160 . “Təmiz danış, az danış” atalar sözündə mədəni nitqin hansı xüsusiyyəti əks olunub? A
) Münasiblik
B
) Orijinallıq
C
) Yığcamlıq
D
) Sadəlik
E
) İfadəlilik
161. Səadət nə demək?... Bu sualla mən; Özümü çox yordum, tapa bilmədim... İndi də qayğılar artdı günbəgün; Dedim: -Ay səadət, hardasan, harda? (B.Vahabzadə). Bunlar işgüzar kommunikasiyada sualın hansı növünə aiddir? A) Qapalı suallara
B) Alternativ suallara
C) Ritorik suallara
D) Açıq suallara
E) Yoxlama və istiqamətverici suallara
162. Dialoji nitqdə əsas nəyə əməl olunmalıdır? A) Eşitmə qabiliyyətinə
B) Dediyini sübut etməyə
C) Dinləmə qabiliyyətinə
D) Hazırcavablığa
E) Astadan danışmağa
163. Natiqlik sənətinin ikinci adı: A) Mimika
B) Jest
C) Etiket
D) Etika
E) Ritorika
164. Terminlərdən ibarət cərgəni göstərin: A) Neftçi, inteqral
B) Divan, müğənni
C) Gəzmək, görmək
D) Burun, çimərlik
E) Tənlik, mübtəda
165. Hansı variantda nitqin təmizliyinin göstəriciləri verilib: 1. Məhəlli dialektlərə, yerli şivələrə məxsus danışıq tərzinə yol verilməməli 2. Nitqin şəraiti nəzərə alınmalı 3. Əcnəbi sözlər lüzumsuz işlədilməməli 4. Düzgün intonasiya elementlərindən istifadə edilməli 5. Tüfeyli sözlərlə bağlı qüsurlar aradan qaldırılmalı 6. Jarqon sözlər və ifadələr işlədilməməli A) 2,3,5,1
B) 2,4
C) 1,3,5,6
D) 1,4,6,3
E) 1,6,5
166. Elektron poçt vasitəsilə yazışmalar həyata keçirən zaman qaydaların gözlənilməsi. Biri səhvdir. A) Qısa izah vermək
B) Savadlı yazmaq
C) Cavabı ləngitməmək
D) Geniş izah vermək
E) Nəzakətli olmaq