Münaqişəli FH-ə: hərbi toqquşmalar, sosial partayışlar,milli və dini zəmində olan münaqişələr,terrorizm, və s. aiddir. Münaqişəsiz FH-ə: Təbii,texnogen,ekoloji xarakterli FH aid edilir.Təsir dairəsinə (Miqyasına) və nəticələrinin ağırlığınagörə FH aşağıdakı qruplara bölünür:1.Lokal(qismən) 2.Obyekt miqyaslı (səciyyəli) 3.Yerli 4.Regional 5.Dövlət əhəmiyyətli (milli) 6.Qlobal xarakterli
Təbii xarakterli FH-əhalinin normal həyat fəaliyyətinin pozulması və maddi sərvətlərin məhv olması ilə nəticələnən müxtəlif kortəbii hadisələrdir. Bunlar adətən qəflətən baş verir və çox vaxt insan tələfatına səbəb olur,ətraf mühitə mənfi təsir göstərir.Təbii xarakterli fövqəladə hallar aşağıdakı qruplara bölünür:1.Meteoroloji təhlükəli hadisələr-bunlara fırtına (9-11 bal), qasırğa |(12-15 bal), tufan,leysan yağışları,güclü qar,quraqlıq, güclü duman, güclü isti aiddir.2.Geofiziki təhlükəli hadisələr – zəlzələ,vulkan püskürməsi aiddir.3.Hidroloji təhlükəli hadisələr- su səviyyəsinin qalxması (daşqın),su səviyyəsinin düşməsi, yeraltı suların səviyyəsinin qalxması (subasma) aid edilir. 4.Kənd təsərrüfatı heyvanlarının yoluxucu xəstəliklərə tutulması-bu qrupa epizootiya,yəni heyvanlar arasında xəstəliklərin yayılması. Epifitotiya bitkilər arasında yolxucu xəstəliklərin yayılması. 5.Dənizdə təhlükəli hidroloji hadisələr- bunlara sünami,güclü dalğalanma (5 baldan yuxarı), dəniz səviyyəsinin sürətlə dəyişməsi. 6.Təhlükəli geoloji hadisələr– sürüşmə, sel, marxal, tozlu qasırğa aiddir. 7.Təhlükəli yolxucu xəstəliklərin- sürətlə və geniş şəkildə insanlar arasında yayılması yəni Epidemiyalar. 8.Kortəbii yanğınlar–yəni,meşə yanğınları, çöl və zəmi yanğınları aiddir. Qasırğa– 12-15 bal gücündə çox şiddətli külək və leysan yağışları ilə səciyyəvidir. O, dəniz və quru üzərində atmosferin kəskin dəyişməsi nəticəsində baş verir. Fırtına – 9-11 bal gücündə olub, böyük dalğaların əmələ gəlməsinə səbəb olub və güclü dağıdıcı təsirə malikdir.Yağışla birlikdə əsən şiddətli küləklər tufan, quraq və yağışsız havada əsən küləklər isə tayfun adlanır. Leysan yağışlar – qısamüddətliatmosfer yağıntısıdır. Adətən yağış halında qəflətən düşür. 1-2 saat müddətində olur. Dolu–iri doludənələri 1mm-dən az qalınlığa malik olmayan şəffaf buz qatlarından ibarətdir. Dolu dənələri həddən artıq soyumuş buludla təsadüfi olaraq donan ayrı-ayrıdamcıların yaranması nəticəsində meydana gəlir. Ölçüləri 130 mm-dək, çəksi isə 1 kq-a qədər ola bilir. Yağma müddəti isə bir neçə dəqiqədən yarım saata qədər çata bilər. Quraqlıq–havanın yüksək hərarətinin və rütubətinin aşağı olması , uzun müddətli yağışın yağmaması nəticəsində yaranır. Hidroloji təhlükəli fövqəladə hadisələr.Daşqın–təbiət qüvvələrinin təsiri nəticəsində quru ərazinin xeyli hissəsinin müvəqqətiolaraq sualtında qalmasıdır. Daşqınlar üç qrupa bölünür. Birinci qrupa –güclüyağışlardan, yaxudqarların (buzların) sürətlə əriməsindən sonra başverən daşqınlar aid edilir. Ikinci qrup daşqınlar dənizdən sahilə tərəfəsən küləyintəsirindənbaşverir. Üçüncü qrupdaşqınlara səbəb suyun altında baş verən zəlzələlərdir ki bu da sunami adlanır.Sunami –ölkədə zəlzələ nəticəsində yaranan su dalğasıdır. Yanğın – insanın nəzrətindən çıxıb təlafat törədən odun kortəbii şəkildə yayılmasıdır. Geoloji təhlükəli fövqəladə hadisələr. Sel –adətən qəflətən başlayır. Güclü leysan yağışları, bəzən də qarın sürətlə ərinməsi nəticəsində dağ yamaclarından axıb tökülən su özü ilə gil, qum, çınqıl, daş və hətta qaya parçaları gətirir, qarşısına çıxan hər şeyi dağıdır, əkin sahələrini, körpüləri, bir sıra hallarda sənaye və kənd təsərrüfatı tikililərini məhv edir.Geofiziki təhlükəli fövqəaldə hadisələrdən biri zəlzələdir.Zəlzələlər –yer qabığının və yerin dərin qatlarının birdən-birə tərpənməsi və yarılması nəticəsində, yaxud vulkanik və uçqun hadisələri nəticəsində baş verib, elastiki dalğalar şəklində uzaq məsafələrə örtülən seysmik hadisələrdir. Zəlzələ dalğalarının bilavasitə yarandığı yerə zəlzələnin ocağı (hiposentri) deyilir. Zəlzələ ocağının mərkəzindən yuxarıda –yer üzərindəki nöqtəyə zəlzələnin episentri deyilir. Ölkəmizdə 12 bala bölünmüş (seysmik cədvəldən) şkaladan istifadə olunur. Bu cədvələ görə zəif zəlzələrin intensivliyi 2-3 bal, güclü zəlzələlərinki 5-6 bal, çox güclülərinki 7 bal, dağıdıcı zəlzələlər 8 bal, viranedici zəlzələlər 9-10 bal, katastrofik zəlzələlər 11-12 bal sayılır. Zəlzələ baş vermə səbəblərinə görə 3 növü mövcuddur.Vulkanikzələzələlər – vulkan püskürməsi nəticəsində baş verir. Uçqun zəlzələləri: yeraltı uçqunlar nəticəsində əmələ gəlir, çox az hallarda baş verir və zəif olur.Tektonik zəlzələlər – yer qabığında süxur qatlarının qırılması, sürüşməsi, qalxması və s. nəticəsində baş verir. Yer kürəsində qeydə alınan güclü zəlzələlərin böyük əksəriyyəti, dağıdıcı zəlzələlərinisə hamısı tektonik zəlzələlərdir.Vulkan–xaricə lava, vulkanik qazlar, daşlar püskürdən, yer kürəsinin üst qatındayaranan geoloji strukturdur. Vulkanpartlayışı zamanı təkcə közərmiş mayelər yox, həmdə bərk və qaz halında olan maddələr xaricə çıxır. Texnogen xarakterli fövqəladə hallar– Texnosferin əhaliyə və ətraf-mühitə törətdiyi təhlükə qorxusu yaradan texnologiyaların olması ilə əlaqədardır.Texnogen xarakterli FH-a aiddir: nəqliyyat qəzaları,yanğınlar və partlayışlar, GTZM yayılması ilə baş verən qəzalar, radioaktiv maddələrin ətrafa yayılması ilə baş verən qəzalar,bioloji təhlükəli maddələrin ətrafa yayılması ilə baş verən qəzalar.Nəqliyyat qəzalarına:yük və nəqliyyat qatarların, gəmi qəzaları, aviasiya,avtomobil qəzaları aiddir;Yanğınlar və partlayışlara;tezalışan maddələr,yanacaq istehsal emal edilən və saxlanılan obyektlərdə yanğın və partlayışlar,yeraltı mədən və metropoliten sahələrində yanğın, yaşayış, sosial-məişət və mədəni-məişət təyinatlı bina və qurğularda yanğınlar aiddir;GTZM yayılmaqla baş verən qəzalara; GTZM istehsal, emal olunarkən, saxlanarkən baş verən qəzalar,GTZM daşınarkən baş verən nəqliyyat qəzası,kimyəvi döyüş sursatlarından baş verən qəzalar,binaların qəflətən uçulması və s. aiddir.Radioaktiv maddələr (RM) ətrafa yayılmaqla baş verən qəzalar: RM-in ətrafa sızmasıAES-ında, atom gəmilərində, mühəndis tədqiqatları mərkəzlərində istehsalat qəzaları nəticəsində baş verir.Radioaktiv qazların sızması, o cümlədən: Uran şaxtalarında havanı zəhərləyən “Radon” qazının,nüvə yanacağının regenerasiyası üzrə qurğuda və reaktorlarda yaranan qazın, eləcə də radioaktiv tullantılar saxlanılan müəssilərdən və anbarlardan radioaktiv maddələrin ətrafa sızması xüsusi təhlükəlidir. Bioloji təhlükəli maddələrin (BMT) ətrafa sızması ilə baş verən qəzalara aiddir; Bioloji təhlükəli maddələrin aşkar edilməsi, həyat təminatlı kommunal sistemlərdə qəzalar, kanalizasiya, su təchizatı, istilik şəbəkələrində, elektrik –enerji sistemlərində, hidrodinamik qəzalar və s. aiddir.Ekoloji xarakterli fövqəladə hallarEkoloji xarakterli fövqəladə hallara yerin qabığının vəziyyətinin,hava mühitinin,yəni atmosferin,hidrosferin,biosferin vəziyyətinin dəyişməsi ilə əlaqədar olan hallar aiddir.Yerin vəziyyətinin dəyişməsi ilə əlaqədar fövqəladə hadisələrə:yerdə (torpaqda) yol verilən konsentrasiya, həddindən artıq ağır metallar və başqa zərərli maddələrin olması,geniş ərazilərdə sahələrin aşınması,duzlaşması sayəsində münbit torpaqların sıradan çıxması və s. aiddir.Atmosferin dəyişməsi ilə əlaqədar FH-a aiddir:atmosferdə zərərli maddə qarışıqlarının həddindən artıq olması,şəhərlərdə kəskin “oksigen aclığı” yaranması, şəhərlərdə səs-küyün yol verilən hədd səviyyəsindən yüksək olması,atmosferin “ozon qatının” (O3) pozulması.Hidrosferin vəziyyətinin dəyişməsi ilə əlaqədar FH-a:su mənbələrinin quruması və çirklənməsi nəticəsində içməli suya kəskin ehtiyacın yaranması,daxili dəniz və dunya okeanı zonalarının çirklənməsi nəticəsində ekoloji tarazlığın pozulması aiddir.Biosferin vəziyyətinin dəyişməsi ilə əlaqədarFH-a:geniş ərazilərdə yerin bitki örtüyünün məhv olması,heyvanların kütləvi halda məhv olması,yaşayış mühitinin dəyişməsinə həssas olan heyvanlarınvə bitki növlərinin yox olması aiddir.Sosial-siyasi xarakterli fövqəladə hallar.Sosial-siyasi xarakterli föqəladə hallar 2 qrupa bölünür: 1.Sosial-mədəni xarakterli FH – buraya peşə, dini, mülkiyyət, ərazi, yaş həddi və digər əlamətlər üzrə fövqəladə hallar aiddir.2.Siyasi xarakterli – Buraya millətlərarası münaqişələr,narkotik maddə ticarəti,mütəşəkkil cinayətkarlıq, “Kölgə” iqtisadiyyatı,dövlət böhranı,informasiya və digər əlamətlər üzrə hadisələr daxildir.Sosial siyasi və hərbi siyasi fövqəladə hallara aiddir: Əyalət üzrə baş verən narazılıqlar.Hərbi hissələrin hərbi arsenalından qarət olunmuş silahların əhali arasında yayılması.Təsadüfi nüvə zərbəsini neytral ərazilərdə partlamasından əmələ gələn narazılıqlar. Əhalinin hərbi qarnizonlara hücumu.
Dostları ilə paylaş: |