1. M?lki m?dafi? n?dir, M?lki m?dafi?nin yaranma tarixi v? inki?
7. Azərbaycan Respublikasında baş verən təbii fəlakətlər. Azərbaycan Respublikasının ərazisində zəlzələ, sel, subasma (daşqın), torpaq sürüşməsi, təbii yanğınlar, epidemiyalar, epizotiyalar və marxal kimi təbii fəlakətlər baş verə bilər. Milli Elmlər Akademiyasının Geologiya institutu tərəfindən tərtib edilmiş, seysmik rayonlaşdırma xəritəsinə görə, Azərbaycan Respublikasının ərazisi əsasən 8 baladək (dağıdıcı), bəzi zonaları isə 9 bal gücündə (viranedici) zəlzələ ehtimallı region hesab olunur. Təbii fəlakətlərdən ən dəhşətlisi zəlzələdir. Zəlzələ yeraltı təkanlar, yerin üst qatının titrəməsi, nəticədə yer qabığında və ya, yerüstu süxurların laylarında yarıqların əmələ gəlməsi və böyük məsafələrə ötürülən elastiki titrəyişlərdir. Zəlzələnin aşağıdakı növləri mövcuddur:
Metioritin yerə düşməsi və ya planetimizin digər kosmik obyektlərlə toqquşması nəticəsində baş verən zəlzələlər.
Zəlzələ ocağının yerin altındakı mərkəzi - hipomərkəz (hipo-dərin deməkdir), yerin səthindəki proyeksiyası isə - epimərkəz (epi-dayaz deməkdir) adlanır. Zəlzələ zamanı epimərkəzin ətrafında ən güclü təkanlar hiss edilən sahəyə – episentral sahə deyilir. Zəlzələnin yaratdığı zəlzələ ocağından və ya epimərkəzdən yerin səthi üzrə hər tərəfə yayılan titrəyişlər elastiki (seysmik) dalğalar adlanır. Zəlzələnin gücünü və xarakteristikasını səciyyələndirən əsas parametrlər – zəlzələnin maqnitudası, zəlzələ ocağının dərinliyi və yerin səthində zəlzələ enerjisinin intensivliyidir.
Sel. Respublikanın ərazisi aşağıdakı sel təhlükəli zonalara ayrılır:
Böyük Qafqaz dağlarının cənub və şimal-şərq yamacları;
Kiçik Qafqaz dağlarının şimal-şərq yamacları;
Naxçıvan Muxtar Respublikasındakı dağ yamacları;
Talış dağlarındakı dağ yamacları.
Bu zonalardakı güclü sel mənbələrinə Balakənçay və Talaçay (Balakən rayonu), Qaraçay və Gürmükçay (Zaqatala rayonu), Kişçay və Şinçay (Şəki rayonu), Dəmirapa-rançay və Tikanlıçay (Qəbələ rayonu), Qayçay və Ağçay (Oğuz rayonu), Qilqilçay və Axınçay (Tovuz rayonu), Çəhriçay (Şəmkir rayonu), Gəncəçay (Goy-göl rayonu), Gilyançay və Ordubadçaydır (Naxçıvan Muxtar Respublikası) aiddir.
Böyük və Kiçik Qafqazın yamaclarından axan sellər respublikanın xalq təsərrüfatına xeyli ziyan vurur, əkinləri məhv edir, hidrotexniki qurğuları sıradan çıxarır, körpüləri, yolları, rabitə və elektrik xətlərini, tikililəri və. s. dağıdır.