1. Torpaqşunaslıq elmi haqqında məlumat. Torpaqşunaslıqda istifadə olunan tədqiqat metodları



Yüklə 132,98 Kb.
səhifə109/109
tarix29.01.2022
ölçüsü132,98 Kb.
#51801
1   ...   101   102   103   104   105   106   107   108   109
Torpaq coğrafiyaaı tam suallar

Aqrotexniki tədbirlərə birillik və çoxillik ot bitkilərinin torpaqqoruyucu xassələrindən istifadə etmək, torpaqların eroziya əleyhinə becərmə qaydalarının tətbiqi, qarın süni surətdə tarlada saxlanması və qar ərimənin tənzimlənməsi, eroziyaya məruz qalmış torpaqların münbitliyinin artırılmasının aqrokimyəvi vasitələri daxildir.

Meşə meliorativ tədbirlər küləkkəsici, tarlaqoruyucu, yarğan bərkidən, suqoruyucu və s. Yaradılmasını nəzərdə tutur. Bu tədbirlər Dövlət meşə fondundan kənarda qalmış ərazilərdə aparılmalıdır. Onlar dövlət, bələdiyyə və xüsusi torpaq mülkiyyətçilərinin torpaq sahələrində həyata keçirilə bilər. Bu tədbirlərə daxildir:

  1. Vaxtilə mövcud olmuş tarlaqoruyucu meşə zolaqlarının bərpa olunması;

  2. Dəmir və avtomobil yolları, su anbarları, suvarma və kollektor-drenaj şəbəkəsi, iri və kiçik çayların sahili boyunca meşə zolaqlarının salınması;

  3. Eroziyaya məruz qalmış çoxmeylli yamacların, hərəkət edən qum təpələrinin , qobu və yarğanların yaşıllaşdırılması, bərkidilməsi, terraslaşdırılması və digər tədbirlərin görülməsi;

  4. Meylli yamaclarda vaxtilə mövcud olmuş çay və üzüm plantasiyalarının bərpa edilməsi və yenilərinin salınması.

Hidrotexniki tədbirlərə yamac axınlarının qarşısını alan və tənzimləyən hidrotexniki qurğuların tikilməsi, terrasların, bəndlərin salınması, xəndəklərin çəkilməsi və s. aid edilir. Torpaqqoruyucu tədbirlər sistemi əkinçiliyin zonal xüsusiyyətləri və eroziya təzahürlərinin təbii şəraiti nəzərə alınmaqla aparılmalıdır.


Yüklə 132,98 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin