Radioaktiv maddələr (RM) ətrafa yayılmaqla baş verən qəzalar: RM-in ətrafa sızmasıAES-ında, atom gəmilərində, mühəndis tədqiqatları mərkəzlərində istehsalat qəzaları nəticəsində baş verir.Radioaktiv qazların sızması, o cümlədən: Uran şaxtalarında havanı zəhərləyən “Radon” qazının,nüvə yanacağının regenerasiyası üzrə qurğuda və reaktorlarda yaranan qazın, eləcə də radioaktiv tullantılar saxlanılan müəssilərdən və anbarlardan radioaktiv maddələrin ətrafa sızması xüsusi təhlükəlidir.
Bioloji təhlükəli maddələrin (BMT) ətrafa sızması ilə baş verən qəzalara aiddir; Bioloji təhlükəli maddələrin aşkar edilməsi, həyat təminatlı kommunal sistemlərdə qəzalar, kanalizasiya, su təchizatı, istilik şəbəkələrində, elektrik –enerji sistemlərində, hidrodinamik qəzalar və s. aiddir.
15. Mülki müdafiə qüvvələrini xarakteristikası.
Zədələnmə ocaqlarında xilasetmə və başqa təxirəsalınmaz işləri aparmaq üçün cəlb olunan MM dəstələrinin, xidmətlərinin və s. tərkibindəki şəxsi heyət Mülki müdfiə qüvvələri adlanır.
MM qüvvələri - əhalinin mühafizəsi üzrə tədbirləri, dağıntı, zəhərlənmə rayonlarında xilasetmə işlərini yerinə yetirmək üçün yaradılır. Quruluşca 3 yerə bölünür: 1. hərbiləşməmiş MM dəstələrindən, 2. MM qoşun hissələrindən (hərbi hissə) 3. MM müəssisələrindən ibarətdir.
Dostları ilə paylaş: |