düzgünlük və qərəzsizlik prinsiplərini üstün tutmaq;
qarşılıqlı ödəniş şərtlərinə və müddətinə əməl etmək;
konfidensial və şəxsi məlumatları yaymamaq.
Rəqiblərə münasibətdə:
rəqiblərimizdən daha yaxşı işləmək;
rəqiblər haqqında əsassız məlumatlar yaymamaq;
rəqiblərlə yalnız sağlam rəqabət aparmaq.
Səhimdarlara münasibətdə:
şirkətin fəaliyyəti haqqında səhmdarların tam məlumat almaq hüququna hörmətlə yanaşmaq;
səhmdarlarımızın gəlir əldə etmək hüququna hörmət etmək;
səhmdarların bu kodeksdə əks olunmuş müddəaların yerinə yetirilməsi tələbinə və müddəaların pozulması zamanı müvafiq qadağalar tətbiq etmək hüququna hörmətlə yanaşmaq.
Tərəfdaşlara münasibətdə:
tərəfdaşlar qarşısında öhdəlikləri vaxtında və dəqiqliklə yerinə yetirmək;
işi düzgün, məsuliyyətlə və peşəkarcasına yerinə yetirmək.
Cəmiyyət qarşısında:
hökumətin qanunlarına, fərman və göstərişlərinə riayət etmək;
uyğun ödənişli iş yerləri yaratmaq;
imkan daxilində əhalinin aztəminatlı təbəqələrinə (əlillər, yaşlılar və.s) güzəştli xidmət göstərmək.