qərarı  ilə  poçt  göndərişinin  içərisindəki  əşyalar,  mallar  və  pul 

vəsaitləri sahibsiz hesab edilir.  

13.7.Poçt göndərişinin içərisində aşkar edilmiş yazışma xarakterli materiallar, bu qanunun 

13.4-cü maddəsində göstərilmiş müddət başa çatdıqdan sonra məhv edilməlidir. Sahibsiz hesab 

edilən poçt göndərişinin içərisində olan digər əşyalar göndəricinin və ünvan sahibinin şəxsi və 

ya kommersiya səciyyəli sirrinin məxfiliyinə xələl gətirmədiyi halda poçt operatoru tərəfindən 

satışa çıxarılmalıdır. Poçt göndərişinin içərisində aşkar edilmiş nağd pul, həmçinin əşya və ya 

malların  satışından  əldə  edilmiş  vəsait  poçt  operatoru  tərəfindən  çəkilmiş  xərclər  çıxılmaqla 

dövlət büdcəsinə köçürülür.  

13.8. Poçt göndərişlərinin saxlanması, açılması, satışı və məhv edilməsi qaydaları müvafiq 

icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.  

 

 


I I I - I   F ə s i l  

 

MİLLİ OPERATORUN MALİYYƏ XİDMƏTLƏRİ 

 

Maddə 13-1. Maliyyə xidmətləri sahəsində fəaliyyət növləri 



 

13-1.1.  Milli  operator  maliyyə  xidmətləri  sahəsində  aşağıdakı  fəaliyyət  növlərini  həyata 

keçirə bilər: 

13-1.1.1. poçt hesablarının açılması və aparılması; 

13-1.1.2. pul köçürmələrinin həyata keçirilməsi; 

13-1.1.3.  maliyyə  təsisatlarında,  o  cümlədən  Azərbaycan  Respublikasının 

Mərkəzi 

Bank


ında (bundan sonra - 

Mərkəzi Bank

) müxbir hesabların açılması; 

13-1.1.4. poçt əmanətlərinin qəbul edilməsi; 

13-1.1.5.  ödəniş  vasitələrinin,  o  cümlədən  debet  və  kredit  kartlarının,  poçt  çeklərinin 

buraxılması; 

13-1.1.6. müştərilərin sifarişi və vəsaiti hesabına xarici valyutanın alqı-satqısı; 

13-1.1.7. nağd pulun və digər qiymətlilərin inkassasiyası. 

13-1.2. Bu qanunun 13-1-ci maddəsində göstərilmiş hər hansı fəaliyyət növü yalnız maliyyə 

bazarlarına nəzarət 

orqanından

 xüsusi razılıq (lisenziya) alındıqdan sonra həyata keçirilə bilər. 

 

Maddə 13-2. Maliyyə xidmətlərinin lisenziyalaşdırılması 



 

13-2.1. Milli operator maliyyə xidmətlərinin göstərilməsi üzrə fəaliyyəti maliyyə bazarlarına 

nəzarət  orqanından  aldığı  xüsusi  razılıq  (lisenziya)  əsasında,  lisenziyada  müəyyən  edilmiş 

həcmdə  həyata  keçirə  bilər.  Lisenziya  verilməsinin  qaydaları  maliyyə  bazarlarına  nəzarət 

orqanı tərəfindən müəyyən olunur. Lisenziya alınması üçün milli operatorun müraciətinə tələb 

olunan bütün sənədlər təqdim olunduqdan sonra ən geci 60 təqvim günü müddətində baxılır 

və müvafiq qərar qəbul edilir. Lisenziya müddətsizdir və verildiyi gündən qüvvəyə minir. 

13-2.2.  Milli  operatorun  filial  və  şöbələri  maliyyə  xidmətləri  sahəsində  yalnız  maliyyə 

bazarlarına  nəzarət  orqanının

 

icazə  verdiyi  fəaliyyət  növləri  ilə  məşğul  ola  bilərlər.  Filial  və 



şöbələrə  icazələrin  verilməsi  şərtləri  milli  operatora  lisenziyanın  verilməsi  qaydalarında 

müəyyən olunur. 

13-2.3.  Maliyyə  xidmətlərinin  həyata  keçirilməsi,  o  cümlədən  poçt  əmanətlərinin  qəbul 

edilməsi  üçün  xüsusi  razılığın  (lisenziyanın)  verilməsi  məsələsinə  milli  operatorun  daxili 

informasiya,  nəzarət  və  riskləri  idarəetmə  sistemlərinin  yaradılmasından  və  onun  maliyyə 

bazarlarına  nəzarət  orqanının  normativ  xarakterli  aktları  ilə  müəyyən  edilən  kapital 

normativinə və təşkilati-texniki tələblərə tam cavab verməsindən sonra baxıla bilər. 

13-2.4.  Lisenziyanın  alınması  üçün  milli  operator  qanunvericiliklə  müəyyən  edilən 

məbləğdə dövlət rüsumu ödəyir. 

 

Maddə 13-3. Milli operatorun maliyyə xidmətləri sahəsində fəaliyyətinə dair ümumi  



    tələblər 

 

13-3.1.  Bu  qanunda,  maliyyə  bazarlarına  nəzarət  orqanının  və 

Mərkəzi  Bank

ın  normativ 

xarakterli  aktlarında  ayrı  qayda  nəzərdə  tutulmadıqda,  poçt  əmanətlərinin  qəbul  edilməsinə, 

poçt  hesablarının  aparılmasına  və  milli  operatorun  həyata  keçirdiyi  digər  maliyyə  xidmətləri 

növlərinə bank fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar tətbiq edilir. Poçt əmanətlərinə 

"Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanunu şamil olunmur. 



13-3.2. Maliyyə xidmətləri sahəsində milli operatorun fəaliyyəti maliyyə bazarlarına nəzarət 

orqanı  tərəfindən  qanunvericiliyə  uyğun  olaraq  bank  fəaliyyətinə  şamil  edilən  ayrı-ayrı 

prudensial normativlərin və tələblərin müəyyən edilməsi yolu ilə tənzimlənir. 

13-3.3.  Milli  operatorun  buraxdığı  kredit  kartının  limiti  kart  sahibinin  poçt  əmanətinin 

məbləğindən  artıq ola  bilməz. Maliyyə  xidmətləri  sahəsində  milli operatorun  fəaliyyət  riskini 

azaltmaq  məqsədi  ilə  maliyyə  bazarlarına  nəzarət  orqanı  bir  əmanətçidən  qəbul  edilən 

əmanətin maksimum miqdarını müəyyən edə bilər. 

13-3.4. Milli operator  qəbul  etdiyi  poçt əmanətlərini  və  poçt hesablarının  qalıq vəsaitlərini 

yerli və xarici emitentlərin buraxdığı dövlət qiymətli kağızlarında, mərkəzi bankların qiymətli 

kağızlarında, habelə müvafiq icra hakimiyyəti orqanının maliyyə bazarlarına nəzarət orqanı ilə 

birlikdə  müəyyən  etdiyi  investisiya  strategiyası  çərçivəsində  mərkəzi  banklarda  və  yüksək 

reytinqli  digər  banklarda  depozitlərdə,  yüksək  reytinqli  digər  maliyyə  alətlərində,  habelə  bu 

qanunun 13-3.3-cü maddəsində nəzərdə tutulmuş qaydada kredit kartları üzrə yerləşdirə bilər. 

13-3.5. Milli operator  maliyyə  xidmətləri  göstərdiyi  binada  (o cümlədən  filial  və  şöbələrin 

yerləşdiyi  binada)  maliyyə  bazarlarına  nəzarət  orqanından  aldığı  lisenziyanın  (icazənin) 

surətini,  habelə  bu sahədə  həyata  keçirdiyi fəaliyyət  növlərinin şərtlərini  və qaydalarını  hamı 

üçün rahat görünən sahədə yerləşdirir. 

 

Maddə 13-4. Maliyyə xidmətləri sahəsində nəzarət 



 

13-4.1.  Milli  operatorun  maliyyə  xidmətləri  sahəsində  fəaliyyəti  üzərində  nəzarət  maliyyə 

bazarlarına  nəzarət  orqanı  və  Mərkəzi  Bank  tərəfindən  “Sahibkar  sahəsində  aparılan 

yoxlamaların  tənzimlənməsi  və  sahibkarların  maraqlarının  müdafiəsi  haqqında”  Azərbaycan 

Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir.

 

13-4.2. Milli operator maliyyə xidmətlərinə dair prudensial hesabatları maliyyə bazarlarına 

nəzarət orqanına təqdim edir. Hesabatların forması, məzmunu və dövriliyi maliyyə bazarlarına 

nəzarət orqanı tərəfindən müəyyən edilir.

 

13-4.3.  Hesabatların  təhlili  nəticəsində  prudensial  normativlərin  və  tələblərin  pozulması 



halları  aşkar  olunduqda,  maliyyə  bazarlarına nəzarət orqanı  aşağıdakı  təsir  tədbirlərini  tətbiq 

edə bilər: 

13-4.3.1.  aşkar  olunmuş  pozuntuların  aradan  qaldırılması  barədə  milli  operatora  icrası 

məcburi olan göstərişlərin verilməsi; 

13-4.3.2. maliyyə xidmətləri sahəsində ayrı-ayrı fəaliyyət növlərinin məhdudlaşdırılması və 

ya dayandırılması; 

13-4.3.3. prudensial normativlərin (tələblərin) artırılması; 

13-4.3.4.  milli  operatorun  ayrı-ayrı  filialları  (şöbələri)  tərəfindən  göstərilən  maliyyə 

xidmətlərinin bir qisminin məhdudlaşdırılması və ya qadağan edilməsi; 

13-4.3.5.  maliyyə  xidmətlərinə  və  bu  sahədə  mühasibat  işinə  rəhbərlik  edən  şəxslərin 

(onların  müavinlərinin),  habelə  daxili  audit  bölməsinin  rəhbərinin  vəzifədən  azad  edilməsi 

barədə milli operatorun rəhbərliyi qarşısında məsələ qaldırılması və/və ya həmin şəxslərə qarşı 

qanunvericiliyə müvafiq qaydada inzibati tənbeh tədbirlərinin görülməsi. 

13-4.4.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  milli  operatora  verdiyi  lisenziyanı  aşağıdakı 

hallarda ləğv edə bilər: 

13-4.4.1. milli operatorun öz müraciəti əsasında; 

13-4.4.2.  lisenziya  alınması  üçün  müraciət  edilərkən  təqdim  edilmiş  məlumatların  yanlış 

olduğu aşkar edildikdə; 

13-4.4.3.  lisenziya  qüvvəyə  mindiyi  gündən  milli  operator  12  ay  müddətində  maliyyə 

xidmətlərinin göstərilməsinə başlamadıqda; 

13-4.4.4. milli operator müflis elan edildikdə və ya ləğv edildikdə; 


13-4.4.5. milli operatorun nizamnamə kapitalının və ya məcmu kapitalının miqdarı maliyyə 

bazarlarına nəzarət orqanının milli operator üçün müəyyən etdiyi nizamnamə kapitalının və ya 

məcmu kapitalın minimum miqdarından az olduqda və ya kapitalın adekvatlıq əmsalı maliyyə 

bazarlarına  nəzarət  orqanının  milli  operator  üçün  müəyyən  etdiyi  normativin  25%-dən  aşağı 

düşdükdə; 

13-4.4.6.  milli  operator  idarəetməni  və  cari  fəaliyyətini  etibarlı  və  prudensial  qaydada 

həyata keçirmədikdə; 

13-4.4.7. milli operator maliyyə xidmətləri sahəsində yol verdiyi ciddi pozuntuların aradan 

qaldırılması barədə maliyyə bazarlarına nəzarət orqanının tələblərinə əməl etmədikdə; 

13-4.4.8.  üç  hesabat  tarixinə  maliyyə  bazarlarına  nəzarət  orqanına  prudensial  hesabat 

təqdim  etmədikdə  və  ya  bilərəkdən  maliyyə  bazarlarına  nəzarət  orqanına  yanlış  hesabat  və 

məlumat verildiyi faktları müəyyənləşdirildikdə. 

13-4.4.9. milli operator tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər 

əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” 

Azərbaycan  Respublikasının  Qanununda  nəzərdə  tutulmuş  tələblər  mütəmadi  olaraq 

pozulduqda. 

13-4.5.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  milli  operatorun  filial  və  ya  şöbəsinə  verdiyi 

icazəni aşağıdakı hallarda ləğv edə bilər: 

13-4.5.1. icazə alınması üçün müraciət edilərkən təqdim edilmiş məlumatların yanlış olduğu 

aşkar edildikdə; 

13-4.5.2.  icazəni  almış  filial  və  ya  şöbə  idarəetməni  və  ya  cari  fəaliyyətini  etibarlı  və 

prudensial qaydada həyata keçirmədikdə; 

13-4.5.3.  maliyyə  xidmətləri  sahəsində  icazədə  nəzərdə  tutulmayan  fəaliyyət  növlərini 

həyata keçirdikdə; 

13-4.5.4. filialın və ya şöbənin bağlanması haqqında qərar qəbul edildikdə. 

13-4.5.5.  icazəni  almış  filial  və  ya  şöbə  tərəfindən  “Cinayət  yolu  ilə  əldə  edilmiş  pul 

vəsaitlərinin  və  ya  digər  əmlakın  leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə 

qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblər 

mütəmadi olaraq pozulduqda. 

13-4.6. Maliyyə bazarlarına nəzarət orqanı tətbiq etdiyi təsir tədbirləri və sanksiyalar barədə 

dərhal milli operatora yazılı məlumat verir. 

13-4.7.  Maliyyə  xidmətləri  sahəsində  aparılan  əməliyyatların  qanunauyğunluğunu 

yoxlamaq məqsədi ilə maliyyə bazarlarına nəzarət orqanı milli operatordan, o cümlədən onun 

filial və şöbələrindən idarə edilməsinə və cari fəaliyyətinə dair sənədləri, o cümlədən əməliyyat 

sənədlərini,  mühasibat  kitablarını,  habelə  onlara  dair  izahat  tələb  edə  və  yerində  yoxlamalar 

apara bilər. 

 

Maddə  13-5.  Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 



leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması  

 

13-5.1. Milli operator  cinayət  yolu ilə əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 

leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  monitorinq  olunmalı  pul 

vəsaitləri və digər əməliyyatlar barədə məlumatları maliyyə monitorinq orqanına təqdim edir, 

özünün daxili nəzarət sistemini hazırlayır və tətbiq edir, Azərbaycan Respublikasının qanunları 

və  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrlə  müəyyən  edilmiş 

digər tədbirləri həyata keçirir.  

Milli operator qanunla müəyyən olunmuş hallarda və qaydada müştərinin, benefisiarın və 

səlahiyyətli  nümayəndənin  eyniləşdirilməsi, habelə onlar  barədə əldə  olunmuş  eyniləşdirilmə 


məlumatlarının  verifikasiyası  üçün  tədbirlər  görməli,  məlumatın  sənədləşdirilməsi  və 

saxlanılması tələblərinə əməl etməlidir.  

13-5.2.  Bu  Qanunun  13-5.1-ci  maddəsində  göstərilən  tələblərdən  başqa  digər  tələblər 

“Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın  leqallaşdırılmasına  və 

terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mübarizə  haqqında”  Azərbaycan  Respublikasının 

Qanunu və digər normativ hüquqi aktlar ilə müəyyən edilir. 

 

Maddə 13-6. Maliyyə bazarlarına nəzarət orqanına ödənilən haqlar 



Poçt  rabitəsinin  milli  operatoru  maliyyə  bazarlarına  nəzarət  orqanına  həmin  orqan 

tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyir. 

I V   F ə s i l  

POÇT RABİTƏSİ OPERATORLARININ DÖVLƏT VƏ YERLİ ÖZÜNÜİDARƏETMƏ 

ORQANLARI, DİGƏR MÜƏSSİSƏLƏRLƏ MÜNASİBƏTLƏRİ 

M a d d ə   1 4 .  Poçt rabitəsi obyektlərinin yerləşdirilməsi  

14.1.  Dövlət  hakimiyyəti  və  bələdiyyə  orqanları  yaşayış  məntəqələrinin,  həmçinin  yaşayış 

binalarının  layihələşdirilməsi,  tikintisi  və  yenidən  qurulması  zamanı  Milli  operatorun  poçt 

obyektlərinin  yerləşdirilməsi  üçün  binaların  tikintisini,  binalarda  yerlərin  və  ya  torpaq 

sahələrinin ayrılmasını təmin etməlidir.  

14.2.  Milli  operatorun  obyektlərinin  yerləşdirilməsi  üçün  torpaq  sahələri  Azərbaycan 

Respublikasının  torpaq  qanunvericiliyinə  uyğun  olaraq  ayrılır.  Avtomobil,  dəmiryol 

stansiyalarında,  hava  və  dəniz  limanlarında,  poçt  mübadilə  məntəqələrinin  binalarının  və 

qurğularının  tikintisi  üçün  isə  torpaq  sahələri  stansiya  və  limanların  bilavasitə  yaxınlığında, 

digər  poçt  obyektlərinin  tikintisi  üçün  isə  yaşayış  məntəqələrinin  mərkəzi  hissəsində 

ayrılmalıdır.  

14.3.  Ünvan  qutuları  tikinti  müəssisələri  tərəfindən  çoxmərtəbəli  binaların  birinci 

mərtəbələrində  quraşdırılır.  Ünvan  qutularının  alınması  və  quraşdırılması  xərcləri  bu  evlərin 

tikinti xərclərinə daxil edilir.  

14.4.  Fərdi  tikililərdə  istifadəçilər  poçt  göndərişlərini  almaq  üçün  ünvan  qutularını  öz 

vəsaitləri hesabına quraşdırırlar.  

14.5. Çoxmərtəbəli binalarda yerləşən hüquqi şəxslər binaların birinci mərtəbəsində ünvan 

qutuları quraşdırır və onların yararlı vəziyyətdə saxlanılmasını təmin edir.  

14.6. Mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət 

göstərən  poçt  rabitəsi  operatorları  qanunvericilik  ilə  müəyyən  edilmiş  qaydada  əməliyyat-

axtarış  fəaliyyətinin  subyektlərinə  müvafiq  tədbirlər  keçirilməsi  üçün  şərait  yaratmalı,  bu 

zaman  yaranan  təşkilati-texniki  məsələləri  həll  etməli  və  istifadə  olunan  üsulları  gizli 

saxlamalıdırlar.  

M a d d ə   1 5 .  Poçt göndərişlərinə təhlükəsizlik, gömrük və karantin nəzarəti  

15.1.  Azərbaycan  Respublikasının  ərazisinə  poçt  göndərişləri  vasitəsi  ilə  idxal  və  bu 

ərazidən  ixrac  olunan  mallara  gömrük  nəzarəti  bu  qanuna  və  digər  qanunvericilik  aktlarına 

uyğun həyata keçirilir.  

15.2.  Azərbaycan  Respublikasının  ərazisinə  daxil  olan  və  göndərilən  poçt  göndərişlərinə 

təhlükəsizlik nəzarəti qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada həyata keçirilir.  

15.3. Azərbaycan Respublikası ərazisindən sadə və sifarişli məktublarda gömrük ödənişləri 

tətbiq edilən əşyaların göndərilməsi qadağandır.  



15.4. Poçt rabitəsi operatorlarının xaricə göndərdikləri və oradan aldıqları beynəlxalq poçt 

göndərişlərinə  təhlükəsizlik  və  gömrük  nəzarəti  müəyyən  olunmuş  yerlərdə  müvafiq  icra 

hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.  

15.5.  Beynəlxalq  poçt  göndərişləri  ilə  göndərilən  mallara  tətbiq  edilən  gömrük  ödənişləri 

poçt  rabitəsi  operatoru  tərəfindən  alınaraq  qanunvericiliklə  müəyyən  edilən  qaydada 

Azərbaycan Respublikası gömrük orqanlarının hesabına köçürülür.  

15.6. Gömrük orqanları tərəfindən beynəlxalq poçt göndərişlərində göndərilən mallara dair 

qəbul  edilən  qərarlara  görə  poçt  rabitəsi  operatorları  cavabdehlik  daşımır.  Poçt  rabitəsi 

operatorları  poçt  göndərişlərində  sərhəddən  keçirilməsi  qadağan  olunan  mallar  və  əşyalar 

barədə istifadəçiləri əvvəlcədən məlumatlandırmalıdır.  

15.7. Beynəlxalq poçt göndərişlərində göndərilən və karantin nəzarətinə cəlb olunan mallara 

karantin nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.  

M a d d ə   1 6 .  Poçt rabitəsində nəqliyyat vasitələrindən istifadə  

16.1.  Milli  operatora  məxsus  olan  və  poçtun  daşınmasında  istifadə  edilən  nəqliyyat 

vasitələrinin  üzərində  milli  operatorun  emblemi  həkk  edilir  və  bu  nəqliyyat  vasitələri 

Azərbaycan  Respublikasının  qanunvericiliyində  nəzərdə  tutulan  qaydada  operativ  nəqliyyat 

vasitələri hesab edilir.  

16.2.  Poçt  rabitəsi  operatorları  müqavilə  əsasında  avtomobil,  dəmir  yolu,  hava,  dəniz 

nəqliyyatı  vasitəsilə  öz  işçilərinin  müşayiəti,  yaxud  nəqliyyat  müəssisələrinin  cavabdehliyinə 

verilməklə poçtun daşınmasını təşkil edir.  

 

V   F ə s i l  



POÇT RABİTƏSİ OPERATORLARININ, İSTİFADƏÇİLƏRİN VƏ VASİTƏÇİLƏRİN 

MƏSULİYYƏTİ 

M a d d ə   1 7 .  Poçt rabitəsi operatorlarının məsuliyyəti  

17.1. Poçt rabitəsi operatorları istifadəçilər qarşısında aşağıdakı qaydada maddi məsuliyyət 

daşıyırlar:  

17.1.1.  qiyməti  bəyan  olunmuş  poçt  göndərişinin  itirilməsi,  oğurlanması,  zədələnməsi  və 

xarab olmasına görə poçt göndərişinin bəyan olunmuş dəyəri həcmində;  

17.1.2.  qiyməti  bəyan  olunmuş  poçt  göndərişinin  içərisindəkilərin  bir  hissəsinin  itirildiyi, 

oğurlandığı  zədələndiyi  və  xarab  olduğu  halda  həmin  əşyaların  göndəricinin  siyahıda 

göstərdiyi qiymətdən artıq olmamaq şərti ilə dəymiş ziyanın dəyəri miqdarında;  

17.1.3.  daxili  sifarişli  poçt  göndərişinin  və  ya  adi  bağlamanın  itirilməsinə,  oğurlanmasına, 

zədələnməsinə və xarab olmasına görə ödənilmiş haqqın 10 misli miqdarında;  

17.1.4. daxili sifarişli poçt göndərişinin və ya adi bağlamanın içərisindəkilərin bir hissəsinin 

itirildiyi,  oğurlandığı,  zədələndiyi  və  xarab  olduğu  halda  17.1.3-cü  maddədə  göstərilən 

miqdardan artıq olmamaq şərtilə itən, oğurlanan, zədələnən və xarab olan əşyanın real dəyəri 

miqdarında;  

17.1.5. itirilmiş, oğurlanmış, zədələnmiş və xarab olmuş poçt göndərişinə görə bu qanunun 

17.1.1-ci və 17.1.3-cü maddələrində nəzərdə tutulan kompensasiyalardan əlavə bəyan olunmuş 

qiymətə görə ödəniş haqqı istisna olmaqla, digər ödəniş haqları miqdarında;  

17.1.6. beynəlxalq sifarişli poçt göndərişinin, adi bağlamanın və ya onların içərisindəkilərin 

bir hissəsinin itirilməsinə, oğurlanmasına, zədələnməsinə və xarab olmasına görə Ümumdünya 

Poçt  İttifaqının  aktlarında,  qərarlarında  və  tövsiyələrində  nəzərdə  tutulan  miqdardan  az 

olmamaqla;  



17.1.7.  teleqramın  mətnində  məna  dəyişikliyinə  səbəb  olan  təhriflərə  yol  verilməsinə  görə 

ödəniş haqqının 10 misli miqdarında;  

17.1.8.  pul  baratının  ödənilmədiyi  və  ya  qismən  ödənildiyinə  görə  -  ödənilməmiş  məbləğ 

miqdarında;  

17.1.9.  poçt  göndərişinin  nəzarət-keçid  müddətləri  üzrə  normativlərə  riayət  edilmədiyi 

halda ödəniş haqqının məbləğindən artıq olmamaq şərtilə hər gecikdirilən zaman vahidi üçün 

ödəniş haqqının 10%-i miqdarında;  

17.1.10.  içərisində  sağlamlıq  müəssisəsinə  yollayış,  avia,  dəmiryol  və  digər  gediş  biletləri 

olan  daxili  qiymətli  məktubun  nəzarət-keçid  müddətləri  üzrə  normativlərə  riayət  edilməməsi 

səbəbindən  onların  istifadə  müddətləri  keçdiyi  halda  dəymiş  ziyanın  real  dəyəri  (göndərici 

tərəfindən siyahıda göstərilmiş qiymətdən artıq olmamaq şərtilə) miqdarında.  

17.2. Bu qanunun 17.1-ci maddədə göstərilən kompensasiya və ödəniş haqları göndəriciyə 

və ya onun yazılı müraciətinə əsasən ünvan sahibinə ödənilir.  

17.3.  İtirilmiş  və  ya  oğurlanmış  poçt  göndərişi  kompensasiya  və  ödəniş  haqları 

ödənildikdən  sonra  tapılarsa,  qarşılıqlı  razılıq  əsasında  ödənilmiş  kompensasiya  və  ödəniş 

haqları geri alındıqdan sonra bu poçt göndərişi 5 (beş) iş günü müddətində göndəriciyə və ya 

ünvan sahibinə verilir.  

17.4.  Poçt  rabitəsi  operatorları  aşağıdakı  hallarda  istifadəçilər  qarşısında  məsuliyyət 

daşımırlar:  

17.4.1.  poçt  göndərişinin  itirilməsi,  içərisindəkilərin  xarab  olması,  zədələnməsi  və  ya 

çatışmazlığı fors-major hadisəsi nəticəsində baş verdikdə;  

17.4.2.  poçt  göndərişinin  içərisindəkilərinin  çatışmazlığı,  zədələnməsi  və  ya  xarab  olması 

göndərilən əşyaların xüsusiyyətlərindən asılı olaraq baş verdikdə;  

17.4.3.  poçt  göndərişinin  və  ya  onun  içərisindəkilərinin  bir  hissəsinin  itirilməsi, 

oğurlanması,  zədələnməsi,  xarab  olması,  poçt  göndərişinin  gecikdirilməsi  hallarında  əldə 

olunmayan gəlirə, dolayı dəymiş ziyana və mənəvi zərərə görə;  

17.4.4. ünvan sahibi və ya göndərici poçt göndərişinin qəbuluna dair iltizamnamə verdikdə;  

17.4.5. gömrük orqanlarının qəbul etdikləri qərara görə;  

17.4.6.  məhkəmənin  qərarı ilə poçt göndərişinin götürüldüyü,  üzərinə  həbs  qoyulduğu  və 

müsadirə edildiyi hallara görə.  

M a d d ə   1 8 .  İstifadəçilərin məsuliyyəti  

İstifadəçilər  poçt  göndərişinin  içərisinə  qanunvericiliklə  göndərilməsi  qadağan  edilmiş 

əşyaların qoyulması və ya göndərilən əşyaların lazımi qaydada qablaşdırılmaması nəticəsində 

digər  poçt  göndərişlərinin  zədələnməsinə  və  xarab  olmasına  görə  poçt  rabitəsi  operatorunun 

istifadəçilər qarşısında daşıdığı maddi məsuliyyət miqdarında məsuliyyət daşıyırlar.  

M a d d ə   1 9 .  Poçt rabitəsi vasitəçilərinin məsuliyyəti  

Poçt göndərişlərinin daşınmasında vasitəçilik edən hüquqi və ya fiziki şəxslər poçt rabitəsi 

operatorları  qarşısında  poçt  göndərişlərinin  onların  təqsiri  ucbatından  itirilməsinə, 

oğurlanmasına və ya zədələnməsinə görə poçt operatorlarının istifadəçilər qarşısında daşıdığı 

maddi məsuliyyət miqdarında məsuliyyət daşıyırlar.  

M a d d ə   2 0 .  Poçt göndərişlərindəki yazışmanın, poçt göndərişlərinə dair 

məlumatların məxfiliyi 

20.1. Poçt göndərişlərindəki yazışmanın, poçt göndərişlərinə dair məlumatların məxfiliyi bu 

qanunla və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə qorunur.  

20.2.  Poçt  rabitəsi  sahəsində  işləyən  şəxslər  poçt  göndərişlərindəki  yazışmanın,  poçt 

göndərişlərinə dair məlumatların məxfiliyini qorumalıdır.  


20.3.  Poçt  göndərişlərinin  üzərinə  həbs  qoyulması  və  müsadirə  edilməsi  müvafiq 

qanunvericiliklə tənzimlənir.  

M a d d ə   2 1 .  İstifadəçilərin hüquqları  

21.1. Poçt rabitəsi xidmətlərinin göstərilməsi üzrə öhdəliklər icra edilmədikdə və ya qismən 

icra olunduqda istifadəçi poçt rabitəsi operatoruna öz iradını bildirmək hüququna malikdir.  

21.2.  Poçt  göndərişinin  çatdırılmaması,  gecikdirilməsi,  oğurlanması,  zədələnməsi  və 

itirilməsi  ilə  bağlı  istifadəçinin  iradı  göndərişin  qəbulu  günündən  keçən  6  (altı)  ay  ərzində 

müvafiq poçt rabitəsi operatorunun istənilən poçt məntəqəsinə verilə bilər.  

21.3.  İstifadəçilərin  daxili  göndərişlərə  dair  iradı  15  (on  beş)  iş  günü  ərzində,  beynəlxalq 

göndərişlərə  görə  iradı  isə  3  (üç)  ay  ərzində  baxılmalı  və  qəbul  olunan  qərar  barədə  dərhal 

istifadəçiyə yazılı məlumat verilməlidir.  

21.4. İstifadəçinin iradı poçt rabitəsi operatoru tərəfindən təmin olunmadıqda və ya qismən 

təmin  edildikdə,  yaxud  baxılmasının  nəticəsi  haqqında  vaxtında cavab  alınmadıqda  istifadəçi 

iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdir.  

M a d d ə   2 2 .  Poçt rabitəsi sahəsində təhlükəsizliyin təmin edilməsi  

22.1.  Poçt  göndərişlərinin,  obyektlərinin,  işçilərinin  və  istifadəçilərinin  təhlükəsizliyini 

təmin etmək məqsədilə poçt rabitəsi operatoru qanunvericiliyə uyğun müvafiq tədbirlər həyata 

keçirir.  

22.2.  Poçt  rabitəsi  sahəsində  təhlükəsizlik  tədbirlərini  həyata  keçirən  şəxslər  poçt  rabitəsi 

sahəsində  qanunvericiliyin  pozulması  hallarını  araşdırarkən  poçtla  təmasda  olan  bütün 

müəssisələr (hava limanı, dəmir yolu nəqliyyatı, dəniz limanı, avtomobil nəqliyyatı) bu şəxslərə 

onların fəaliyyəti üçün lazım olan şəraiti təmin etməlidirlər.  

V I   F ə s i l  

POÇT RABİTƏSİ XİDMƏTLƏRİ GÖSTƏRİLMƏSİNİN XÜSUSİYYƏTLƏRİ 

M a d d ə   2 3 .  Poçt rabitəsi sahəsində istifadə olunan dil  

23.1.  Azərbaycan  Respublikasının  bütün  ərazisində  poçt  rabitəsi  operatorları  tərəfindən 

kargüzarlıq qanunvericiliyə uyğun olaraq Azərbaycan dilində aparılır.  

23.2. Daxili poçt göndərişlərində ünvanlar və qeydlər Azərbaycan dilində yazılmalıdır.  

23.3. Beynəlxalq poçt göndərişləri Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin 

tələblərinə uyğun tərtib edilir və işlənilir.  

23.4.  Tranzit  ölkələrdə  müəyyən  çətinliklərin  yaranmaması  üçün  göndərişin  ünvanlandığı 

ölkənin  adı  Ümumdünya  Poçt  İttifaqı  tərəfindən  qəbul  olunmuş  beynəlxalq  dillərin  birində 

yazıla bilər.  

M a d d ə   2 4 .  Uçot-hesabat vaxtı  

Azərbaycan  Respublikasının  ərazisində  poçt  rabitəsi  xidmətləri  üçün  vahid  uçot-hesabat 

vaxtı  -  Bakı  vaxtı  tətbiq  edilir.  Beynəlxalq  poçt  rabitəsində  uçot-hesabat  vaxtı  Azərbaycan 

Respublikasının beynəlxalq müqavilələrinə əsasən müəyyən edilir.  

V I I   F ə s i l  

YEKUN MÜDDƏALAR 

M a d d ə   2 5 .  Poçt rabitəsi sahəsində beynəlxalq əməkdaşlıq  



25.1.  Poçt  rabitəsi  sahəsində  beynəlxalq  əməkdaşlıq  Azərbaycan  Respublikasının 

qanunvericiliyinə və beynəlxalq müqavilələrinə, poçt rabitəsi operatorlarının xarici poçt rabitəsi 

operatorları ilə bağladığı müqavilələrə müvafiq olaraq həyata keçirilir.  

25.2.  Poçt  rabitəsi  sahəsində  beynəlxalq  layihələrin  həyata  keçirilməsində  iştirak  edən 

Azərbaycan  Respublikasının  hüquqi  və  fiziki  şəxsləri  xarici  hüquqi  və  fiziki  şəxslərlə 

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun müqavilələr bağlaya bilərlər.  

25.3.  Universal  poçt  rabitəsi  xidmətləri  sahəsində  beynəlxalq  fəaliyyəti  müvafiq  icra 

hakimiyyəti  orqanı  həyata  keçirir  və  səlahiyyətləri  çərçivəsində  digər  ölkələrin  poçt 

müdiriyyətləri  ilə  qarşılıqlı  əlaqələr  yaradır,  beynəlxalq  təşkilatlarda  Azərbaycan 

Respublikasını təmsil edir və maraqlarını qoruyur.  

25.4. Azərbaycan Respublikasının poçt rabitəsi üzrə beynəlxalq təşkilatlarda iştirakı ilə bağlı 

üzvlük haqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən ödənilir.  

M a d d ə   2 6 .  Bu qanunun pozulmasına görə məsuliyyət  

Bu  qanunun  tələblərinin  pozulmasına  görə  hüquqi  və  fiziki  şəxslər  Azərbaycan 

Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.  

M a d d ə   2 7 .  Mübahisələrin həlli  

27.1.  Poçt  rabitəsi  fəaliyyəti  ilə  bağlı  mübahisələr  Azərbaycan  Respublikasının 

qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.  

27.2. Azərbaycan Respublikasının ərazisində və xarici dövlətlərin ərazilərində yerləşən poçt 

müəssisələri  arasında  mübahisələr  Azərbaycan  Respublikasının  müvafiq  qanunvericiliyi  və 

beynəlxalq müqavilələri ilə nəzərdə tutulmuş qaydada həll olunur.  

 

İlham ƏLİYEV, 



Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 29 iyun 2004-cü il  



№ 714-IIQ 

Yüklə 133,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin