E.Erikson insanın mərhələli inkişaf prosesini və mərhələlərə uyğun böhranları təsvir etmişdir. Və əyani olaraq göstərmişdir ki, inkişafı boyu şəxsiyyət yetkinlik, sağlamlıq və tənəzzül arasında; şəxsiyyət yüksəlişi, özünütəyin və xəstəlik, nevroz arasında seçim edir.
Eriksonunfikrincə, insan hər bir psixososial böhran zamanı şəxsiyyət yüksəlişi imkanlarının genişləndirilməsi üçün şans əldə edir. Bir böhranı uğurla həll edəndən sonra o daha da inkişaf edir. insan təbiəti hər inkişaf mərhələsinə uyğun şəxsiyyət yüksəlişi və çağırışlara cavab tələb edir. növbəti psixososial böhranın uğurlu həlli fərdə şəxsiyyət yüksəliş və özünüreallaşdırma üçün daha böyük imkanlar yaradır. E. Eriksonun nəzəriyyəsi şəxsiyyət yüksəlişi və sağlamlıq arasında daxili əlaqəni nəzərdə tutur. Bu da humanist psixologiyanın prinsiplərinə tam uyğun gəlir.
Eriksonun fikrincə, insan hər bir psixososial böhran zamanı şəxsiyyət yüksəlişi imkanlarının genişləndirilməsi üçün şans əldə edir. Bir böhranı uğurla həll edəndən sonra o daha da inkişaf edir. insan təbiəti hər inkişaf mərhələsinə uyğun şəxsiyyət yüksəlişi və çağırışlara cavab tələb edir. növbəti psixososial böhranın uğurlu həlli fərdə şəxsiyyət yüksəliş və özünüreallaşdırma üçün daha böyük imkanlar yaradır. E. Eriksonun nəzəriyyəsi şəxsiyyət yüksəlişi və sağlamlıq arasında daxili əlaqəni nəzərdə tutur. Bu da humanist psixologiyanın prinsiplərinə tam uyğun gəlir.
Fromma görə, cəmiyyət tələbatlarının özünü deyil, onların ödənmə formalarını müəyyənləşdirir. Fromm hesab edirdi ki, spesifik insan tələbatlarının tam ödənilməsi və insanın fundamental problemlərinin fərdi qaydada həll olunması da sosial mühitə uyğunlaşma kimi sağlam həyatın vacib tələbləridir. Əgər sosial şərait özünütəyin və şəxsiyyət potensialının aşkarlanması üçün maneə yaradırsa, sosial adaptasiya insan tələbatlarının boğulmasını və fərdi özünəməxsusluqdan imtinanı tələb edir. Bu da qiyama və etiraza, insan təbiətinin deformasiyasına gətirib çıxarır. Bu deformasiya şəxsiyyətin xüsusi xarakteroloji dəyişikliklərində ifadə olunur