Tərif: Ədədlərin adlandırılması, işarə edilməsi və yazılması sisteminə say sistemi deyilir.
2.Müvqesiz və mövqeli say sistemləri
Müxtəlif say sistemləri vardır, lakin ədədlərin işarə edilməsindəki rəqəmlərin tutduğu mövqedən asılı olaraq say sistemləri iki növ olur.
Mövqesiz say sistemi;
Mövqeli say sistemi.
İlk əvvəl mövqesiz say sistemi meydana gəlmişdir. Mövqesiz say sistemləri misirlilər, romalılar və yunanlar tərəfindən yaradılmışdır. Bütün xalqlarda və dövrlərdə ədədlərin müxtəlif işarələrlə yazılmasını üç yerə bölmək olar.
Ədədlərin heroqliflər və şərti işarələrlə göstərilməsi;
Ədədlərin əlifbanın baş hərfləri ilə işarə edilməsi;
Ədədlərin əlifba sırası ilə hərflərlə işarə edilməsi.
Misirlilər hələ 40 əsr bundan əvvəl 1, 10 , 100 və s. ədədlərin yazılışında aşağıdakı heroqliflərdən istifadə etmişdilər.
Misirlilər bu heroqliflərdən istifadə edərək 145 ədədini C I I I I I və ya C I I I I I
kimi, 34 ədədini I I I I və ya I I Ы Ы kimi yazmışlar. Göründüyü kimi, ədədlərin belə yazılışında hər bir işarənin (heroqlifin) qiyməti onun vəziyyətindən (yerindən) asılı deyil.
Ona görə də belə say sistemlərinə mövqesiz say sistemləri deyilir.
Romalılar da mövqesiz say sistemi kəşf etmişdir. Onlar bu işi bir az da təkmilləşdirmişdir. Roma rəqəmlərinin sayı 7 –dir.
1
|
V
|
X
|
L
|
C
|
D
|
M
|
1
|
5
|
10
|
50
|
100
|
500
|
1000
|
Təqribən 2220 il bundan əvvəl qəbul edilmiş bu işarələrlə yazılış qaydalarını da müəyyən etmişlər. Belə ki, əgər kiçik ədədi göstərən işarə böyük ədədi göstərən işarədən sağda yazılıbsa onun üzərinə əlavə edilir, solda yazıldıqda isə ondan çıxılır.
Məsələn, C XXVII = 100 + 20 + 5 + 1 + 1 = 127 kimi,
C X L IV = 100 + (50 – 10) + (5 – 1) = 144 kimi oxunur.
Bu, mövqesiz say sistemində ədədlərin yazılışında istifadə olunan işarələr barmaqlar və əl üzərində hesablamalarla əlaqədardır.
I işarəsi 1 barmaq, V işarəsi 5 barmaq, X işarəsi 10 barmağı göstərir. 100 ədədini işarə edən C hərfi latınca “Centum-yüz” sözünün, 1000 ədədinin işarəsi olan M hərfi isə latınca “mille – min” sözünün baş hərfləridir.
Qədim yunanlar da özlərinin mövqesiz say sistemini yaratmışlar. Onlar 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 ədədlərini yunan əlifbasının ilk doqquz hərfi ilə, 10 , 20, 30, 40, 50, 60, 70, 80, 90 və
100, 200, 300, 400, 500, 600, 700, 800, 900 ədədlərini digər hərflərlə aşağıdakı kimi işarə etmişlər.
1
|
2
|
3
|
4
|
5
|
10
|
20
|
30
|
40
|
50
|
|
|
|
|
|
|
|
|
|
|
вя с
100
|
200
|
300
|
400
|
500
|
|
|
|
|
|
Məsələn, yunanlar 432 ədədini kimi işarə edirdilər.
Dostları ilə paylaş: |