Karantin rejimi – yoluxma ocağının ətrafındakı əhalini tam surətdə təcrid edilməsini nəzərdə tutur və yoluxucu xəstəliklərin yayılmasına yol verməmək məqsədilə həyata keçirilir. Karantin zonasının xarici hüdudlarında silahlı mühafizəçilər qoyulur, patrul xidməti və hərəkətin nizamlanması işi təşkil edilir. Karantin rayonundan adamların, heyvanların və əşyaların çıxarılması qadağan olunur. Belə əraziyə girməyi MM rəisinin sərəncamı ilə yanaşı xüsusi MM dəstələrinin və bəzi nəqliyyat növlərinə icazə verilir.
Karantin zonasında əhalinin mənzillərindən və həyətlərindən kənara çıxmasına icazə verilmir. ərzaq malları, su, vacib şeylər əhalinin mənzillərinə gətirilir. Ümumiyyətlə karantin bakterioloji ocağın ləğv olunmasına yönəldilmiş epidemiya əleyhinə tədbirlər kompleksinə deyilir. əsas tədbir əraziyə giriş və çıxışın qadağan olunmasıdır. Bakterioloji yoluxma ocağının ərazisindəki əhali, fəhlə və qulluqçular hökmən fərdi mühafizə vasitələrində olmalıdırlar..
Müəyyən edilmiş xəstəlik törədicisi növü xüsusi qorxulu xəstəlik törədicilər qrupuna aid olmadığı hallarda karantin observasiya rejimi ilə əvəz oluna bilər. Həm də ərazidə tam dezinfeksiya və əhalinin tam sanitar təmizlənmədən keçdikdən sonra karantin rejimi observasiya rejimi ilə əvəz oluna bilər.