1. Torpaqşunaslıq elmi haqqında məlumat. Torpaqşunaslıqda istifadə olunan tədqiqat metodları



Yüklə 132,98 Kb.
səhifə67/109
tarix29.01.2022
ölçüsü132,98 Kb.
#51801
1   ...   63   64   65   66   67   68   69   70   ...   109
Torpaq coğrafiyaaı tam suallar

36. Dünya torpaqlarının coğrafiyası.

Torpaq-coğrafi rayonlaşmazonal -əyalət xüsusiyyətlərinə, strukturuna və kənd təsərrüfatında istifadəsinə Görə oxşar olan ərazilərin ayrılması yolu ilə torpaq örtüyünün analiz edilməsinin və əsas xüsusiyyətlərinin üzə çıxardılmasının metodudur. Torpaq-coğrafi rayonlaşdırılmaya dair ilk işlər kiçik ərazilər üçün aparılmışdır (R.V.Rispolojinskiy, S.S.Neustriyev və başqaları). Keçmiş Sovetlər İttifaqının Avropa hissəsinin torpaq vilayətlərinə ayrılması ilk Dəfə L.İ.Prasolov tərəfindən edilmişdir (1922). Sonralar bütün ölkə ərazisini, o cümlədən Cənubi Qafqaz və Azərbaycanı da əhatə etməklə torpaq-coğrafi rayonlaşma V.V.Dokuçayev adına Torpaqşünaslıq İnstitutunda başqa müttəfiq respublikaların uyğun elmi müəssisələrinin və mütəxəssislərinin iştirakı ilə həyata keçirilmişdir. Bu layihədə

Aşağıdakı taksonomik vahidlər qəbul edilmişdir:



  1. Torpaq-iqlim qurşağı

  2. Torpaq-bioiqlim vilayəti

Düzən ərazilər üçün Dağlıq ərazilər üçün

  1. Torpaq zonası

  2. Torpaq əyaləti

  3. Torpaq dairəsi

  4. Torpaq rayonu

Dağlıq ərazilər üər üçün

3. Dağlıq torpaq əyaləti (torpaq zonalarının şaquli strukturu)

4. Şaquli torpaq zonası

5. Dağlıq torpaq dairəsi

6. Dağlıq torpaq rayonu

Rayonlaşmanın ilk dörd pilləsinin əsasında torpaq örtüyünün torpaq-bioiqlim xüsusiyyətləri qoyulmuşdur. Beşinci və altıncı pillələr – torpaq dairələri və rayonları – torpaq-geomorfoloji xüsusiyyətlərə və torpaq Örtüyünün strukturuna görə ayrılmışdır. Düzən ərazilərdə torpaq-coğrafi rayonlaşdırmanın istinad vahidi torpaq Zonaları, dağlıq ərazilərdə bir neçə şaquli torpaq zonasını əhatə edən dağ torpaq əyalətləridir.

XX əsrin 80-ci llərində Q.V.Dobrovolskiy, N.N.Rozov və İ.S.Urisevskinin iştirakı ilə SSRİ-nin torpaq coğrafi rayonlaşdırılması xəritəsi tərtib edilmişdir. Xəritədə ayrılmış torpaq-iqlim qurşaqlarının, vilayətlərinin, zona və əyalətlərinin adları aşağıda Verilmişdir:

Qütb qurşağı. I. Avrasiya qütb vilayəti. A. Arktikanın Arktika torpaqları zonası. Əyalətlər: 1 – Taymır. B. Subarktikanın tundra qleyli və tundra illüvial – humuslu torpaqlar zonası. Əyalətlər: 2 – Kola; 3 – Kanin –Peçora; 4 – Şimali-Sibir; 5 – Çukot – Anadır. Dağ əyalətləri: a1- Ural- Novaya Zemlya; a2 – Taymır; a3 – Çukot


Yüklə 132,98 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin