1. V. Vilsonun “14 maddəlik” sülh proqranınin mahiyyti


ABŞ Ceyms Karterin prezidentliyi dövründə (1976-1980-ci illər)



Yüklə 198,71 Kb.
səhifə49/58
tarix25.06.2022
ölçüsü198,71 Kb.
#62296
1   ...   45   46   47   48   49   50   51   52   ...   58
Müasir cavablar [1 - 60]..

52. ABŞ Ceyms Karterin prezidentliyi dövründə (1976-1980-ci illər). 70-ci illərdə respublikaçıların siyasətindəki spirallıq demokratlara yenidən imkan verdi ki, prezident seçkilərində qələbə qazansın. 1976-cı ilin noyabrında keçirilən prezident seçkilərində demokratlar partiyasından olan, siyasi cəhətdən tamamilə hazırlıqsız Ceyms Karter prezident seçildi. Əslində onun prezident seçilməsi təsadüfi bir hal idi. C.Karterin bu vəzifəyə seçilməsində ABŞ-ın Cənub-Şərq və Cənub ştatlarının inhisarçı dairələrinin böyük rolu olmuşdur.
Karter prezident seçildikdən sonra həyata keçirdiyi bir sıra tədbirlərlə ABŞ tarixində müəyyən iz buraxmış oldu. 1973-1974-cü illər enerji böhranı ABŞ-rəhbərliyini düşünməyə vadar etdi. Bu böhrana səbəb 1973-cü ildə İsrail-Ərəb müharibəsində ABŞ və digər böyük dövlətlərin İsraili müdafiə etməsi idi. Belə ki, bu müharibə ərəb dövlətlərini məcbur edirdi ki, neftin qiymətini qaldırsınlar və bu yolla böyük dövlətlərə təzyiq göstərsinlər. Ona görə də Karter əlavə enerji mənbələri yaratmaq məsələsini ABŞ dövlətinin qarşısında mühüm vəzifə olduğunu göstərdi. O, ölkənin iqtisadi vəziyyətini yaxşılaşdırmaq xətti yeritməyə başladı. Yeni iş yerlərinin açılması üçün vəsait ayrıldı, elektrik enerjisinə qənaət prinsipi irəli sürüldü. C.Karter 1977-ci ilin aprelində neft və neft məhsullarının ehtiyatlarının artırılması, kömürçıxarılmasının, atom enerjisinin inkişafı, günəş enerjisindən istifadə etmək proqramı hazırladı. İnflyasiya ilə mübarizə genişləndi. Ölkə daxilində benzin və digər neft məhsullarının qiymətləri artırıldı.
70-ci illərin sonunda istehsalın yenidən qurulması üzrə proqramlar qəbul edildi. Onlarda məqsəd keyfiyyətcə daha yüksək əmək məhsuldarlığına, nadir xammal növlərində qənaətə nail olmaq, yanacaq-energetika balansını əsaslı sürətdə yaxşılaşdırmaq idi. Lakin bütün bunlar istənilən nəticəni vermədi.
Karter hökuməti öz fəaliyyətinin ilk illərində sosial sahədə bir sıra mühüm tədbirlər həyata keçirdi. 1977-ci ilin noyabr ayında konqres dörd il ərzində 1 saatlıq minimum əmək haqqının 2,20 dollardan 3,35 dollara çatdırılması haqqında qanun qəbul etdi. İşçi qüvvəsinin yenidən ixtisaslaşmasına diqqət artırıldı. İşsizliyin aşağı salınması ön plana çəkildi. Əmək haqqının artırılmasına icazə verildi.
1978-ci ilin oktyabr ayında əmək qabiliyyətli əhalinin işlə təmin edilməsini nəzərdə tutan Hemfri-Hokins qanunu verildi. Həmin qanuna görə, işsizlik əmək qabiliyyətli əhalinin 4%-indən çoxunu təşkil etməməli idi. 1977-ci ilin avqust ayında Energetika Nazirliyi yaradıldı. Konqres energetika haqqında qanun qəbul etdi. Karter hökuməti hərbi xərcləri 1977-ci ildəki 100 milyard dollardan 1980-ci ildə 130 milyard dollara çatdırdı.
Onun xarici siyasəti əvvəlkilərdən çox da fərqlənmirdi. Lakin qeyri ardıcıl idi. Ümumiyyətlə, ABŞ-da prezidentlər dəyişsə də, dövlətin siyasəti heç vaxt dəyişmir. Ceyms Karter 1977-ci ildə ABŞ konqresində belə bir qanunun qəbul edilməsinə nail oldu ki, dünyanın hər hansı bir yerində pozulan insan haqlarını ABŞ müdafiə etməlidir. 1979-cu ilin yanvarın 1-də ABŞ-la Çin arasında diplomatik münasibətlər yarandı. Xarici siyasətdə birinci dərəcəli yer Qərbi Avropa ölkələri və Yaponiya ilə əməkdaşlığa verilirdi və bu birliyi möhkəmləndirmək xətti götürüldü. 1980-ci ildə məşhur «Karter doktrinası» irəli sürüldü. Həmin doktrinaya görə ABŞ-a icazə verilirdi ki, müəyyən ərazilərdə lazım gəldikdə nüvə müharibəsi aparsın. 1978-ci ilin sentyabr ayında özünün Vaşinqtondakı Kemp-Devid iqamətgahında C.Karter vasitəçilik edərək İsrail ilə Misir arasında iki saziş, 1979-cu ilin martında isə onların arasında müqavilə imzalanmasına nail oldu.
1979-cu ilin iyunun 18-də SSRİ ilə ABŞ rəhbərliyi Vyanada görüşdü. SSM-2 sazişi bağlandı. SSRİ-nin Əfqanıstana 1979-cu ilin dekabrında müdaxiləsinə görə bu sazişin ABŞ konqresi tərəfindən təsdiq edilməməsi iki dövlət arasında gərginliyi yenidən artırdı. ABŞ SSRİ-yə qarşı «xaç yürüşünə» başladı. 1980-cı ildə Moskvada keçirilən Olimpiya oyunlarını baykot etmək taktikasını irəli sürdü. C.Karterin dövründə neytron bombası və qanadlı raketlər istehsalı gücləndirildi.
ABŞ geniş miqyasda həm Səudiyyə Ərəbistanına, həm də İrana silah göndərirdi. 1978-1979-cu illərdə ABŞ İran körfəzində və Hind okeanında öz hərbi-dəniz bazalarını genişləndirdi. 1979-cu ildə Tehranda ABŞ səfirliyinin işçilərinin girov götürülməsindən istifadə edərək ABŞ-da şovinist təbliğat gücləndirildi, 1980cı ilin aprelində İrana qarşı fitnəkar aksiya tərtib edildi. Şah öldükdən sonra ABŞ İranın dondurulmuş aktivlərini qaytardı. İran isə girovları azad etdi. Bütün bunlar Karterin nüfuzunu daha da sarsıtdı.

Yüklə 198,71 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin