Xəbərdarlıq siqnalları və davranış qaydaları MM sistemində siqnalların və xəbərlərin verilməsi qaydası belədir:
Xəbərdarlıq siqnallarının həm respublika MM idarəsi tərəfindən verilib,
regional şöbələrə, şəhərlərə və rayon mərkəzlərinə çatdırılması mümkündür, həm
də siqnal, məlumat və xəbərlər şəhər, rayon və obyekt MM qərargahlarının özləri
tərəfindən verilə bilər.Birinci halda – respublika MM idarəsindən, yaxud onun
regional şöbələrindən, rayon mərkəzlərinə çatdırılan siqnallar yerli qərargah
tərəfindən təkrar olunmalı, ərazidəki bütün obyektlər və əhali xəbərdar edilməlidir.
Rəhbər-heyət iş və mənzillərdəki telefon vasitasilə xəbərdar edilir.
Əhaliyə siqnal, xəbər və məlumatlar iş və yaşayış yerlərindən müvafiq MM
rəhbərləri tərəfindən, eləcə də yerli radioyayım şəbəkəsi ilə çatdırılır.
İstehsal, sosial və digər təşkilatların rəhbərlərinə rayonun, bir sıra hallarda isə
paralel nazirliyin MM qərargahları xəbər verirlər.Obyektlərdə isə öz növbəsində
əvvəlcədən avadanlıqla təchiz edilmiş xəbərdarlıq sistemi yaradalır, eləcə də rabitə
və xəbərdarlıq sxemi tərtib edilir.
Xəbərdarlıq sxemi obyektdə rəhbər heyətin, MM qüvvələrinin və digər
işçilərin iş və işdənkənar vaxt xəbərdar edilməsi qaydasını müəyyən edən sənəddir.
Siqnal və sərəncamları tez çatdırmaq üçün vacib obyektlərin MM-ni
mərkəzləşdirilmiş avtomat xəbərdarlıq sisteminə qoşurlar.Belə sistem obyektin
özündə də yaradıla bilər.
Mərkəzləşdirilmiş avtomat xəbərdarlıq sisteminin tərkibi S-40 və S-28 elektrik
sirenalarından məsafədən idarəetmə və məcburi çağırış aparaturundan (MN-MÇA)
və rabitə xətlərindən (kanallarından) ibarətdir.
S-40 elektrik sirenası küçələrdə qoyulmaq üçündür, səsi 300-700 metrdən
eşidilir.S-28 sirenası isə sənaye müəssisələrinin səs-küylü sexlərində qoşulur.
Məsafədən idarəetmə və məcburi çağırmış P-160 aparaturu elektrik sirenalarının
mərkəzdən işə qoşulmasını, xəbərdarlıq siqnalları vermək üçün radioyayım
qovşağı proqramının məsafədən məcburi surətdə dəyişdirilməsini, eləcə də rəhbər
heyətin iş və mənzil telefonlarına çağırış siqnallarının məcburən verilməsini təmin
edir.
Aparatura saz telefon şəbəkəsinin danışlıq gedən və ya baş xətləri üzrə işləyir.
Beləliklə, bütün bu vasitələrdən istifadə rayonlarda, obyektlərdə təhlükə
yarandığı barədə «Hamının diqqətinə!» xəbərdarlıq siqnalını əhaliyə çatdırmağın
vahid sistemi yaradılır.
Sonra müəllim qeyd edir ki, təbii fəlakət və qəza baş verən, yaxud, belə
təhlükə yaranan hallarda, habelə düşmən basqını barədə əhalini xəbərdarlığın əsas
üsulu radio və televiziya vasitəsilə şifahi xəbərlərin verilməsidir. Belə xəbərlərdən
əvvəl hökmən «Hamının diqqətinə!» siqnalı elan edilməlidir. Müəllim əldə olan
xəbərvermə vasitələrindən – elektrik və əl sirenalarından, yaxud bu siqnallar
yazılmış maqnitofon lentindən, vallardan istifadə etməklə siqnalı, eləcə də «Hava
həyəcanı», «Hava həyəcanı qurtardı», «Kimya həyəcanı», «Radiasiya təhlükəsi»,
həmçinin müxtəlif təbii fəlakət və istehsalat qəzaları barədə xəbərlərin məzmununu
dinləyicilərə çatdırır, belə hallarda əsas davranış qaydalarını imkan dairəsində izah
edir.
Sonra o, qeyd edir ki, təhlükə potensiallı obyektlər yerləşən sahələrdə isə,
həmçinin lokal (məhəlli) xəbərdarlıq sistemi də yaradılmalıdır.Bu sistem
obyektlərin və ərazinin vahid bir struktura birləşdirilmiş xəbərdarlıq vasitələrindən
ibarətdir.Məqsədi – fövqəladə hallar yarandığı barədə həmin obyektin işçilərini,
habelə ehtimal olunan zəhərlənmə, yaxud fəlakətli subasma zonalarında yerləşən
müəssisələrin, idarə və təşkilatların rəhbərlərini, eləcə də əhalini vaxtında xəbərdar
etməkdir.
Lokal xəbərdarlıq sisteminin quraşdırılması sxemi və iş prinsipi, məsələn,
kimyəvi təhlükəli müəssisələrdə belə ola bilər: kimyəvi təhlükəli obyektin
radiotranslyasiya (radioyayım) qovşağı-buradan yaşayış məntəqəsinə əvvəlcədən
çəkilmiş xüsusi kabel xətti və son xəbərvermə vasitələri – elektrik sirenaları,
küçələrdəki səsucaldan cihazlar və mənzillərdəki radio reproduktorlar. Burada
elektrik sirenaları ancaq «Hamının diqqətinə!» siqnalını vermək, küçə və mənzil
radio reproduktorları isə hadisə şifahi xəbər və məlumatları, eləcə də davranış
qaydalarını elan etmək üçündür.
Təhlükə barədə siqnal və məlumatlar obyektin radioyayım qovşağından ya
bilavasitə, ya da şəhərin (rayonun) mərkəzi radioyayım qovşağı vasitəsilə verilə
bilər.Güclü qəzalar zamanı şəhərin lokal xəbərdarlıq sistemi ilə əhatə olunmamış
rayonlarda əhalini xəbərdar etmək və onların zəhərli zonaya girməsinin qarşısını
almaq məqsədilə səs ucaldan səyyar vasitələrdən də istifadə etmək mümkündür.
Vəzifəli şəxslərə isə operativ məlumatları obyektin və şəhərin avtomat-telefon
stansiyalarında quraşdırılmış məcburi çağırış telefon dayağı vasitəsilə çatdırmaq
daha məqsədə uyğundur.
Müəllim izah edir ki, lokal xəbərdarlıq sistemindən istifadə qaydası belədir:
«kimyəvi təhlükəli obyektdə güclü, təsirli, zəhərli maddələrin ətrafa yayılması ilə
baş verən qəza hallarında növbətçi dispetçerin fəaliyyət qaydası haqqında birtipli
təlimat» mövcuddur. Bu sənədə görə, belə obyektlərdə fövqəladə hallar yaranarkən
müəssisənin növbətçi dispetçeri obyektdəki bütün işçilərə, həmçinin 2.5 km-dək
radiusda yerləşən digər müəssisələrin, idarə və təşkilatların rəhbərlərinə, eləcə də
əhaliyə xəbər vermək üçün müstəqil olaraq qərara gəlmək səlahiyyətinə malikdir.
Deməli, o, belə hallarda heç bir əlavə göstəriş gözləmədən müəssisənin
rəhbərliyinə, işçilərinə, qəza xidmətlərinin (qazdan xilasetmə, yanğınsöndürmə,
tibb xidmətlərinin) növbətçilərinə MM qüvvələrinə, digər idarə və təşkilatların
rəhbərlərinə yerli hökumət orqanlarına, şəhərin (rayonun) fövqəladə hallar
komissiyası və MM qərargahlarının növbətçisinə, habelə əhaliyə xəbər verməlidir.
MM qərargahı əvvəlcədən yazılmış siqnalı və xəbərlərin mətnlərini texniki
vasitələrlə elan edərək, bundan sonrakı davranışı nizama salır.Adətən, xəbər və
göstərişlərin mətnlərini proqnoz məlumatları əsasında müxtəlif variantlarda tərtib
edib qərargahların operativ növbətçilik otaqlarında saxlayırlar.