1-Mülki müdafiə xidmətləri, qüvvələri,onların yaradılması və təyinatı


Zəlzələ zamanı əhalinin davranış və fəaliyyət qaydaları



Yüklə 134,9 Kb.
səhifə10/65
tarix02.01.2022
ölçüsü134,9 Kb.
#50959
1   ...   6   7   8   9   10   11   12   13   ...   65
Mülki İMtahan

Zəlzələ zamanı əhalinin davranış və fəaliyyət qaydaları
Zəlzələ təhlükəsi haqqında mümkün qədər tez xəbərdarlıq olarsa, evi tərk etməzdən öncə qaz və cihazları söndürmək, uşaqları və qocaları geyindirmək, özünüzün geyinməsi lazımdır. Vacib olan əşyaları, ehtiyat qida, tibbi ləvazimatları, sənədləri götürüb küçəyə çıxmaq gərəkdir. Küçədə mümkün qədər binalardan və tikililərdən uzağa, meydan, geniş küçələr, idman meydançalarına tərəf, ictimai asayişə ciddi riayət edərək istiqamətlənmək vacibdir.
Əgər zəlzələ gözlənilmədən baş verərsə, ilk təkan baş verdikdə binanı tərk etməyə (pilləkən və ya birinci mərtəbədə pəncərədən) çalışmaq lazımdır. Bina, işıq çılçıraqları tərpənən, əşyalar düşən, şüşə sınmasının səsi eşidilən kimi təşvişə düşmək olmaz ( ilk təkanlar hiss edilən andan binanın tərpənməsinin təhlükə törədə biləcəyinə qədər 15-20 saniyə vaxt olur). Binanın içində çıxış yaxındadırsa, zəlzələ baş verdiyi zaman 6 saniyə ərzində olduğunuz yerdən açıq (təhlükəsiz) bir sahəyə dərhal qaçaraq çıxmaq lazımdır. Zəlzələ baş verən zaman sarsıntılar yüngül olduğu halda, əvvəlcədən təyin olunan müdafiə tədbirlərini xatırlamalı və plana uyğun hərəkət etməlisiniz.
Əgər yığışmaq və evdən çıxmaq mümkün deyilsə, qapı və ya pəncərə çərçivəsində durmaq və ya dizi üstə və ya çiyin üzərində, ayaqlarınızı qarına doğru çəkərək təhlükəsiz bir yerə (iri həcmli əşyaların yanı, masanın altı, iki divarın küncü) uzanmaq, başını qoruyacaq şəkildə əlləri ilə bağlamaq, yıxılmamaq üçün sabit bir yerə yapışmaq, ilk təkanlar sona çatana qədər yerində qalmaq, dərindən nəfəs alaraq sakitləşmək lazımdır. Düşə biləcək əşyalara yaxın uzanmaq olmaz. Zəlzələnin ilk təkanları bitən kimi, dərhal bayıra çıxmaq gərəkdir. Zəlzələ zamanı liftlərdən istifadə edilməməlidir.
Zəlzələ baş verən zaman liftdə olduqda, hansı mərtəbədə olduğunuzdan asılı olmayaraq çıxış düyməsinə basmalı və olduğunuz mərtəbədə lifti dayandırmalı və onu dərhal tərk etməlisiniz.

Zəlzələ baş verən zaman açıq sahədə olarkən, binalardan, divar diblərindən, pəncərələrdən, reklam plakatlarından, uçqun kənarlarından, körpülərin üstündən və altından, elektrik dirəklərindən uzaq dayanmalı, təhlükəsiz və etibarlı bir açıq sahəyə doğru gedilməlidir. Zəlzələ sona çatana qədər orada qalmaq məsləhətdir. Torpaq sürüşməsi olan sahələrdən, daş və qaya parçalarının düşə biləcək dik qayaların yaxınlığından və dik yamacların ətəklərindən uzaqlaşmaq lazımdır.


Zəlzələ baş verən zaman dəniz sahilində olarkən dərhal uzaqlaşaraq yüksək yerlərə doğru qaçmaq gərəkdir. Torpaq altında olan elektrik və qaz xətlərində baş verə biləcək təhlükələrə və yanğınlara qarşı hazırlıqlı olmaq lazımdır.
Nəqliyyatdan istifadə edərkən ani olaraq zəlzələ baş verdikdə, yolu bağlamadan sağa çıxıb avtomobil dayandırılmalı, açar bağlanıb mühərrik söndürülməlidir. Təkanlar bitməyənədək avtomobildən enmək olmaz. Fəlakət sovuşduqdan sonra açıq sahələrə getmək olar.
Avtomobillə yaşadığınız küçədə və ya binaların yaxınlığında hərəkət edərkən, dərhal avtomobili dayandırmalı, qapıları bağlayaraq, dərhal özünüzü itirmədən hərəkət edərək açıq sahələrə gedilməlidir.
Avtomobil körpülərdən, keçidlərdən, binalardan, elektrik dirəklərindən, enerji xətlərindən, tunellərin giriş və çıxışlarından, ağır tonnajlı yük maşınlarından və dəniz kənarlarından uzaq dayandırmalıdır.

Yüklə 134,9 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin