1.S
tatistika elminin predmeti,metod və vəzifələri.Statistika müşahidəsi və statistika
müşahidəsi və statistika materiallarının yekunlaşdırılması.
PLAN:
1.Satistika elminin predmeti,metodu və vəzifələri.
2.Statistik müşahidə və onun təşkilinin əsas formaları.
3.Statistik müşahidənin növləri və üsulları. Xüsusi təşkil edilmiş statistik müşahidə.
4.İlk uçot və hesabat.
5.Yekunlaşdırma haqqında anlayış.
1-“Statistika” termini latın sözü olan “status”-dan əmələ gəlmişdir ki, hərfi mənası hadisələrin
vəziyyəti deməkdir.Bu termindən ilk dəfə alman alimi Qotfrid Axenval (1719-1772) istifadə
etmişdir.
Hazırda statistika termini 3 mənada işlədilir.Statistika dedikdə,
1-cisi, adamların xüsusi praktiki fəaliyyət sahəsi başa düşülür;
2-cisi, nəzəri fikirlərin və metodların işlənməsi ilə məşğul olan elm sahəsi başa düşülür;
3-cüsü, müxtəlif hesabatlarda əks etdirilən dövri mətbuatda və külliyatlarda dərc edilən statistik
məlumatlar başa düşülür.
Elmin başlıca xüsusiyyəti və onu digər elmlərdən fərqləndirən özünəməxsusluğu onun
predmetində ifadə olunur.Statistikanın predmetini kütləvi sosial-iqtisadi həyat hadisələri təşkil
edir.O,müəyyən məkan və zaman şəraitində bu hadisələrin kəmiyyət tərəfini onların keyfiyyət
məzmunundan ayrılmaz surətdə öyrənir.Cəmiyyət həyatında baş verən hadisə və prosseslər
statistika tərəfindən statistik göstəricilər vasitəsilə öyrənilir.Statistik göstərici-öyrənilən
hadisənin xassəsinin(xüsusiyyətinin) kəmiyyətcə qiymətləndirilib ,onların inkişaf
qanunauyğunluqlarını və qarşılıqlı əlaqəsini xarakterizə edir.Statistik göstəricinin 2 əsas növü
vardır:
1.Uçot –qiymətləndirmə göstəriciləri;-öyrənilən hadisənin həcmini vəya səviyyəsini əks
etdirir.Hadisələrin müəyyən məkanda və anda yayılma həcmini vəya ikişafını əks etdirir.
2.Analitik göstəricilər- statistik informasiyanın təhlili üçün tətbiq edilir və öyrənilən hadisənin
inkişaf xüsusiyyətlərini (əlamətin tipikliyini,onun ayrı ayrı hadisələrə nisbətini,zamanca inkişaf
surətini və s.) xarakterizə edir.
Statistika elmi öz predmetini öyrənərkən o, statistik məcmu yaradır. Statistik məcmu dedikdə,
öyrənilən hadisənin vəzifələrinə müvafiq olaraq keyfiyyətcə eyni olan vahidlər çoxluğu başa
düşülür.Statistik məcmunun tərkibi sabit olur.
Statistika öz predmetini öyrənmək üçün müxtəlif metodları işləyib hazırlayır və tətbiq edir.Bu
metodlar məcmusu statistik metodologiyanı təşkil edir.Statistik metodologiyanın işlənməsinin
və tətbiqinin ümumi əsasını ictimai həyat hadisələrinin öyrənilməsinə dialektik yanaşma prinsipi
təşkil edir.Bu prinsipin əsas tələbi hadisə və prosseslərə tam halında,qarşılıqlı əlaqə və
asıllıqda,dəyişmə və inkişafda baxmaqdan ibarətdir.Statistik metoddan danışarkən ,burada
aparılan tədqiqatın 3 mərhələdən ibarət olduğunu söyləmək lazımdır:
1)Elmi surətdə təşkil olunmuş kütləvi müşahidə;
2)Statistik materialların qruplaşdırılması və yekunlaşdırılması;
3)Təhlilin aparilması.
Beləliklə,spesifik statistik metod analiz və sintezin birləşməsinə əsaslanır.
Statistikanın əsas vəzifələri aşağıdakılardır:
I. Elmi surətdə əsaslandırılmış göstəricilər əsasında cəmiyyətdə baş verən iqtisadi və sosial
prosesslərdəki dərin dəyişikliklərin hərtərəfli tədqiqi;
II. xalq təsərrüfatının inkişaf meyllərinin ümumiləşdirilməsi və proqnozlaşdırılması;
III. ictimai istehsalın səmərəliliyinin mövcud ehtiyyatlarının aşkar edilməsi;
IV. qanunverici hakimiyyət və eləcə də bütün dövlət və təsərrüfat quruluşlarının ,geniş
ictimayyətin vaxtlı vaxtında geniş informasiya ilə təmin edilməsi.
2-Statistik müşahidə statistikanın mühim metodlarından biridir.İctimai hadisələr haqqında
kütləvi məlumatların toplanması prossesinə statistik müşahidə deyilir.Statistik müşahidə planlı
surətdə müntəzəm və elmi əsasda aparılmalıdır.Çünki hər hansı bir səhv sonrakı tədqiqat
mərhələlərində mütləq özünü göstərir.Statistik müşahidənin başlıca vəzifəsi –ölkəmizin iqtisadi
və mədəni inkişafını ,xalqımızın durmadan artan həyat səviyyəsini xarakterizə etmək üçün lazım
olan statistik məlumatları toplamaqdan ibarətdir.
Statistik müşahidə hesabat və xüsusi təşkil edilmiş statistik müşahidə kimi əsas formalarinda
təşkil oluna bilər.
Hesabat müşahidəsi;- burada ayrı ayrı müəsissə, idarə və təşkilatların verdikləri hesabat
məlumatları mühim rol oynayır.Bu müşahidə əsasında ölkənin iqtisadi vəziyyəti haqqında
müntəzəm və geniş proqram əsasında ətraflı ,düzgün məlumat almaq mümkündür.Hesabat –
dövlət tapşırıqlarını tərtib etmək və onları həyata keçirmək ,ayrı ayrı hadisələrin iqtisadi-
statistik təhlilini aparmaq üçün lazım olan ən dəqiq məlumat mənbəyidir.
Xüsusi təyin edilmiş müşahidə -özünün təşkil xarekterinə görə hesabatlardan əhəmiyyətli
dərəcədə fərqlənir.Məs,mal-qaranın ,əhalinin ,bağların ,üzümlüklərin,məktəblərin vəs. siyahıya
alınması.Azərbaycan müstəqillik əldə etdikdən sonra 1999 və 2009- cu ildə əhalinin siyahıya
alınması həyata keçirilmişdir. Əhalinin siyahıya alınması onun yaş tərkibi ,cinsi,təhsil dərəcəsi
ailə tərkibi və.s kimi bir çox əlamətlər haqqında dəqiq, dolğun məllumat əldə etməyə imkan
verir.
Statistik müşahidə statistikanın mühüm metodlarından biridir. İctimai hadisələrin
kəmiyyət tərəfini öyrənmək üçün hər şeydən əvvəl, həmin hadisələrin həcmini,
səviyyəsini xarakterizə edən statistik məlumat əldə etmək lazımdır. Ona görə də statistik
tədqiqatın birinci mərhələsi statistik müşahidədəir. İctimai hadisələr haqqında kütləvi
məlumatların toplanması prosesinə statistik müşahidə deyilir. Tədqiqatın bu
mərhələsində buraxılan hər hansı bir səhv sonrakı tədqiqat mərhələlərində mütləq
özünü göstərməlidir. Ona görə də hər bir tədqiqatın nəticəsi toplanılan məlumatın
düzgünlüyündən, dəqiq-liyindən və vaxtında uçota alınmasından çox asılıdır. Bütün
bunları nəzərə alaraq, statistik müşahidə planlı surətdə, müntəzəm və elmi əsasda
aparılmalıdır. Statistik müşahidənin başlıca vəzifəsi ölkəmizin iqtisadi və mədəni
inkişafını, xalqımızın həyat səviyyəsinin durmadan artmasını xarakterizə etmək üçün
lazım olan statistik məlumatları toplamaqdan ibarətdir.
Statistik müşahidənin təşkilinin əsas formaları hesabat və xüsusi təşkil edilmiş statistik
müşahidədən ibarətdir.
Hesabat müşahidənin elə təşkil olunmuş formasıdır ki, burada ayrı-ayrı mü əssisə, idarə
və təşkilatların verdikləri hesabat məlumatları mühüm rol oynayır. Hesabat vasitəsilə
ölkənin iqtisadi vəziyyəti haqqında müntəzəm və geniş proqram üzrə ətraflı və düzgün
məlumat almaq mümkündür. Hesabat iqtisadiyyata operativ rəhbərliyi təmin etmək,
iqtisadiyyatın inkişafına dair dövlət tapşırıqlarını (sifarişlərini) tərtib etmək və onların
yerinə yetirilməsinə nəzarəti həyata keçirmək, ayrı-ayrı hadisələrin iqtisadi-statistik
təhlilini aparmaq üçün lazım olan ən dəqiq və dolğun məlumat mənbəyidir. Statistik
müşahidənin təşkilinin ikinci forması xüsusi təşkil edilmiş müşahidələrdir. Hesabat
vasitəsilə toplana bilməyən, lakin mühüm əhəmiyyətə malik olan bir çox ictimai
hadisələr haqqında məlumat xüsusi təşkil edilmiş statistik müşahidə vasitəsilə əldə edilir.
Məsələn, əhalinin tərkibi (cinsi, yaşı, ictimai mənşəyi və s.) haqqında məlumatı hesabat
vasitəsilə almaq qeyrimümkündür. Bu cür məlumat angaq xüsusi təşkil edilmiş uçot və
siyahıyaalmalar vasitəsilə əldə edilə bilər. Müşahidənin bu növünə respublikamızda
2009-cu il yanvarın… üçün əhalinin siyahıyaalınmasını, 2005-ci ilin iyununda keçirilən
kənd təsərrüfatının siyahıyaalınmasını misal göstərmək olar. Beləliklə, xüsusi təşkil
edilmiş statistik müşahidələrin məlumatları da hesabat məlumatı kimi mühüm yer tutur.
Statistik müşahidə təşkil olunma forması ilə bərabər başqa əlamətə görə də fərqlənir.
Belə əlamətə misal olaraq hadisələrin qeydə alınmasının dövriliyini göstərmək olar.
Müşahidə dövriliyə görə iki yerə bölünür: 1) cari (fasiləsiz); 2) fasiləli. Cari müşahidəyə
misal olaraq doğum, ölüm, kəbin və boşanma hallarının qeydə alınmasını, məhsul
buraxılışının uçota alınmasını və s. göstərmək olar. Fasiləli müşahidə isə vaxtaşırı, ya da
ehtiyacdan asılı olaraq aparılır.
Statistik müşahidənin bu və ya digər növünün təcrübədə tətbiqi məsələsi, öyrənilən
ictimai hadisənin xüsusiyyətindən, müvafiq məlumata olan ehtiyacdan asılı olaraq həll
edilir. İctimai həyatda baş verən hadisə və proseslərin əksəriyyəti cari müşahidənin
aparılmasını tələb edir. Bununla bərabər, bir sıra hadisələr üzrə cari uçot aparmaq xeyli
vaxt tələb etdiyi üçün əlverişli deyildir. Digər tərəfdən bəzi ictimai hadisələr haqda cari
uçotun təşkilinə ehtiyac yoxdur. Məsələn, əhalinin sinfi, milli, yaş tərkibi və s. əlamətlər
üzrə cari uçotun təşkilinə ehtiyac yoxdur. Bu kimi ictimai hadisələr üzrə dövri və
birdəfəlik müşahidə aparmaq məqsədəuyğundur. Statistik müşahidə öyrənilən
hadisənin vahidlərinin əhatə olunmasına görə də təsnifləşdirilir. Vahidlərin əhatə
olunmasına görə statistik müşahidə iki yerə bölünür: 1) Başadan-başa müşahidə; 2)
Başdan-başa olmayan müşahidə. Öyrənilən obyektin bütün vahidləri uçota alınarsa,
buna başdan-başa (ümumi) myşahidə deyilir. Başdan-başa müşahidəyə misal olaraq
bütün mü əssisələrdə məhsul istehsalı, işçilərin sayı, əhalinin və mal-qaranın uçota
alınmasını göstərmək olar. Obyektin vahidlərinin bir hissəsi uçota alınarsa, buna başdan-
başa olmayan (qeyri-ümumi) müşahidə deyilir. Başdan-başa olmayan (qeyri-ümumi)
müşahidənin aşağıdakı növlə
ə müşahidə
əsas kütlənin müşahidə
monoqrafiya müşahidə
ə
əsi.
Statistik məlumatları müxtəlif üsullarla toplamaq olar. Ən mühüm üsullardan
aşağıdakıları göstərmək olar: btlavasitə müşahidə, sənəd üsulu və sorğu üsulu.
Bilavasitə müşahidə üsulunda statistika sənədləri statistika orqanlarının və yaxud digər
təşkilatların nümayəndəlri tərəfindən ictimai hadisəni şəxsən sayması, ölçməsi və
çəkməsi əsasında doldurulur. Bilavasitə müşahidə üsuluna misal olaraq əhalinin şəxsi
təsərrüfatında olan mal-qaranın siyahıyaalınmasından sonra aparılan nəzarət gəzintisini,
bağların və giləmeyvə kollarının, vaqonların siyahıyaalınmasını göstərmək olar. Bu
müşahidə üsulu yaxşı təşkil edilərsə, toplanılan statistik məlumatın düzgün olmasını
təmin etmək olar. Çünki müşahidənin bu üsulunda təlimatlandırılmış, hazırlıqlı kadrlar
iştirak edirlər. Sənədli müşahidə üsulunda məlumatlar müxtəlif sənədlər əsasında
toplanılır. Ayrı-ayrı mü əssisə, idarə və təşkilatların statistik hesabatlarının tərtibi başlıca
olaraq sənəd üsuluna əsaslanır. Statistik hesabatlar, adətn, ilk uçot sənədələri əsasında
tərtib edilirlər. Statistik məlumatların qeydə alınması üsullarından biri də sorğu
üsuludur. Sorğu üsulunun üç növü vardır: şifahi sorğu, özünüqeydəalma və müxbir üsulu.
Şifahi sorğu üsuluna ekspedisiya üsulu da deyilir. Bu üsulla daha çox məlumat əldə
etmək mümkündür, çünki məlumatın qeydə alınmasını xüsusi təlimat keçmiş hazırlıqlı
kadrlar həyata keçirirlər. Əhalinin siyahıyaalınması əsasən şifahi sorğu üsulu əsasında
aparılır. Özünüqeydəalma üsulunda statistika sənədləri soruşulan şəxslərin özləri
tərəfindən doldurulur. Statistika orqanlarının nümayəndələri müvafiq sənədləri
soruşulan şəxslərə əvvəlcədən paylayır, onlara sənədlərdəki suallara necə cavab yazmağı
izah edir və mü əyyən vaxtdan sonra həmin sənədləri toplayır. Müxbir üsulunda sual
vərəqələri yerlərdə olan könüllü müxbirlərə göndərilir. Müxbirlər vərəqələrdə qoyulmuş
suallara cavab yazaraq statistka orqanlarına, yaxud həmin vərəqəni göndərən təşkilata
qaytarırlar.
Müəssisələrdə baş verən hadisə və proseslərin xüsusi sənədlərdə qeyd
olunmasına ilk uçot deyilir. Belə sənədlər ilk uçot sənədləri adlanır. İlk uçot məlumatı
mü əssisələrin fəaliyyətinə gündəlik rəhbərliyi həyata keçirmək üçün lazımdır. İlk uçot
mü əssisə, idarə və təşkilatların cari və illik hesabatlarını tərtib etmək üçün əsasdır.
Ümumiyyətlə, mü əssisələrdə statistika və mühasibat uçotu ilk uçot əsasında aparılır.
Hesabatlar dövrün əhatə olunması və məlumatın verilmə müddətinə görə cari və illik
hesabata bölünürlər. Gündəlik, həftəlik, aylıq, rüblük hesabatlara cari hesabatlar deyilir.
İl üçün verilən hesabata illik hesabat deyilir. Ən dolğun, geniş məlumat illik hesabatda
verilir.
Hesabatın qoyuluşuna bilavasitə rəhbərliyi DSK və onun yerli orqanları həyata keçirir .
XÜSUSİ TƏŞKİL EDİLİMŞ STATİSTİK MÜŞAHİDƏ
Mühüm məlumat mənbəyinin biri də xüsusi təşkil edilmiş statistik müşahidədir. Xüsusi
statistika müşahidəsi özünün təşkili xarakterinə görə hesabatlardan əhəmiyyətli
dərəcədə fərqlənir. Xüsusi təşkil edilmiş müşahidəyə misal olaraq mal-qaranın, əhalinin,
bağların, üzümlüklərin, məktəblərin və s. siyahıya alınmasını göstərmək olar. Əhalinin
siyahıya alınması xüsusi statistik müşahidənin ən qədim növüdür. SSRİ-də əhalinin
siyahıyaalınması 1920, 1926, 1939, 1959, 1970, 1979 və 1989-cu illərdə aparılmışdır.
Azərbaycan müstəqillik əldə etdikdən sonra isə 1999-cu və 2009-cu illərdə siyahıyaalma
həyata keçirilmişdir. Əhalinin siyahıya alınması əhalini sayı, onun yerləşməsi, cinsi, yaşı,
milli tərkibi, təhsil dərəcəsi, ailə tərkibi, məşğuliyyəti, ictimai qrupları və digər əlamətləri
haqqında dolğun, dəqiq məlumat əldə etməyə imkan verir.
YEKUNLAŞDIRMA HAQQINDA ANLAYIŞ
Statistika müşahidəsi nəticəsində müşahidə edilən obyektin (hadisə və proseslərin) hər
bir vahidini müxtəlif əlamətlər üzrə xarakterizə edən məlumat toplanır. Məsələn,
əhalinin siyahıyaalınması nəticəsində ölkədə yaşayan ayrı-ayrı şəxslər haqqında bir sıra
əlamətlər üzrə (cinsi, yaşı, milliyyəti, təhsili, ana dili və s. haqqında) məlumat toplanır. Bu
məlumatlar ilkin materialdır və onlar rus statistiki A.A.Kaufmanın ifadəsi ilə desək,
statistik bina tikmək üçün lazım olan daş, kərpic, truba, qum və s. rolunu oynayır.
Adətən, ayrı-ayrı vahidlər haqqında toplanmış məlumat, daha böyük məqsədə nail
olmaq üçün - müşahidə edilən obyekti xarakterizə etmək üçün vasitə rolunu oynayır.
Toplanmış bu məlumatı ayrıayrılıqda nəzərdən keçirməklə, müşahidə edilən obyekti
xarakterizə etmək, hadisənin inkişaf qanunauyğunluğunu dərk etmək olmaz. Bunun
üçün həmin məlumatı yekunlaşdırmaq, sistemləşdirmək, başqa sözlə desək,
ümumiləşdirmək lazımdır. Məsələn, əhali haqqında toplanmış məlumat işlənməzsə,
ümumiləşdirilməzsə onun sayında və tərkibində baş vermiş dəyişikliklər haqqında heç bir
nəticə çıxarmaq olmaz. Ölkənin əhalisini bu məlumat əsasında xarakterizə etmək üçün
həmin məlumatı sistemləşdirmək və əhalinin sayını bir sıra əlamətlər üzrə
müəyyənləşdirmək, yəni yekun məlumat əldə etmək lazımdır.
Ölkə əhalisinin sayını, şəhər və kənd əhalisinin sayını, əhalinin yaş qrupları üzrə sayını,
kişi və qadınların sayını, əmək qabiliyyətlilərin sayını və s. müəyyən etmək üçün
yekunlaşdırmadan istifadə edilir. Onun nəticəsində ölkənin əhalisi haqqında aydın
təsəvvür əldə etmək olar. Beləliklə, sosial-iqtisadi hadisələrin tipik xüsusiyyətlərini və
qanunauyğunluqlarını aşkar etmək üçün ilkin statistika materiallarının sistemləşdirilməsi
və işlənilməsi statistika materiallarının yekunlaşdırılması adlanır. Yekunlaşdırma, statistik
tədqiqat işinin müşahidədən sonra ikinci mərhələsidir və bunun nəticəsində hadisə və
proseslər rəqəml ər vasitəsilə izah edilir (aydınlaşdırılır). Statistika yekunlaşdırması sözün
geniş və məhdud mənasında başa düşülür. Geniş mənada yekunlaşdırma statistika
materiallarının müvafiq əlamətlər üzrə qruplara ayrılmasından, statistika məcmuyunu
bütövlükdə və onun ayrı-ayrı qruplarını xarakterizə edən göstəricilər sisteminin
işlənilməsindən, qrup və ümumi yekunların hesablanmasından, onun nəticələrinin
statistika cədvəllərində, sıralarında və qrafiklərdə təsvirindən ibarətdir. Yekunlaşdırmanı
aparmazdan əvvəl statistika müşahidəsi nəticəsində toplanmış məlumat yoxlanılmalıdır.
Məlumat öyrənilən hadisənin vahidlərinin tam əhatə olunması və onun keyfiyyəti
nöqteyi-nəzərindən yoxlanılmalıdır. Yekunlaşdırma statistik tədqiqatın vəzifəsinə uyğun
olaraq, əvvəlcədən tərtib edilmiş proqram əsasında aparılır. Proqramda hər şeydən əvvəl
yekunlaşdırmanın xəbəri və mübtədası təyin edilir. Mübtədada təşkil ediləcək qruplar
göstərilir. Hər bir qrupu və bütövlükdə statistika məcmuyunu xarakterizə edən
göstəricilər sistemi xəbəri təşkil edir. Ümumiyyətlə proqramın əsas məzmununu
yekcins qrupları təşkil etmək üçün əlamətin seçilməsi, qrupların sayının müəyyən
edilməsi, iş cədvəlinin maketinin qurulması, statistika məcmuyunu bütövlükdə və onun
ayrı-ayrı qruplarını xarakterizə edən göstəricilər sistemi təşkil edir. Proqram işlənərkən
statistika məlumatlarını istifadə edənlərin tələbləri hərtərəfli nəzərə alınmalıdır.
Proqramın tərtibində, yekunlaşdırmanın nəticəsindən
istifadə edənlər də iştirak etməlidirlər. Onun proqramında ayrı-ayrı işlərin hansı
müddətdə yerinə yetirilməsi və onların cədvəldə, statistika məcmuələrində və s. təsvir
edilməsi ilə əlaqədar olan tədbirlər şərh edili
2.Statistika materiallarının qruplaşdırılması.Statistika cədvəlləri və qrafika.
PLAN:
1.Satistik məlumatın qruplaşdırma əlamətinin seçilməsi, qrup və fasilələrin təşkili prinsipləri.
2.Tipik,quruluş,analitik,çoxölçülü və təkrar qruplaşdırma,onların aparılma qaydaları.
3.Statistik qrafiklər və cədvəllər
Statistika materiallarının yekunlaşdırılmasında qruplaşdırma mühüm yer tutur. Yekunlaşdırma
prosesində bir qayda olaraq statistika materialları sıraya düzülür, sistemləşdirilir, mühüm əlamətlər üzrə
öz tərkib hissələrinə ayrılır və bunun əsasında statistika məcmuyu təşkil olunur. Bunun nəticəsində
statistika məlumatını, onun xarakterizə etdiyi sosial-iqtisadi hadisəni dərk ediləcək şəklə salmaq
mümkün olur. Statistika məcmusu vahidlərinin onlara xas olan mühüm əlamətlər üzrə hissələrə
ayrılmasına qruplaşdırma deyilir. Qruplaşdırma kütləvi statistika məlumatlarının işlənməsinin və
təhlilinin elmi əsasını təşkil edir. Məlumdur ki, sosial-iqtisadi hadisələr, əsasən kəmiyyətcə və keyfiyyətcə
bir-birindən fərqlənən küllü miqdarda vahidlərdən ibarətdir. Həmin vahidləri müəyyən əlamətlər üzrə
yekcins qruplara ayırmadan sosial-iqtisadi hadisəni dərk etmək olmaz. Məsələn, əhalinin siyahıya
alınmasında əhali haqqında bir çox əlamətlər üzrə məlumatlar toplanır. Əhalinin ümumi sayını sadəcə
olaraq mü əyyən etsək, bu, əhalini hərtərəfli xarakterizə etmək üçün heç də kifayət etməz. Bunun üçün
onun ümumi sayını müəyyən etməklə bərabər, cinsi, yaş qrupları, məşğuliyyəti, təhsili, yaşayış yeri
haqqında göstəricilər əldə etmək lazımdır ki, bu da əhalinin həmin əlamətlər üzrə qruplaşdırılması
nəticəsində mümkün olur. Qruplaşdırma metodu hadisə və proseslərin tipik xüsusiyyətlərini müəyyən
etmək, onların inkişaf qanunauyğunluqlarını dərk etmək üçün statistik təhlilin digər metodlarının
tətbiqinə əsas yaradır. O, tədqiqat prosesindəki öz roluna görə, təbiət elmlərində sınağın funksiyasına
uyğun funksiyanı yerinə yetirir. Ayrı-ayrı əlamətlər və ya onların kombinasiyası üzrə qruplaşdırma
hadisənin qanunauyğun
Qruplaşdırma metodunun mühüm məsələlərindən biri qruplaşdırma əlamətinin seçilməsidir. Statistika
materiallarının işlənməsinin nəticəsi qruplaşdırma əlamətinin düzgün seçilməsindən çox asılıdır. Müxtəlif
üsullarla qruplaşdırdıqda eyni bir material bir-birinə tamamilə zidd nəticələr vermiş olur. Buna görə də
qruplaşdırma əlaməti öyrənilən hadisənin hərtərəfli nəzəri təhlili əsasında müəyyən edilməlidir.
Hadisənin mahiyyətinin və inkişafının hərtərəfli nəzəri-iqtisadi təhlili ona yönəldilməlidir ki, tədqiqatın
vəzifə və məqsədinə uyğun olaraq qruplaşdırma mühüm əlamətlər üzrə aparılsın. Qruplaşdırma əlaməti
konkret şəraitdən və vaxtdan asılı olaraq seçilməlidir. Konkret şəraitdən asılı olaraq qruplaşdırma
əlaməti dəyişməlidir, yəni müxtəlif şəraitdə eyni bir tipi ayırdıqda o, xüsusiləşməlidir. Məsələn, indiki
zamanda sənaye mü əssisələrini onların həcmlərinə görə qruplaşdırdıqda qruplaşdırma əlaməti olaraq,
istehsal gücünü, əsas fondların dəyərini, sənaye-istehsal heyətinin sayını, istifadə edilən enerji gücünü
götürmək olar. Əgər əmək tutumlu sahələr üçün qruplaşdırma əlaməti olaraq işçilərin sayını götürmək
məqsədəuyğundursa, fondtutumlu sahələr üçün istehsal fondlarının dəyərini, enerji tutumlu sahələr
üçün isə – istifadə edilən elektrik enerjisinin miqdarını götürmək məqsədəuyğundur. Bununla yanaşı
qeyd etmək lazımdır ki, hadisənin tam xarakteristikasını ancaq əlamətlər sistemindən (göstəricilər
sistemindən) istifadə etməklə vermək olar. Ancaq əlamətlər sistemi hadisənin inkişafını əks etdirməyə,
real əlaqələri hərtərəfli aşkar etməyə, hadisələrin ayrı-ayrı tərəflərinin qarşılıqlı əlaqəsini mü əyyən
etməyə imkan veir.
Qruplaşdırmanın vəzifələrindən biri öyrənilən statistika məcmuyunun vahidlərini sosial-iqtisadi tiplərə
ayırmaqdır. Hadisələri sosial-iqtisadi tiplərə ayırmaq məqsədilə aparılan qruplaşdırmaya tipik
qruplaşdırma deyilir. Tipik qruplaşdırmaya misal olaraq əhalinin cinsinə, təsərrüfatların mülkiyyət
formalarına, əhalinin sosial qruplara, işçilərin əməyin xarakterinə görə bölgüsünü və s. göstərmək olar.
Tipik qruplaşdırmanın metodologiyası öyrənilən hadisələrdə keyfiyyət fərqlərinin nə dərəcədə aydın
görünməsi ilə müəyyən edilir. Məsələn, sənaye mü əssisələrini məhsulun iqtisadi təyinatına görə
qruplaşdırdıqda əmək vasitələri və əmək alətləri istehsal edən sahələri, pərakəndə mal dövriyyəsinin
mak
rostrukturunda isə ərzaq və qeyri-ərzaq məhsullarını fərqləndirirlər. Əksər hallarda hadisələr arasındakı
keyfiyyət fərqi o qədər də aydın görünmür. Məsələn, sənaye sahəsində iri, orta və kiçik müəssisələrin
seçilməsi metodoloji baxımdan kifayət qədər çətin problemdirHadisələri sosial-iqtisadi tiplərə ayırmaq
onların bütün əlamətlər üzrə yekcins olması deyildir. Məsələn, kənd təsərrüfatı müəssisələri təsərrüfat
tipi kimi yekcins, lakin istehsal istiqamətlərinə, əkin sahəsinə, əsas istehsal fondlarının həcminə, gəlirlərin
həcminə və s. görə bir-birindən fərqlənirlər. Qruplaşdırmanın mühüm vəzifələrindən biri məkan və
zaman daxilində hadisələrin quruluşunu və quruluşunda baş vermiş dəyişiklikləri konkret rəqəml ərlə
işıqlandırmaqdan ibarətdir. Eyni tipli statistik məcmuyun vahidlərinin hər hansı əlamətə görə bölgüsünü
xarakterizə edən qruplaşdırmaya quruluş qruplaşdırması deyilir. Sosial-iqtisadi hadisələrin tədqiqində
quruluş qruplaşdırmasından geniş istifadə edilir. Quruluş qruplaşdırması öyrənilən hadisələrin
quruluşunu xarakterizə etməklə bərabər, zaman etibarilə quruluşda baş vermiş dəyişiklikləri də mü
əyyənləşdirməyə imkan verir. Əhalinin ginsi, yaş qrupu, yaşayış yeri və s. əlamətlər üzrə qruplaşdırılması
da quruluş qruplaşdırmasına aiddir. Əhalinin təkrar istehsalını öyrənmək üçün bu əlamətlər üzrə
qruplaşdırmanın böyük əhəmiyyəti vardır. Məsələn, əhalinin yaşa görə qruplaşdırılması onun
quruluşunu, yəni əhalinin ümumi sayında ayrı-ayrı yaş qruplarının xüsusi çəkisini müəyyən etməyə imkan
verir. Bu məlumatdan isə əhalinin təkrar istehsalının öyrənilməsində, məktəbəqədər müəssisələrin və
məktəb şəbəkələrinin planlaşdırılmasında, həmçinin əmək məhsuldarlığının müəyyən edilməsində
istifadə edilir.
Qruplaşdırmanın üçüncü mühüm məsələsi sosial-iqtisadi hadisələr arasındakı qarşılıqlı əlaqə və asılılıqları
öyrənməkdən ibarətdir. Sosial-iqtisadi hadisələr və onların əlamətləri arasındakı qarşılıqlı əlaqəni
öyrənmək üçün aparılan qruplaşdırmaya analitik qruplaşdırma deyilir. Qarşılıqlı əlaqədə olan əlamətlər
təsiredici amil və nəticə əlamətinə ayrılır. Məsələn, müəssisələri əsas fondların həcminə görə
qruplaşdırıb, hər qrup üzrə bir mü əssisəyə düşən məhsul istehsalı hesablansa, onda əsas fondlar amil
əlaməti, hər mü əssisəyə düşən məhsul buraxılışı isə nəticə əlaməti olar. Başqa sözlə desək, əsas fondun
həcmi nəticəyə (məhsul istehsalına) təsir edən amildir. Müəssisələr əmək məhsuldarlığının səviyyəsinə
görə qruplaşdırılaraq hər bir qrup üçün məhsulun orta maya dəyəri hesablansa, əmək məhsuldarlığının
səviyyəsi amil əlaməti, məhsulun orta maya dəyəri isə nəticə əlaməti olar. Eyni bir əlamət bir halda amil,
digər halda isə nəticə əlaməti ola bilər. Belə ki, əmək məhsuldarlığı ilə maya dəyəri arasındakı əlaqəni
öyrənərkən əmək məhsuldarlığının səviyyəsi amil əlaməti, əməyin enerji ilə təchiz olunma səviyyəsi ilə
əmək məhsuldarlığı arasındakı əlaqənin öyrənilməsində isə əmək məhsuldarlığının səviyyəsi nəticə
əlaməti olur. Amil əlaməti üzrə qruplaşdırma aparıb nəticə əlaməti üzrə nisbi və orta kəmiyyətlər
hesablanarsa, bu göstəricilər arasındakı qarşılıqlı əlaqə aşkar edilər.
Bəzən aparılmış qruplaşdırmanı yenidən qruplaşdırmaq zərurəti meydana çıxır. Əvvəlki qruplar
tədqiqatın məqsədlərini təmin etmədikdə (məsələn, qruplar çox xırda olduqda) və məlumat müqayisəli
şəkildə olmadıqda təkrar qruplaşdırmadan istifadə edilir. Əvvəlcədən aparılmış qruplaşdırma əsasında
yeni qrupların təşkil edilməsinə təkrar qruplaşdırma deyilir. Yeni qrupların təşkili iki üsulla aparıla bilər:
ələrini dəyişməklə (adətən fasilələri iriləşdirməklə yekunda qrupların xüsusi çəkisini tapmaqla.
Bir əlamət üzrə qruplaşdırmada qruplaşdırmalar mürəkkəb sosial-iqtisadi hadisələrin ancaq bir tərəfini
xarakterizə etməyə imkan verir. Hadisələri dərindən, hərtərəfli öyrənmək üçün həmin hadisəyə təsir
edən bütün amilləri nəzərə almaq lazımdır. Lakin bir çox amillərin təsirini nəzərə alan yekcins qrupların
təşkilində bir sıra çətinliklərə rast gəlinir. Belə çətinliklərdən biri öyrənilən məcmudakı vahidlərin sayının
çox zaman az olması ilə əlaqədardır. Bununla əlaqədar bəzi iqtisadçılar yekcins qrupların təşkilində
klaster təhlilindən istifadə olunmasını təklif edirlər. Məlumdur ki, bu metodun tətbiqi elektron
hesablayıcı maşınlardan istifadə edilməsi yolu ilə mümkündür. Son zamanlar amil əlamətlərinin nəticə
əlamətinə təsirinin təhlilində çoxölçülü qruplaşdırma metodundan istifadə edilir. Bu metod öz sadəliyi ilə
klaster və korrelyasiya təhlilindən əhəmiyyətli dərəcədə fərqlənir. İqtisadiyyatın inkişafı ona təsir edən
amillərin hərtərəfli təhlili əsasında istifadə olunmamış ehtiyatların aşkar edilməsi və onların istehsala
yönəldilməsi yolu ilə təmin edilə bilər. Deməli, hadisələrin dəyişilməsinə təsir edən bütün iqtisadi amillər
nəzərə alınmalıdır. Bu çoxölçülü qruplaşdırma metodunun vasitəsilə öyrənilir. Bu metod amilləri yekcins
şəkildə idarə etməyə imkan verir. Çoxölçülü qruplaşdırma metodunun mahiyyəti ondan ibarətdir ki,
məcmu vahidləri üzrə amil əlamətlərinin natural qiymətlərinin orta kəmiyyətə nisbətlərinin
hesablanması nəticəsində göstəricilər yekcins şəklə salınır. Sonra məcmu vahidləri üzrə orta nisbi
göstərici hesablanır. Bunun üçün amil əlamətlərinin nisbi göstəricilərini cəm edib əlamətlərin sayına
bölmək lazımdır. Orta nisbi göstərici əsasında qruplaşdırma apardıqda, bir neçə amil əlamətinin nəticə
əlamətinə birgə təsirini müəyyənləşdirmək mümkündür. . Bu cür hallarda tiplərin təxmini qeyd
edilməsindən sonra, tiplərin ayrılmasını müəyyən edən əlamətlərin seçilməsini müəyyən etmək vacibdir.
verir. Hadisələri sosial-iqtisadi tiplərə ayırmaq onların bütün əlamətlər üzrə yekcins olması deyildir.
Məsələn, kənd təsərrüfatı müəssisələri təsərrüfat tipi kimi yekcins, lakin istehsal istiqamətlərinə, əkin
sahəsinə, əsas istehsal fondlarının həcminə, gəlirlərin həcminə və s. görə bir-birindən fərqlənirlər.
Qruplaşdırmanın mühüm vəzifələrindən biri məkan və zaman daxilində hadisələrin quruluşunu və
quruluşunda baş vermiş dəyişiklikləri konkret rəqəml ərlə işıqlandırmaqdan ibarətdir. Eyni tipli statistik
məcmuyun vahidlərinin hər hansı əlamətə görə bölgüsünü xarakterizə edən qruplaşdırmaya quruluş
qruplaşdırması deyilir. Sosial-iqtisadi hadisələrin tədqiqində quruluş qruplaşdırmasından geniş istifadə
edilir. Quruluş qruplaşdırması öyrənilən hadisələrin quruluşunu xarakterizə etməklə bərabər, zaman
etibarilə quruluşda baş vermiş dəyişiklikləri də mü əyyənləşdirməyə imkan verir. Əhalinin ginsi, yaş
qrupu, yaşayış yeri və s. əlamətlər üzrə qruplaşdırılması da quruluş qruplaşdırmasına aiddir. Əhalinin
təkrar istehsalını öyrənmək üçün bu əlamətlər üzrə qruplaşdırmanın böyük əhəmiyyəti vardır. Məsələn,
əhalinin yaşa görə qruplaşdırılması onun quruluşunu, yəni əhalinin ümumi sayında ayrı-ayrı yaş
qruplarının xüsusi çəkisini müəyyən etməyə imkan verir. Bu məlumatdan isə əhalinin təkrar istehsalının
öyrənilməsində, məktəbəqədər müəssisələrin və məktəb şəbəkələrinin planlaşdırılmasında, həmçinin
əmək məhsuldarlığının müəyyən edilməsində istifadə edilir.
Qruplaşdırmanın üçüncü mühüm məsələsi sosial-iqtisadi hadisələr arasındakı qarşılıqlı əlaqə və
asılılıqları öyrənməkdən ibarətdir. Sosial-iqtisadi hadisələr və onların əlamətləri arasındakı qarşılıqlı
əlaqəni öyrənmək üçün aparılan qruplaşdırmaya analitik qruplaşdırma deyilir. Qarşılıqlı əlaqədə olan
əlamətlər təsiredici amil və nəticə əlamətinə ayrılır. Məsələn, müəssisələri əsas fondların həcminə görə
qruplaşdırıb, hər qrup üzrə bir mü əssisəyə düşən məhsul istehsalı hesablansa, onda əsas fondlar amil
əlaməti, hər mü əssisəyə düşən məhsul buraxılışı isə nəticə əlaməti olar. Başqa sözlə desək, əsas fondun
həcmi nəticəyə (məhsul istehsalına) təsir edən amildir. Müəssisələr əmək məhsuldarlığının səviyyəsinə
görə qruplaşdırılaraq hər bir qrup üçün məhsulun orta maya dəyəri hesablansa, əmək məhsuldarlığının
səviyyəsi amil əlaməti, məhsulun orta maya dəyəri isə nəticə əlaməti olar. Eyni bir əlamət bir halda amil,
digər halda isə nəticə əlaməti ola bilər. Belə ki, əmək məhsuldarlığı ilə maya dəyəri arasındakı əlaqəni
öyrənərkən əmək məhsuldarlığının səviyyəsi amil əlaməti, əməyin enerji ilə təchiz olunma səviyyəsi ilə
əmək məhsuldarlığı arasındakı əlaqənin öyrənilməsində isə əmək məhsuldarlığının səviyyəsi nəticə
əlaməti olur. Amil əlaməti üzrə qruplaşdırma aparıb nəticə əlaməti üzrə nisbi və orta kəmiyyətlər
hesablanarsa, bu göstəricilər arasındakı qarşılıqlı əlaqə aşkar edilərBəzən aparılmış qruplaşdırmanı
yenidən qruplaşdırmaq zərurəti meydana çıxır. Əvvəlki qruplar tədqiqatın məqsədlərini təmin etmədikdə
(məsələn, qruplar çox xırda olduqda) və məlumat müqayisəli şəkildə olmadıqda təkrar qruplaşdırmadan
istifadə edilir. Əvvəlcədən aparılmış qruplaşdırma əsasında yeni qrupların təşkil edilməsinə təkrar
qruplaşdırma deyilir. Yeni qrupların təşkili iki üsulla aparıla bilər:
ələrini dəyişməklə (adətən fasilələri iriləşdirməklə yekunda qrupların xüsusi çəkisini tapmaqla.
Bir əlamət üzrə qruplaşdırmada qruplaşdırmalar mürəkkəb sosial-iqtisadi hadisələrin ancaq bir tərəfini
xarakterizə etməyə imkan verir. Hadisələri dərindən, hərtərəfli öyrənmək üçün həmin hadisəyə təsir
edən bütün amilləri nəzərə almaq lazımdır. Lakin bir çox amillərin təsirini nəzərə alan yekcins qrupların
təşkilində bir sıra çətinliklərə rast gəlinir. Belə çətinliklərdən biri öyrənilən məcmudakı vahidlərin sayının
çox zaman az olması ilə əlaqədardır. Bununla əlaqədar bəzi iqtisadçılar yekcins qrupların təşkilində
klaster təhlilindən istifadə olunmasını təklif edirlər. Məlumdur ki, bu metodun tətbiqi elektron
hesablayıcı maşınlardan istifadə edilməsi yolu ilə mümkündür. Son zamanlar amil əlamətlərinin nəticə
əlamətinə təsirinin təhlilində çoxölçülü qruplaşdırma metodundan istifadə edilir. Bu metod öz sadəliyi ilə
klaster və korrelyasiya təhlilindən əhəmiyyətli dərəcədə fərqlənir. İqtisadiyyatın inkişafı ona təsir edən
amillərin hərtərəfli təhlili əsasında istifadə olunmamış ehtiyatların aşkar edilməsi və onların istehsala
yönəldilməsi yolu ilə təmin edilə bilər. Deməli, hadisələrin dəyişilməsinə təsir edən bütün iqtisadi amillər
nəzərə alınmalıdır. Bu çoxölçülü qruplaşdırma metodunun vasitəsilə öyrənilir. Bu metod amilləri yekcins
şəkildə idarə etməyə imkan verir. Çoxölçülü qruplaşdırma metodunun mahiyyəti ondan ibarətdir ki,
məcmu vahidləri üzrə amil əlamətlərinin natural qiymətlərinin orta kəmiyyətə nisbətlərinin
hesablanması nəticəsində göstəricilər yekcins şəklə salınır. Sonra məcmu vahidləri üzrə orta nisbi
göstərici hesablanır. Bunun üçün amil əlamətlərinin nisbi göstəricilərini cəm edib əlamətlərin sayına
bölmək lazımdır. Orta nisbi göstərici əsasında qruplaşdırma apardıqda, bir neçə amil əlamətinin nəticə
əlamətinə birgə təsirini müəyyənləşdirmək mümkündür.
STATİSTİKA CƏDVƏLLƏRİ. STATİSTİK QRAFİKLƏR
STATİSTİKA CƏDVƏLLƏRİ
Yekunlaşdırma və qruplaşdırmanın nəticələri statistika cədvəllərində əks etdirilir. Statistika məlumatının
izahı bir neçə formada, məsələn, mətn, cədvəl və qrafiklər şəklində verilə bilər. Statistika cədvəlləri
tədqiq olunan ictimai hadisənin rəqəml ərlə təsvirinin və təhlil edilməsinin ən səmərəli formasıdır.
Statistika cədvəlində yekun məlumatı daha yığcam, aydın, ifadəli və əyani şəkildə görünür. Cədvəllər
hadisəni daha yaxşı təhlil etməyə, məlumatı müqayisə etməyə geniş imkan verir. Mətn hadisə haqqında
nəticə çıxartmağa da çətinlik törədir. Cədvəldə göstəricilər arasındakı əlaqə daha asanlıqla müəyyən
edilir. Statistika cədvəlləri yekunlaşdırılmış və qruplaşdırılmış materialların əlverişli şəkildə verilməsinin
mühüm vasitəsidir. Statistika cədvəlinin əsas elementləri mübtəda və xəbərdir. Statistik məcmunun
vahidləri, onların qrupları cədvəlin mübtədasını təşkil edir. Statistika məcmusunu, yəni mübtədanı
xarakterizə edən göstəricilərə cədvəlin xəbəri deyilir. Statistika cədvəli üfüqi sətirlərdən və şaquli
sütunlardan ibarətdir. Sətirlər və sütunlar bir-birini kəsən düz xətlərlə ayrılır və onların kəsişən yerlərində
xanalar əmələ gəlir. Cədvəlin ümumi, yan və yuxarı başlığı olmalıdır. Ümumi başlıq, bir qayda olaraq,
cədvəlin üstündə yazılır və onun məzmununu xarakterizə edir. Cədvəlin yan başlığı onun sol tərəfində,
mübtəda hissəsində yazılaraq cədvəlin sətirlərinin məzmununu bildirir. Yuxarı başlıq cədvəlin yuxarı
hissəsində yazılır və şaquli sütunları xarakterizə edir. Sətirlərin yekun məlumatı cədvəlin sağ tərəfində,
sütunların yekun məlumatı isə cədvəlin aşağı hissəsində yazılır. Statistika cədvəlinin maketi aşağıdakı
şəkildədir. Cədvəlin adı (ümumi başlıq)
Xəbər
Mübtəda
Sütunların başlığı (yuxarı başlıq)
A 1 2 3 4 5 Xanaların Nömrələri
Sətirlərin adları (yan başlıqlar)
Xana Sətirlərin yekunu Sütunlar
Sütunların yekunu
Mübtədasının xarakterinə görə, statistika cədvəlləri sadə, qruplu və quraşıq cədvəllərə ayrılır.
Mübtədasında müşahidə vahidlərinin, xronoloji tarixlərin, yaxud ərazi bölgülərinin siyahısı verilən
cədvələ sadə cədvəl deyilir. Eyni zamanda müşahidə vahidlərinin siyahısı və ərazilərin adları verilən
cədvəllər də sadə cədvəl adlanır. Cədvəlin növü onun qurulma məqsədinə əsasən mü əyyən edilir. Sadə
cədvəllər öyrənilən hadisənin tipini, quruluşunu və hadisələr arasındakı qarşılıqlı əlaqəni aşkar etməyə
imkan vermir. Bu cəhətdən qruplu və quraşıq cədvəllər böyük imkana malikdir. Mübtədasında bir əlamət
üzrə təşkil edilmiş qruplar olan cədvələ qruplu statistik cədvəl deyilir. Qruplu statistik cədvələ misal
olaraq ……… ildə Azərbaycan Respublikasının əhalisinin yaşayış yerinə görə qruplaşdırılmasını göstərmək
olar.
Dostları ilə paylaş: |