4.Mülki müdafiənin məqsəd və prinsipləri Azərbaycan Respublikasında Mülki Müdafiə ümumdövlət müdafiə sisteminin tərkib hissəsi olmaqla aşağıdakı prinsiplər əsasında təşkil edilir:
1.Ərazi prinsipi– yəni Mülki Müdafiə tədbirləri Azərbaycan Respublikasının bütün ərazisində təşkil edilməsi;
2. Fərqli və kompleks yanaşma prinsipi– Azərbaycan Respublikasında Mülki Müdafiə tədbirlərinin ayrı-ayrı bölgələrin, şəhərlərin, istehsal və sosial təyinatlı obyektlərin hərbi strateji, iqtisadi və digər xüsusiyyətləri nəzərə alınmaqla planlaşdırılması və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi;