4. Azərbaycanda mеhmаnхаnа və mеhmаnхаnа tipli müəssisələrin müasir vəziyyəti və inkişaf problemləri Ölkəmizdə mehmanxana biznesi daha çox dünya şöhrətli operatorları cəlb etməkdədir. Son illərddə onlar, ölkədə yüksək səviyyəli otellər açmaqla, iştirak sahəsini genişləndiriblər. Bazarın yeni oyunçuları rəqabət yaratmaqla yanaşı, uzun illər boyu mehmanxana biznesi liderləri tərəfindən işlənmiş və dünyanın əksər ölkələrində uğurla tətbiq edilən korporativ standartları tətbiq etməyə başlayıblar. İstənilən otelin başlıca vəzifəsi – müştərinin xoşuna gəlmək və onun bir daha qayıtması üçün əlindən gələni etməkdir. Mehmanxana işçisi mehmanxanaya evi, qonaqlara isə - qəbul etməkdən məmnunluq duyduğu insanlar kimi münasibət bəsləməlidir. Buna öyrətmək çətindir, ona görə də insanın otelin qonaqlarını mehribanlıqla və səmimiyyətlə qəbul edə biləcəyini aydınlaşdırmaq lazımdır.
Bu gün ölkənin mehmanxana bazarında heyətin çatışmamazlığı hiss olunur. Qəribə deyil, axı son il ərzində Bakıda çoxlu yeni brend mehmanxanalar açılıb. Məsələn, “JW Marriott Absheron Baku” əməkdaşları xüsusi diqqətlə seçir və onlara təlim keçir. Burada hər yeni işçi əvvəlcə şirkətin siyasəti və xüsusiyyətləri ilə tanış olur, sonra isə öz sahəsi üzrə ixtisaslaşmış təlimlər keçir.“Four Seasons Hotel Baku” mehmanxanasında da bu qaydalar qüvvədədir. Burada heyətin hazırlığına mehmanxananın açılışından yarım il əvvəl başladılar. Əvvəlcə əməkdaşlar nəzəriyyəni öyrənir, sonra hər gün onun təcrübədə düzgün tətbiqinin üzərində işləyirdilər.
Müşahidələr göstərir ki, mehmanxanalara işləməyə çox vaxt xüsusi təhsili olmayan insanlar gəlirlər. Əlbəttə, Turizm İnstitutu mehmanxana biznesində işləyə bilən mütəxəssisləri hazırlayır: Ölkə ildə turizm üzrə 25 mütəxəssis əldə edir, bu isə inkişaf edən mehmanxana təsərrüfatı bazarı üçün kifayət deyil.
Mütəxəssislərin fikrincə, sahədə dar ixtisaslı mütəxəssislərə kəskin ehtiyac mövcuddur. Bu ali təhsil ocağı məzunlarının turizm və qonaqpərvərlik sahəsində qlobal biliklər əldə etmələrinə heç bir şübhə olmasa da, məzunlar otel biznesinin idarəetmə xüsusiyyətlərini heç də həmişə anlamırlar. Xüsusən, onlar lazımi sənədləşməni aparmağı, hesabat tərtib etməyi bacarmırlar.
Dövlət öz siyasətini ölkənin turizm cəlbediciliyinin inkişafına istiqamətləndirmişdir. Bu, mehmanxana biznesinin inkişafı üçün əlverişli şərait yaradır. 2012-ci ildə ölkəmizdə Avroviziya, FİFA Qadınlar arasında futbol üzrə çempionat keçirildi. 2013-cü ildə Azərbaycanda YUNESKO-nun konfransı baş tutmuşdur. Belə tədbirlər Azərbaycana turist axınını artırmağa kömək edir.
Ekspertlərin fikrincə, viza rejiminin sadələşdirilməsi də turistlərin, nəticədə isə - mehmanxana müştərilərinin sayının artmasına kömək edəcək. Çoxları bu məsələnin həllini səbirsizliklə gözləyirlər. Onda Azərbaycana gələnlərin sayı təxminən 50%-dən çox arta bilər.Bununla belə, Azərbaycanda qonaqpərvərlik sənayesini ideal adlandırmaq hələ tezdir. 2013-cü ilin 18-19 sentyabr tarixlərində Bakıda keçirilmiş MDB ölkələri və Gürcüstan üzrə I Mehmanxana Sərmayə Konfransında qeyd edildi ki, yaxın 6 ildə bizdə fəal surətdə 4-5 ulduzlu lüks otellər açılacaq. Düzdür, hər qonaq təmtəraqlı apartamentlərdə qalmağı özünə rəva bilməyəcək.
Azərbaycanda uyğun qiymətləri və az da olsa, yaxşı xidməti olan, məsələn, 3 uludzlu mehmanxanalar kifayət qədər deyil. Ekspertlərin fikrincə, apart-otellər də mehmanxana biznesində çox məhdud təmsil olunublar. Onların fikrincə, çimərlik və dağ-xizək otellərinin inkişafı da aktualdır.
Аzərbаycаn Dövlət Stаtistiка Коmitəsinin məlumаtlаrınа görə, 2006-cı ildə ölкədə 288 mеhmаnхаnа tipli оbyекt vаr idi, 2010-cu ildə bu göstərici хеyli yüкsələrək 499-a çatdı. 2012-ci ildə Rеspubliкаdа artıq 514 mеhmаnхаnа və mеhmаnхаnа tipli müəssisə fəаliyyət göstərirdi. Stаtistiк məlumаtlаr аşаğıdакı cədvəllərdə əкs оlunmuşdur.