3. Konfidensiallıq Biz şagirdlərin şəxsi həyatına müdaxilə edilməsini, şəxsi əşyalarının yoxlanılmasını və şəxsi xarakterli məktublara nəzarət edilməsini yolverilməz hesab edirik. Bu hallar şagirdlərin mənliyinin təhqir olunması və müəllimlər üçün utancverici bir hərəkətdir.
4. Digər özəl təhsil müəssisələri ilə münasibətlər Biz digər özəl təhsil müəssisələri ilə münasibətdə ədalətli rəqabət qaydalaırını üstün tuturuq. Bizim müəllimlər digər təhsil müəssisələri haqqında qeyri konstruktiv, tənqidi fikirlər və ya yalan məlumatlar yaymaqdan çəkinirlər. İmkan daxilində digər təhsil müəssisələri ilə təcrübə mübadiləsi və birgə tədbirlər (debatlar, idman yarışları) təşkil edirik.
Biz reklamlarımızda haqsız rəqabətə şərait yaradan, təsdiq olunmamış faktlardan istifadə etmirik.