1. Orfoepiya təliminin nəqsəd və vəzifələri


Tələffüzdə vurğunun rolu ,alınma sözlərdə vuğu



Yüklə 108,01 Kb.
səhifə15/52
tarix24.01.2023
ölçüsü108,01 Kb.
#80382
növüQaydalar
1   ...   11   12   13   14   15   16   17   18   ...   52
orfoqrafiya və orfoepiya-1

18 .Tələffüzdə vurğunun rolu ,alınma sözlərdə vuğu
Azərbaycan dilində vurğu əsasən, sözün son hecasına düşür.
Bu, keçici sabit vurğudur: kitáb – kitablar – kitablarím – kitablarımdán, və s
1. Rus və Avropa mənşəli sözlərdə vurğu əsasən, mənbə dilə uyğun olaraq işlədilir: angi´na, apelyásiya,və s.
Qeyd. Azərbaycan dilində dəyişikliyə məruz qalan rus və Avropa mənşəli sözlərdə vurğu sonda işlənir: aptéka – apték, qazéta – qəzét, proqrámma ‒ proqrám və s.
2. Tələffüz zamanı vurğusu dəyişməklə mənası dəyişən sözlər: akadémik (isim) – akademi´k (sifət), antibiótik (isim) –antibioti´k (sifət), eléktrik (isim, kim?) – elektri´k (isim, nə?), klássik (isim) – klassi´k (sifət), xü´lasə (modal söz) – xülasə´
Bəzi son şəkilçilər vurğusuz tələffüz olunur:
3 isim düzəldən -gil, -ov (-ova), -yev (-yeva) şəkilçiləri vurğusuz tələffüz olunur: qardaşímgil, əmi´mgil; Ağáyev, Sultánov və s.;
4. zərf düzəldən -la2 [-nan2], -ca2, -casına2, -ən şəkilçiləri vurğusuz tələffüz olunur: inádla, qəhrəmanlíqla, cəsarə´tlə, ingili´scə, tü´rkcə, yáşca, xai´ncəsinə, namə´rdcəsinə
5.xəbərlik (şəxs) şəkilçiləri vurğusuz tələffüz olunur:
Qeyd. Feilin şərt şəkli, xəbər şəklinin şühudi keçmiş zamanı şəxsə görə təsriflənərkən şəxs sonluqları vurğulu tələffüz olunur (oxusaníz, oxusalár, oxudunúz, oxudulár və s.), əmr şəkli şəxsə görə dəyişərkən 1-ci və 3-cü şəxslərdə şəxs sonluğu vurğulu tələffüz olunur (oxuyúm, oxusún, oxuyáq, oxusunlár və s.).
6. feil şəkillərinin hekayəti idi (-dı4), rəvayəti imiş (-mış4), şərti isə (-sa2) şəkilçi kimi sözə bitişik yazıldıqda vurğu qəbul etmir: oxuyacáqdı, oxuyacáqmış, oxuyacaqsa və s.;
Qeyd. Müasir Azərbaycan dilində -arkən2, -mışkən4 feili bağlama şəkilçisinin formalaşmasında iştirak edən -kən (-ikən) hissəciyi vurğusuz tələffüz olunur: oxuyárkən, oxumúşkən, deyə´rkən, demi´şkən
və s.
7.. -ma2, -mə2, -m inkar şəkilçisi vurğusuz tələffüz olunur: oxúmadı, bi´lmədi; oxúmayacaq, bi´lməyəcək, oxúmur, bi´lmir və s.;
Qeyd. Xəbər şəklinin indiki zamanından fərqli olaraq, qeyri-qəti gələcək zamanda inkar şəkilçisi (-m) işlənmiş heca vurğulu tələffüz olunur: oxumáram, bilmə´rəm; oxumázsan, bilmə´zsən və s.
8.ilə bağlayıcısının və qoşmasının şəkilçiləşmiş -la2 [-nan2] forması, -mı4 sual ədatı vurğusuz tələffüz olunur: torpağímla, ölkə´mlə, atámla anám; oxudúnmu, bildi´nmi; oxuyúrmu, bili´rmi və s.
9. Sözdən xitab kimi istifadə olunduqda vurğu əvvəlki hecalara keçə bilər: Azərbaycán – Azə´rbaycan, Vətə´n – Və´tən və s.

Yüklə 108,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin