50. Şagirdlərin yazı vərdişlərinin təkmilləşdirilməsi ilə bağlı orfoqrafiya üzrə aparılan işlər
Yazı təliminə yiyələnməkdə şagirdlərin çətinlikləri çox olduğu üçün müəllim yazı bacarıqlarının yaradılmasına xüsusi diqqət yetirməlidir. Yazı üzrə iş savad təliminə hazırlıq dövründən başlanır. Bu dövrdə yazı zamanı bilək, barmaqlar və əli düzgün hərəkət etdirmək üçün şagirdlərlə müəyyən təmrinlər aparılır.
Savad təlimi dövründə şagirdlərin hərfləri tanıması, onların qrafik işarəsini yaza bilməsi, həmin hərflərlə bağlı heca, söz yaza bilmələri hələ şagirdin yazıya tam yiyələnməsi demək deyildir. Bu olsa-olsa şagirdin yazı texnikasına yiyə¬ləndiyini göstərir. Yazı təlimi geniş məfhumdur. Yazı tə¬limində aşağıdakı vərdişlərin aşılanması vacibdir:
1) kalliqrafiya qaydalarının öyrənilməsi(hərflərin düz¬gün yazılması, söz daxilində düzgün birləşdirilməsi, hərflər, sözlər arasındakı məsafənin düzgün saxlanılması və s.);
2) yazının gigiyenik cəhəti, yəni onun təmiz və səliqəli olması;
3) sürətli və savadlı yazmaq bacarığının yaradılması (orfoqrafik səhvlərə yol verməmək);
4) rabitəli yazmaq vərdişlərinə yiyələnilməsi (öz istək və arzularını, eşitdiklərini yaza bilmək və s.).
Müəllim sözlərin düzgün yazılış qaydasına dair xüsusi iş aparmalı və bunu şagirdlərə vərdiş halına keçirməyə çalış¬malıdır. Savad təlimi dövrü üçün sözləri və mətni ehtiyatla seçmək lazımdır. Şagirdlər savad təliminin I mərhələsində tələffüzü ilə yazılışı arasında fərq olmayan sözlərII mərhələsində tələffüzü yazılışından fərqlənən, lakin uşaqların yaxşı bələd olduqları III mərhələdə isə yazılış və tələffüz fərqinə görə da¬ha çətinIV mərhələdə də yazılış və tələffüz fərqinə görə daha çətin sözləri müəllimin diktəsi ilə yazmağı bacarmalıdırlar.
51 Orfoqrafiya təlimində istifadə olunan in növləri və vasitələri Orfoqrafik vərdişlərin yaradılmasının əsası I siniflərdə qoyulur. Orfoqrafiya təlimində aşağıdakı iş növlərindən istifadə olunur: