1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4.36 Kb.
PDF просмотр
səhifə1/26
tarix10.06.2017
ölçüsü4.36 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   26

Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
1
STRATEJİ 
TƏHLİL 
Azərbaycanin daxili və xarici siyasəti
beynəlxalq münasibətlər üzrə analitik jurnal
Strateji Araşdırmalar Mərkəzi 
Say 3 • Noyabr • 2011

STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
2 
Mərkəzin qeydiyyat sayı: 1107-Q19-2445
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
Jurnalın qeydiyyat sayı: 3236
Tiraj: 500
Sifariş: 117
ISSN: 2078-8037
NƏŞRİYYAT:
CBS PP MMC
Elmi redaktor:
Tahirə ALLAHYAROVA 
fəlsəfə elmləri doktoru
Dizayner:
İntiqam MƏHƏMMƏDLİ
STRATEJİ ARAŞDIRMALAR MƏRKƏZİ TƏRƏFİNDƏN NƏŞR OLUNUR
Redaksiyanın ünvanı:
STRATEJİ TƏHLİL 
Strateji Araşdırmalar Mərkəzi,
Azərbaycan, Bakı şəhəri, AZ 1005 | M. İbrahimov küçəsi 8 | Tel.: (+99412) 596 82 41
Faks: (+99412) 437 34 58 | E-poçt: strateji_tehlil@sam.gov.az | Veb ünvan: www.sam.gov.az
© Strateji Araşdırmalar Mərkəzi, 2011

Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
3
Redaksiya Şurası
Redaksiya Şurasının sədri:
RAMİZ MEHDİYEV 
 
AMEA-nın akademiki
 
Redaksiya şurasının  üzvləri: 
ZİYAD SƏMƏDZADƏ 
 
AMEA-nın akademiki
BƏXTİYAR ƏLİYEV                
AMEA-nın müxbir üzvü
ƏLİ HƏSƏNOV             
tarix elmləri doktoru, professor
RƏBİYYƏT ASLANOVA          
fəlsəfə elmləri doktoru, professor
SƏMƏD SEYİDOV 
 
psixologiya elmləri doktoru, professor
HİCRAN HÜSEYNOVA        
siyasi elmlər doktoru, professor
ZİYAFƏT ƏSGƏROV    
 
hüquq elmləri üzrə fəlsəfə doktoru, 
professor
ƏLİKRAM ABDULLAYEV   
fəlsəfə elmləri doktoru, professor
MUSA QASIMLI 
 
tarix elmləri doktoru, professor
ELDAR İSMAYILOV 
        
tarix elmləri doktoru, professor
GÜLŞƏN PAŞAYEVA 
 
filologiya üzrə fəlsəfə doktoru
RASİM MUSABƏYOV 
 
fəlsəfə elmləri üzrə fəlsəfə doktoru
HƏSƏN MƏMMƏDZADƏ      
siyasi elmlər üzrə fəlsəfə doktoru
STRATEJİ TƏHLİL 

STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
4 
MİLLİ  İNKİŞAFIN STRATEJİ  PRİORİTETLƏRİ
Şəmsəddin  Hacıyev  
Azərbaycanda təhsil yeni inkişaf mərhələsində
Rəbiyyət  Aslanova  
“Müasir dövlət” fenomeni və dövlətşünaslıq elmi: mövcud dünya  təcrübəsinə  
yaradıcı  və tənqidi  yanaşma və bəhrələnmə  məsələləri
XARİCİ SİYASƏT VƏ BEYNƏLXALQ MÜNASİBƏTLƏRDƏ 
YENİ MEYLLƏR VƏ PROSESLƏR
Samir Həmidov  
Yaxın Şərqdə  siyasi çevrilişlər və İran
Cavid Vəliyev 
Cənubi Qafqazda geopolitik hakimiyyət uğrunda mübarizə
Şəfa Qasımova 
Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi 
və Şura üzvlüyünün perspektivləri
Elnur İsmayilov 
Regional və böyük güclərin Cənubi Qafqazda ikili standartları prizmasında 
Azərbaycanın xarici siyasəti
Rəşad Ağazadə
Azərbaycanın xarici siyasətində ictimai diplomatiya elementləri
ERMƏNİSTANIN DAXİLİ  VƏ XARİCİ  SİYASƏTİ. 
ERMƏNİSTAN-AZƏRBAYCAN DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ
Hatəm Cabbarlı 
“Qara qitə”nin inqilab dalğası və Ermənistan daxili siyasətinin dinamikası
Yaqub Yaqubov 
Erməni diasporunun  müasir Ermənistanın  dövlət  siyasətinin formalaşma-
sına təsiri və təzyiqi
9
23
45
61
71
83
93
111
123
MÜNDƏRİCAT

Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
5
131
151
163
177
187
199
215
223
235
Nəsrin Süleymanova 
Ermənistanın  Dağlıq  Qarabağla  bağlı  informasiya-təbliğat  fəaliyyətinin  hüquqi, 
siyasi və tarixi aspektləri 
YENİ MEDİA: PROBLEMLƏR VƏ HƏLL YOLLARI
Nazim Mahmudov 
Azərbaycanda sosial şəbəkələr və informasiya təhlükəsizliyi 
AZƏRBAYCANIN  ENERJİ  STRATEGİYASI VƏ 
BEYNƏLXALQ İQTİSADİ   MÜNASİBƏTLƏR
Elşən Hacızadə
Milli Neft Strategiyasının  imperativləri
Şamil Mövsümov 
Azərbaycan Respublikasında alternativ enerji mənbələrindən istifadə olunmasının 
vəziyyəti və inkişafı
Ramiz Rəhmanov 
Azərbaycanın  Ümumdünya  Ticarət  Təşkilatın  üzvlündən  gözləntilər:  MDB   
ölkələrinin     təcrübəsi kontekstində
Gülmira Rzayeva 
Azərbaycan  dövlətinin  enerji  siyasəti  müstəqilliyin  iyirminci  ildönümündə: 
nailiyyətlər, məqsədlər və perspektivlər
Zaur Ələkbərov 
Maliyyə sektorunda “çirkli pulların” yuyulmasının qarşısının  alınması üçün hüquqi 
mexanizmin  yaradılması və tənzimlənməsi
“GƏNC TƏDQİQATÇILAR”: SAM-IN KEÇİRDİYİ  MÜSABİQƏNİN QALİBLƏRİ
Abdulla  Əlixanov   
Azərbaycan İqtisadiyyatı: “İnkişafa aparan iqtisadi yol”
Ariz Hüseynov    
Azərbaycan – Rusiya münasibətləri. Müstəqillikdən sonrakı ilk 10 il   
MÜNDƏRİCAT

STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
6 

Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
7
MİLLİ İNKİŞAFIN 
STRATEJİ  
PRİORİTETLƏRİ

STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
8 

Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
9
Açar Sözlər: 
təhsil  sistemi,  iqtisadi  inkişaf,  informasiya  texnologiyaları,  Bolonya  təhsil 
sistemi, elmi-texniki tərəqqi. 
Kew words: 
education  system,  economic  development,  the  information  technologies, 
the Bologna system of education, scientific and technological progress.
Ключевые слова: 
система  образования,  экономическое  развитие,  информационные 
технологии,  Болонская  система  образования,  научно-технический 
прогресс. 
Azərbaycanda 
təhsil yeni 
inkişaf 
mərhələsində
Şəmsəddin 
Hacıyev
Milli Məclisin Elm və təhsil 
komitəsinin sədri, Azərbaycan 
Dövlət İqtisad Universitetinin rektoru,
iqtisad elmləri doktoru, professor
azmm@meclis.gov.az

STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
10 
Giriş
XXI  əsrin  başlanğıcından  etibarən  qlobal  səviyyədə  baş  verən  keyfiyyət 
dəyişiklikləri  yeni  dünya  nizamının  formalaşması  və  beynəlxalq  rəqabət 
mübarizəsinin  daha  da  güclənməsi  ilə  müşaiyət  olunmaqdadır.  Eyni  zaman-
da,  qloballaşmanın  hərəkət  intensivliyinə  parallel  olaraq  sosial-siyasi,  iqti-
sadi,  mədəni,  elm  və  təhsil  məkanlarının  vahidləşməsi  prosesi  artan  sürətlə 
getməkdə,  postmodernist  düşüncə  tərzinin  təməl  prinsiplərinə  əsaslanan 
mahiyyətcə yeni konseptual yanaşmalar, strateji baxışlar ortalığa qoyulmaq-
dadır. Virtual reallığın dominant mövqelərə çıxışı biliklər sisteminə əsaslanan 
informasiya  iqtisadiyyatının  formalaşmasına,  sabitqədəmli  inkişafla  bağlı 
olan  ənənəvi  dəyər-konseptlərinin  kardinal  şəkildə  məzmun  dəyişkənliyinə 
gətirib çıxarmışdır. Kütləvilik anlayışı və kütləvilik ideyasının aradan qalxması 
həm ayrıca götürülmüş bir ölkə miqyasında, həm qlobal səviyyədə qarşılıqlı 
əlaqələrin yenidən strukturlaşmasına təkan vermiş, ənənəviçilikdən tamamilə 
fərqli məzmun daşıyan yeni kreativ yanaşma və praqmatik düşüncə tərzinin 
alternativsizliyini ön plana çıxarmışdı. Elm və təhsil başlıca məhsuldar qüvvəyə 
çevrilmiş, həm cari situasiyanın mahiyyət açıqlanmasında, həm də perspektivlə 
bağlı  ehtimal  olunan  problemlərin  həllində  başlıca  istiqamət  və  əsas  vasitə 
kimi çıxış etməyə başlamışdır. Dünya çapında formalaşmış və konkret qanu-
nauyğunluq çalarları daşıyan meqatəmayüllərə adekvat reaksiya vermək artıq 
həyati zərurətə çevrilmişdir.
Qloballaşan dünyada təhsilin artan rolu
Yeniləşən dünyanın keyfiyyətcə fərqli “oyun qaydaları”, yeni dünya nizamının 
irəli sürdüyü tələblər təhsil sferasında mövcud situasiya və eləcə də perspektivlərlə 
bağlı baxışların əsaslı surətdə dəyişməsinə, idarəetmə və tənzimləmənin kon-
septual məzmununun yaradıcılıqla təkmilləşdirilməsinə istinad edir.
Təhsil hər bir cəmiyyətin, dövlətin gələcək inkişafını, tərəqqisini müəyyən 
edən strateji fəaliyyət sferasıdır. Xüsusilə, qloballaşma dövründə yeni informa-
siya, intellekt, bilik cəmiyyətinin, bilik iqtisadiyyatının formalaşdığı şəraitdə hər 
bir  ölkənin  həyatında  və  qlobal  inkişafda  təhsilin  rolu  əhəmiyyətli  dərəcədə 
yüksəlmişdir. Təsadüfi deyildir ki, dünyanın ən qabaqcıl ölkələri belə öz gələcək 
inkişaflarını məhz təhsilin və elmin tərəqqisində görürlər. Elə buna görə də bu 
sahənin inkişafına xüsusi diqqətlə yanaşırlar.
Məlum olduğu kimi, təhsil sürətlə dəyişən, dinamik inkişaf edən, həm də 
rəqabətin günbəgün artdığı bir fəaliyyət sferasıdır. XXI əsrin birinci onilliyindən 
başlayaraq dünya təhsil sistemində baş verən dəyişikliklər, bunlarla bağlı irəli 
sürülən yeni çağırışlar – keyfiyyətli təhsil, yeni texnologiyaların tətbiqi, dünya 
ölkələrinin təhsil sistemlərinin bir-birinə uyğunlaşdırılması, unifikasiyası, inteq-
rasiyası və s. nəzərə alınmadan milli təhsilimizin rəqabətqabiliyyətliliyini təmin 
etmək qeyri-mümkündür. Təsadüfi deyildir ki, YUNESKO XXI əsri təhsil əsri elan 
etmişdir [3].
Bəşəriyyətin inkişafının müasir dövrünün xarakterik xüsusiyyətlərindən biri 
dünyanın bir çox ölkələrində açıq informasiya cəmiyyətlərinin yaradılması pro-

Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
11
sesidir. İnformasiyaların (biliklərin) yaradılması, işlənməsi, yığılması, ötürülməsi 
və yayılması dünyanın və ayrı-ayrı ölkələrin inkişafının aparıcı sektoru və sosial-
iqtisadi, mənəvi tərəqqinin lokomotivinə çevrilir. Elektron informasiya resursla-
rının sürətlə artması, informasiyaların sərbəst yayılması, informasiyalara sərbəst 
çıxışın olması informasiya cəmiyyətinin əhəmiyyətli xüsusiyyətləridir.  Elm və 
təhsil müasirliyin başlıca hərəkətverici qüvvəsi hesab olunur. Müasir elm-təhsil 
sektorunun  (kompleksinin)  yaradıldığı  cəmiyyət  daha  dinamik  inkişaf  edən 
və  rəqabətqabiliyyətli  cəmiyyətdir.  İnformasiya  cəmiyyətində  iqtisadi  sistem 
biliklərin  iqtisadiyyatı  kimi  təzahür  edir.  Hazırda  informasiya  cəmiyyətindən 
biliklərə əsaslanan cəmiyyətə keçid əsas məqsədlər sırasında önəmli yer tutur. 
Biliklərin istehsalı, alınması, yayılması və praktiki tətbiq edilməsi sosial-iqtisadi 
inkişafın başlıca hərəkətverici qüvvəsinə çevrilir. Hal-hazırda inkişaf etmiş dün-
ya ölkələrinin böyük əksəriyyətində informasiya cəmiyyəti quruculuğu prosesi 
kifayət qədər sürətlə getməkdədir.
Ümummilli inkişaf və milli təhsil sisteminin modernləşdırılməsi 
üçün yeni imkanlar
Azərbaycanda elm və təhsilin inkişafı ilə bağlı qlobal çağırışlara adekvatlığın 
təminatı imkanları öz başlanğıcını 1995-ci ildən götürür. Məlumdur ki, 1993-
cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra, çoxsaylı 
çətinliklərə baxmayaraq, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti 
və  gərgin  fəaliyyəti  nəticəsində  ölkəmiz 
parçalanma  təhlükəsindən  xilas  oldu  və 
hüquqi  dövlət  quruculuğu  prosesinə  start 
verildi.  1995-ci  ildən  başlayaraq  ölkəmizin 
sosial-iqtisadi  inkişafı  və  dünya  təsərrüfat 
sisteminə inteqrasiyası istiqamətində bu gün 
“uğur modeli” kimi qiymətləndirilən islahat-
lar kompleksinin həyata keçirilməsinə başla-
nıldı. Davamlı və dinamik inkişafa əsaslanan 
sosialyönümlü  iqtisadiyyatın  formalaşdı-
rılması,  ölkədə  mövcud  olan  təbii-iqtisadi, 
texniki-istehsal  və  elmi-texniki  potensialın 
fəal və səmərəli surətdə iqtisadi dövriyyəyə 
cəlb  olunması,  dünya  təsərrüfat  sisteminə 
rasional  inteqrasiyanın  təmin  olunmasını 
reallığa çevirən “uğur modeli” artıq o dövrdə  orijinallığı, özünəməxsus spe-
sifikası ilə nəzər-diqqəti cəlb etməyə başlamışdı. Məhz, 1995-ci ildən etibarən 
həyata keçirilən islahatlar kompleksi böhranlı situasiyaların aradan qaldırılması 
ilə nəticələndi. Bununla da Azərbaycanın iqtisadi inkişafının keyfiyyətcə yeni 
mərhələsinin  təməli  qoyuldu.  Əldə  olunan  makroiqtisadi  sabitlik,  sənayedə 
və  iqtisadiyyatın  digər  sahələrində  aydın  şəkildə  müşayiət  olunan  yüksəliş 
təmayülləri, həyata keçirilən genişmiqyaslı islahatların ilkin nəticələri aparılan 
siyasətin  düzgünlüyünü  və  Azərbaycanın  bazar  iqtisadiyyatı  yolunda  inamlı 
addımlarla irəliləməsi gerçəkliyini təsdiq etdi.
2003-2010-cu illərdə 
Azərbaycanın iqtisadiyyatlı 3 
dəfədən çox böyümüşdür. Bu 
gün Cənubi Qafqaz regionun-
da iqtisadi gücün 80 faizindən 
çoxu Azərbaycana məxsusdur. 
Bu dövrdə adambaşına düşən 
ÜDM-in həcmi 5.3 dəfə arta-
raq 2010-cu ilə 4653 manat 
təşkil etmişdir.

STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
12 
Məhz  “sabit  inkişaf”  dövrü  kimi  xarakterizə  olunan  2001-2003-cü  illər 
ərzində elm və təhsil sferasında həyata keçirilən islahatların qlobal çağırışlara 
uyğunlaşdırılması yönümündə əsaslı dönüşün başlanğıcı qoyulmuşdur.
Danılmaz  həqiqətdir  ki,  2003-2010-cu  illərdə  Azərbaycanın  ictimai-siyasi 
həyatında, xüsusilə iqtisadi və sosial inkişafımızda misli görünməmiş uğurlar 
əldə edilmişdir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş iq-
tisadi inkişaf kursu bu dövrdə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən 
tamamilə  yeni  müstəvidə  uğurla  davam  etdirilərək  Azərbaycanı  regionun  li-
der ölkəsinə, transmilli səviyyədə “söz sahibinə” çevirmişdir. Bu dövrdə əldə 
edilən uğurların qısa xronologiyası göstərir ki, iqtisadiyyat 3 dəfədən çox bö-
yümüşdür. Bu gün Cənubi Qafqaz regionunda iqtisadi gücün 80 faizindən çoxu 
Azərbaycana məxsusdur. Bu dövrdə adambaşına düşən ÜDM-in həcmi 5.3 dəfə 
artaraq 2010-cu ilə 4653 manat təşkil etmişdir [4]. 
2003-2010-cu  illər  ərzində  Azərbaycan  iqtisadiyyatına  yönəldilmiş  84.3 
milyard ABŞ dollarının 45.1 milyard dolları xarici sərmayələr olmuş, bu dövrdə 
Azərbaycan  ilk  dəfə  olaraq  kapital  idxal  edən  ölkədən  kapital  ixrac  edən 
ölkəyə çevrilmişdir. İqtisadiyyatımızda daha mühüm bir keyfiyyət dəyişikliyi 
–  transmilliləşmə  prosesi  başlanmış-
dır.  Demək  olar  ki,  hər  il  xarici  ölkələrə 
milyardlarla  ölçülən  böyük  həcmdə 
Azərbaycan sərmayəsi yatırılır. Ölkədə son 
7 il ərzində 900 min yeni iş yeri açılmışdır. 
Yoxsulluğun  səviyyəsi  kəskin  şəkildə  aza-
laraq 45%-dən 5%-ə enmişdir. Strateji val-
yuta  ehtiyatlarının  həcmi  40  milyard  ABŞ 
dollarını ötmüşdür. Azərbaycan Dünya İq-
tisadi  Forumunun  2010-2011-ci  il  üçün  hazırladığı  “Qlobal  rəqabətlilik  he-
sabatında” 57-ci yeri tutmuşdur. Bu nəticəyə görə ölkəmiz MDB məkanında 
liderliyini qoruyub saxlamış, makroiqtisadi sabitlik göstəricisinə görə isə bü-
tün MDB ölkələrini qabaqlayaraq 13-cü yerdə qərarlaşmışdır. 2005-2010-cu 
illər ərzində Azərbaycan insan inkişafı sahəsində ən sürətli irəliləyişə nail ol-
muş, 101-ci yerdən 67-ci pilləyə qalxmışdır. Azərbaycan Dünya Bankı (DB) və 
Beynəlxalq  Maliyyə  Korporasiyasının  (BMK)  “Doing  Business  2011:  “Sahib-
karlıq üçün şəraitin yaxşılaşdırılması” birgə hesabatının nəticələrinə əsasən, 
sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait reytinqində 183 ölkə arasında 54-cü 
yeri  tutmuşdur.  Bu  dövrdə  iqtisadi  islahatların  genişləndirilməsi  və  iqtisadi 
qanunvericilik bazasının möhkəmləndirilməsi nəticəsində ölkədə əlverişli biz-
nes mühiti təmin olunmuşdur ki, bu da özəl sektorun inkişafına əhəmiyyətli 
dərəcədə təsir etmişdir.
Bütün bunların təsiri nəticəsində ölkəmizin iqtisadi imkanları xeyli yüksəlmiş, 
əhalinin  sosial  vəziyyəti  əhəmiyyətli  dərəcədə  yaxşılaşmışdır.  Ölkəmizin  da-
vamlı, tarazlı və dayanıqlı inkişafı təmin edilmişdir. Bütün bunların nəticəsi ola-
raq, ölkəmizdə transformasiya dövrü, sistem dəyişikliyi dövrü başa çatmışdır. 
Azərbaycan artıq dünyaya başqa statusda – inkişaf etməkdə olan orta gəlirli 
ölkə kimi təqdim olunur. Qarşıda isə inkişaf etmiş ölkə səviyyəsinə qalxmaq 
kimi çox mühüm vəzifə dayanır. 
2005-2010-cu illər ərzində 
Azərbaycan insan inkişafı 
sahəsində ən sürətli irəliləyişə 
nail olmuş, 101-ci yerdən 67-ci 
pilləyə qalxmışdır.

Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
13
Reallığın adekvat dərki, stereotip yanaşmaların ümidsiz şəkildə köhnəldiyi 
gerçəkliyindən çıxış edən Prezident İlham Əliyev ilkin olaraq, ictimai həyatın 
bütün sferaları arasında real məzmunlu inteqrativ bağlılığın keyfiyyətcə yeni 
müstəviyə keçirilməsini, sosial həmrəylik və sosial əməkdaşlığın qərarlaşmasını, 
milli bütövlüyün monolit xassəli modern yaranış kimi formalaşması zəminində 
çox mühüm əhəmiyyət kəsb edən islahatlara start verdi. Sosial-siyasi, iqtisadi, 
mənəvi, hüquqi, ideoloji və s. sferalarda aparılan modern dəyişikliklərin əsas 
strateji hədəfi insan kapitalının formalaşması və inkişafına istinadla ümummil-
li mənafelərin tam və dolğun şəkildə ödənilməsinə istiqamətləndirildi və bu 
vəzifələrin həyata keçirilməsində təhsil prioritet sahə kimi müəyyənləşdirildi.
İctimai  həyatımızın  bütün  sahələrinin  əsasını,  bünövrəsini  təşkil  edən  iq-
tisadiyyatın  sürətli  inkişafı  milli  təhsil  sistemimizin,  o  cümlədən  ali  təhsilin 
inkişafında  da  adekvat  irəliləyişlərin  əldə  olunmasına  real  şərait  yaratmışdır. 
Yalnız onu demək kifayətdir ki, bu dövr ərzində Dövlət büdcəsindən təhsilə 
ayrılan vəsaitin həcmi 5,5 dəfə artaraq təqribən 1,4 mlrd. manat təşkil etmişdir 
ki, bu da Dövlət büdcəsinin xərc maddələri arasında hərbi xərclərdən sonra 
2-ci yeri tutur. Bu gün Azərbaycan elminin və təhsilinin inkişafına ayrılan vəsait 
Ermənistanın dövlət büdcəsinin 70%-ni təşkil edir. Son 7 ildə ölkə üzrə həm 
dövlət  büdcəsi  vəsaiti  hesabına,  həm  də  Heydər  Əliyev  Fondu  tərəfindən  2 
mindən artıq yeni məktəb tikilib istifadəyə verilmişdir.   
2003-cü ildən sonra, möhtərəm prezidentimiz cənab İlham Əliyevin Res-
publika  rəhbərliyinə  gəlməsi  ilə  ictimai,  siyasi,  iqtisadi,  sosial  və  mədəni 
həyatımızın bütün sahələrində yeni dövr -  əsaslı islahatların dərinləşməsi, in-
kişafın  sürətlənməsi  və  modernləşmə  dövrü  başlandı.  Təbii  ki,  bu  proseslər 
təhsildən, xüsusilə ali təhsil sistemindən də yan keçməmişdir. Bu dövr ərzində 
təhsil sistemində həyata keçirilən əsaslı islahatlar daha da dərinləşmiş, onun 
əhatə  dairəsi  genişlənmiş,  milli  təhsilimizin  bütün  pillələri  və  səviyyələri 
Məqsədli  Dövlət  Proqramları  ilə  əhatə  edilmiş,  ali  təhsilimiz  Boloniya 
Bəyannaməsinə qoşulmuş, dünya və Avropa təhsil məkanına uğurla inteqrasi-
ya olunmuş, mükəmməl qanunvericilik bazası yaradılmış – Təhsil haqqında Qa-
nun qəbul edilmiş, onun maddi-texniki bazası əsaslı surətdə yenidən qurulmuş 
və möhkəmləndirilmişdir. Sözügedən proses bu gün də davam etdirilməkdədir.
Təhsil dövlət siyasətinin prioritet sahəsi kimi: 
konsepsiyalar, proqramlar
Sözsüz ki, ulu öndərimiz Heydər Əliyevin müəllifı olduğu «Milli təhsilin inki-
şaf strategiyası»nın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi 
təhsil  sferasında  köklü  irəliləyişlərin  əldə  olunmasına,  ölkəmizin  həyatında 
mühüm  rol  oynayan  bu  sahədə  müqayisəedilməz  keyfıyyət  və  kəmiyyət 
dəyişikliklərinə  səbəb  olmuş,  təhsil  islahatlarının  daha  da  dərinləşməsini  və 
onların sistemli şəkildə həyata keçirilməsi üçün real şərait yaratmışdır. «Təhsil 
bizim gələcəyimizdir, inkişaf perspektivimizi müəyyən edən ən başlıca sahədir» 
- deyən Prezident İlham Əliyev təhsilin dövlət siyasətində prioritet sahə oldu-
ğunu bir daha təsdiq etmiş, bütövlükdə təhsilin, xüsusilə iqtisadi təhsilin ölkə 
həyatında müstəsna rolu və əhəmiyyətini ön plana çıxarmışdır.

STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
14 
Yeni  strateji  baxışın  məntiqi  strukturunda  təhsildə  milli  bütövlüyə  na-
ilolmanın  İlham  Əliyev  konsepsiyası  qırmızı  xətlə  keçir.  Bu  konsepsiya-
nın  əsas  mahiyyətini  «Milli  təhsilin  inkişaf  strategiyası»  çərçivəsində  milli-
mənəvi  dəyərlərin  prioritetliyinin  təmin  edilməsi,  təhsilin  yeniləşməsi  və 
modernləşdirilməsi, onun kompleks, sistemli inkişafına nail olunması, təhsil is-
lahatlarının daha da dərinləşdirilməsi, dünya və Avropa təhsil sisteminə inteq-
rasiyanın gücləndirilməsi, təhsilin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi 
təşkil edirdi. [5]
Məlumdur ki, Azərbaycanın təhsil sistemi kifayət qədər sürətlə Avropa təhsil 
məkanına  inteqrasiya  olunmaqdadır.  Ali  təhsilimizin  Boloniya  prosesinə  qo-
şulması, öz-özlüyündə keyfıyyətcə tamamilə fərqli məzmun kəsb edən həmin 
sistemin qeyd-şərtsiz tətbiqini tələb edir. Əslində, prosesin gedişi də göstərir 
ki, tədrisin təşkili, idarəedilməsi, tədris planlarının, standartların məzmunu və 
tətbiqi qaydaları, tələbə biliyinin qiymətləndirilməsi və s. prinsiplərı nöqteyi-
nəzərindən Avropa təhsil məkanı ilə vahid məxrəcə gəlmək xüsusi bir çətinlik 
törətmir. Lakin  bununla belə qeyd etmək vacibdir ki, təhsildə milli bütövlük 
probleminin həqiqi mənası təkcə deyilənlərlə məhdudlaşmır və məhdudlaşa 
da bilməz. Cənab Prezidentin xüsusi olaraq vurğuladığı məsələ öz mahiyyəti 
etibarilə həmin sistemli tamlığın gerçəkliyinin qəbulu və bu prizmadan təhsilin 
ən başlıca sfera kimi səciyyələndirilməsidir. Təsadüfı deyildir ki, cənab İlham 
Əliyevin səslənəndirdiyi «...Amma gec-tez, bu təbii (yəni, karbohidrogen ehti-
yatları – Ş.H.) sərvətlər tükənəcək və bilik, zəka, səviyyə isə ölkəmizin dayanıqlı 
inkişafını uzun illər bundan sonra təmin edəcəkdir. ...Ən inkişaf etmiş ölkələrin 
təcrübəsinə baxsaq görərik ki, o ölkənin inkişafında ən aparıcı rol oynayan neft-
qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır. Bizdə də belə 
olmalıdır. Biz də buna hazırıq» fikri əslində təhsilə yanaşmanın yeni konsepsi-
yasının mahiyyətini və onun məntiqi əsaslarını müəyyənləşdirir.
  Beləliklə,  milli  təhsilimizin  inkişafının  və  modernləşməsinin  İlham  Əliyev 
konsepsiyasının Avropa mənşəli analoji yanaşmalardan fərqli və milli spesifıkli-
yi ehtiva edən müddəalarını aşağıdakı kimi qruplaşdırmaq olar:
1.  Məlumdur  ki,  Avropa  təhsil  məkanında  praqmatizm  təhsil  sferasının 
fundamental bazasıdır. Avropa ölkələri bu sahədə çox böyük nailiyyətlər əldə 
etmişlər.  İnkişaf  etmiş  ölkələrdə  təhsil  sistemində  tətbiq  edilənlərin  olduğu 
kimi Azərbaycana gətirilməsi və istifadəsinin əleyhinə olmaqla yanaşı, cənab 
Prezidentin  konseptual  baxışlarında  praqmatizmdən  imtina  edilmir.  Əksinə, 
praqmatik yanaşmanın yeganə düzgün seçim olduğu vurğulanır.
Söhbət, yalnız «ifrat praqmatizmdən» uzaqlaşmaqdan gedir. Şübhəsiz, bu 
cür baxışın çox dərin məntiqi kökləri mövcuddur. Belə ki, Azərbaycan iqtisadi 
artım səviyyəsinə görə dünyanın lider ölkəsi olmasına baxmayaraq – sistemli 
inkişaf baxımından hələlik Avropa ilə müqayisə oluna bilməz.
Təbii ki, müstəqilliyimizin ilk 10 ili dövründə Azərbaycan keçid dövrünü ya-
şayan ölkələrdən biri idi. Həm iqtisadi, həm də sosial sferalarda (bazar iqtisadiy-
yatı və demokratik prinsiplər əsasında) milli sistemin formalaşması prosesi da-
vam etməkdə idi. Digər tərəfdən, kommunizm ideologiyasından uzaqlaşma və 
ulu öndərimiz Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyasının for-
malaşması dövrünü yaşayırdıq. Avropa üçün isə son dərəcə mühüm əhəmiyyət 

Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
  1   2   3   4   5   6   7   8   9   ...   26


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə