1.
Ümumi müddəalar.
1.1.
Məktəbdaxili qiymətləndirmə diaqnostik (ilkin səviyyənin qiymətləndirilməsi), formativ
(fəaliyyətin
qiymətləndirilməsi),
summativ
(kiçik,
böyük
və
yekun)
qiymətləndirmələrdən ibarətdir.
1.2.
Diaqnostik qiymətləndirmə şagirdin bilik və bacarıqlarının
ilkin səviyyəsini
müəyyənləşdirməklə müəllim üçün şagirdlərin potensial imkanlarını nəzərə alan təlim
strategiyalarının seçilməsinə xidmət edir.
1.3.
Formativ qiymətləndirmə şagirdin məzmun standartlarından irəli gələn bilik və
bacarıqlara nail olması üçün onun fəaliyyətini izləmək məqsədilə aparılır.
1.4.
Summativ qiymətləndirmə təlim prosesində müəyyən mərhələlərə (tədris
vahidinin,
yarımilin sonunda) yekun vurmaqla, müvafiq məzmun standartlarına
uyğun
qiymətləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdin nailiyyətini
qiymətləndirmək məqsədilə aparılır.
1.5.
Diaqnostik, formativ və summativ qiymətləndirmələr
sistemli şəkildə yeni fənn
kurikulumları tətbiq olunan siniflərdə həyata keçirilir.
3. Formativ qiymətləndirmə
3.1.
Formativ qiymətləndirmənin məqsədi təhsilalanın təlim prosesində məzmun
standartlarından irəli gələn bilik və bacarıqların mənimsənilməsinə
yönəlmiş fəaliyyətini
izləməkdən, bu zaman qarşıya çıxan problemləri müəyyən etməkdən və onları aradan
qaldırmaqdan ibarətdir.
3.2.
Formativ qiymətləndirmə rəsmi qiymətləndirmə deyil.
3.3.
Formativ qiymətləndirmə fənnin məzmun standartları üzrə təlim məqsədləri əsasında
müəyyənləşdirilmiş qiymətləndirmə meyarlarına görə aparılır.
3.4.
Müəllim qiymətləndirmə meyarlarına uyğun dörd səviyyəli rubriklər (I-IV səviyyə)
hazırlayır. Zəruri hallarda rubriklər 3 və ya 5 səviyyədə tərtib oluna bilər.
3.5.
Müəllim təhsilalanın fəaliyyətinin nəticəsini "Müəllimin formativ qiymətləndirmə
dəftəri"ndə
rubrikə uyğun olaraq rum
rəqəmləri (I, II, III və IV) ilə, "Məktəbli kitabçası"-nda isə sözlərlə yazır.
3.6."
Müəllimin formativ qiymətləndirmə
dəftəri"ndə
rubriklərin
məzmunu
və şagirdin formativ qiymətləndirilməsinə dair
məlumatlar sərbəst formada aparılır.
3.7.
Müəllim
yarımillərin sonunda "Müəllimin formativ qiymətləndirmə
dəftəri"
əsasında şagirdin yarımil ərzində fəaliyyətinin qısa təsvirini hazırlayır və portfolioda saxlayır.