9 . Çöpvari bakteriyaların bəzən şaxələnmiş, bəzən isə kürəvi formalarda ola bilməsini hansı termin ifadə edir? A) attenuasiya
B) polimorfizm
C) germinasiya
D) filamentasiya
E) monomorfizm
10 . Sadə üsulla boyamaya aiddir: A) Metilen abısı ilə boyanma
B) Sil-Nilsen üsulu
C) Qram üsulu
D) Ojeşko üsulu
E) Neysser üsulu
11 . Bakteriya hüceyrəsinin nukleoidi iştirak edir: 1) Çoxalma; 2) Hərəkət; 3) Spora əmələ gətirmə; 4) Mezasom əmələ gətirmə; A) 2, 3
B) 2, 4
C) 3, 4
D) 1, 3
E) 1, 2
12 . Mezasomlar iştirak edir: 1) Bölünmə; 2) Hərəkət; 3) Spora əmələ gətirmə; 4) Antibiotiklərə davamlılıq; A) 2, 4
B) 2, 3
C) 3, 4
D) 1, 2
E) 1, 3
13 . Volyutin dənələrini aşkar etmək üçün tətbiq edilir: A) Qram üsulu
B) Gimza üsulu
C) Sil-Nilsen üsulu
D) Neysser üsulu
E) Ojeşko üsulu
14 . Volyutin dənələri hansı bakteriyaların tanınma əlamətidir? A) klostridilərin
B) korinebakteriyaların
C) vibrionların
D) enterobakteriyaların
E) basillərin
15 . Metaxromatik boyanan bakterial hüceyrə komponentidir: A) mikol turşusu
B) hüceyrə divarı
C) teyxoat turşusu
D) lipopolisaxarid
E) volyutin dənələri
16 . Bakteriyaların hüceyrə qişasının tərkibinə daxil olur: A) sitoplazmatik membran, hüceyrə divarı, selik təbəqəsi
B) sitoplazmatik membran, hüceyrə divarı, volyutin dənələri
C) hüceyrə divarı, teyxoat turşusu, sitoplazma