10. Maqmatizm və onun relyef əmələ gəlməsində rolu. Effuziv maqmatizm və onun relyef əmələ gəlməsində rolu



Yüklə 60,59 Kb.
səhifə7/9
tarix01.01.2022
ölçüsü60,59 Kb.
#50800
1   2   3   4   5   6   7   8   9
geomorf imtahan 10-18

Materik ətəyinin relyefi. Materik yamacının dabanı ilə abissal düzənliklər arasında yerləşən maili düzənliklər materik ətəyi adlanır. Bunlar sanki qurudakı delüvial şleyfləri andırır. Materik ətəyi altında materik yer qabığı okean yer qabığı ilə əvəz olur. Materik ətəyinin materik yamacına yanaşan daha maili hissəsi (0,01°) altında qranıt qatı olduğu halda, onun abissal düzənliyə qovuşduğu əsasən hamar (0,001°) kənar zonası altında bu qat aradan çıxır və burada çökmə süxurlar bir başa bazalt qatı (yaxud təbəqəsi) üzərində yatır.

Materik ətəyinin əsas xüsusiyyətlərindən biri burada çökmə süxur təbəqəsinin okeanların daxili hissələrinə nisbətən çox qalın olmasıdır. Okeanlarda bu təbəqənin qalınlığı 500 m-ə qədər olduğu halda, materik ətəyində 4-5 km-ə çatır. Bu qat əsasən çayların okeana axıtdığı narın çöküntülərin xeyli hissəsinin materik ətəyində toplanması hesabına artır. Adətən materik ətəyi altında yer qabığının qranit və bazalt təbəqələri basıq vəziyyətdədir.

Materik ətəyi düzənlikləri 3,5-4,5 km dərinlikdə qurtarır. Bəzi yerlərdə materik ətəyi dərinliyi 5-5,5 km-ə çatan əyilmə zonasından ibarətdir. Belə güman edilir ki, bu əyilmə zonası çöküntülərlə dolmadığından, başqa sahələrdən fərqli olaraq, səthi batıq ensiz və uzun çökəklər yaradır. Bu hal, ya əyilmənin cavanlığı və sürəti ilə, yaxud əyilmə zonasına materik yamacından az qırıntı məhsul gəlməsi ilə izah edilə bilər.

Materik ətəyinin maili düzənlikləri üzərində okeana tökülən bir sıra çayların nəhəng gətirmə konusları yerləşir. bunların ən böyükləri Qanq və Braxmaputranın, Hind, Konqo, Missisipi, Orinoko və i.a. çayların gətirdikləri çöküntülərin hesabına yaranan gətirmə konuslarıdır.

Bəzi sahələrdə materik ətəyi maili düzənliyi əvəzinə, sualtı dağlıq sahələr inkişaf etmişdir (Nyu Faundlend dayazlığından şərqə). Belə sahələrdə faylı strukturlarinkişaf etmişdir. Materik ətəyində ara-sıra təpələr və vulkanik dağlar yerləşir.

Yuxarıda göstərilən əsas geomorfoloji xüsusiyyətlər ilə yanaşı, materiklərin sualtı kənarı bəzi sahələrdə daha mürəkkəb relyefə malikdir. Buna Kaliforniyadan cənub-qərbdə yerləşən sualtı sahə ən tipik misaldır. Burada sualtı relyefin əsas formaları qısa məsafədə çox təkrar olan horst tipli dağlar və qraben tipli çökəklərdir. Dağların yamacları dik, səthi hamardır (yayla-plato səthini xatırladır). Çökəklərin də bir çoxu tabağı xatırladır, dibi hamardır, bəzən hər tərəfdən qapalıdır, formaları uzunsov olsa da mürəkkəbdir. Bu ərazi, eləcə də Kaliforniya körfəzi və yarımadası, Şərqi Sakit okean sualtı silsiləsinin şimala davamı hesab edilir. Görünür, elə buna görə də, həmin sahə tektonik qırılmalarla çox parşalanmış və öz relyefinə görə qismən yaxınlığında yerləşən Kaliforniyanın relyefini xatırladır. Belə sahələri amerikan alimləri Borderlend adlandırırlar.

Mikrokontinentlər – materikin sualtı kənartından aralı yerləşən və ondan okean tipli yer qabığı ilə ayrılan sualtı yüksəkliklər və adalar (onları əhatə edən sualtı kənarı ilə birlikdə) materik tipli yer qabığına malikdir. Belə sahələr az da olsa müəyyən rayonlarda (Seyşel adaları, Yeni Zelandiya sualtı platosu və i.a.) okean dibi relyefini bir qədər mürəkkəbləşdirir. Bu növ sualtı plato və adalar mikrokontinent adlanır.


Yüklə 60,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin