1. Torpaqşunaslıq elmi haqqında məlumat. Torpaqşunaslıqda istifadə olunan tədqiqat metodları


Torpağın uduculuq xassəsinin torpaq münbitliyində rolu



Yüklə 132,98 Kb.
səhifə29/109
tarix29.01.2022
ölçüsü132,98 Kb.
#51801
1   ...   25   26   27   28   29   30   31   32   ...   109
Torpaq coğrafiyaaı tam suallar

Torpağın uduculuq xassəsinin torpaq münbitliyində rolu.

Sorbsion proseslərin torpağın genezisi ilə əlaqəsi olduqca müxtəlifdir. Torpaquducu kompleksi, onun tərkibi, xassələri və səciyyəvi xüsusiyyətləri torpağa ana süxurdan keçir. Burada ana süxurun qranulometrik və mineraloji tərkibi əhəmiyyətli rol oynasa da, TUK formalaşmasında əsas rol torpaqəmələgəlmə prosesinə məxsusdur.

Udma prosesi bütün maddələrin torpaq profili boyunca diferensiasiyasında əhəmiyyətli rol oynayır. Sorbsiyaların müxtəlif mexanizmləri yuma rejimi olan torpaqlarda illüvial horizontların formalaşmasında iştirak edir.

Torpaq kolloidlərinin xassələrinin, həmçinin torpağın fiziki fiziki-mexaniki xassələrinin və formalaşmasında sorbsiyanın böyük əhəmiyyəti vardır. Məlumdur ki, üzvi maddələrin sorbsiyası nəticəsində torpaq kolloidlərinin hidrofilliyi dəyişir. Torpaq kolloidlərinin vəziyyəti və xassələri, öz növbəsində aqreqat əmələgəlməyə, məsaməliyə, torpağın sıxlığına, həmçinin onun fiziki-mexaniki xassələrinə, o cümlədən yapışqanlığına, plastikliyinə və s. təsir göstərir.

Udma prosesləri torpağın mikromorfoloji əlamətlərinin formalaşmasında əhəmiyyətli rol oynaya bilər.

Beləliklə, sorbsion proseslər biofil elementlərin və humusun torpaqda akkumulyasiyasına, onun kimyəvi, fiziki-kimyəvi, fiziki və fiziki-mexaniki xassələrinin formalaşmasına təsir etməklə, torpaq münbitliyində müstəsna rol oynayır.

Torpaqdan kənd təsərrüfatında intensiv istifadə şəraitində sorbsion proseslərin rolu və onların tənzimlənməsi yüksəlir.

Münbit torpaqlar, onların sorbsion xassələrini müəyyən edən bəzi orta ölçülü göstəricilərlə səciyyələnməlidir. Sorbsion xassələri zəif ifadə olunmuş torpaqlar (qumlu və qumsal torpaqlar) mineral gübrələrin, pestisid və başqa maddələrin xeyli hissəsini faydasız şəkildə itirir ki, bu da qrunt suyunun arzuolunmaz çirklənməsinə və kimyəvi vasitələrin səmərəliliyinin itirilməsinə gətirib çıxarır.

Sorbsion xassələri güclü ifadə olunmuş torpaqlar da kimyəvi maddələrlə qarşılıqlı təsirdə əlverişsiz şəraiti ilə səciyyələnir. Maddələrin tam və bərk bağlanması sayəsində onların səmərəsi aşağı olur. Torpaq tərəfindən maddələrin sorbsion bərkidilməsini aşağı salmaqdan ötrü onun tərkibinə sorbsion olmayan maddələr, məsələn, qum qatılmalıdır.

Torpağın münbitliyi üçün mübadilə olunan əsasların tərkibinin böyük əhəmiyyəti vardır. Mübadilə olunan əsasların tərkibi, ilk növbədə torpaqların qələviliyini və turşuluğunu müəyyən edir.




  1. Yüklə 132,98 Kb.

    Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin