1.3. Faydalı qazıntıları.
Filiz faydalı qazıntıların başlıca olaraq qədim qırışıqlıq sahələrində və Alp qırışıqlığı zonasının intruziv kütlələri ilə əlaqədar olan rayonlarda yayılmışdır.
Qeyri-filiz faydalı qazıntılar platformaların çökmə süxur örtüyü, hertsin və alp qırışıqlığının müxtəlif mənşəli çöküntü qatları ilə əlaqədardır.
Böyük dəmir filizi yataqları Skandinaviya kristallik əsasına daxil olmuş intruzivlər sahəsində (Kurina, Uellivari və s.), hertsin qırışıqlığı zonasındakı sineklizlərin çöküntü süxurlarında (yura qumdaşında çökmə dəmir filizi yataqları) vardır (Lotaringiya). Bundan əlavə dəmir filizi yataqları İngiltərədə, Armorikanda, Turingiyada, Filizli dağlarda və Balkan yarımadasında yerləşir.
Qərbi Avropada xromitin əsas yataqları Dinar dağlarında ultraəsasi maqmatik süxurlarla əlaqədardır. Misin əsas yataqları İspaniya və Yuqoslaviyadadır. Fransanın cənubunda, Yuqoslaviyada (İstriya yarımadasında) və Macarıstanda çökmə boksit yataqları vardır.
Polimetal filizlərindən mis, quğuşun, civə yataqları Baltik qalxanında, hertsin qırışıqlığı zonasındakı tektonik qırılmalar sahəsində (Filizli dağlar, Mesetanın cənubu, Reyn qrabeni ətrafı, Turingiya və Balkan yarımadasında) yayılmış və hidrotermal postmaqmatik mənşəlidir.
Qeyri-filiz faydalı qazıntıılardan Qərbi Avropada ən geniş yayılan və ən böyük enerji əhəmiyyəti olan daş kömürdür.Daş kömürün ən böyük yataqları hertsin qırışıqlığı zonasının orta və üst karbon çöküntüləri ilə əlaqədardır (İngiltərə, Lotaringia, Fransa-Belçika, Saar və Aşağı Reyn hövzəsi, şərqdə Sileziya və Saksoniya hövzələri). Neft Qərbi Avropanın alpqırışıqlığı zonası dağətəyi və dağarası əyilmələrinin kaynozoy çöküntüləri ilə əlaqədardır. (Rumıniya, Polşa, Yuqoslaviya. Macarıstan, Albaniya). Ümumiyyətlə, Qərbi Avropada neft ehtiyatları olduqca azdır. Almaniya-Polşa ovalığı perm çöküntülərində natrium və kalium duzlarının böyük ehtiyatları aşkar edilmişdir. Kükürdün ən böyük yatağı Siciliyadadır.
Dostları ilə paylaş: |