1. Torpaqşunaslıq elmi haqqında məlumat. Torpaqşunaslıqda istifadə olunan tədqiqat metodları


Oksigen. Oksigen əksər ilkin və törəmə mineralların tərkibində iştirak edir. O, üzvi maddələrin və suyun əsas elementlərindən biridir. Silisium



Yüklə 132,98 Kb.
səhifə25/109
tarix29.01.2022
ölçüsü132,98 Kb.
#51801
1   ...   21   22   23   24   25   26   27   28   ...   109
Torpaq coğrafiyaaı tam suallar

Oksigen. Oksigen əksər ilkin və törəmə mineralların tərkibində iştirak edir. O, üzvi maddələrin və suyun əsas elementlərindən biridir.

Silisium. Silisiumun torpaqda ən geniş yayılmış birləşmələrindən biri kvarsdır (SiO2). Silisium silikatların da tərkibinə daxildir. Həllolmuş silisiumun bir hissəsi torpaqdan yuyulur, qalan hissəsi (turş reaksiya şəraitində) isə gel (SiO2· n H2O) – amorf çöküntülər şəklində çökür, suyu itirməklə törəmə mənşəli kvarsa çevrilir.

Alüminium torpaqda ilkin və törəmə mineralların tərkibində üzvi mineral komplekslər formasında və udulmuş vəziyyətdə (turş torpaqlarda) olur. Tərkibində alüminium olan ilkin və törəmə minerallar parçalanan zaman onun hidroksidləri azad olur. Onların xeyli hissəsi aşınma zamanı öz yerində qalır və yalnız qismən kül şəklində məhlula daxil olur.

Azot bütün zülal maddələrinin tərkibinə daxildir. O həmçinin xlorofilin, nuklein turşularının fosfatidlərin və canlı toxumanın çoxlu başqa üzvi maddələrinin tərkibində vardır. Torpaqdakı azotun çox hissəsi üzvi maddələrin tərkibində cəmləşmişdir. Torpaqəmələgətirən süxurlarda azot olduqca azdır. Bitkilər azotun əsasən ammonium, nitrat və nitrit formalarını mənimsəyir.

Fosfor bir çox üzvi birləşmələrin tərkibinə daxildir. Onsuz canlıların həyat fəaliyyəti mümkün deyildir. Bitki tərəfindən udulmaqla fosfor torpağın üst horizontlarında toplanır.

Dəmir bitkinin həyatı üçün zəruri elementdir. Onsuz xlorofilin yaranması mümkün deyildir. Torpaqda dəmirə ilkin və törəmə mineralların – silikatların tərkibində hidrooksidlər və oksidlər formasında, bəsit duzlar şəklində, udulmuş halda, həmçinin üzvi mineral komplekslərin tərkibində təsadüf olunur.

Kükürd zülal maddələrinin və efir yağlarının tərkibinə daxildir. Bitkinin ona olan tələbi fosforla müqayisədə azdır. Kükürdün torpağın üst horizontlarında bioloji akkumulyasiyası torpaqəmələgəlmə şəraitindən asılıdır.

Kalium orqanizmdə əhəmiyyətli fizioloji funksiyaları həyata keçirir. Bitkilər, xüsusən də, kartof, kökyumrular, ot və tütün tərəfindən böyük miqdarda mənimsənilir. Torpaqda kaliumun (K2O) ümumi miqdarı nisbətən yüksəkdir. Ağır qranulometrik tərkibə malik torpaqlarda onun miqdarı 2% və daha çoxdur. Kaliumun yüngül torpaqlarda miqdarı azdır.


Yüklə 132,98 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin