1. Ümumi məlumat
Coğrafi mövqeyi: Şimali Afrikada, Aralıq dənizinin sahilində;
Ərazisi: 1,759,540 km
2
;
Torpaq sərhəd xətti: 4,348 km. (Əlcəzair ilə- 982 km., Çad ilə- 1,055 km., Misir ilə-
1,115 km., Niger ilə- 354 km., Sudan ilə- 383 km., Tunis ilə- 459 km.)
Sahil xətti: 1,770 km.
İqlim: sahil boyu - Aralıq dənizi iqlimi, dənizdən uzaqlaşdıqca - quru və isti iqlim
Təbii ehtiyatlar: neft, təbii qaz, gips
Kənd təssərrüfatı üçün yararlı torpaqlar: 4,700 kv. km.
Ətraf mühitlə bağlı problemlər: səhralaşma və çox məhdud təbii təmiz su
ehtiyatları
Əhalisi: 6,310,434 nəfər (2009-cu il, iyul);
Əhalinin artımı tempi: 2.17% (2009)
Etnik qruplar: bərbər və ərəblər- 97%, yunan, maltalı, italyan, misirli, pakistanlı,
türk, hindli və tunislilər- 3 % (1.5 milyon əcnəbi işçi)
Din: sünni müsəlmanlar - 97%
Dil: ərəb (dövlət dili), italyan, ingilis
Paytaxtı: Tripoli şəhəri (UTC+2);
İnzibati bölgü: 13 bölgə və ya 25 bələdiyyə;
Rəsmi dil: ərəb dili;
Pul vahidi: Liviya dinarı (l ABŞ dolları~1.21 Liviya dinarı (2008));
Milli bayram: İnqilab günü – l sentyabr (1969-cu il);
Müstəqillik: 24 dekabr 1951-ci il (İtaliya (1943), BMT-nin qəyyumçuluğu);
Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanımışdır: 30 dekabr 1991-ci
il
Diplomatik əlaqələrin qurulma tarixi: 16 mart 1992-ci il
Dövlət quruluşu: Cəmahiriyyə
Paytaxt: Tripoli şəhəri (UTC+2);
İnzibati bölgü: 13 bölgə və ya 25 bələdiyyə- Əcdəbiyə, əl-Əziziyə, əl-Fatih, əl-Cəbəl
əl-Əxdar, əl-Cufra, əl-Xums, əl-Kufra, ən-Nuqat əl-Xəms, əş-Şati, Ubari, əz-Zviyə,
Benqazi, Dərnəh, Ğidəmis, Ğəryən, Misrata, Murzuq, Səbha, Sufəccin, Sirt,
Tarabulus, Tərhunə, Tubruq, Yəfrən, Zlitən;
Müstəqillik: 24 dekabr 1951-ci il (İtaliya (1943), BMT-nin qəyyumçuluğu);
Milli bayram: İnqilab günü- l sentyabr (1969-cu il)
Konstitusiya: 11 dekabr 1969-cu il tarixində qəbul edilmiş, 02 mart 1977-ci il
tarixində düzəlişlər edilmişdir (İnqilabın lideri M.Qəddafinin müəllifi olduğu Yaşıl
Kitab Liviya Konstitusiyasının əsasını təşkil edir. Yaşıl Kitab ilk dəfə 1975-ci ildə
nəşr edilmişdir).
Dövlət başçısı: inqilab rəhbəri polkovnik Muammar Əbu Minyar əl-Qəddafi, 01
sentyabr 1969-cu il tarixindən etibarən (ümumxalq seçkiləri xalq komitələrinin
iyerarxiyası vasitəsilə həyata keçirilir)
Hökumət başçısı: Ümumxalq Komitəsinin Katibi (Baş Nazir) Əl-Bağdadi Əli
Mahmudi (hökumət başçısı Ali Xalq Kongressi tərəfindən seçilir)
Kabinet: Ümumxalq Komitəsi (Ali Xalq Konqressi tərəfindən yaradılır)
2
Qanunverici hakimiyyət: birpalatalı Ali Xalq Kongresi (ümumxalq seçkiləri xalq
komitələrinin iyerarxiyası vasitəsilə həyata keçirilir)
Məhkəmə hakimiyyəti: Ali Məhkəmə
Siyasi partiyalar: mövcud deyil
Beynəlxalq Təşkilatlarda iştirakı: ABEDA, AfDB, AFESD, AMF, AMU, AU,
CAEU, COMESA, FAO, G-77, IAEA, IBRD, ICAO, ICRM, IDA, IDB, IFAD, IFC,
IFRCS, ILO, IMF, IMO, IMSO, Interpol, IOC, IOM, IPU, ISO, ITSO, ITU, LAS,
MIGA, NAM, OAPEC, OIC, OPCW, OPEC, PCA, UN, UNCTAD, UNESCO,
UNIDO, UNWTO, UPU, WCL, WCO, WFTU, WHO, WIPO, WMO, WTO
(observer)
Liviya Ümumdünya ticarət təşkilatına üzv olmaq məqsədilə müraciəti qəbul edilən 24
namizəd ölkədən biridir. Ölkə 2001-ci ilin dekabr ayında rəsmi müraciət etmiş və bu
müraciət 2004-cü ilin iyul ayında qəbul edilmişdir. Liviyanın müraciətinin
incələnməsi məqsədi ilə İşçi Qrupu qurulacaqdır. Liviyanın üzvlük müzakirələrinin
olduqca uzun sürəcəyi təxmin edilməkdədir. Ölkənin ÜTT-yə üzvlüyünün şəffaflıq
mövzusunda əhəmiyyətli mərhələ keçəcəyini təmin edəcəyi məlumdur.
Liviya Ümumxalq Komitəsinin tərkibi
Əl-Bağdadi Əli əl-Mahmudi – Ümumxalq Komitəsinin Katibi (Baş Nazir);
Mubarak Abdullah Əl-Şamix – Ümumxalq Komitəsi Katibinin müavini;
Musa Məhəmməd Kussa – Xarici əlaqələr və beynəlxalq əməkdaşlıq üzrə Ümumxalq
Komitənin Katibi (XİN);
General Əbdül Fəttah Yunis əl-Abidi – Təhlükəsizlik-Daxili İşlər üzrə Ümumxalq
Komitənin Katibi;
Məhəmməd Mahmud əl-Hicazi – Səhiyyə və Ekologiya üzrə Ümumxalq Kom. Kat.
İbrahim Əli İbrahim – Planlaşdırma və Maliyyə üzrə Ümumxalq Komitənin Katibi;
Məhəmməd Əli əl-Huveyc – Sənaye, iqtisadiyyat və ticarət üzrə Ümumxalq
Komitənin Katibi;
Əbdülkəbir Məhəmməd əl-Fəxiri – Təhsil və Elmi Araşdırmalar üzrə Ümumxalq
Komitənin Katibi;
Matuq Məhəmməd Matuq – Mənzil-Kommunal Təsərrüfatı və Tikinti üzrə
Ümumxalq Komitənin Katibi;
Əli Yusif Zikri – Mədən və Sənaye üzrə Ümumxalq Komitənin Katibi;
Nuri Dhaf Əl-Humaydi – Mədəniyyət və İnformasiya üzrə Ümumxalq Komitənin
Katibi;
Əbdül Məcid Məbruk Əl-Qəud – Kənd təsərrüfatı, heyvandarlıq və dəniz ehtiyatları
üzrə Ümumxalq Komitənin Katibi;
Mustafa Miftah Bileyd Əl-Dursi – Gənclər və idman üzrə Ümumxalq Komitənin
Katibi;
Məhəmməd Əli Zeydən – Nəqliyyat üzrə Ümumxalq Komitənin Katibi;
Mustafa Məhəmməd Əbdül Cəlil – Ədliyyə məsələləri üzrə Ümumxalq Komitənin
Katibi;
İmran İbrahim Əbu Kraa – Elektrik, su və qaz üzrə Ümumxalq Komitənin Katibi;
İbrahim əl-Zarruq əl-Şərif – Sosial məsələlər üzrə Ümumxalq Komitənin Katibi;
3
2. İqtisadiyyat
Liviya iqtisadiyyatı əsasən neft sektorundan əldə edilən gəlir hesabına inkişaf
etməkdədir. Ümumi daxili məhsulun 20%-ni təşkil edən qeyri-neft sektorları
genişlənərək kənd təsərrüfatı məhsullarının emalı ilə yanaşı neft və kimya məhsulları,
dəmir, polad və alüminium istehsalından ibarət olmuşdur. İqlim şəraiti və torpağın
münbit
olmaması
ölkədə
kənd
təsərrüfatı
məhsullarının
yetişdirilməsini
məhdudlaşdırır. Bununla əlaqədar Liviya yeyinti məhsullarının 75%-ni idxal etmək
məcburiyyətindədir. Liviyada iqtisadi liberalizasiya və iqtisadi infrastrukturun
səviyyəsinin yüksəlməsi istiqamətində irəliləyiş əldə edilmişdir.
Liviya 22 avqust 2006-cı il tarixində “COMESA” – Şərqi və Cənubi Afrika
dövlətlərinin Ümumi Bazar Təşkilatına həqiqi üzv seçilmişdir.
Faydalı Qazıntılar: 1975-ci ildə Liviya neft ehtiyatlarını kəşf etmişdir. Kəşf edilmiş
neft ehtiyatlarına görə
Liviya Afrika qitəsində
1-ci və
neft ixrac edən
dövlətlər(OPEK) sırasında isə 5-ci yeri (Səudiyyə Ərəbistanı, İraq, Küveyt və
Birləşmiş Ərəb Əmirliklərindən sonra) tutur. Liviyanın kəşf edilmiş neft ehtiyatları
41,46 milyard barel təşkil edir(2008-ci ilə olan məlumata görə). Neftlə yanaşı Liviya
zəngin təbii qaz ehtiyatlarına malikdir (1,419 trln. kub.m). Təbii qaz ehtiyatlarına
görə Afrika qitəsində 3-cü yeri tutur. Bundan başqa, Liviya dəmir filizi (3,5 milyard
ton, dəmirin möhkəmliyi 55-70%), kalium duzu, fosfat və gips kimi faydalı
qazıntılarla zəngindir. 16 oktyabr 2007-ci il tarixində Liviyanın paytaxtı Tripoli
şəhərində bu ölkənin Milli Neft Şirkəti ilə İtaliyanın “Eni” neft-qaz şirkəti arasında
kapital qoyuluşu 28 mlrd. ABŞ dollar təşkil edən 20 illik Saziş imzalanmışdır.
Ölkənin əsas iqtisadi göstəriciləri
Dövlət büdcəsi (2009): xərclər – 35,9 mlrd. ABŞ dolları;
,
gəlirlər – 35,08 mlrd. ABŞ
dolları təşkil edir.
ÜDM (PPP-alıcılıq qabiliyyətinin pariteti) – 92,32 milyard ABŞ dolları (2009);
ÜDM (rəsmi məzənnə ilə) – 60,61 milyard ABŞ dolları (2009);
Adambaşına düşən ÜDM (PPP) – 14600 (2009) ABŞ dolları;
ÜDM artımı: 4% (2009);
İnflyasiya dərəcəsi – 2 % (2009), 10,4 % (2008);
İşçi qüvvəsi:1.916 milyon (2008)
ÜDM-nin sektorlar üzrə bölügüsü (2009): Kənd təsərrüfatı: 4,2%; Sənaye: 77,9%;
Xidmət: 17,9%
İşçi qüvvəsinin sektorlar üzrə bölgüsü (2009): Kənd təsərrüfatı: 17%; Sənaye:
23%, Xidmət: 59%
Xarici borclar: $ 6,4 milyard ABŞ dolları (31.12.2009)
Xarici birbaşa investisiyalar (FDI - 31.12.2009): Ölkə daxilində – 13,65 mlrd. ABŞ
dolları; Ölkə xaricində – 6,9 mlrd. ABŞ dolları;
Qızıl-valyuta ehtiyatları: 89,74 mlrd. ABŞ dolları (31.12.2009)
Mübadilə kursu: $1 – 1,21 Liviya dinarı (2008)
Əsas sənaye məhsulları – neft, yeyinti, toxuculuq, əl işləri sənətkarlığı və sement;
Əsas k/t məhsulları – buğda, arpa, zeytun, xurma, sitrus, tərəvəz, araxis, soya;
iribuynuzlu heyvan
4
Ümumi ticarət dövriyyəsi – 60,79 mlrd. ABŞ dolları (2009)
İdxal – 26,82 mlrd. ABŞ dolları (2009)
İxrac – 33,97 mlrd. ABŞ dolları (2009)
Xarici ticarətdə müsbət saldo 7,15 mlrd. ABŞ dolları təşkil etmişdir.
Əsas idxal malları – maşın və nəqliyyat avadanlığı, yarım-fabrikat malları, ərzaq,
istehlak məhsulu;
Ölkənin idxal üzrə tərəfdaşları (2008): İtaliya (22,2%), Almaniya (8,6%), Türkiyə
(6,1%), Tunis (5,8%), Cənubi Koreya (4,7%), Fransa (4,1%), ABŞ (4,1%);
Əsas tərəfdaşlar (>10%): İtaliya (19%), Yaponiya (12%);
Əsas ixrac malları – xam neft, neft məhsulları, təbii qaz, kimyəvi məmulatlar;
Ölkənin ixrac üzrə tərəfdaşları (2008): İtaliya (38%), Almaniya (12%), Fransa
(7,4%), İspaniya (6,9%), ABŞ (6,4%), İsveçrə (4,6%);
Əsas tərəfdaşlar (>10%): İtaliya (38%), Almaniya (12%);
Azərbaycan Respublikası ilə ticarət dövriyyəsinin dinamikası (mln. ABŞ
dolları):
İllər
İdxal
İxrac
Saldo
Ticarət dövriyyəsi
2003
-
1,35
1,35
1,35
2004
-
-
-
-
2005
-
0,4
0,4
0,4
2006
-
0,03
0,03
0,03
2007
0,15
0,06
- 0,09
0,21
2008
2,77
33,9
31,13
36,67
2009
0,07
128,62
128,55
128,69
Mənbə: Dövlət Statistika Komitəsi, Dövlət Gömrük Komitəsi, İqtisadi İnkişaf
nazirliyi
Azərbaycandan Liviyaya əsas ixrac malları: qazoyllar (dizel yanacağı); digər
Azərbaycana Liviyadan əsas idxal malları: plastik kütlələrdən cod borular və
şlanqlar; plastik kütlədən fitinqlər; ilkin formalı digər vinilin polimerləri; digər
2009-cu ildə Liviya Cəmahiriyyəsinin Azərbaycan Respublikasının ümumi xarici
ticarət dövriyyəsindəki payı 0,62 faiz, o cümlədən idxalda 0,001 faiz, ixracda isə 0,88
faiz təşkil etmişdir.
2008-ci illə müqayisədə, 2009-cu ildə Liviya ilə xarici ticarət dövriyyəsi 2,51 dəfə, o
cümlədən ixrac 2,79 dəfə artmış, idxal isə 97,6 faiz azalmışdır.
İxracda artım qazoylların (dizel yanacağının) hesabına olmuşdur. İdxalda azalmanın
əsas səbəbi kimi isə plastik kütlədən fitinqlərin idxalındakı azalmanı göstərmək olar.
3. Xarici siyasət
1999-cu ildən Liviyanın xarici siyasətinin əsas məqsədlərindən başlıcası Afrikanın
inteqrasiyasının problemidir. 2002-ci ildə keçirilən Durban Zirvə Konfransından
sonra ölkə Lideri Muammar Əl-Qəddafi “Afrika Dövlətləri Birliyi” qurmaq
5
məqsədilə bir çox şəxsi təşəbbüs göstərmişdir. Afrikaya yaxınlaşma prosesi ilə
birlikdə, Ərəb Liqasında qalmaq məsələsi çətinləşmişdir.
2007-ci ilin oktyabr ayından başlayaraq, Liviya Cəmahiriyyəsi Afrika ölkələri ilə
əlaqələrini daha da inkişaf etdirmək məqsədilə, bu dövlətlərdə fəaliyyət göstərən
bütün diplomatik nümayəndəliklərinin tərkibini genişləndirmişdir. Bunun üçün
səfərbər olunmuş 440 nəfər diplomatdan, Tanzaniyadakı diplomatik büroya əlavə 16,
Seneqala 17, Mərkəzi Afrika Respublikasına 16, Cənubi Afrika Respublikasına isə 18
yeni diplomatın göndərilməsi nəzərdə tutulmuşdur.
2008-ci ilin əvvəllərindən başlayaraq Liviyaya dövlət başçıları səviyyəsində bir sıra
səfərlər həyata keçirilmişdir. 2008-ci ilin 7-8 aprel tarixlərində Ukrayna Prezidenti
Viktor Yuşenkonun Liviyaya səfəri zamanı iki ölkə arasında müxtəlif sahələrdə
əməkdaşlığa dair sənədlər imzalanmışdır. Eyni zamanda Ukrayna Respublikası ilə
Liviya arasında 2008-2009-cu illər üçün iqtisadi-ticari, elm və səhiyyə, sənaye,
texnologiya və neft qaz sahələri üzrə Əməkdaşlıq barədə proqram imzalanmışdır.
Səfər çərçivəsində həmçinin, tərəflər energetika, enerji ehtiyatları, xüsusilə də nüvə
sahəsində əməkdaşlığın genişləndirilməsi, neft-qaz sahəsində, ilk növbədə neft-qaz
yataqlarının birgə kəşfi, emalı ixracı sahələrində əməkdaşlıq imkanları ətrafında
müzakirələr aparılmışdır.
2008-ci ilin 16-17 aprel tarixlərində Rusiya Prezidenti Vladimir Putinin Liviyaya
səfəri Rusiya-Liviya əlaqələri tarixində Rusiya dövlət başçısının Tripoliyə ilk səfəri
olmuşdur. V.Putinin Liviyaya səfərinin əsas məqsədi SSRİ vaxtından qalmış
Liviyanın Rusiyaya olan 4,6 milyard ABŞ dolları məbləğində borclarının ödənilməsi
probleminin tənzimlənməsi olmuşdur. Liviya-Rusiya danışıqları bir sıra sənədlərin –
“İki ölkə arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsi
haqqında Siaysi Bəyannamə, iki ölkə arasında çoxsahəli əməkdaşlığın inkişaf
etdirilməsi haqqında Niyyət Bəyannaməsi, İnvestisiyaların qarşılıqlı cəlb edilməsi və
onların qorunması” haqqında hökumətlərarası Sazişlərin, eyni zamanda “Sirt-Benqazi
dəmir yol xəttinin tikilməsi haqqında müqavilə” (layihənin smeta dəyəri 2,2 mlrd.
avro həcmindədir), “Qazprom ilə Liviyanın Milli neft-qaz şirkəti arasında əməkdaşlıq
haqqında Memorandum”un imzalanması ilə nəticələnmişdir.
2008-ci ilin avqust ayında Liviyanın Baş Naziri Əl-Bağdadi Əl-Mahmudi yerli və
xarici jurnalistlərin iştirakı ilə keçirdiyi mətbuat konfransında, 2003-cü ildə kütləvi
qırğın silahının istehsalı proqramının həyata keçirilməsini dayandıran Liviyanın
yenidən “Nüvə Proqramı” barədə son zamanlarda gəzən şayələrə dair açıqlama
vermişdir. Baş nazir Liviyanın yenidən “Nüvə Proqramı”na qayıdışı barədə səslənən
məlumatları şayiə və cəfəngiyat adlandırmış və qeyd etmişdir ki, “Sadəcə olaraq
Liviya son dövrlərdə dünyada baş verən enerji böhranını və bunun nəticəsində
yaranan iqtisadi –sosial və digər məsələləri nəzərə alaraq, dünyanın bir sıra dövlətləri,
o cümlədən Rusiya ilə sülhməqsədli Atom enerjisi sahəsində əməkdaşlığın inkişafı
imkanlarını araşdırır”. O, qeyd etmişdir ki, artıq bir neçə ay ərzində iki ölkə arasında
bu sahədə əməkdaşlıq işlərinin formatı və onun inkişaf etdirilməsi barədə razılıq əldə
edilmişdir. Hazırda mütəxəssislər tərəfindən Liviya ərazisində elektrik enerjisi
istehsal edən, bununla yanaşı dəniz suyunu duzsuzlaşdıran Atom Elektrik
stansiyasının tikilməsi və onun nüvə yanacağı ilə təmin olunması layihəsi üzərində iş
aparılır.
6
Liviyanın Rusiya ilə digər sahələrdə də əməkdaşlıq etdiyi bildirilmişdir. 2008-ci ildə
sentyabr inqilabının qeyd edilməsinin 39-cu ildönümü ərəfəsində Rusiya Liviyada
Sirt-Benqazi dəmir yol xəttinin tikilişinə başlaması haqqında məlumat verilmişdir.
Eyni zamanda Rusiya ilə Liviya arasında hərbi texniki sahələrdə də əlaqələrin inkişaf
etdiyi barədə məlumatlar yayılmışdır. Rusiyanın sabiq Prezidenti V.Putunun Liviyaya
səfəri çərçivəsində iki dövlətin liderləri arasında keçirilən danışıqlar zamanı hərbi
texniki sahədə əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunmuş və
Liviyaya Rusiya silahının yeni partiyasının göndərilməsi barədə razılıq əldə
edilmişdir. Əldə edilmiş razılığa görə Liviyaya 30 ədəd MİQ-29CMT və SU-30 MK
tipli qırıcı təyyarələrin, 6 ədəd YAK-130 tipli hərbi-təlim təyyarələrinin, 30 ədəd Mİ-
17, Mi-35, və KA-52 tipli helikopterlərin, həmçinin 5 ədəd T-90C tankın, 1 ədəd
böyük həcmli müasir sualtı qayığın, C-300PMY2 “Favorit”, “Top-Mİ”, “”Buk-M1-2”
tipli zenit qurğularının və “Qrad” raket sisteminin göndərilməsi nəzərdə tutulmuşdur.
2008-ci ilin avqust ayının 30-da İtaliyanın Baş Naziri Silvio Berluskoni Liviyada
səfərdə olmuşdur. Səfər zamanı aparılan danışıqların məntiqi davamı olaraq iki ölkə
arasında siyasi-iqtisadi-ticari, elmi-mədəni-səhiyyə və digər sahələri əhatə edən
“Dostluq və əməkdaşlığa dair Saziş” imzalanmışdır. Sazişin bəndlərinə uyğun olaraq,
yaxın 25 il ərzində İtaliya öz keçmiş müstəmləkəsi olan Liviyaya yetridiyi zərərə
görə investisiya şəklində 5 mlrd. ABŞ dolları məbləğində pul ödəyəcəkdir. Hər il
ayrılan 200 milyon ABŞ dolları Liviyanın infrastrukturun inkişaf etdirilməsi
layihələrinin həyata keçirilməsinə sərf ediləcəkdir.
Qeyd etmək lazımdır ki, Liviya İtaliyanın iqtisadi-ticari və enerji sahəsində ən
mühüm şərikidir və bu sahədə əsas rol İtaliyanın nəhəng “ENİ” neft-qaz şirkətinə
məxsusdur. Liviyadan Apenin yarımadasına ixrac olunan neftin 25%-ni, qazın isə
33% -ni İtaliya idxal edir.
2008-ci ilin sentyabr ayının 6-da ABŞ-nın Dövət katibi Kondaliza Raysın Liviyaya
səfəri zamanı M.Qaddafi ilə keçirilən görüşdə ikitərəfli, regional, beynəlxalq və hər
iki tərəf üçün maraq kəsb edən məsələlər müzakirə mövzusu olmuşdur. ABŞ Dövlət
Katibinin Liviyaya səfəri Liviya ABŞ əlaqələrinin inkişaf etdirilməsində yeni səhifə
açmışdır və bu tarixi səfər ölkələr arasında bütün sahələrdə qarşılıqlı fayda verəcək
əməkdaşlığın inkişafın yeni təkan verəcək mərhələsinin başlanğıcı olacaqdır.
Danışıqlar zamanı tərəflər hər iki ölkədə diplomatik missiyaların Səfirlər
səviyyəsində fəaliyyət göstərməsi barədə razılıq əldə edilmişdir.
1953-cü ildə ABŞ-nın sabiq Dövlət katibi Con Foster Dalles Liviyaya səfər etmişdir.
Bundan sonra Liviyaya ABŞ-dan yüksək səviyyədə heç bir səfər həyata
keçirilməmişdir.
1969-cu ildə Liviyada inqilabi yolla hakimiyyətə gələn Muammar Qaddafinin neft
sənayesini milliləşdirmək, daha sonra ABŞ hərbi bazalarının ölkə ölkə ərazisindən
çıxarılması barədə qəbul etdiyi qərardan sonra Liviya-ABŞ münasibətlərində
gərginlik yaranmağa başlamışdır. 1980-ci illərin əvvəllərində ABŞ-nı o dövrdəki
Prezidenti R.Reyqan Liviyanı Fələstinlilərə etdiyi yardıma və İsrailə qarşı tutduğu
sərt mövqeyə, bununla yanaşı İran-İraq müharibəsində İrana göstərdiyi yardıma görə,
həmçinin beynəlxalq terrorizmi dəstəkləməkdə günahlandırılaraq kəskin tənqid
edilmişdir.
7
ABŞ-Liviya münasibətlərindəki gərginlik 1986-cı ildə özünün ən kulminasiya
nöqtəsinə çatmışdır. Belə ki, 1986-cı ilin aprel ayında ABŞ-nın hərbi təyyarələri və
gəmiləri havadan və dənizdən Tripoli və Benqazi şəhərlərini bombardman etmişdir.
Çoxsaylı insan tələfatına və dağıntılara səbəb olmuş bombardman nəticəsində Lider
və onun həyat yoldaşı yaralanmış, övladlığa götürdüyü qız həlak olmuşdur.
1988-ci ildə ABŞ-nın “Pan American” Hava Yollarına aid Boinq təyyarəsinin
Şotlandiyanın Lokerbi
qəsəbəsi üzərində
qəzaya uğraması Liviyanı dünya
ictimaiyyəti tərəfindən daha da təcrid etmişdir. 270 sərnişinin həyatına son qoymuş
bu terror aktında təqsirli bilinən iki liviyalının ABŞ və İngiltərəyə təslim edilməsi
tələbinin Liviya hökuməti tərəfindən yerinə yetirilməməsi ABŞ və İngiltərənin birgə
səyləri ilə BMT tərəfindən bu ölkəyə qarşı beynəlxalq embarqo tətbiq olunması ilə
nəticələnmişdir. Uzun illər blokada şəraitində yaşayan Liviya yalnız 2002-ci ildə
Lokerbi üzərində qəzaya uğramış təyyarənin sərnişinlərinin ailələrinə 2,7 milyard
məbləğində kompensasiya ödəməyə hazır olduğunu bildirmiş, bir il sonra isə Tripoli
ölə ərazisində terror düşərgələrinin ləğv edilməsi və kütləvi qırğın silahlarının
hazırlanması və istehsalı proqramının dayandırılmasını elan etmişdir. 12 sentyabr
2003-cü il tarixində isə BMT Təhlükəsizlik Şurası Liviyaya tətbiq olunan
sanksiyaların ləğv olunduğunu bəyan etmişdir.
2006-cı ildə Liviya ilə ABŞ arasında diplomatik əlaqələr bərpa olunmuş və bu
dövrdən başlayaraq, ABŞ-nın nəhəng neft-qaz, tikinti, ağır və yüngül sənaye
müəssisələri, yeyinti və sərinləşdirici içkilər şirkətləri Liviya bazarına daxil olur.
2003-cü ildə Liviya ilə ABŞ arasında sıfır dərəcəsində olan ticarət mübadiləsi kəskin
surətdə inkişaf edərək, 2007-ci ildə 3,9 milyard ABŞ dolları təşkil etmişdir.
Artıq ABŞ-nın bir sıra nəhəng neft-qaz şirkətləri Liviyanın səhra və dəniz şelfində
geoloji kəşfiyyat və neftin ixracı üzrə tenderin qalibi olmuşdur.
4. İkitərəfli münasibətlər
Azərbaycan-Liviya əlaqələri dövlətimizin 1991-ci ildə öz müstəqilliyini əldə etməsi
ilə yeni bir mərhələyə qədəm qoymuşdur. Böyük Liviya Ərəb Xalq Sosialist
Cəmahiriyyəsi 30 dekabr 1991-ci il tarixində
Azərbaycan Respublikasının
müstəqilliyini tanımışdır. Azərbaycanla Liviya arasında diplomatik əlaqələr 16 mart
1992-ci il tarixində yaradılmışdır.
Liviyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə
əlaqədar
beynəlxalq və regional təşkilatlarda Azərbaycanın mövqeyini daim dəstəkləməsi,
Lokerbi məsələsi ilə əlaqədar Liviya üzərinə qoyulmuş sanksiyaların dayandırılması
və tədricən aradan qaldırılması istiqamətində beynəlxalq təşkilatlar çərçivəsində
göstərilən səylərin Azərbaycan tərəfindən dəstəklənməsi iki ölkə arasında mövcud
olan dost münasibətlərin təzahürü kimi qiymətləndirilə bilər.
Hər iki dövlətin birgə
səylərinin nəticəsi olaraq ikitərəfli
əməkdaşlığın
genişləndirilməsi istiqamətində ciddi addımlar atılmışdır.
BMT Baş Assambleyasında 2004-cü il və 14 mart 2008-ci il tarixində “Azərbaycanın
işğal edilmiş ərazilərində vəziyyət”lə bağlı qətnamənin qəbul olunmasına dair
keçirilmiş səsvermələr zamanı Liviya tərəfi Azərbaycanın mövqeyini dəstəkləmiş,
8
Baş Assambleyanın gündəliyinə “GUAM ölkələrində münaqişələr”lə bağlı 42-ci
bəndin salınması məsələsi ilə əlaqədar 2006-cı ildə keçirilmiş səsvermələr zamanı isə
bitərəf mövqe tutmuşdur.
Azərbaycanla Liviya arasında dövlət və hökumət başçıları, Xarici İşlər Nazirləri
səviyyəsində mütəmadi olaraq məktub mübadilələri aparılır.
Rəsmi əlaqələrin ardıcıllığı
1992-ci ilin mart ayında Liviyanın Maliyyə Naziri Məhəmməd Əl-Buxarinin
başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir. Səfər zamanı iki ölkə
arasında
diplomatik
əlaqələrin
yaradılması
haqqında
Protokol,
Müştərək
Komissiyanın təşkil olunması haqqında Saziş, iqtisadi, elmi, texniki və mədəni
əməkdaşlıq haqqında Saziş, ticarət Müqaviləsi, mədəni əməkdaşlıq sahəsində Saziş,
hava xəttinin açılması haqqında Protokol paraflanmışdır (göstərilən sənədlər Liviya
tərəfindən 27 noyabr 1992-ci il tarixində təsdiq olunmuşdur).
Liviyanın Bakıda Səfirliyinin (Xalq Bürosu) açılması Azərbaycanla münasibətlərin
Liviyanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu göstərdi. 1995-ci
ilin aprel ayında Bakıda Liviya Səfirliyinin təsis edilməsi məqsədilə Liviyadan
Azərbaycana nümayəndə heyəti gəlmiş və həmin tarixdən etibarən Liviyanın Bakıda
Səfirliyi fəaliyyət göstərir.
1996-cı ildə Liviyanın Təhsil Nazirinin müavini Məhəmməd Əl-Əsvadın başçılıq
etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir. Səfər zamanı iki ölkə arasında
tələbə mübadiləsi və Azərbaycan mütəxəssislərinin çalışmaq məqsədilə Liviyaya
göndərilməsi haqqında saziş imzalanmışdır.
1996-cı ilin mart ayında Liviyanın Beynəlxalq İslam Xalq Rəhbərliyi Təşkilatı və
Qafqaz Müsəlmanları İdarəsinin birgə təşəbbüsü ilə Bakıda müsəlman dövlətlərinin
İslam məsələləri ilə bağlı konfransı keçirilmişdir.
1996-cı ilin payızında Liviyanın Beynəlxalq İslama Çağırış Cəmiyyəti Azərbaycanın
İslam Tədqiqatları Mərkəzi ilə birgə Bakıda "İslamda insan hüquqları və azadlıq"
mövzusunda elmi simpozium keçirmişdir.
1997-ci ilin əvvəllərində Liviya tərəfinin dəvəti ilə Azərbaycan Təhsil Naziri
müavininin başçılığı ilə nümayəndə heyəti Liviyada səfərdə olmuşdur.
1997-ci ilin dekabr ayında Liviyanın Beynəlxalq İslama Çağırış Cəmiyyətinin
köməkliyi ilə Azərbaycandakı məcburi köçkünlərə ərzaq, tibbi ləvazimat və s. ibarət
humanitar yardım göstərilmişdir.
2000-ci ilin 06-10 may tarixlərində Azərbaycan-Liviya əlaqələrinin inkişaf
etdirilməsi və iki ölkə XİN-ləri arasında məsləhətləşmələrin aparılması məqsədilə
Azərbaycan XİN-in nümayəndə heyəti Liviyada səfərdə olmuşdur. Səfər Liviyanın
siyasi dairələri, kütləvi informasiya vasitələri və ictimaiyyəti tərəfindən yüksək
qiymətləndirilmiş, ölkəmiz haqqında müsbət rəyin formalaşmasına səbəb olmuşdur.
2000-ci ilin 16-20 noyabr tarixlərində XİN-lərarası məsləhətləşmələrin davam
etdirilməsi məqsədilə Liviya Xarici Əlaqələr və Beynəlxalq Əməkdaşlıq üzrə
Ümumxalq Komitəsinin siyasi işlər üzrə köməkçi katibi (Xarici İşlər Nazirinin birinci
müavini) Səad Mustafa Mucbirin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda
işgüzar səfərdə olmuşdur. Səfər zamanı S.N.Mucbir Azərbaycanın mərhum
9
Prezidenti, ümummilli liderimiz Heydər Əliyev tərəfindən qəbul edilmiş, nümayəndə
heyətinin Milli Məclisin Sədri M.Ələsgərov, Baş Nazir A.Rasi-zadə, Xarici İşlər
Naziri V.Quliyev, İqtisadiyyat Naziri N.Nəsrullayev, Təhsil Naziri M.Mərdanov,
Xarici İşlər Nazirinin müavini X.Xələfov, Dövlət Neft Şirkəti Prezidentinin müavini
X.Yusifzadə və Qafqaz Müsəlmanları İdarəsinin Sədri Şeyxülislam A.Paşazadə ilə
görüşləri keçirilmişdir. Görüşlər zamanı müxtəlif sahələrdə Azərbaycan-Liviya
əməkdaşlığı məsələləri müzakirə olunmuşdur.
Azərbaycan Prezidentinin 27 sentyabr 2003-cü il tarixli, 1342 saylı Sərəncamı ilə
Azərbaycan Respublikası ilə Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi
arasında Müştərək Komissiya təsis olunmuşdur. Liviya tərəfindən bir neçə dəfə
Müştərək Komissiyaya həmsədr təyin olunmuş və 2000-ci ilin yanvar ayından bu
səlahiyyətlər Liviya Xarici Əlaqələr və Beynəlxalq Əməkdaşlıq üzrə Ümumxalq
Komitəsinin mədəniyyət, informasiya və əməkdaşlıq üzrə köməkçi katibi (Xarici
İşlər Nazirinin müavini) Həssuna Əl-Şəvuşa, daha sonra Liviya Xarici Əlaqələr və
Beynəlxalq Əməkdaşlıq üzrə Ümumxalq Komitəsinin Asiya və Avstraliya üzrə katibi
Məhəmməd Əl Barraniyə həvalə edilmişdir. Hal-hazırda Komissiyanın Azərbaycan
tərəfindən həmsədri Xarici İşlər Nazirinin müavini X.Xələfov təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2005-ci il tarixli, 862 saylı
Sərəncamı ilə Azərbaycanın Misir Ərəb Respublikasında Fövqəladə və Səlahiyyətli
Səfiri F.Bağırov iqamətgahı Qahirə şəhərində olmaqla, eyni zamanda Azərbaycanın
Liviyada Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir.
2006-cı ilin 13 dekabr tarixində Azərbaycan Respublikasının Misir Ərəb
Respublikasında və eyni zamanda AR-in Liviyadakı Fövqəladə və Səlahiyyətli Səfiri
F.Bağırov
Tripolidə
Etimadnamə
Vərəqələrini
Liviya
Cəmahiriyyəsinin
Parlamentinin Sədri Məhəmməd Zinatiyə təqdim etmişdir.
2006-cı ildə Azərbaycanın Misir Ərəb Respublikasındakı Səfirliyinin Tripolidə
nümayəndəliyi fəaliyyətə başlamışdır.
2006-cı ilin 25-27 dekabr tarixlərində Azərbaycan Respublikası Xarici İşlər
Nazirinin mavini X.Xələfovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Böyük Liviya Ərəb Xalq
Sosialist Cəmahiriyyəsinin Lideri Müəmmər Əl-Qəzzafiyə ünvanlanmış məktubun
ünvan sahibinə çatdırılması və iki ölkə arasında siyasi məsləhətləşmələrin aparılması
məqsədilə Liviyada səfərdə olmuşdur.
2007-ci ilin 28 fevral tarixində Böyük Liviya Ərəb Sosialist Cəmahiriyyəsinin
Xarici İşlər Naziri Ə.Şəlqam tərəfindən Azərbaycan Respublikasının Xİ Naziri cənab
E.Məmmədyarova məktub ünvanlanaraq, 1995-ci ildən Bakıda fəaliyyət göstərən
Liviya Xalq Bürosunun ölkənin xarici siyasət idarəsində aparılan struktur dəyişikliyi
və maliyyə çətinlikləri ilə əlaqədar bağlanması haqqında qərarın qəbul edildiyi qeyd
olunmuşdur.
2007-ci ilin 28 mart – 1 aprel tarixlərində Məhəmməd Peyğəmbərin mövludu günü
münasibəti ilə Liviya Cəmahiriyyəsinin, Niger Respublikasının və “Beynəlxalq
İslama Çağırış Cəmiyyəti”nin birgə təşəbbüsü ilə Liviyanın paytaxtı Tripoli şəhərində
keçirilmiş elmi-praktiki konfrans və Niger dövlətinin Ağadis şəhərində cümə namazı
və rəsmi dini tədbirdə iştirak etmək məqsədilə Təşkilat Komitəsinin rəhbərliyinin
dəvəti ilə Qafqaz Müsəlmanları İdarəsinin Sədri Şeyxülislam Allahşükür Paşazadənin
10
rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti (nümayəndə heyətinə şərqşünas-alim
professor V.Məmmədəliyev daxil idi) Böyük Liviya Ərəb Sosialist Cəmahiriyyəsində
və Niger Respublikasının Ağadis şəhərində səfərdə olmuşdur. Ağadis şəhərində
Şeyxülislam Allahşükür Paşazadə Liviya İnqilabının Lideri Muammar Qaddafi və
Sudan Respublikasının Prezidenti Ömər Həsən Əl-Bəşir, Niger Respublikasının
Prezidenti Məhəmməd Tanca, həmçinin, “Beynəlxalq İslama Çağırış Cəmiyyəti”nin
Sədri d-r Əhməd Məhəmməd Şərif ilə görüşlər keçirmişdir.
2007-ci il 20 avqust tarixində Mustafa Əl-Ğənnayi Saleh Liviyanın Bakıdakı
səfirliyinə (Xalq bürosuna) yeni müvəqqəti işlər vəkili təyin olunmuşdur.
2007-ci ilin 11-13 noyabr tarixlərində Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsinin
Xarici İşlər nazirinin müavini, Liviya-Azərbaycan hökumətlərarası iqtisadi
komissiyasının sədri Məhəmməd Əl-Barraninin başçılıq etdiyi nümayəndə heyəti
Azərbaycan Respublikasına səfər etmişdir. Nümayəndə heyətinin tərkibinə Liviya
XİN-in Asiya ölkələri İdarəsinin rəis müavini Əl-Həbib Əl-Dib və Xİ nazirinin
müavininin katibi Əl Mabruk Əl Cabiri daxil olmuşdur. Nümayəndə heyəti
Azərbaycana səfəri zamanı Azərbaycan Respublikasının Baş nazirinin birinci
müavini A.Şərifov, Xarici İşlər naziri E.Məmmədyarov, Xarici İşlər nazirinin
müavini X.Xələfov, İqtisadi İnkişaf nazirinin müavini Mikayıl Cabbarov, Mədəniyyət
və Turizm nazirinin müavini S.Məmmədəliyeva, Təhsil naziri M.Mərdanov, Səhiyyə
nazirinin müavini E.Ağayev və Dövlət Neft Şirkətinin Prezidenti R.Abdullayevlə
görüşlər keçirərək, ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat,
təhsil, səhiyyə, mədəniyyət, sənaye, kənd təsərrüfatı sahələrində əməkdaşlıq
istiqamətləri və perspektivlərini müzakirə etmişlər.
2008-ci ilin 14-16 yanvar tarixlərində Liviya Cəmahiriyyəsinin paytaxtında
keçirilmiş “Demokratiya – ümumdünya səviyyəsində” adlı XVI Beynəlxalq
Konfransda AMEA Şərqşünaslıq İnstitutunun şöbə müdiri Vilayət Cəfərovun
başçılığı ilə institutun bir qrup nümayəndəsi iştirak etmişdir.
2008-ci ilin 20-21 fevral tarixlərində Azərbaycan Respublikası Xarici İşlər Naziri
Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə
heyəti Liviya
Ərəb
Cəmahiriyyəsinə səfər etmişdir.
2008-ci il 14 mart tarixində BMT-nin BA-nın 62-ci sessiyasında “Azərbaycanın
işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamənin qəbul olunmasına dair keçirilən
səsvermədə Liviya ölkəmizin mövqeyini dəstəkləmişdir.
2008-ci ilin 27 may tarixində Şamaxıda keçirilmiş “Azərbaycan Beynəlxalq Biznes
Konfransı”nda iştirak etmək üçün Liviya nümayəndə heyəti Azərbaycana səfər
etmişdir.
2008-ci ilin 25-27 noyabr tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası ilə
Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi arasında Azərbaycan-Liviya
Müştərək Komissiyasının ilk iclası keçirilmişdir. Liviya nümayəndə heyətinin
rəhbəri,
Müştərək
Komissiyanın
Liviya
tərəfindən
həmsədri,
Liviya
Cəmahiriyyəsinin Xarici Əlaqələr və Beynəlxalq Əməkdaşlıq üzrə Ümumxalq
Komitəsi Katibinin Asiya məsələləri üzrə müavini M.Ö.Əl-Bərrani səfər çərçivəsində
AR Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayev, ARDNŞ-in Prezidenti
cənab Rövnəq Abdullayev, AR İqtisadi İnkişaf Naziri cənab Şahin Mustafayevlə
ikitərəfli görüşlər keçirmişdir. Görüşlərdə turizm, neft və qaz, iqtisadiyyat
11
sahələrində iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə müzakirələr
aparılmışdır.
Noyabr ayının 26-da Azərbaycan-Liviya Müştərək Komissiyasının hər iki tərəfinin
üzvlərinin iştirakı ilə geniş tərkibdə ilk iclası keçirilmişdir. Müştərək Komissiyanın
Azərbaycan tərəfindən həmsədri AR Xarici İşlər Nazirinin müavini X.Xələfov
iclasda çıxış etmişdir. Geniş müzakirələrdən sonra Azərbaycan Respublikası ilə
Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi arasında Azərbaycan-Liviya
Müştərək Komissiyasının ilk iclasının Protokolu imzalanmışdır.
2009-cu ilin 8-11 aprel tarixlərində
ARDNŞ-in birinci vitse-prezidenti
X.Yusifzadənin başçılığı ilə ARDNŞ nümayəndə heyəti Liviya tərəfinin dəvəti ilə
həmin ölkədə səfərdə olmuşdur. Səfər çərçivəsində Liviya Milli Neft Müəssisəsində
keçirilmiş görüşlərdə iki ölkə arasında neft və qaz sahəsində əməkdaşlıq məsələləri
müzakirə edilmişdir. Azərbaycan-Liviya Müştərək Komissiyasının Liviyalı həmsədri,
Liviya Cəmahiriyyəsinin Xarici Əlaqələr və Beynəlxalq Əməkdaşlıq üzrə Ümumxalq
Komitəsi Katibinin Asiya məsələləri üzrə müavini M.Ö.Əl-Bərrani AR nümayəndə
heyətini qəbul etmişdir.
2009-cu ilin 21-22 aprel tarixlərində İslam Konfransı Təşkilatının (İKT) üzvü olan
ölkələrin hüquq mühafizə orqanlarının rəhbərlərinin Bakıda keçirilən ikigünlük ilk
konfransında Liviyanın Ədliyyə İşləri üzrə Ümumxalq Komitəsinin katibi Mustafa
Məhəmməd Abdulcəlilin başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir.
Mustafa Məhəmməd Abdulcəlil İKT-nın üzvü olan dövlətlərin hüquq mühafizə
orqanları rəhbərləri ilə birlikdə Prezident İlham Əliyev tərəfindən qəbul edilmişdir.
Konfrans Bakı bəyannaməsinin qəbulu ilə başa çatmışdır.
2009-cu ilin 30 sentyabr tarixində AR Milli Məclisi Azərbaycan Respublikasının
Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsində (Tripoli şəhərində) səfirliyinin
təsis edilməsi haqqında qanun(N 862-IIIQ) qəbul etmişdir.
2009-cu ilin 13-15 oktyabr tarixlərində İKT üzv dövlətlərin mədəniyyət
nazirlərinin Bakı şəhərində keçirilmiş VI konfransında iştirak etmək məqsədilə
Liviya Cəmahiriyyəsinin Mədəniyyət və İnformasiya üzrə Ümumxalq Komitəsinin
Katibi cənab Nuri Dhaf Əl-Humaydinin rəhbərlik etdiyi nümayəndə heyəti
Azərbaycanda səfərdə olmuşdur. Tədbir çərçivəsində Nuri Dhaf Əl-Humaydi İKT
üzv dövlətlərin nümayəndə heyətlərinin başçıları ilə birlikdə Prezident İlham Əliyev
tərəfindən qəbul edilmişdir.
2010-cu ilin 07-09 mart tarixlərində Tripoli şəhərində Azərbaycan Respublikası
Hökuməti ilə Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi Hökuməti arasında
Müştərək Komissiyanın ikinci iclası keçirilmişdir.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, Müştərək Komissiyanın Azərbaycan
tərəfindən həmsədri X.Xələfov Liviyanın Ümumxalq Komitəsinin Katibi Əl-Bağdadi
Əli əl-Mahmudi ilə görüşmüşdür. Komissiyanın iclası çərçivəsində Azərbaycan-
Liviya biznes forumu keçirilmişdir.
2010-cu ilin 22-23 aprel tarixlərində Liviyanın “Oilinvest (Tamoil)” şirkətlər
qrupunun baş direktoru İsam S.Zanatinin başçılıq etdiyi nümayəndə heyəti
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə ölkəmizdə və onun xaricində neft
və
qaz sahəsində
əməkdaşlıq perspektivlərini müzakirə
etmək məqsədilə
Azərbaycana səfər etmişdir.
12
2010-cu ilin 05 may tarixində Ağasəlim Səmədağa oğlu Şükürov Azərbaycan
Respublikasının Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsində fövqəladlə və
səlahiyyətli səfiri vəzifəsinə təyin edilmişdir.
5. Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası və Liviya Respublikası arasında imzalanmış sənədlər
1. Azərbaycan Respublikası ilə Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi
arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol (16 mart 1992-ci il,
Bakı şəhəri),
2. Azərbaycan Respublikası ilə Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi
arasında Müştərək Komissiyanın təşkil olunması haqqında Saziş (16 mart 1992-ci il,
Bakı şəhəri),
3. Azərbaycan Respublikası ilə Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi
arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq haqqında Saziş (16 mart 1992-
ci il, Bakı şəhəri),
4. Azərbaycan Respublikası və Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi
Hökumətləri arasında Ticarət Müqaviləsi (16 mart 1992-ci il, Bakı şəhəri),
5. Azərbaycan Respublikası ilə Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi
arasında Mədəni əməkdaşlıq sahəsində Saziş (16 mart 1992-ci il, Bakı şəhəri),
6. Azərbaycan Respublikası ilə Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi
arasında hava xəttinin açılması haqqında Protokol (16 mart 1992-ci il, Bakı şəhəri),
7. “Azərbaycan Respublikası ilə Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi
arasında Azərbaycan-Liviya Müştərək Komissiyasının ilk iclasının Protokolu” (26
noyabr 2008-ci il);
8. “Azərbaycan Respublikası ilə Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi
arasında Azərbaycan-Liviya Müştərək Komissiyasının ikinci iclasının Protokolu” (08
mart 2010-cu il);
9. “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Böyük Liviya Ərəb Xalq
Sosialist Cəmahiriyyəsinin Xarici Əlaqələr və Baynəlxalq Əməkdaşlıq məsələləri
üzrə Ümumxalq Komitəsi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma
Memorandumu” (08 mart 2010-cu il);
13
10. “Azərbaycan Respublikası Hökuməti və Böyük Liviya Ərəb Xalq Sosialist
Cəmahiriyyəsi arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslərin
viza tələbindən azad olunması haqqında Saziş” (08 mart 2010-cu il);
Azərbaycan-Liviya parlamentlərarası əlaqələr üzrə işçi qrupu
Gövhər Baxşəli qızı Baxşəliyeva - qrupun rəhbəri
Jalə Fazil qızı Əliyeva
Məlahət İbrahim qızı İbrahimgızı
Məjlum Şükür oğlu Şükürov
6. Tərcümeyi-hallar
Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsinin Lideri Muammar Əbu
Minyar Əl-Qəddafi
Anadan olduğu tarix: iyun 1942
Anadan olduğu yer: Liviya Cəmahiriyyəsi, Sirt şəhəri
1956-61 – Sebha orta məktəbi (Fəzzan)
1963 – Liviya Universitetinin məzunu
1965 – Liviya Hərbi Akademiyasının məzunu
1 sentyabr 1969-cu il – Liviyanın Kralı I İdrisinin devrilməsini həyata keçirir
1969-77 – İnqilab Komandanlığı Şurasının Prezidenti
1977-79 – Baş Xalq Konqresinin Prezidenti
1979 – Rəsmi dövlət başçısı titulundan imtina edərək, Liviya
İnqilabının Lideri kimi tanınır və “qardaş rəhbər” müraciətini qəbul etmişdir
Xarici
Əlaqələr və
Beynəlxalq
Əməkdaşlıq məsələləri üzrə
Ümumxalq
Komitəsinin Katibi (Xarici İşlər Naziri) Musa Məhəmməd Kussa
1949-cu ildə anadan olmuşdur.
1980-cı ilədək Liviyanın Avropadakı səfirliklərində çalışmışdır.
1980-cı ildə Liviyanın Böyük Britaniyadakı səfiri vəzifəsinə təyin edilmişdir. Lakin
həmin il ölkədən qovulmuşdur.
1992-1994-cü illərdə Liviya xarici işlər nazirinin müavini vəzifəsində çalışmışdır.
1994-2009-cu illərdə Liviya Kəşfiyyat Agentliyinin rəhbəri vəzifəsində çalışmışdır.
2009-cu ilin 4 mart tarixində Liviyanın xarici işlər naziri vəzifəsinə təyin edilmişdir.
Dostları ilə paylaş: |