1. Mülki müdafiə nədir, Mülki müdafiənin yaranma tarixi və inkişaf mərhələləri


Ali məktəb tələbələrinə və orta məktəb şagirdlərinə Mülki müdafiə biliklərinin öyrədilməsi



Yüklə 81,03 Kb.
səhifə13/30
tarix07.04.2023
ölçüsü81,03 Kb.
#94294
1   ...   9   10   11   12   13   14   15   16   ...   30
1. M?lki m?dafi? n?dir, M?lki m?dafi?nin yaranma tarixi v? inki?

15. Ali məktəb tələbələrinə və orta məktəb şagirdlərinə Mülki müdafiə biliklərinin öyrədilməsi.
Mülki Müdafiə və tibbi biliklərin əsasları – ali məktəblərin bütün tələbələrinə öyrədilməsi məcburi olan fənlər sayılır və tədris proqramlarına daxil edilir.Tələbələrə Mülki Müdafiənin öyrədilməsi üzrə əsas vəzifələr aşağıdakılardır:

  1. fövqəladə hallarda fəaliyyət göstərmək və ali məktəblərdə aldıqları ixtisasa müvafiq olaraq, obyektlərin sabit işinin təmin edilməsi üsullarını öyrənmək;

  2. tibbi biliklərin əsaslarına yiyələnmək və fövqəladə hallarda əməli olaraq tibbi yardım göstərməyi bacarmaq;

  3. ümumtəhsil məktəblərinin 2, 5, 6-cı siniflərində Mülki Müdafiə və tibbi hazırlıq fənləri üzrə məşğələlər aparmağı bacarmaq.

Mülki Müdafiə və tibbi biliklərin əsasları üzrə məşğələlər xüsusi fənn olmaqla bütün ali təhsil müəssisələrində bir semestr keçirilir və imtahan verməklə yekunlaşır. Ali pedaqoji məktəb tələbələrinə, orta məktəblərdə təcrübə keçən dövrdə Mülki Müdafiə və tibb hazırlığı fənləri üzrə məşğələlər aparılması da planlaşdırılır. Ümumtəhsil, texniki peşə, orta ixtisas və onlara bərabər tutulan digər məktəblərin 10-11 sinif şagirdlərinə, Mülki Müdafiə fənni “Gənclərin ibtidai hərbi hazırlıq proqramına” bölmə kimi daxil edilir və proqramda nəzərdə tutulan miqdarda hərbi rəhbər tərəfindən tədris olunur. Mülki Müdafiə fənni 2-ci sinifdə 6 saat, 5-ci sinifdə 8 saat və 6-cı sinifdə 8 saat tədris olunur. Saatlar bədən tərbiyəsi fənninin tədris saatlarına daxil edilir və sinif rəhbərləri tərəfindən tədris olunur. Mülki Müdafiəni tədris edən sinif rəhbərləri tədris ilinin əvvəlində yerli Mülki Müdafiə qərargahlarının nəzdində 3 günlük kurs keçirlər.
16. Mülki müdafiə təbliğatının məqsədləri, formaları və metodları.
Mülki Müdafiə təbliğatının məqsədləri aşağıdakılardır:

  1. Mülki müdafiə sistemi və onun rolu barədə əhali arasında düzgün təsəvvürün yaradılması.

  2. Əhalinin Mülki Müdafiə sahəsində aldığı biliklərin möhkəmləndirilməsi.

  3. Mülki Müdafiə tədbirlərinin zəruriliyində, onun xilasedici imkanlarına əhalidə möhkəm inamın yaradılması.

  4. Əhali arasında siyasi sayıqlığın artırılması.

  5. Fövqəladə hadisələrə əhalinin mənəvi-psixoloji cəhətdən hazırlanması.

Mülki Müdafiə biliklərinin təbliğində əsasən təbliğatın 3 formasından istifadə olunur. 1) Mətbuat 2) Şifahi 3) Əyani
Şifahi təbliğat kütləvi izahat işlərində müvəffəqiyyətlə sınaqdan çıxmış ən təsirli formadır. Mətbuatın rolu mülki müdafiə biliklərinin təbliğində, yayılmasında və öyrənilməsində böyükdür. Əyani təşviqat da mülki müdafiə biliklərinin təbliğində geniş istifadə edilən formalardan biridir. Bura, mülki müdafiə tədbirləri üzrə çəkilmiş sənədli filmlər, videoçarxlar, hazırlanmış sərgilər və s. aiddir.

Yüklə 81,03 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin