1. Metod barədə alimlərin fikirləri Metodların seçilməsində mühüm şərtlər



Yüklə 239,68 Kb.
Pdf görüntüsü
səhifə3/5
tarix09.01.2023
ölçüsü239,68 Kb.
#78775
növüDərs
1   2   3   4   5
movzu 6(3)

3. Şagirdlərin inkişaf səviyyəsinin nəzərə alınması.Məsələn, yüksək səviyyəli 
uşaqlarla işlədiyimiz formada, aşağı səviyyəli uşaqlarla işləmək çətin və uğursuzdur. 
Bu mənada sinfin səviyyəsinə uyğun iş qurulmalıdır. İnduktiv-deduktiv yol 
şagirdlərin fəallığının təmin edilməsi,onların dərsi şüurlu mənimsəmələri üçün faydalı 
yoldur. Şagird kontingetinin həddindən artıq zəif olduğu yerdə deduktiv-induktiv 
yoldan istifadə etmək daha faydalıdır. 
4. Müəllimin fərdi xüsusiyyəti, hər hansı metoddan istifadə etmək bacarığı ilə 
ölçülməlidir. O, daha çox məharətlə istifadə edə biləcəyi metodla işləməlidir. 
Şagirdlərin biliyinin dərsin sonunda elan edilməsi,onları dərsin sonunadək işləməyə 
vadar edir. Bu metoddan istifadə çox faydalıdır. Amma yaddaşı zəif olan müəllim belə 
metoddan istifadə etməməlidir. Çünki o nəinki qiyməti,hətta bir şagirdi 
qitmətləndirməyi tam yaddan çıxarmaqla işə zərər verə bilər. Ola bilər ki, bir müəllim 
bir başqa,digər müəllim isə tam başqa metoddan daha yaxşı istifadə edir. 
5. Şagirdlərin yaş xüsusiyyətlərinin nəzərə alınması.Hər bir yaş dövrünün 
özünəməxsus diqqət davamlılığı,qavrama xüsusiyyətləri və s. vardır. Metod və 
priyomların seçilməsində bu cəhəti mütləq nəzərə almaq lazımdır. Aşağı siniflərdə 
Azərbaycan dilindən heç bir dərsdə mühazirədən istifadə etmək fayda verə bilməz. 
6. Materialın məzmunu fonetikaya,orfoqrafiyaya,orfoepiyaya,morfologiyaya və s. aid 
olmasından asılı olaraq metodlar da müxtəlifləşir.Müəllim bunların hər birinə aid 
çalışmalar aparır. 
7. Hər hansı metod və priyomdan istifadə üçün şəraitin olması. Təcrübə göstərir ki, 
texniki vasitələrdən istifadə təlim işinə böyük xeyir verir. Lakin dərs deyilən sinifdə 
nəinki ekran,hətta elektirik xətti də yoxdursa, bu barədə düşünməyə dəyməz. Deməli, 
müəllim imkan və şəraitə uyğun metod və priyomlardan istifadə etməklə dərsini 
mənimsətməlidir. 

Yüklə 239,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin