Allüvial çimli torpaqlar subasar relyefin yüksək elementlərində, qruntun dərində yerləşdiyi, allüviyin əksər hallarda laylı və yüngül qranulometrik tərkibə malik olduğu şəraitdə formalaşır. Bu cür torpaqlarda humus horizontlarının qalığı çox deyildir. Tərkibində humus və azotun miqdarı azdır.
Allüvial çəmən torpaqlarqrunt sularının nisbətən dayazda yerləşdiyi sahələrdə, mərkəzi subasarın gillicəli və gilli allüviyləri üzərində formalaşır. Qida elementlərinin, əsaslar və üzvi maddələrin zənginliyi, həmçinin nəmlənmənin qrunt suları hesabına yaranmış əlverişli şəraiti çəmən bitkilərinin və çimləşmə prosesinin inkişafına səbəb olmuşdur. Ona görə də allüvial çəmən torpaqlar yaxşı seçilən humus horizontuna, dənəvər və ya topavari-dənəvər struktura malikdir. Allüvial çəmən torpaqlar humusla zəngindir, qalın humus qatına və qida elementlərinin böyük ehtiyatına, yüksək udma tutumuna malikdir. Torpaq məhlulunun reaksiyası böyük ölçülərdə dəyişir