1. Mikroorqanizmlərin mühitin su rejiminden aslılığı. Osmofiller ve hallofiller


Mikroorqanizmlərin tənəffüs prosesi ( aerob , anaerob və fakultativ anaeroblar ) . Bütün



Yüklə 19,73 Kb.
səhifə4/6
tarix18.05.2023
ölçüsü19,73 Kb.
#116096
1   2   3   4   5   6
mikro

5. Mikroorqanizmlərin tənəffüs prosesi ( aerob , anaerob və fakultativ anaeroblar ) . Bütün mikroorqanizmlər nisbətən üçün molekulyar oksigen hüceyrani enerji ilə təmin edən oksidləşmə - reduksiya reaksiyalarında elektron akseptoru kimi çox vacibdir . Mikroorqanizmlər oksigenə olan münasibətinə görə bir - birindən fərqlənirlər.Molekulyar oksigenli mühitdə inkişaf edən mikroorqanizmlərə aeroblar , molekulyar oksigensiz mühiti sevənlər isə anaeroblar adını daşıyırlar . Lakin mikroorqanizmlərin oksigenə olan münasibətləri daha dərindən tədqiq olunduqdan sonra məlum olmuşdur ki , bunların arasında çox və ya az miqdarda oksigenə tələbkar olanlar da vardır . Ona görə də hazırda oksigenə olan münasibətlərinə görə mikroorqanizmləri 4 qrupa bölürlər : obliqat və ya ciddi aeroblar , obliqat anaeroblar , fakültativ və ya şərti anaeroblar və mikroaerofillər . Fakültativ anaeroblar obliqat aeroblarla anaeroblar arasında keçid təşkil edirlər . Bunlar həm oksigenli , həm də oksigensiz mühitdə yaşama qabiliyyətinə malikdirlər . Məsələn , stafilokokklar , streptokokklar bu qrupa aiddir . Mikroaerofillər mühitdəçox az miqdarda oksigen olduqda inkişaf edirlər , məsələn , süd turşusu bakteriyaları . Mikrobların aerobluq dərəcəsi , yəni oksidləşmə reduksiya etmə əmsalı rH2 ilə ifadə edilir . Bu mühitin oksigen və ya hidrogenlə doydurulması ilə səciyyələnir və bunun diapazonu 0 - dan 42,6 - ya qədərdir . Obliqat aeroblarda rH2 diapazonu 10-30 , obliqat anaeroblarda isə 0-12 arasında olduqda bunların maddələr mübadiləsi normal gedir . Obliqat anaerobların çoxalmasıüçün rH2 = 3-5 olmalıdır . Fakültativ anaeroblarda rH2 diapazonu daha genişdir ( 0 - dan 30 - a qədər ).
6.Litotroflar və orqanotroflar Saprotroflar , paratroflar , mikcotroflar . Litotroflar və orqanotroflar.Saprotroflar , paratroflar , mikcotroflar . Mikroorqanizmlər yaşamaq , inkişaf etmək , çoxalmaq üçün qidalanmalıdırlar . Xarici mühitdən qida maddələrinin mikrob hüceyrəsinə daxil olması və mikrobun hayat fəaliyyəti nəticəsində əmələ gəlmiş maddələrin ifraz olunmasına maddələr mübadiləsi deyilir . Bütün canlı orqanizmlər kimi mikroblar maddələr mübadiləsiz yaşaya bilmirlər . Mikrobların qidalanması dedikdə , biz maddələrin daxil olub həzmə getməsini , yəni assimilyasiyanı başa düşürük . Mikroorqanizmlərin qidalanması diffuziya ( sərbəst daxil olma ) va osmos ( hər hansı bir təsiri altında daxil olma ) yolu ilə yarımkeçirici membran hüceyrələrindən hüceyrəyə maye qida maddələrinin daxil olması və metabolizm məhsulların kənar edilməsidir . Qida maddələrinin membrandan daxil olma sürəti hüceyrənin quruluşundan , o cümlədən onda və ətraf mühitdə olan qida maddələrinin konsentrasiyasındanvə ətraf mühit amillərindən asılıdır . Mikroorqanizmlər qida kimi müxtəlif maddələrdən istifadə edirlər . Onların tərkibinə ham orqanogen maddələr , yəni üzvi maddələrin tərkibinə daxil olan maddələr ( oksigen , hidrogen , karbon va azot ) , həm də mineral maddələr ( kükürd , fosfor , kalium , kalsium , maqnezium , dəmir ) daxildirlər . Bundan əlavə mikroorqanizmlərin normal inkişafı üçün təbi suda və mineral qatlarda olan cüzi miqdarda mikroelementlər də tələb olunur ( sink , bor , kobalt və marqansovka ) . Bəzi mikroorqanizmlərin inkişafı üçün xüsusi maddələr də -boy maddələri , boy stimulyatorları da tələb olunur . Bu maddələrdə həyat üçün vacib olan vitaminlər , amin turşuları və onlara oxşar maddələr olurlar . Mikroorqanizmlər oksigen və hidrogenisu və üzvi birləşmələrdən alırlar .




Yüklə 19,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin