M Ö V Z U 2
SOSİOLOJİ FİKRİNİN İNKİŞAF İSTİQAMƏTLƏRİ
Plan:
1. Sosiologiyanın yaranması.
2. Müasir sosioloji paradiqmalar.
3. Azərbaycanqda sosial fikir tarixi.
1. Sosiologiyanın yaranması
«Sosiologiya» gənc olmasına baxmayaraq çoxşaxəli elmdir. Dəqiq elmlərdən fərqli olaraq sosiologiyanı ümumi nəzəriyyə ilə izah etmək mümkün deyil. Bunun sebebi ise , bu elm insan davranışını tədqiq edirr
sosioloqlar tarixi baxımdan sosiologiyanın yaranmasını 3 dövrə ayırırlar: qədim (Platon, Aristotel); yeni (Makiavelli, hobbs və s.); müasir (Kont, Marks, Dyürkqeym, Veber və s.)
Qədim dövrün sosiologiyasını sosial fəlsəfə adlandırırlar. Bu dövrün nümayəndələri olan Aristotel və Platon əsasən adət – ənənələri, insanların qarşılıqlı münasibətlərini öyrənib, cəmiyyətin təkmilləşdirilməsi haqqında konsepsiyalar hazırlayıblar.. Platon «Dövlət» əsərində stratifikasiya nəzəriyyəsini işləyərək, cəmiyyəti 3 sinfə yuxarı (idarə edənlər), orta (hərbiçilər) və aşağı (kəndlilər) bölürdü. O deyirdi ki, dövləti idarə edənlərə müəyyən məhdudiyyətlər qoyulmalıdır. Məs – 50 yaşından sonra, təhsilli, ciddi və s. Aristotel isə daha çox üstünlüyü orta sinfə verirmişdi ,belə ki, nə qədər orta sinfin vəziyyəti yaxşı olar və onlar sayca çoxluq təşkil edərsə, onda dövlət daha yaxşı idarə olunar.
Yeni dövrün ilk mütəfəkkirlərindən sayılan Makiavelli (1469 – 1527) Aristotel və Platondan bəhrələnərək cəmiyyət və dövlət haqqında nəzəriyyələr hazırlamışdır. Onun «Hökmdar» əsərində dövlətin strukturundan deyil, onu idarə edən siyasi liderdən bəhs edilir. Makiavellinin fikrincə hökmdar insanların davranış qanunlarını bilərsə, uğur qazanar.
Tomas hobbs ictimai müqavilə nəzəriyyəsini işləmişdir. Bu da öz növbəsində
vətəndaş cəmiyyətinin əsasını qoymuşdur. Vətəndaş cəmiyyəti – inkişafın yüksək mərhələsi olub, ictimai müqavilə və hüquqi qanunlara əsaslanır.
Müasir dövr: Müasir dövr sosialogiyasi bir qədər əvvəlki dövrlərdən fərqlənir. Cunki , bu zaman Avropa ölkələri kapitalizm mərhələsinə keçid ərəfəsindədir. Bu dövrün görkəmli mütəfəkkirlərindən O.Kont və K.Marks kapitalizmin ilkin, E.Dyürkqeym və M.Veber isə sonrakı mərhələlərində yaşayıb yaratdıqları üçün aralarında bəzi fərqlə movcuddur
Oqyust Kont - (1798-1857) – (fransa) – sosiologiyanın va pozivitizm cərəyanının banisidir. Konta görə elmin inkişafı insanının intellektual səviyyəsinin artması ilə mümkündür. Və bu 3 əsas mərhələdən keçmişdir: teoloji mərhələ – miflər, din, ilahi qüvvələrlə insan həyatının izahı; metafizik mərhələ – çox allahlılıqdan tək allahlılığa keçid izahı; Pozitiv mərhələ – elmi izah
Karl Marks - (1818-1883) – (almaniya) – sosial münaqişələr nəzəriyyəsinin banisidir (alimlərin məqsədi təkcə başa salmaq deyil, cəmiyyəti inqilab yolu ilə dəyişdərməkdir). Yaradıcılığının başlanğıc mərhələsində idealist olmuş, ictimai-siyasi baxışları isə inqilabi-demokratik xarakter daşımışdır
Qerbert Spenser - (1820-1903) – (ingiltərə) – funksionalizm nəzəriyyəsinin tərəfdarıdır). Spenser cəmiyyətin təbii yolla inkişafının tərəfdarıdır və bunun 3 əsas yolunu ayırır: inteqrasiya – sadədən mürəkkəbə doğru; differensasiya – təkxalqlıqdan çoxxalqlığa doğru; nizam-intizamın artması – qeyri-müəyyənlikdən müəyyənliyə doğru. Bundan başqa Spenser cəmiyyətdə stabilliyin olmasını sosial bərabərliyin nəticəsində görür.
Emil Dürqeym - (1858-1971) – (fransa) – sosial fakt nəzəriyyəsinin banisidir (sosiologiyanın məqsədi sosial faktları ciddi və obyektiv həll etməlidir).
Maks Veber - (1864-1920) – (almaniya) – antipozitivizm cərəyanını tərəfdarıdır (məntiqi sosiologiyanın tərəfdarı). Veberə görə sosiologiya sosial proseslərin məntiqi və elmi anlayışlarıdır. Onun fikrincə sosiologiya elmi başa düşülməli və izah edilməlidir, yəni bu elm təkcə statistik məlumatlarla kifayətlənməməli, baş vermiş hadisənin motivlərini axtarmalıdır.
adlarını çəkdiyimiz mütəfəkkirlərlə sosiologiya elminin yaradılması və tədqiqatı tamalanmır.Sosiologiyanın tədqiqi bu gündə davam edir, gələcəkdə də davam edəcək, səbəbi ise cəmiyyət inkişaf edir və insanlar arasında münasibətləl dəyişir, yeni-yeni sosial proseslər meydana çıxır.
Dostları ilə paylaş: |