65. Professorun auditoriyada oxuduğu mühazirə natiqliyin hansı növünə aiddir?
A) siyasi B) bədii C) işgüzar D) akademik E) inzibati-idarə
66. “Elə iş tut ki, nə şiş yanmasın, nə kabab” cümləsində hansı norma pozulmuşdur?
A) qrammatik B) leksik C) fonetik D) fonetik və leksik E) heç bir norma
67. Baş həkimin xəstəxana işçiləri və həkimlərlə keçirdiyi iclasdakı çıxışı natiqliyin hansı növünə aiddir?
A) siyasi B) bədii C) işgüzar D) akademik E) inzibati-idarə
68. Hansı bənddə qrammatik norma pozulmuşdur?
A) Mən tarixi yerlərə səyahəti xoşlayıram.
B) Bu əhvalat qələmə alınmalıdır.
C) Hər iki şəxs məğlub olmayacağına inanırdı.
D) Göydən üç alma düşdü...
E) Mən də dinləyiciyəm.
69. Nitq etiketlərindən ibarət məntiqi ardıcıllığı tamamlayın
1. Allah amanında! 2. Xudahafiz! 3. Görüşənədək! 4. . . .
A) Yaxşı yol! B) Sağlığınıza qismət olsun! C) Allah şəfa versin!
D)Mübarəkdir! E) Həmişə ayaq üstdə!
Dostları ilə paylaş: |